Mehdi SƏLİmzadə QƏDİr xəLİlov



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə14/30
tarix20.02.2018
ölçüsü2,95 Kb.
#27257
1   ...   10   11   12   13   14   15   16   17   ...   30

 
53
4. Yerli özünüidarəetmə orqanlarına inzibati nəzarət baxımın-
dan: 
  yerli özünüidarə orqanları üzərində  hər hansı inzibati 
nəzarət yalnız Konstitusiya ilə və ya qanunla nəzərdə tu-
tulmuş forma və hallarda həyata keçirilə bilər; 
  yerli özünüidarə orqanları üzərində hər hansı bir inzibati 
nəzarət bir qayda olaraq, yalnız qanunçuluğa və konsti-
tusion prinsiplərə əməl olunmasının təmin edilməsi üçün 
nəzərdə tutula bilər. Bununla belə, inzibati nəzarət, həm-
çinin yerli özünüidarəetmə orqanlarının onlara verilmiş 
səlahiyyətləri necə yerinə yetirmələrinə yuxarıda duran 
hakimiyyət orqanlarının nəzarətini də əhatə edə bilər; 
  yerli özünüidarə orqanları üzərində inzibati nəzarət elə 
həyata keçirilməlidir ki, nəzarətedici orqanın müdaxilə 
dərəcəsi, bu müdaxilənin müdafiə etməyi nəzərdə tutdu-
ğu mənafenin əhəmiyyətinə uyğun olsun. 
5. Yerli özünüidarənin maliyyəsi baxımından: 
  yerli özünüidarə orqanlarının milli iqtisadi siyasət çərçi-
vəsində öz funksiyalarını  həyata keçirəcəkləri zaman 
sərbəst surətdə istifadə edə biləcəkləri kifayət qədər şəx-
si maliyyə vəsaitinə malik olmalıdır; 
  yerli özünüidarə orqanlarının maliyyə vəsaiti konstitusi-
yanın və qanunun onlara verdikləri səlahiyyətlərə uyğun 
olmalıdır; 
  yerli özünüidarə orqanlarının maliyyə  vəsaitinin  ən azı 
bir hissəsi yerli rüsum və vergilərin hesabına daxil ol-
malıdır ki, bunların da ölçüsünü yerli özünüidarə orqan-
ları qanunun müəyyən etdiyi hədlərdə  təyin etməkdə 
haqlıdır; 


 
54
  yerli özünüidarə orqanları vəsaitinin əsaslandığı maliyyə 
sistemləri kifayət qədər çeşidli və çevik olmalıdır ki, 
yerli orqanların səlahiyyətlərinin həyata keçirilməsi za-
manı yaranmış  xərclərin dəyişilməsi prosesini gerçək 
imkanlar daxilində izləmək mümkün olsun
  maliyyə baxımından daha zəif yerli özünüidarə orqanla-
rının müdafiəsi yerli orqanların maliyyələşdirilməsinin 
potensial mənbələrinin və onların üstündə olan xərclərin 
qeyri-bərabər bölüşdürülməsi nəticələrinin təshih edil-
məsi üçün nəzərdə tutulmuş maliyyə tarazlaşdırılması 
prosedurunun və ya ekvivalent tədbirlərin işə salınması-
nı tələb edir. Bu cür prosedur və ya tədbirlər yerli özü-
nüidarə orqanlarının öz səlahiyyətləri daxilində seçmək 
azadlığını məhdudlaşdırmamalıdır; 
  yenidən bölüşdürülmüş vəsaitin verilmə qaydasının yerli 
özünüidarə orqanları ilə lazımi surətdə razılaşdırılması 
zəruridir; 
  yerli özünüidarə orqanlarına maliyyə yardımının veril-
məsi imkan daxilində konkret layihələrin maliyyələşdi-
rilməsi üçün nəzərdə tutulmamalıdır. Maliyyə yardımı-
nın verilməsi yerli özünüidarə orqanlarının  şəxsi səla-
hiyyətləri sahəsində öz siyasətini seçmək azadlığının zi-
yanına olmamalıdır. 
6. Hüquqi mudafiə baxımından: 
  yerli özünüidarə orqanları onların öz səlahiyyətlərini 
sərbəst surətdə  həyata keçirilməsini və ölkənin 
Konstitusiya və qanunvericiliyi ilə  təsbit edilmiş yerli 
özünüidarə prinsiplərinə  əməl edilməsini təmin etmək 
üçün məhkəmə müdafiəsi hüququna malik olmalıdır. 


 
55
7. Yerli özünüidarə orqanlarının birləşmək hüququ baxımından: 
  yerli özünüidarə orqanları öz səlahiyyətlərini həyata ke-
çirərkən, ümumi maraq doğuran vəzifələrin yerinə yeti-
rilməsi məqsədilə digər yerli özünüidarə orqanları ilə 
əməkdaşlıq etmək və qanunun müəyyən etdiyi hüdudlar 
daxilində, onlarla birləşmək hüququna malik olmalıdır; 
  hər bir dövlətdə yerli özünüidarə orqanlarının ümumi 
mənafelərin müdafiəsi və irəliləyişi naminə birliklərə və 
yerli özünüidarə orqanlarının beynəlxalq birliyinə daxil 
olmaq hüququ tanınmalıdır. 
Yerli özünüidarə orqanlarına qanunun müəyyən edə biləcəyi 
şərtlər əsasında, digər dövlətlərin bu cür orqanları ilə əməkdaş-
lıq etmək hüququ verilməlidir. 
 


 
56
 
 
 
 
III FƏSİL 
 
YERLİ ÖZÜNÜİDARƏETMƏ SAHƏSİNDƏ 
BEYNƏLXALQ ƏMƏKDAŞLIQ 
 
3.1. Avropa Şurasının yerli və regional özünüidarəetmə 
sistemində rolu və fəaliyyəti 
 
3.1.1. Avropa Şurası, onun məqsəd və vəzifələri 
 
kinci dünya müharibəsindən sonra Avropa faşizm dəh-
şətindən əziyyətlə sağalırdı. Avropalılar özlərini əmin 
edirdilər ki, başa çatmış müharibə qitədə sonuncu olacaqdır. Al-
maniyada o zaman hökm sürən diktatura yenidən demokratik 
prinsiplərin  əhəmiyyətini göstərmişdir; bəşəriyyətdə belə bir 
əminlik yaranmışdır ki, insan hüquqlarının müdafiəsindən, söz 
azadlığından və siyasi plüralizmdən imtina zorakılıqla nəticələ-
nə bilər. Demokratik təsisatların dəstəklənməsi üçün bir neçə 
Avropa dövləti əsas vəzifələri demokratiya qaydalarının müda-
fiəsi və gücləndirilməsi, habelə insan hüquqlarının təmin edil-
məsində köməkliyi göstərilməsi olan hökumətlərarası siyasi təş-
kilatın təsis edilməsi qərarına gəlmişdir. Beləliklə, 1949-cu il 
mayın 5-də Avropa Şurası yaradılmışdır. Hazırda Avropa Şura-
sı demokratik idarəetmə formasına malik olan 47 Avropa dövlə-
İ 


 
57
tini birləşdirir və onun mənzil qərargahı Fransanın Strasburq şə-
hərində yerləşir. 
 Avropa 
Şurasının müdafiə etdiyi insan hüquq və azad-
lıqları arasında yerli özünüidarəetmə hüququ əhəmiyyətli yer 
tutur. Yerli özünüidarəetmə əsaslarının inkişafına böyük diqqət 
Avropa Şurasının əsas işçi orqanları olan Parlament Assamble-
yası (Avropanın milli parlamentlərini təmsil edən 286 üzvdən 
ibarət məşvərət orqanı) və Nazirlər Şurası (Avropa Şurası adın-
dan qərarlar qəbul edən icra-sərəncamverici orqan) tərəfindən 
yetirilir. 
 
 
3.1.2. Yerli özünüidarəetmə haqqında 
 Avropa Xartiyası  və onun əsas ideyaları 
 
Məlumdur ki, yerli özünüidarəetmənin səmərəli fəaliy-
yət göstərməsi və inkişafı üçün hüquqi çərçivənin mövcudluğu 
zəruridir. Beləliklə, Avropa Şurası çərçivəsində bu sahədə qəbul 
olunmuş  və hal-hazırda da qüvvədə olan başlıca sənəd kimi 
Yerli Özünüidarə haqqında Avropa Xartiyasını göstərmək olar. 
Bu çoxtərəfli sənəd müasir Avropada yerli özünüidarəetmənin 
inkişafı yollarını nişanlayan Avropa dövlətlərinin bələdiyyə hü-
ququnun əsas mənbələrdən biridir. Onun əsasına hələ orta əsr-
lərdə Avropa sosial fəlsəfəsində bərqərar olunmuş klassik səla-
hiyyətlərin həvalə olunması prinsipi qoyulur, halbuki bu ideya-
nın fəal reallaşdırılmasına hazırkı  əsrin  əvvəllərində başlanıl-
mışdır. Bu prinsipə uyğun olaraq, idarəetmənin aşağı səviyyələ-
rində həll oluna bilən məsələlərin yuxarıya ötürülməsinin məna-
sı yoxdur. Yerli icmalara mümkün qədər çox idarəetmə  və-


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə