Mehdi SƏLİmzadə QƏDİr xəLİlov



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə13/30
tarix20.02.2018
ölçüsü2,95 Kb.
#27257
1   ...   9   10   11   12   13   14   15   16   ...   30

 
49
 
1 2  3 
 
Çexiya 
6200 bələdiyyə 
Bələdiyyə  şurası  əhali tərə-
findən 4 il müddətinə se-
çilir, onun icra orqanı olan 
bələdiyyə komitəsinə üzv-
ləri seçir. Onun tərkibinə 
mer və onun müavinləri da-
xildir. Mer şura tərəfindən 4 
il müddətinə seçilir. 
Büdcə, yerli inki-
şaf, bələdiyyə po-
lisi, su təchizatı, 
məişət tullantıları, 
kənd təsərrüfatı, ib-
tidai təhsil, mənzil 
fondu, sosial yar-
dım,  şəhər planlaş-
dırılması. 
İsveçrə 
2900 bələdiyyə 
Bələdiyyə assambleyası 
əhali tərəfindən özü müəy-
yən etdiyi müddətə seçilir
bələdiyyə şurası ümumi şu-
ranın üzvləri sırasında seçi-
lir və ona mer rəhbərlik 
edir. 
Mülki müdafiə, 
enerji səmərəliliyi, 
yol infrastrukturu, 
torpaqların planlaş-
dırılması, vergilər, 
polis,  şəhər plan-
laşdırılması, təhsil, 
sosial yardım. 
İsveç 
290 bələdiyyə 
Bələdiyyə  şurası  əhali tərə-
findən 4 il müddətinə se-
çilir, icraiyyə komitəsi  şura 
tərəfindən seçilir. 
Ətraf mühit, məişət 
tullantıları, su təc-
hizatı, təhsil, səhiy-
yə, sosial yardım, 
ictimai nəqliyyat
urbanizasiya, yol-
lar. 
 
 
 
 
 
 


 
50
2.4. Yerli özünüidarəetmə xalq hakimiyyəti 
forması kimi 
 
Məlum olduğu kimi, yerli özünüidarəetmə orqanları 
istənilən demokratik quruluşun əsaslarından birini təşkil edirlər. 
Vətəndaşların dövlətin idarə olunmasında iştirak etmək hüququ 
bütün dövlətlər üçün ümumi olan demokratik prinsiplərə aiddir. 
Bu hüquq bilavasitə məhz yerli səviyyədə həyata keçirilə bilər. 
Hər vətəndaş yaşadığı dövlətin konstitusiya quruluşundan asılı 
olmayaraq, istər bu, monarxiya olsun, yaxud respublika olsun, 
dövlət formasından asılı olmayaraq - istər bu, federasiya olsun, 
yaxud unitar dövlət olsun, özünü ilk növbədə yerli hakimiyyət 
səviyyəsində ifadə  və  təsdiq edir; o, burada onun gündəlik 
həyatına bilavasitə  təsir göstərən qərarların qəbul olunmasında 
iştirak edə bilər. Real hakimiyyətə malik olan yerli özünüidarə-
etmə orqanlarının mövcudluğu səmərəli və eyni zamanda 
vətəndaş üçün yaxın olan idarəetməni təmin edə bilər. 
Özünüidarənin müdafiəsi və möhkəmləndirilməsi demokratiya 
və dövlətin desentralizasiyası prinsiplərinə uyğundur və bu,  
demokratik yolla yaradılmış  və öz səlahiyyətləri, bu 
səlahiyyətlərin həyata keçirilməsi qaydası və bunun üçün lazımi 
vasitələr barədə geniş muxtariyyətə malik olan yerli özünüidarə 
orqanlarının mövcudluğunun zəruriliyini nəzərdə tutur. 
Bunun üçün bir sıra şərtlərə əməl olunmalıdır: 
1. Səlahiyyətlərin bölüşdürülməsi baxımından: 
 
  yerli özünüidarənin  əsas səlahiyyətləri konstitusiya və 
qanunla müəyyən edilir. Lakin bu müddəa yerli 
özünüidarəetmə orqanlarına qanuna uyğun olaraq ayrı-
ayrı konkret səlahiyyətlərin verilməsini istisna etmir;  


