Mehdi SƏLİmzadə QƏDİr xəLİlov



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə28/30
tarix20.02.2018
ölçüsü2,95 Kb.
#27257
1   ...   22   23   24   25   26   27   28   29   30

 
110
olduqca möhkəm asılılığı onları çətin vəziyyətə qoya bilər, çün-
ki xidmətlərin göstərilməsi ilə bağlı  xərclərə  dəyişilən iqstiadi 
amillər birbaşa təsir göstərir. Lakin etiraf edilir ki, hətta nis-
bətən dinamik gəlir mənbələri olduqda xərclər və resursların in-
kişafı arasında avtomatik əlaqə mövcud deyildir. 
 
 
Bənd 6 
 
Resurslar qanunvericilik qaydasında müəyyən edilən 
xüsusi meyarlara uyğun olaraq bölüşdürüldükdə, müvafiq qa-
nunvericiliyin hazırlanması zamanı yerli hakimiyyət orqanları 
ilə  məsləhətləşmələrin keçirildiyi təqdirdə, bu bəndin müd-
dəaları yerinə yetirilmiş hesab olunur. 
 
 
Bənd 7 
 Ümumi 
təyinatlı dotasiyalar və ya xüsusi sahələr üzrə 
dotasiyalar yerli hakimiyyətlərin hərəkət sərbəstliyi baxımından 
xüsusi layihələrə ayrılandan dotasiyalardan daha yüksək üstün-
lüyə malikdir. Güman etmək reallıqdan kənar olardı ki, xüsusi 
layihələr üzrə bütün dotasiyalar, xüsusilə də iri kapital qoyuluşu 
üçün ümumi təyinatlı dotasiyalarla əvəzlənəcək, lakin belə 
dotasiyaların hədziz istifadəsi yerli hakimiyyətlərin ilk növbəli 
xərcləri seçmək sərbəstliyini kəskin surətdə  məhdudlaşdırmış 
olur. Lakin müxtəlif dövlətlərdə ümumi resurslarda dotasiyala-
rın payı müxtəlifdir ümumi təyinatlı dotasiyalarla müqayisədə 
xüsusi layihələr üzrə dotasiyaların daha boyük həcmli payı o 
halda normal hesab oluna bilər ki, dotasiyalar ümumilikdə ümu-
mi gəlirlərin nisbətən kiçik hissəsini təşkil etmiş oslun. 9-cu 
maddənin 7-ci bəndində olan ikinci cümlə nəzərdə tutur ki, xü-
susi məqsədlər üçün ayrılan dotasiyalar yerli hakimiyyətləri on-


 
111
ların səlahiyyətləri daxilində  hərəkət sərbəstliyindən məhrum 
etməməlidir. 
 
 
Bənd 8 
 Yerli 
hakimiyyət orqanları üçün kapital qoyuluşlarına 
kredit almaq imkanlarına malik olmaq çox vacibdir. Lakin belə 
maliyyələşmənin mümkün mənbələri hər bir dövlətdə bazar ka-
pitalının strukturundan asılıdır; belə maliyyələşmə mənbələrin-
dən istifadə qaydası və şərtləri qanunvericilik qaydasında müəy-
yən edilir. 
 
 
Maddə 10 
 
Bənd 1 
 Bu 
bənd birgə layihələrin köməyi ilə daha böyük səmə-
rəliliyə nail olmaq və ya bir dövlət hakimiyyət orqanının imkan-
larının xaricinə  çıxan vəzifələri həyata keçirmək məqsədilə 
funksional əsasda yerli hakimiyyət orqanları arasında əməkdaş-
lığı  tənzimləyir. Belə  əməkdaşlıq özünüidarəetmə orqanlarının 
konsorsiumları və ya federasiyaları formasında ola bilər və bu-
rada onların təsis edilməsi üçün hüquqi əsaslar qanunvericilk 
qaydasında müəyyən edilə bilər. 
 
 
Bənd 2 
 2-ci 
bənd funksional məqsədlərlə müqayisədə daha 
ümumi məqsədlərə malik olan, barələrində 1-ci bənddə qeyd 
edilən, regional və ya ümummilli əsasda müxtəlif növlü bütün 
yerli hakimiyyət orqanlarını  təmsil edən assosiasiyalara aiddir. 
Lakin, belə assosiasiyalara daxil olmaq hüququ mərkəzi höku-


 
112
mət tərəfindən istənilən ayrıca assosiasiyanın danışıqlarda qa-
nuni tərəf qismində tanınması mənasını daşımır. 
 Avropa 
Şurasının bu tipli sənədlərində, adətən nəzərdə 
tutulur ki, milli səviyyədə assosiasiyalara daxil olmaq hüququ 
Avropa Şurasının nizamnaməsində müəyyən edilmiş məqsədlə-
rə uyğun olan prinsiplər  əsasında Avropa birliyini fəal quran 
beynəlxalq assosiasiyalara daxil olmaq hüququ ilə müşayiət 
olunmalıdır. 
 
Lakin 10.2-ci maddə Avropa Şurasının üzvü olan ayrı-
ayrı dövlətlərə bu prinsipin həyata keçirilməsinin qanunvericilik 
və digər vasitələrinin seçimini təklif edir. 
 
 
Bənd 3 
 
Həmçinin digər dövlətlərin ayrı-ayrı yerli hakimiyyət or-
qanları ilə əməkdaşlığa da yol verilir, halbuki belə bir əməkdaş-
lıqda hər bir dövlətin hüquqi normalarına hörmətlə yanaşmaq 
və onu həmin hakimiyyət orqanlarının səlahiyyətləri daxilində 
həyata keçirmək zəruridir. 
 Belə əməkdaşlığa Ərazi icmalar və hakimiyyətlər arasın-
da transsərhəd əməkdaşlıq haqqında Avropa Çərçivə Konvensi-
yasının müddəaları  şamil olunur, halbuki əməkdaşlığın bəzi 
növləri sərhədyanı rayonlarla məhdudlaşmamalıdır. 
 
 
Maddə 11 
 
Məhkəmə müdafiəsi vasitələrinə müraciət etmək dedik-
də yerli hakimiyyət orqanının aşağıdakılara müraciət olunması 
nəzərdə tutulur: 
 
a) müvafiq qaydada formalaşdırılmış məhkəməyə; və ya 


 
113
 b) 
istənilən hərəkətin, hərəkətsizliyin və ya digər inzibati 
aktın müvafiq qərara uyğunluğu üzrə  qərarlar qəbul etmək və 
tövsiyələr vermək hüququna malik olan bərabər, müstəqil və 
qanuni orqana. 
 Dövldətlərdən birində belə bir hal qeydə alınmışdır ki, 
inzibati qərarlardan məhkəmə qaydasında şikayət vermək, adə-
tən nəzərdə tutulmasa da, məhkəmə müdafiəsinin fövqəladə va-
sitələrinə müraciət olunması mümkündür. Həmin qərarın hüquq 
normalarının açıq-aşkar pozulması ilə  qəbul edildiyi hallarda 
verilən məhkəmə müdafiəsinin bu vasitəsi hazırkı maddənin tə-
ləblərinə uyğundur. 
 
 
Maddə 12 
 Yerli 
özünüidarəetmə prinsiplərinin formalaşdırılması 
zamanı Xartiyanın I hissəsində Avropa Şurasının üzvü olan 
dövlətlərdə yerli özünüidarəetmənin  ən müxtəlif hüquq sis-
temləri və strukturları birləşdirmək cəhdi göstərilmişdir. Buna 
baxmayaraq etiraf edilmişdir ki, Xartiyanın müəyyən müddəala-
rının təsdiqi zamanı ayrı-ayrı hökumətlər qarşısında konstitu-
sion və ya praktiki xarakterli çətinliklər əmələ gələ bilər. 
 
 
Maddə 13 
 Prinsipcə, Xartiyanın I hissəsindəki tələblər Avropa Şu-
rasının üzvü olan hər bir dövlətdə yerli hakimiyyət orqanlarının 
bütün kateqoriyalarına və səviyyələrinə aiddir. Onlar, həmçinin 
regional orqanlara da şamil oluna bilər. Lakin müəyyən 
regionların (xüsusilə, federasiya subyektlərinin) xüsusi hüquqi 
forması və ya konstitusiya ilə müəyyən edilmiş statusu onlara, 
yerli hakimiyyətlərdə olduğu kimi, eyni tələblərin irəli sürülmə-


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə