Mehdi SƏLİmzadə QƏDİr xəLİlov



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə25/30
tarix20.02.2018
ölçüsü2,95 Kb.
#27257
1   ...   22   23   24   25   26   27   28   29   30

 
98
Xartiyanın əhatə dairəsindən istisna etmək hüququna malikdir-
lər. 
 
Xartiyada onun tətbiq edilməsinə görə hər hansı təşkilat 
tərəfindən nəzarət edilməsi qaydası müəyyən edilmir ki, onun 
iştirakçıları Xartiyanın yerinə yetirilməsi məqsədilə görülmüş 
qanunvericilik və digər tədbirlər haqqında bütün zəruri məlu-
matları  təqdim etmiş olsunlar. Bununla yanaşı, Avropa Sosial 
Xartiyasında nəzərdə tutulduğu kimi, beynəlxalq nəzarət siste-
minin yaradılması  məsələsi nəzərdən keçirilmişdir. Lakin, Av-
ropada yerli və regional hakimiyyətlərinin Daimi Konfransının, 
Nazirlər Komitəsinə  çıxışı mövcud olmaqla, Avropa Şurasının 
tərkibində fəaliyyət göstərməsinin Xartiyanın tələblərinin yerinə 
yetirilməsinə kifayət siyasi nəzarəti təmin etdiyini nəzərə 
alaraq, mürəkkəb nəzarət mexanizmindən imtina edilməsi 
mümkün hesab edilmişdir. 
 
Sənədin sonuncu hissəsində Avropa Şurasının himayəsi 
altında işlənib hazırlanan konvensiyalara, adətən daxil edilən 
müvafiq müddəalara uyğun olan yekun müddəalar əks olunur. 
 Yerli 
Özünüidarə haqqında Avropa Xartiyası Avropa 
Şurasının müdafiə  və inkişaf etdirməli olduğu demokratiyanın 
dayaqlarından biri olan yerli muxtariyyət prinsiplərini müəyyən 
edən və qoruyan ilk çoxtərəfli hüquqi akt kimi çıxış edir. Belə-
liklə, əminliklə söyləmək olar ki, Xartiya ümumavropa dəyərlə-
rinin müdafiəsinə və inkişafına verilən əhəmiyyətli töhfədir. 
 


 
99
4.5. Xartiyanın müddəalarının şərhi 
 
 
Preambula 
 Preambula 
Xartiyanın əsaslandığı əsas prinsiplərin ifadə 
olunması imkanını verir. Bütövlükdə, bu prinsiplər aşağıdakı-
lardır: 
 
- yerli özünüidarəetmənin demokratiyaya, səmərəli 
idarəetməyə və hakimiyyətin əks-mərkəzləşdirilməsinə əhəmiy-
yətli töhfəsi; 
 
- yerli hakimiyyət orqanlarının Avropanın qurulmasında 
vacib rolu; 
 
- yerli hakimiyyət orqanlarının demokratik quruluşunun 
və onların geniş muxtariyyətinin zəruriliyi. 
 
 
 
Maddə 1 
 1-ci 
maddədə Xartiya iştirakçılarının 12-ci maddədə 
müəyyən edilmiş  hədlərdə Xartiyanın I hissəsində (2-11-ci 
maddələr) qeyd edilmiş yerli özünüidarəetmə prinsiplərinə ria-
yət etmək öhdəlikləri əks olunur. 
 
 
Maddə 2 
 Bu 
maddədə yerli özünüidarəetmə prinsipinin hüquqda 
təsbit edilməli olduğu nəzərdə tutulur. 
 Bu 
prinsipin 
əhəmiyyətini nəzərə alaraq, onun dövlətin 
təşkilini müəyyən edən  əsas qanuna, yəni konstitusiyaya daxil 
edilməklə  həyata keçirilməsi arzuolunandır. Lakin etiraf edil-
mişdir ki, konstitusiyaya dəyişikliklərin edilməsi proseduru 
qanunvericilik orqanı üzvlərinin çoxluğunun razılığını  və ya 


 
100
referendum yolu ilə ifadə edilən bütün əhalinin razılığını tələb 
edən dövlətlər üçün yerli özünüidarəetmə prinsipinin konstitusi-
yada təsbit etmək öhdəliyinin həyata keçirilməsi mümkün olma-
ya bilər. Həmçinin etiraf edilmişdir ki, konstitusiyaya malik ol-
mayan və konstitusiyası müxtəlif sənədlərdə və mənbələrdə əks 
olunan dövlətlər xüsusi çətinliklərlə üzləşə və ya hətta belə öh-
dəliyi öz üzərinə götürmək iqtidarında olmaya bilərlər. 
 
Nəzərə almaq lazımdır ki, federativ dövlətlərdə yerli 
özünüidarəetmə mərkəzi federal hökumət tərəfindən deyil, fede-
rasiyanın subyektləri tərəfindən tənzimlənə bilər. Federativ döv-
lətlərdə hazırkı Xartiya heç bir halda hakimiyyətin və federal 
hökumət və federasiyanın subyektləri arasında vəzifələr bölgü-
sünə toxunmur. 
 
 
Maddə 3 
 Bu 
maddədə Xartiyanın mənası ilə anlaşılan yerli özünü-
idarəetmənin əsas xarakteristikaları ifadə edilir. 
 
 
Bənd 1 
 “Qabiliyyət” anlayışında belə bir fikir ifadə olunur ki, 
müəyyən ictimai işlərin tənzimlənməsi və idarə edilməsi üzrə 
qanuni hüquq onların səmərəli şəkildə həyata keçirilməsi vasitə-
ləri ilə möhkəmləndirilməlidir. “Qanun çərçivəsində” ifadəsinin 
daxil edilməsi belə hüquq və qabiliyyətin qanunvericilikdə daha 
dəqiq tərif alması faktının etiraf edilməsidir. 
 “Məsuliyyəti öz üzərinə götürməklə” ifadəsi vurğulayır 
ki, yerli hakimiyyət orqanları yuxarı hakimiyyət orqanlarının 
nümayəndələri qismində fəaliyyətlə məhdudlaşmamalıdırlar. 


 
101
 Yerli 
hakimiyyət orqanları tərəfindən dəqiq olaraq hansı 
işlərin tənzimlənməsini və idarə edilməsini müəyyən etmək 
mümkün deyildir. “yerli işlər” və  “şəxsi işlər” kimi ifadələr 
qeyri-dəqiq və  təfsir üçün çətin ifadələr kimi rədd edilmişdir. 
Yerli hakimiyyət orqanlarının səlahiyyətlərinə daxil olan işlərə 
münasibətdə Avropa Şurasının üzvü olan dövlətlərin  ənənələri 
olduqca fərqlidir. Həqiqətdə, işlərin əksəriyyəti həm yerli, həm 
də ümumdövlət  əhəmiyyəti daşıyır, onlara görə  məsuliyyət 
müxtəlif dövlətlərdə və müxtəlif dövrlərdə fərqli ola bilər, hətta 
dövlət idarəçiliyinin müxtəlif səviyyələri arasında bölünə bilər. 
Yerli hakimiyyət orqanlarının səlahiyyətlərinin böyük əhəmiy-
yətə malik olmayan işlərlə  məhdudlaşdırılması onların dövlət 
həyatının kənarına sıxışdırılması riskini yaradır. Digər tərəfdən, 
dövlətin müəyyən funksiyalarının, məsələn, milli müdafiənin, 
mərkəzi dövlətin ixtiyarında qalması ümumqəbul edilmiş bir 
faktdır. Xartiyanın niyyətlərinə yerli hakimiyyət orqanlarına 
yerli səviyyədə həyata keçirilə bilən vəzifələrin geniş dairəsinin 
həvalə edilməsi daxildir. Bu vəzifələrin müəyyən edilməsi 4-cü 
maddədə nəzərdə tutulur. 
 
 
Bənd 2 
 Özünüidarəetmə hüququ demokratik qaydada seçilmiş 
yerli hakimiyyət orqanları  tərəfindən həyata keçirilməlidir. Bu 
prinsip Avropa Şurasının dövlət idarəçiliyinin demokratik for-
malarına verdiyi əhəmiyyətə uyğundur. 
 
Bu hüquq, adətən tabe olan icra qurumları ilə və ya onlar 
olmadan nümayəndəli orqanın yaradılmasını  nəzərdə tutur, 
həmçinin qanunvericilik bunu nəzərdə tutduqda, birbaşa de-
mokratik idarəçilik imkanına yol verilir. 


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə