Mehdi SƏLİmzadə QƏDİr xəLİlov



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə15/30
tarix20.02.2018
ölçüsü2,95 Kb.
#27257
1   ...   11   12   13   14   15   16   17   18   ...   30

 
58
zifələrini etibar etmək zərurəti yaranır, dövlətin müdaxiləsi isə 
məsələlərin yalnız həll olunmadığı hallarda mümkün olması 
tələb olunur. Xartiyanın özündə səlahiyyətlərin həvalə olunması 
anlayışı belə ifadə olunur: “Dövlət səlahiyyətlərinin həyata 
keçirilməsi, bir qayda olaraq, əsasən vətəndaşlara daha yaxın 
olan hakimiyyət orqanlarına həvalə edilməlidir”. Xartiya 
Avropa Şurasının təşəbbüsü ilə 1985-ci ildə qəbul edilmişdir. 
 Xartiyanın məqsədi yerli özünüidarəetmə orqanlarının 
hüquqlarının təmin edilməsi və müdafiəsindən ibarətdir. Bunun 
əhəmiyyəti aydındır: məhz yerli özünüidarəetmə  vətəndaşlara 
onların gündəlik həyatı ilə bağlı olan qərarların qəbul edilmə-
sində  iştirak etməyə imkan yaradır. Bundan əlavə, bu hüquqa 
riayət olunması digər vətəndaş hüquqlarının həyata keçirilməsi-
nə təminat verir: məsələn, paytaxt idarəsi kəndinizin yaxınlığın-
da hava limanı tikdirmək qərarına gəldikdə  və siz buna mane 
olmaq iqtidarında olmadıqda və sizin rəyiniz qərarın qəbul edil-
məsində  nəzərə alınmadıqda nəinki sizin istirahət hüququnuz, 
habelə həyat hüququnuz təhlükə altına düşmüş olur. Buna görə 
də qeyd edilən sənəd Avropa Şurasının üzvü olan dövlətlərini 
yerli icmaların siyasi, inzibati və maliyyə sərbəstliyinin qorun-
masına və gücləndirilməsinə  məcbur edir. Bununla belə, yerli 
özünüidarəetmə orqanlarının sərbəstliyi prinsipi ə yüksək bey-
nəlxalq səviyyədə təsbit olunur, ona riayət olunması isə həqiqi 
demokratiyanın əsas meyarlarından biri hesab olunur. 
 
Xartiya preambuladan və üç hissədən ibarətdir. Pream-
bulada Avropa Şurasının məqsədləri təsbit olunur, habelə vur-
ğulanır ki, yerli özünüidarəetmə səmərəli və ən əsası, vətəndaş-
lara yaxın idarəetməni təmin etməklə, demokratik quruluş əsas-
larının birini təşkil edir. Sənəddə xüsusi qeyd edilir ki, yerli 


 
59
özünüidarəetmə başlıca vətəndaş hüquqlarından biridir, həqiqi 
xalq hakimiyyətini isə mərkəzləşdirilmiş hakimiyyət olan yerdə 
deyil, onun yayıldığı və ötürüldüyü yerlərdə axtarmaq lazımdır. 
Xartiyanın birinci hissəsində yerli özünüidarəetmənin anlayışını 
açıqlayır, onun səlahiyyət dairəsini, hüquqi müdafiəsinin təmi-
natlarını  və mexanizmlərini, onun fəaliyyəti üzərində  nəzarət 
üsullarını və maliyyələşdirmə mənbələrini müəyyən edir: “Yerli 
özünüidarəetmə dedikdə qanun çərçivəsində, öz səlahiyyətləri 
daxilində  və yerli əhalinin maraqları naminə  fəaliyyət göstər-
məklə, yerli özünüidarəetmə orqanlarının dövlət işlərinin  əhə-
miyyətli hissəsinin tənzimlənməsi və onun idarə olunması qabi-
liyyəti nəzərdə tutulur”.  Xüsusilə qeyd olunmalıdır ki, həqiqi 
yerli özünüidarəetmə azad seçkilər olmadan mümkün deyildir – 
təsadüfi deyil ki, o “azad, gizli, bərabər, birbaşa və ümumi səs-
vermə yolu ilə seçilmiş üzvlərdən ibarət olan şuralar və ya yı-
ğıncaqlar tərəfindən həyata keçirilir”. Digərlərlə yanaşı, Xarti-
yada yerli icmaların öz ərazi sərhədlərini müəyyən etmək, yerli 
tələbatlara cavab verən və səmərəli idarəetməni təmin edən in-
zibati strukturlarını sərbəst şəkildə müəyyən etmək, vergilər tut-
maq hüququ nəzərdə tutulur. Xartiyanın ikinci hissəsi onu imza-
lamış dövlətlərin öhdəliklərini müəyyən edir. Xartiyanın bu his-
səsində ən vacib məsələ Avropa dövlətlərində yerli özünüidarə-
etmənin qurulmalı olduğu əsas prinsiplərin müəyyən edilməsin-
dən ibarətdir. Nəhayət, üçüncü hissə sırf texniki xarakter daşıyır 
və orada Xartiyanın imzalanması, ratifikasiyası  və qüvvəyə 
minməsi şərtləri izah olunur. 
 
 


 
60
3.1.3. Yerli özünüidarəetmə demokratiyanın 
əsas elementi kimi 
 
Xartiyada təsbit olunmuş prinsiplərin təhlili göstərir ki, 
müasir Avropa yerli özünüidarəetmədə demokratiyanın  əsas 
elementini görür. Dövlətin rolunu zəruri minimuma endirməklə, 
gündəlik həyatı  məmurlar tərəfindən nəsihətsiz və iradsız qur-
maqla, insanlar xalq hakimiyyətinin dəyərlərinə qoşulur. Özü-
nüidarəetmə bacarığı əhalidə vətəndaş məsuliyyət hissini tərbi-
yə edir – zərurət olduqda, belə məktəbi keçmiş vətəndaşlar döv-
lət hakimiyyətinin hədsiz tələblərini və hətta tiraniyasını dəf et-
mək iqtidarındadırlar. 
 Demokratik 
cəmiyyətdə yerli özünüidarəetmə dövlətin 
hakimiyyətini tarazlaşdırır, onu məhdudlaşdırır və onun tərə-
findən özbaşınalığa yol vermir. Hakimiyyət səlahiyyətlərin 
yerlərə ötürülməsi, həmçinin mərkəzi hökumətin yerli cəmiy-
yətlər üçün vacib olan özəl problemlərlə yüklənməsinin qarşısı-
nın alınmasına imkan verir. Yerli özünüidarəetmə orqanları şəx-
siyyət və dövlət arasında vasitəçi rolunu həyata keçirirlər və 
yerli şuraların şəhərlərdə və kəndlərdə fəaliyyəti tam mənası ilə 
hər kəsə toxunur – çox vaxt yerli özünüidarəetmə  vətəndaşlar 
üçün mərkəzi hakimiyyətlərin fəaliyyətindən daha aydın və 
konkret görünür. 
 Öz 
ərazilərində vəziyyətdən yaxşı xəbərdar olaraq, yerli 
özünüidarəetmə orqanları paytaxt məmurlarından daha səmərəli 
bu və ya digər problemləri həll etməyə, gözlənilməz vəziyyət və 
münaqişələrə reaksiya verməyə qadirdirlər. Yerli hakimiyyət-
lərdə eksperimentlərin və yeniliklərin tətbiq edilməsi imkanları 
daha genişdir, çünki mərkəzi hakimiyyətlər yenilikləri, bir qay-


 
61
da olaraq, ümummilli miqyasda tətbiq edirlər ki, bu da mümkün 
uğursuzluqlara səbəb ola bilər. Nəhayət, bələdiyyə seçkiləri 
ümummilli seçkilərdən daha tez-tez keçirilir ki, bu da əhali 
üçün öz vətəndaş hüquqlarından istifadə etmək və inzibati-ida-
rəetmə orqanlarının fəaliyyətinə münasibət bildirmək üçün əla-
və imkanlar yaradır. 
 
Məhz buna görə müharibədən sonrakı Avropada yerli 
özünüidarəetmə problemləri ön plana çıxmışdır. Bundan əlavə, 
qitə ölkələrinin siyasi, iqtisadi, mədəni birləşməsinə cəhd etdik-
cə kommuna və özünüidarəetmə  əsaslarının rolu hökmən arta-
caqdır: Avropanın tədricən iri inzibati və iqtisadi ittifaqa çevril-
məsi daha güclü məhdudlaşdırıcıları  və tarazlaşdırılmanı  tələb 
edir və yalnız yerli özünü idarə edən icmalar bunları yaratmaq 
iqtidarındadır. 
 
 
3.1.4. Avropa Yerli və Regional 
Hakimiyyətlər Konqresi 
 
 Avropa 
Şurası, yerli özünüidarəetmə problemləri ilə 
məşğul olarkən, işin yalnız “kağız” tərəfi ilə məhdudlaşmır. Qə-
bul olunmuş sənədlərin həyata keçirilməsində əhəmiyyətli rolu 
Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi oynayır. Av-
ropa Şurasının üzvü olan dövlətlərin yerli və regional orqanları-
nın təmsil olunduğu bu məşvərət qurumu 1959-cu ildən fəaliy-
yət göstərən Avropanın Yerli və Regional Hakimiyyətlərinin 
Daimi Konfransını əvəzləmişdir. Konqres Parlament Assamble-
yası olduğu kimi, eyni üzvlərin sayından ibarətdir və həmin qu-
ruma nümayəndələri bütün qitədən olan yerli və regional haki-


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə