53
4. Yerli özünüidarəetmə orqanlarına inzibati nəzarət baxımın-
dan:
yerli özünüidarə orqanları üzərində hər hansı inzibati
nəzarət yalnız Konstitusiya ilə və ya qanunla nəzərdə tu-
tulmuş forma və hallarda həyata keçirilə bilər;
yerli özünüidarə orqanları üzərində hər hansı bir inzibati
nəzarət bir qayda olaraq, yalnız qanunçuluğa və konsti-
tusion prinsiplərə əməl olunmasının təmin edilməsi üçün
nəzərdə tutula bilər. Bununla belə, inzibati nəzarət, həm-
çinin yerli özünüidarəetmə orqanlarının onlara verilmiş
səlahiyyətləri necə yerinə yetirmələrinə yuxarıda duran
hakimiyyət orqanlarının nəzarətini də əhatə edə bilər;
yerli özünüidarə orqanları üzərində inzibati nəzarət elə
həyata keçirilməlidir ki, nəzarətedici orqanın müdaxilə
dərəcəsi, bu müdaxilənin müdafiə etməyi nəzərdə tutdu-
ğu mənafenin əhəmiyyətinə uyğun olsun.
5. Yerli özünüidarənin maliyyəsi baxımından:
yerli özünüidarə orqanlarının milli iqtisadi siyasət çərçi-
vəsində öz funksiyalarını həyata keçirəcəkləri zaman
sərbəst surətdə istifadə edə biləcəkləri kifayət qədər şəx-
si maliyyə vəsaitinə malik olmalıdır;
yerli özünüidarə orqanlarının maliyyə vəsaiti konstitusi-
yanın və qanunun onlara verdikləri səlahiyyətlərə uyğun
olmalıdır;
yerli özünüidarə orqanlarının maliyyə vəsaitinin ən azı
bir hissəsi yerli rüsum və vergilərin hesabına daxil ol-
malıdır ki, bunların da ölçüsünü yerli özünüidarə orqan-
ları qanunun müəyyən etdiyi hədlərdə təyin etməkdə
haqlıdır;
54
yerli özünüidarə orqanları vəsaitinin əsaslandığı maliyyə
sistemləri kifayət qədər çeşidli və çevik olmalıdır ki,
yerli orqanların səlahiyyətlərinin həyata keçirilməsi za-
manı yaranmış xərclərin dəyişilməsi prosesini gerçək
imkanlar daxilində izləmək mümkün olsun;
maliyyə baxımından daha zəif yerli özünüidarə orqanla-
rının müdafiəsi yerli orqanların maliyyələşdirilməsinin
potensial mənbələrinin və onların üstündə olan xərclərin
qeyri-bərabər bölüşdürülməsi nəticələrinin təshih edil-
məsi üçün nəzərdə tutulmuş maliyyə tarazlaşdırılması
prosedurunun və ya ekvivalent tədbirlərin işə salınması-
nı tələb edir. Bu cür prosedur və ya tədbirlər yerli özü-
nüidarə orqanlarının öz səlahiyyətləri daxilində seçmək
azadlığını məhdudlaşdırmamalıdır;
yenidən bölüşdürülmüş vəsaitin verilmə qaydasının yerli
özünüidarə orqanları ilə lazımi surətdə razılaşdırılması
zəruridir;
yerli özünüidarə orqanlarına maliyyə yardımının veril-
məsi imkan daxilində konkret layihələrin maliyyələşdi-
rilməsi üçün nəzərdə tutulmamalıdır. Maliyyə yardımı-
nın verilməsi yerli özünüidarə orqanlarının şəxsi səla-
hiyyətləri sahəsində öz siyasətini seçmək azadlığının zi-
yanına olmamalıdır.
6. Hüquqi mudafiə baxımından:
yerli özünüidarə orqanları onların öz səlahiyyətlərini
sərbəst surətdə həyata keçirilməsini və ölkənin
Konstitusiya və qanunvericiliyi ilə təsbit edilmiş yerli
özünüidarə prinsiplərinə əməl edilməsini təmin etmək
üçün məhkəmə müdafiəsi hüququna malik olmalıdır.
55
7. Yerli özünüidarə orqanlarının birləşmək hüququ baxımından:
yerli özünüidarə orqanları öz səlahiyyətlərini həyata ke-
çirərkən, ümumi maraq doğuran vəzifələrin yerinə yeti-
rilməsi məqsədilə digər yerli özünüidarə orqanları ilə
əməkdaşlıq etmək və qanunun müəyyən etdiyi hüdudlar
daxilində, onlarla birləşmək hüququna malik olmalıdır;
hər bir dövlətdə yerli özünüidarə orqanlarının ümumi
mənafelərin müdafiəsi və irəliləyişi naminə birliklərə və
yerli özünüidarə orqanlarının beynəlxalq birliyinə daxil
olmaq hüququ tanınmalıdır.
Yerli özünüidarə orqanlarına qanunun müəyyən edə biləcəyi
şərtlər əsasında, digər dövlətlərin bu cür orqanları ilə əməkdaş-
lıq etmək hüququ verilməlidir.
56
III FƏSİL
YERLİ ÖZÜNÜİDARƏETMƏ SAHƏSİNDƏ
BEYNƏLXALQ ƏMƏKDAŞLIQ
3.1. Avropa Şurasının yerli və regional özünüidarəetmə
sistemində rolu və fəaliyyəti
3.1.1. Avropa Şurası, onun məqsəd və vəzifələri
kinci dünya müharibəsindən sonra Avropa faşizm dəh-
şətindən əziyyətlə sağalırdı. Avropalılar özlərini əmin
edirdilər ki, başa çatmış müharibə qitədə sonuncu olacaqdır. Al-
maniyada o zaman hökm sürən diktatura yenidən demokratik
prinsiplərin əhəmiyyətini göstərmişdir; bəşəriyyətdə belə bir
əminlik yaranmışdır ki, insan hüquqlarının müdafiəsindən, söz
azadlığından və siyasi plüralizmdən imtina zorakılıqla nəticələ-
nə bilər. Demokratik təsisatların dəstəklənməsi üçün bir neçə
Avropa dövləti əsas vəzifələri demokratiya qaydalarının müda-
fiəsi və gücləndirilməsi, habelə insan hüquqlarının təmin edil-
məsində köməkliyi göstərilməsi olan hökumətlərarası siyasi təş-
kilatın təsis edilməsi qərarına gəlmişdir. Beləliklə, 1949-cu il
mayın 5-də Avropa Şurası yaradılmışdır. Hazırda Avropa Şura-
sı demokratik idarəetmə formasına malik olan 47 Avropa dövlə-
İ
57
tini birləşdirir və onun mənzil qərargahı Fransanın Strasburq şə-
hərində yerləşir.
Avropa
Şurasının müdafiə etdiyi insan hüquq və azad-
lıqları arasında yerli özünüidarəetmə hüququ əhəmiyyətli yer
tutur. Yerli özünüidarəetmə əsaslarının inkişafına böyük diqqət
Avropa Şurasının əsas işçi orqanları olan Parlament Assamble-
yası (Avropanın milli parlamentlərini təmsil edən 286 üzvdən
ibarət məşvərət orqanı) və Nazirlər Şurası (Avropa Şurası adın-
dan qərarlar qəbul edən icra-sərəncamverici orqan) tərəfindən
yetirilir.
3.1.2. Yerli özünüidarəetmə haqqında
Avropa Xartiyası və onun əsas ideyaları
Məlumdur ki, yerli özünüidarəetmənin səmərəli fəaliy-
yət göstərməsi və inkişafı üçün hüquqi çərçivənin mövcudluğu
zəruridir. Beləliklə, Avropa Şurası çərçivəsində bu sahədə qəbul
olunmuş və hal-hazırda da qüvvədə olan başlıca sənəd kimi
Yerli Özünüidarə haqqında Avropa Xartiyasını göstərmək olar.
Bu çoxtərəfli sənəd müasir Avropada yerli özünüidarəetmənin
inkişafı yollarını nişanlayan Avropa dövlətlərinin bələdiyyə hü-
ququnun əsas mənbələrdən biridir. Onun əsasına hələ orta əsr-
lərdə Avropa sosial fəlsəfəsində bərqərar olunmuş klassik səla-
hiyyətlərin həvalə olunması prinsipi qoyulur, halbuki bu ideya-
nın fəal reallaşdırılmasına hazırkı əsrin əvvəllərində başlanıl-
mışdır. Bu prinsipə uyğun olaraq, idarəetmənin aşağı səviyyələ-
rində həll oluna bilən məsələlərin yuxarıya ötürülməsinin məna-
sı yoxdur. Yerli icmalara mümkün qədər çox idarəetmə və-
Dostları ilə paylaş: |