 
51
  yerli özünüidarəetmə orqanları qanunun müəyyən etdiyi 
çərçivədə, onların səlahiyyətlər dairəsindən çıxarılaraq 
digər hakimiyyət orqanının səlahiyyətinə verilməmiş hər 
hansı bir məsələ üzrə öz şəxsi təşəbbüslərinin həyata 
keçirilməsi üçün tam sərbəst hərəkət edə bilərlər; 
  dövlət səlahiyyətlərinin həyata keçirilməsi bir qayda 
olaraq, vətəndaşlara ən yaxın olan hakimiyyət orqanları-
nın üzərinə qoyulmalıdır. Bu səlahiyyətlərdən hər hansı 
birinin digər hakimiyyət orqanına verilməsi qarşıya qo-
yulmuş  vəzifənin həcmi və xarakterini, habelə  səmərə 
və qənaət tələblərini nəzərə almaqla həyata keçirilməli-
dir; 
  yerli özünüidarə orqanlarına verilən səlahiyyətlər bir 
qayda olaraq tam və müstəsna olmalıdır. Bu səlahiyyət-
lər bu və ya digər mərkəzi, yaxud regional hakimiyyət 
orqanı tərəfindən yalnız qanun təyin etdiyi hüdudlar da-
xilində iddia edilə və ya məhdudlaşdırıla bilər; 
  mərkəzi və ya regional orqanlar tərəfindən səlahiyyətlə-
rin göndərilməsi zamanı yerli özünüidarə orqanları bu 
səlahiyyətlərin həyata keçirilməsini yerli şəraitə uyğun-
laşdırmaq üçün mümkün olduğu qədərində  sərbəstliyə 
malik olmalıdır; 
  bilavasitə yerli özünüidarə orqanlarına aid olan istənilən 
qərarların planlaşdırılması və qəbul edilməsi prosesində 
mümkün olduğu qədər, vaxtında və müvafiq formada bu 
orqanlarla məsləhətləşmək zəruridir 
2. Ərazi əsasları baxımından: 
  Yerli ərazi bölgüsü ilə əlaqədar hər hansı bir dəyişiklik 
zamanı öncədən müvafiq yerli özünüidarə orqanları ilə 


 
52
məsləhətləşmək  zəruridir, qanunun yol verdiyi hallarda 
bu dəyişikliklər referendum keçirilməsi yolu ilə edilə 
bilər. 
3. İnzibati struktur və vasitələrin yerli  özünüidarə orqanlarının 
vəzifələrinə müvafiqliyi baxımından: 
  yerli hakimiyyət orqanları daha ümumi qanunvericilik 
müddəalarını pozmadan özləri öz daxili inzibati struk-
turlarını müəyyən etmək imkanına malik olmalıdırlar ki, 
yerli tələbatlara cavab verə  və  səmərəli idarəetməni tə-
min edə bilsinlər; 
  yerli özünüidarə orqanları qulluqçularının iş  şəraiti elə 
olmalıdır ki, təcrübə və bacarığın nəzərə alınması prinsi-
pi  əsasında yüksəkixtisaslı kadrların seçilməsini təmin 
etmək mümkün olsun; buna görə peşə hazırlığı,  əmək 
haqqının ödənilməsi və qulluq üzrə irəliləmə üçün mü-
vafiq şəraitin təmin edilməsi zəruridir; 
  yerli özünüidarə orqanlarının vəzifəli şəxslərinin statusu 
baxımından; 
  yerli seçkili şəxslərin statusu onların səlahiyyətlərinin 
sərbəst həyata keçirilməsini təmin etməlidir; 
  yerli seçkili şəxslərin statusu onların öz səlahiyyətlərini 
həyata keçirməsi ilə əlaqədar çəkilmiş xərclərinə müva-
fiq pul kompensasiyasını almağa, habelə  zərurət yaran-
dıqda,  mənfəətə, yaxud qazanca görə müvafiq kompen-
sasiya və müvafiq sosial sığortaya görə kompensasiya 
almağa ona imkan verməlidir; 
  yerli seçkili şəxsin mandatı ilə bir araya sığmayan 
funksiyalar və fəaliyyət yalnız qanunla və ya əsas hüqu-
qi prinsiplərlə müəyyən edilə bilər. 


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə