Mehdi SƏLİmzadə QƏDİr xəLİlov



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə23/30
tarix20.02.2018
ölçüsü2,95 Kb.
#27257
1   ...   19   20   21   22   23   24   25   26   ...   30

 
90
M a d d ə   1 4  
İnformasiyanın verilməsi 
 
Hər bir Tərəf özünün qanunvericilik müddəaları və bu Xar-
tiyanın müddəalarına uyğunlaşdırma üçün gördüyü digər tədbir-
lər haqqında bütün zəruri informasiyanı Avropa Şurasının Baş 
katibinə göndərir. 
 
III HİSSƏ 
 
M a d d ə   1 5  
İmzalama, ratifikasiya, qüvvəyəminmə 
 
 1. Bu Xartiya Avropa Şurasının üzvü olan dövlətlərin imza-
laması üçün açıqdır. Xartiya ratifikasiya edilməli, qəbul olun-
malı, yaxud bəyənilməlidir. Təsdiqnamələr, yaxud qəbuletmə 
və ya bəyənmə haqqında sənədlər saxlanılmaq üçün Avropa Şu-
rasının Baş katibinə təhvil verilir. 
 2. Bu Xartiya Avropa Şurasının üzvü olan dörd dövlətin 
bundan  əvvəlki bəndin müddəalarına uyğun olaraq Xartiyaya 
riayət etməyə öz razılıqları barədə  bəyanatları  təqdim etməsi 
tarixindən üç aylıq müddətin keçməsindən sonra gələn ayın 
birinci günü qüvvəyə minir. 
 3.  Gələcəkdə Xartiyaya qoşulmağa öz razılığını bildirmiş, 
Avropa  Şurasının üzvü olan istənilən dövlət üçün Xartiya təs-
diqnamənin, qəbuletmə və ya bəyənmə haqqında sənədin saxla-
nılmaq üçün təhvil verilməsindən sonra gələn ayın birinci günü 
qüvvəyə minəcək. 
 


 
91
M a d d ə   1 6  
Ərazi qeyd-şərti 
 
 1. Təsdiqnamə, yaxud Xartiyanı qəbuletmə, bəyənmə və ya 
ona qoşulma barədə  sənədi imzalayarkən və ya saxlanılmaq 
üçün təhvil verərkən hər bir dövlət bu Xartiyanın tətbiq ediləcə-
yi ərazini, yaxud əraziləri göstərə bilər. 
 2. Hər bir dövlət gələcəkdə istənilən vaxt Avropa Şurasının 
Baş katibinə  bəyannamə göndərməklə, bu Xartiyanın tətbiqini 
bəyannamədə göstərilmiş istənilən digər əraziyə şamil edə bilər. 
O əraziyə münasibətdə Xartiya Baş katibin həmin bildirişi aldı-
ğı tarixdən üç aylıq müddət keçdikdən sonra gələn ayın birinci 
günü qüvvəyə minir. 
 
M a d d ə   1 7  
Etibarsız elanetmə 
 
 1.  Tərəflərdən heç biri bu Xartiyanın onun üçün qüvvəyə 
mindiyi gündən beş illik müddət bitənədək Xartiyanı etibarsız 
elan edə bilməz. Altı ay öncədən Avropa Şurasının Baş katibinə 
ilkin bildiriş göndərilir. Bu cür etibarsız elanetmə Xartiyanın 
digər Tərəflər üçün qüvvəsinə  təsir etmir, bir şərtlə ki, onların 
sayı heç vaxt dörddən az olmasın. 
 2.  Əvvəlki bəndin müddəalarına uyğun olaraq Tərəflərdən 
hər biri Xartiyanın I hissəsinin  əvvəllər özü tərəfindən qəbul 
edilmiş hər hansı bəndini etibarsız elan edə bilər, bir şərtlə ki, 
həmin Tərəfin riayət etməli olduğu bəndlərin sayı  və 
kateqoriyaları 12-ci maddənin 1-ci bəndinin müddəalarına uy-
ğun olsun. Bəndlərdən birinin etibarsız elan edilməsindən sonra 


 
92
12-ci maddənin 1-ci bəndinin tələblərinə artıq uyğun gəlməyən 
hər bir Tərəf, həmçinin Xartiyanı bütövlükdə etibarsız elan et-
miş sayılacaqdır. 
 
M a d d ə   1 8  
Bildirişlər 
 
 Avropa  Şurasının Baş katibi Şuranın üzvü olan dövlətlərə 
aşağıdakılar barədə bildirişlər göndərir: 
 a) hər hansı imzalanma; 
 b) hər hansı təsdiqnamənin, yaxud qəbuletmə və ya bəyən-
mə haqqında sənədin saxlanılmaq üçün təhvil verilməsi; 
 c) 15-ci maddəyə uyğun olaraq bu Xartiyanın hər hansı 
qüvvəyəminmə tarixi; 
 ç) 12-ci maddənin 2-ci və 3-cü bəndlərinin müddəalarına 
uyğun olaraq alınmış istənilən bildiriş; 
 d) 13-cü maddənin müddəalarına uyğun olaraq alınmış istə-
nilən bildiriş; 
 e) bu Xartiyaya aidiyyəti olan hər hansı başqa akt, bildiriş 
və ya məlumat. 
 Bunun təsdiqi olaraq, lazımi qaydada vəkil edilmiş aşağıda 
imza edənlər bu Xartiyanı imzalamışlar. 
 Strasburqda, 1985-ci il oktyabrın 15-də fransız və ingilis 
dillərində, hər iki mətni eyni qüvvəyə malik olan bir nüsxədə 
imzalanmışdır, həmin nüsxə saxlanılmaq üçün Avropa Şurası-
nın arxivinə təhvil veriləcəkdir. 
 Avropa Şurasının Baş katibi lazımi qaydada təsdiq edilmiş 
surətləri Avropa Şurasının üzvü olan dövlətlərin hər birinə gön-
dərir. 


 
93
4.3. Xartiyanın qəbul edilməsi tarixi 
 
 Yerli 
Özünüidarə haqqında Avropa Xartiyası Avropa 
Şurası  çərçivəsində bir çox təşəbbüslərin və uzunmüddətli işin 
son nəticəsidir. 
 Avropanın bütün demokratik dövlətlərinin sadiq qaldığı 
prinsipləri bəyan edən sənədin köməyi ilə Avropada yerli mux-
tariyyətin müdafiəsi və gücləndirilməsi yerli özünüidarəetmə 
orqanlarının çoxdankı yüksək məqsədidir. Bundan başqa, erkən 
mərhələdə etiraf edilmişdir ki, belə  sənəd yerli muxtariyyətin 
müdafiəsi zamanı  hərəkətləri böyük mübahisələrə  səbəb olan 
iştirakçıların, yəni hökumətlərin ona qoşulmasını  təmin etmə-
lidir. 
 Bu 
sənədin işlənib hazırlanması və qəbul edilməsi üçün 
Avropa  Şurası, insan hüquqlarının təminatçısı  və demokratik 
dövlət idarəetməsinin müdafiəçisi kimi ən münasib təşkilat 
hesab edilmişdir, çünki bu qurum hələ 1957-ci ildə yerli haki-
miyyət orqanlarının mənasının  əhəmiyyətinə dair öz anlamını 
bildirmiş, bunun üçün Avropa səviyyəsində sonradan Avropa-
nın Yerli və Regional Hakimiyyətlərinin Daimi Konfransına 
çevrilmiş nümayəndəli orqan təsis etmişdir. 
 
Məhz Daimi Konfrans öz 64 (1968) saylı Qətnaməsində 
yerli muxtariyyət prinsipləri haqqında Bəyannaməni təklif etmiş 
və Avropa Şurasının Nazirlər Komitəsini onu qəbul etməyə ça-
ğırmışdır. Bu təşəbbüs Məşvərətçi Assambleya tərəfindən dəs-
təklənmiş  və o, öz 615 (1970) saylı Tövsiyəsində Daimi 
Konfransın mətninə yaxın olan və bu orqanlar tərəfindən birgə 
işlənib hazırlanmış mətni Nazirlər Komitəsinə təqdim etmişdir. 
Lakin təklif edilmiş  Bəyannamə o dərəcədə ümumi və  əhatəli 


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə