Mehdi SƏLİmzadə QƏDİr xəLİlov



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə22/30
tarix20.02.2018
ölçüsü2,95 Kb.
#27257
1   ...   18   19   20   21   22   23   24   25   ...   30

 
86
M a d d ə   9  
Yerli özünüidarə orqanlarının maliyyələşmə mənbələri 
 
 1. Yerli özünüidarə orqanlarının milli iqtisadi siyasət çərçi-
vəsində kifayət qədər maliyyə vəsaitlərinə malik olmaq hüququ 
vardır, onlar öz funksiyalarını yerinə yetirmək üçün həmin və-
saitlər barədə sərbəst sərəncam verə bilərlər. 
 
2. Yerli özünüidarə orqanlarının maliyyə  vəsaitləri 
konstitusiya ilə, yaxud qanunla onlara verilən səlahiyyətlərə 
mütənasib olmalıdır. 
 3. Yerli özünüidarə orqanlarının maliyyə  vəsaitlərinin heç 
olmazsa bir hissəsi yerli rüsum və vergilər hesabına daxil olma-
lıdır, bunların dərəcələrini yerli özünüidarə orqanları qanunda 
göstərilən hüdudlarda müəyyənləşdirməyə ixtiyarlıdırlar. 
 4. Yerli özünüidarə orqanlarının maliyyə vəsaitlərinin əsas-
landığı maliyyə sistemləri yetərincə müxtəlif və çevik olmalıdır 
ki, yerli orqanların səlahiyyətlərinin həyata keçirilməsi zamanı 
çəkilən xərclərin dəyişməsini mümkün qədər təmin edə bilsin. 
 5.  Maliyyəsi baxımından daha zəif olan yerli özünüidarə 
orqanlarının qorunması maliyyə tənzimi prosedurlarının, yaxud 
yerli orqanların potensial maliyyələşmə mənbələrinin qeyri-bə-
rabər bölüşdürülməsinin nəticələrini və onlar üzərinə düşən 
xərcləri təshih etmək üçün nəzərdə tutulmuş ekvivalent tədbir-
lərin tətbiqini tələb edir. Belə prosedurlar və ya tədbirlər yerli 
özünüidarə orqanlarının öz səlahiyyətləri hüdudlarında seçim 
sərbəstliyini məhdudlaşdırmamalıdır. 
 6. Yenidən bölüşdürülən vəsaitlərin verilmə qaydasını yerli 
özünüidarə orqanları ilə lazımi qaydada razılaşdırmaq zəruridir. 


 
87
 7. Yerli özünüidarə orqanlarına verilən subsidiyalar imkan 
daxilində müəyyən layihələrin maliyyələşdirilməsi üçün nəzər-
də tutulmamalıdır. Subsidiyaların verilməsi yerli özünüidarə or-
qanlarının özlərinin səlahiyyətləri sahəsində siyasət seçimində 
əsas sərbəstliyinə ziyan vurmamalıdır. 
 8.  Kapital  qoyuluşları üzrə  xərclərin maliyyələşdirilməsi 
üçün yerli özünüidarə orqanları qanunvericiliyə riayət etməklə 
milli borc kapital bazarından istifadə edə bilməlidir. 
 
M a d d ə   1 0  
Yerli özünüidarə orqanlarının birləşmək hüququ 
 
 1. Yerli özünüidarə orqanları öz səlahiyyətlərini həyata ke-
çirərkən ümumi maraq doğuran vəzifələrin yerinə yetirilməsi 
üçün digər yerli özünüidarə orqanları ilə  əməkdaşlıq etmək və 
qanunla müəyyənləşdirilmiş hüdudlarda onlarla birləşmək hü-
ququna malikdirlər. 
 2.  Hər bir dövlətdə yerli özünüidarə orqanlarının ümumi 
maraqlarının qorunması  və inkişafı üçün onların birliklərə  və 
yerli özünüidarə orqanlarının beynəlxalq birliklərinə daxil ol-
maq hüququ tanınmalıdır. 
 3. Yerli özünüidarə orqanlarına qanunla müəyyən edilə bi-
lən  şərtlər  əsasında başqa dövlətlərin belə orqanları ilə  əmək-
daşlıq etmək hüququ verilir. 
 


 
88
M a d d ə   1 1  
Yerli özünüidarənin hüquqi müdafiəsi 
 
 Yerli özünüidarə orqanları özlərinin səlahiyyətlərinin və öl-
kə konstitusiyasında və qanunvericiliyində təsbit olunmuş yerli 
özünüidarə prinsiplərinə riayət edilməsinin sərbəst həyata ke-
çirilməsini təmin etmək üçün məhkəmə müdafiəsi hüququna 
malik olmalıdırlar. 
 
II HİSSƏ 
XÜSUSİ MÜDDƏALAR 
M a d d ə   1 2  
Öhdəliklər 
 
 1.  Hər bir Tərəf Xartiyanın I hissəsinin  ən azı iyirmi 
bəndinə riayət etməyi öhdəsinə götürür; onlardan ən azı on bənd 
aşağıdakı bəndlər arasından seçilməlidir: 
 maddə 2  
 maddə 3, 1-ci və 2-ci bəndlər  
 maddə 4, 1-ci, 2-ci, 4-cü bəndlər  
 maddə 5  
 maddə 7, 1-ci bənd  
 maddə 8, 2-ci bənd  
 maddə 9, 1-ci, 2-ci və 3-cü bəndlər  
 maddə 10, 1-ci bənd  
 maddə 11.  
 2.  Təsdiqnamənin yaxud Xartiyanı  qəbuletmə  və ya 
bəyənmə barədə sənədin saxlanılmaq üçün təhvil verildiyi vaxt 
razılığa gələn hər bir dövlət bu maddənin I bəndinin 


 
89
müddəalarına uyğun olaraq seçdiyi bəndlər barədə Avropa 
Şurasının Baş katibinə bildiriş göndərir. 
 3. Gələcəkdə hər bir Tərəf istənilən vaxt Baş katibə bildiriş 
göndərə bilər ki, o, Xartiyanın, bu maddənin I bəndinin müd-
dəalarına uyğun olaraq hələ qəbul etmədiyi istənilən digər bən-
dinə riayət etməyi öhdəsinə götürür. Sonradan qəbul edilmiş bu 
cür öhdəliklər bildiriş göndərən Tərəfin ratifikasiya, qəbuletmə, 
yaxud bəyənmə prosedurunun əsas hissəsi hesab edilir və bildi-
rişi Baş katibin aldığı tarixdən üç aylıq müddət keçdikdən sonra 
gələn ayın birinci günü qüvvəyə minir. 
 
 
M a d d ə   1 3  
Xartiyanın qüvvəsi şamil edilən yerli özünüidarə orqanları 
 
Bu Xartiyada təsbit olunmuş yerli özünüidarə prinsipləri Tə-
rəflərin ərazilərində mövcud olan yerli özünüidarə orqanlarının 
bütün kateqoriyalarına şamil edilir. Lakin təsdiqnamənin, yaxud 
qəbuletmə  və ya bəyənmə haqqında sənədin saxlanılmaq üçün 
təhvil verilməsi zamanı  hər bir Tərəf bu Xartiyanın tətbiqinin 
məhdudlaşdırıldığı yerli və ya regional özünüidarə orqanlarının 
kateqoriyalarını, yaxud bu Xartiyanın tətbiq dairəsindən çıxar-
maq niyyətində olduğu kateqoriyaları göstərə bilər. Tərəf həm-
çinin Avropa Şurasının Baş katibinə sonradan bildiriş göndər-
mək yolu ilə Xartiyanın qüvvəsini yerli və regional hakimiyyət 
orqanlarının digər kateqoriyalarına şamil edə bilər. 
 


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə