Mehdi SƏLİmzadə QƏDİr xəLİlov



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə24/30
tarix20.02.2018
ölçüsü2,95 Kb.
#27257
1   ...   20   21   22   23   24   25   26   27   ...   30

 
94
xarakter daşıyırdı ki, onun əsasında hər hansı müəyyən tədbirlər 
görmək mümkün olmamışdır. 
 Buna 
görə də Daimi Konfransın 1981-ci ildə irəli sürü-
lən yeni təşəbbüsü daha çevik yanaşmaya əsaslanmışdır. Lakin, 
belə bir fikir bildirilmişdir ki, məcburi qüvvəyə malik olmayan 
prinsiplər haqqında Bəyannamə yerli muxtariyyətin  əhəmiyyə-
tini və məruz qaldığı təhdidlərin xarakterini tam şəkildə müəy-
yən edə bilmir. Sənəd çevik olmalıdır ki, bu da milli konstitusi-
ya sistemləri və inzibati ənənələr arasında fərqlərin yeni sənəd-
lərdə tələblərin genişləndirilməsi ilə deyil, dövlətlər üçün özlə-
rinə münasibətdə məcburi hesab edə biləcəyi müddəaların seçil-
məsi hədlərinin verilməsi yolu ilə nəzərə alınmasına imkan ver-
miş olsun. 
Belə yanaşmanın məntiqi tamamlanması Daimi 
Konfransın 126 (1981) saylı  Qətnaməsinə  əsasən Yerli Özü-
nüidarə haqqında Avropa Xartiyası layihəsinin, onun Avropa 
Konvensiyası statusu ilə  qəbul edilməsi təklifi ilə birlikdə Na-
zirlər Komitəsinə təqdim edilməsi olmuşdur. 
Nazirlər Komitəsi Daimi Konfransın təkliflərini yerli 
özünüidarəetməyə  məsul olan Avropa Nazirlərinin 5-ci 
Konfransında (Luqano, 5-7 oktyabr 1982-ci il) müzakirə olun-
ması məqsədilə Regional və bələdiyyə məsələləri üzrə Təşkilat 
Komitəsinə təqdim edilməsini qərara almışdır. Luqanoda iştirak 
edən nazirlər öz rəylərində “bəzi nazirlərin Xartiyaya Konvensi-
yanın məcburi qüvvəsinə malik olan formanın verilməsi zərurəti 
və Xartiyanın məzmunun müəyyən aspektləri haqqında qeyd-
şərtləri nəzərə alınmaqla hesab edirlər ki, Xartiyanın hazırkı la-
yihəsi yerli muxtariyyət prinsiplərinin müəyyən edilməsinin iş-
lənib hazırlanmasında əhəmiyyətli addım kimi çıxış edir; 


 
95
Avropa  Şurasının Nazirlər Komitəsinə  təklif edirlər ki, 
Avropanın yerli və regional hakimiyyətlərinin Daimi Konfransı 
ilə birgə konfrans zamanı irəli sürülmüş iradlara uyğun olaraq 
Yerli Özünüidarə haqqında Avropa Xartiyasının layihəsinə zə-
ruri dəyişikliklər edilməsi haqqında Regional və bələdiyyə mə-
sələləri üzrə Təşkilat Komitəsinə tapşırıq verilsin ki, həmin la-
yihə onların növbəti konfransı zamanı təsdiq edilsin...”.  
 Nazirlər Komitəsi Təşkilat Komitəsinə qeyd edilən tap-
şırığı vermiş və Xartiya layihəsinin tam şəkildə yenidən baxıl-
masını həyata keçirmişdir. Daimi Konfrans nümayəndələri Lu-
qano konfransının qərarlarının icrası məqsədilə həmin müzaki-
rələrdə  iştirak etmişlər. Xartiya layihəsinin Təşkilat Komitəsi 
tərəfindən yenidən baxılmış  mətni, nəhayət, Roma şəhərində 
1984-cü il noyabrın 6-8-də keçirilən yerli özünüidarəetməyə 
məsul olan Avropa nazirlərinin 6-cı konfransında təqdim edil-
mişdir. Həmin mətni nəzərdən keçirərək, nazirlər orada təsbit 
olunmuş prinsiplərlə öz razılığını yekdilliklə bildirmişlər. Xarti-
yanın hüquqi formasına gəldikdə isə, nazirlərin  əksəriyyəti 
onun Konvensiya olmasının lehinə çıxış etmişlər. 
 Bununla 
əlaqədar, Məşvərətçi Assambleya və nazirlərin 
Roma Konfransı  tərəfindən verilmiş  rəylərə uyğun olaraq Na-
zirlər Komitəsi 1985-ci ilin iyununda Yerli Özünüidarə haqqın-
da Avropa Xartiyasını Konvensiya formasında qəbul etmişdir. 
Xartiyanın qəbul edilməsi təşəbbüsünün Avropanın yerli və re-
gional hakimiyyətlərinin Daimi Konfransı  tərəfindən irəli gəl-
məsi faktının təsdiqi olaraq, Konvensiyanın imzalanması üçün 
Daimi Konfransın 20-ci plenar sessiyası münasibətilə açıq elan 
edilməsi qərara alınmışdır. 
 


 
96
4.4. Xartiya üzrə ümumi qeydlər 
 
 Yerli 
Özünüidarə haqqında Avropa Xartiyasının məqsə-
di vətəndaşlara ən yaxın olan və onların gündəlik həyatına toxu-
nun məsələlər üzrə qərarların qəbul edilməsində fəal iştirak et-
mək imkanını verən yerli hakimiyyət orqanlarının müəyyən 
edilməsinin və müdafiəsinin ümumavropa normativlərinin ol-
mamasının aradan qaldırılmasından ibarətdir. 
 Xartiya 
öz 
iştirakçılarını yerli hakimiyyətlərin siyasi
inzibati və maliyyə sərbəstliyinə təminat verən əsas hüquq nor-
malarını tətbiq etməyə məcbur edir. Beləliklə, bu sənəd Avropa 
səviyyəsində Avropa Şurasının, regionda demokratik düşüncə-
nin və insan hüquqlarının ən geniş miqyasda dəstəklənməsini öz 
əsas vəzifəsi hesab etməklə, yaradıldığı andan müdafiə etdiyi 
ərazi idarəetmə prinsiplərinin reallaşdırılması üzrə siyasi iradə-
sini nümayiş etdirir. Həqiqətən də, Avropa Şurası belə bir qə-
naətə gəlir ki, həqiqi demokratiyanın təməl daşı yerli hakimiy-
yət orqanlarının istifadə etdiyi özünüidarəetmə səviyyəsidir. 
 Xartiya 
üç 
hissədən ibarətdir. Birinci hissədə yerli özü-
nüidarəetmənin prinsiplərini təsbit edən əsas müddəalar əks olu-
nur. Həmin hissədə yerli özünüidarəetmənin konstitusional və 
hüquqi əsaslarının zərurəti şərtləndirilir, yerli hakimiyyət orqan-
larının səlahiyyətlərinin xarakterini və  həcmini tənzimləyən 
konsepsiya və prinsiplər ifadə edilir. Sonrakı maddələr özünü 
idarə edən  ərazilərin sərhədlərinin müdafiəsinə, yerli hakimiy-
yətlərin onların inzibati strukturlarına münasibətdə muxtariyyə-
tinin təmin edilməsinə, ixtisaslı kadrların işə  qəbul edilməsinə 
və yerli hakimiyyət orqanlarında seçkili vəzifələrin tutulması 
üçün şərtlərin müəyyən olunmasına aiddir. İki əsas maddə yerli 


 
97
hakimiyyət orqanlarına inzibati nəzarət üzərində  məhdudiyyət-
lər qoyur və onlara muxtariyyətlərini pozmayan müvafiq maliy-
yə vəsaitlərinin ayrılmasını nəzərdə tutur. Bu hissədə olan digər 
müddəalar yerli hakimiyyət orqanlarının  əməkdaşlıq etmək, 
assosiasiyalar yaratmaq və məhkəmə qaydasında müdafiə olun-
maq hüquqlarını tənzimləyir. 
 
İkinci hissədə  iştirakçıların öz üzərinə götürə bildikləri 
öhdəliklərin həcmi ilə bağlı olan müxtəlif müddəalar  əks 
olunur.  Əsas prinsiplərin müdafiəsi və Avropa Şurasının üzvü 
olan müxtəlif dövlətlərin hüquqi və  təşkilati xüsusiyyətlərinin 
nəzərə alınması üçün zəruri olan çeviklik arasında həqiqi taraz-
lığın təmin edilməsi niyyətinə uyğun olaraq, bu hissədə iştirak-
çılar tərəfindən özləri üçün məcburi hesab edilən Xartiyanın 
müddəaları  sırasından müəyyən müddəalarının istisna edilmə-
sinə yol verilir. Beləliklə, ikinci hissədə bir tərəfdən yerli idarə-
etmənin bütün dövlətin strukturuna və  təşkilinə toxunulması 
faktının tanınması, digər tərəfdən isə yerli özünüidarəetmənin 
istənilən demokratik sistemində hörmətlə yanaşılmalı olan əsas 
prinsiplərin minimal dəstinin müdafiəsi məqsədi arasında 
kompromis əks olunur. Bundan başqa, iştirakçıların öhdəlikləri 
müvafiq maneələrin aradan qaldırılmasından sonra genişləndiri-
lə bilər. 
 Xartiyada 
təsbit edilmiş yerli özünüidarəetmə prinsipləri 
Avropa Şurasının üzvü olan hər bir dövlətində yerli özünüidarə-
etmənin bütün səviyyələrinə və ya kateqoriyalarına, habelə mü-
vafiq dəyişikliklərlə, regional səviyyədə  fəaliyyət göstərən 
idarəetmə orqanlarına  şamil olunur. Lakin, xüsusi hallarda 
iştirakçılar hakimiyyət orqanlarının müəyyən kateqoriyalarını 


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə