Mehdi SƏLİmzadə QƏDİr xəLİlov



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə26/30
tarix20.02.2018
ölçüsü2,95 Kb.
#27257
1   ...   22   23   24   25   26   27   28   29   30

 
102
 
Maddə 4 
 3-cü 
maddəyə verilən  şərhdə qeyd edildiyi kimi, bütün 
Avropa üzrə yerli hakimiyyət orqanlarının malik olduğu bütün 
hüquq və  vəzifələrinin sadalaması mümkün deyildir və buna 
hətta cəhd etməyə də ehtiyac duyulmur. Lakin bu maddədə yerli 
hakimiyyət orqanlarının vəzifə və səlahiyyətlərinin əsasını təş-
kil edən ümumi prinsiplər müəyyən edilir. 
 
 
Bənd 1 
 Yerli 
hakimiyyət orqanları  vəzifələrinin xarakteri yerli 
özünüidarəetmə üçün böyük əhəmiyyət kəsb etdiyi nəzərə alına-
raq, aydınlıq və hüquqi müəyyənlik baxımından onların əsas və-
zifələri hər zaman xüsusi olaraq ötürülməməli, onlar qanunveri-
cilikdə kifayət qədər möhkəm əsasa malik olmalıdırlar. Adətən, 
belə vəzifələr onların üzərinə konstitusiya və ya parlamentin ak-
tı ilə həvalə olunur. Lakin, bu bənddə “qanun” termininin istifa-
də edilməsinə baxmayaraq etiraf edilir ki, bəzi dövlətlərdə, xü-
susilə Avropa İttifaqının göstərişləri  əsasında həll edilməsi zə-
ruri olan işlərə və ya məsələlər münasibətdə müəyyən vəzifələ-
rin yerinə yetirilməsi üzrə  səlahiyyətlər parlament tərəfindən 
ötürülməsi o şərtlə məqsədəuyğun ola bilər ki, parlament onun 
tərəfindən ötürülmüş səlahiyyətlərin həyata keçirilməsinə nəza-
rət etmək hüququnu özündə saxlasın. Bundan başqa, Avropa 
Birliyinin üzvü olan dövlətlərə Birliyin Nizamnaməsinin (Roma 
Müqaviləsinin 189-cu maddəsi  əsasında birbaşa qüvvədədir) 
dövlət idarəçiliyinin hazırkı  səviyyəsində xüsusi tədbirlərin 
tətbiqini qeyd-şərtsiz edə bildiyi dərəcədə istisnalar şamil 
olunur. 
 


 
103
 
Bənd 2 
 Qanunvericiliklə ayrı-ayrı  səviyyələrin hakimiyyət or-
qanlarına həvalə edilən vəzifələrdə başqa, dövlət idarəetmə or-
qanlarının digər hərəkətləri də  zəruri və ya mümkün ola bilər. 
Belə hərəkətlər yerli əhəmiyyətə malik olduqda və onların ümu-
mi səlahiyyətlərində istisna edilmədikdə yerli hakimiyyət or-
qanlarının siyasi vahidlər kimi konsepsiyası onlardan əhalinin 
ümumi rifahına yardım göstərən sərbəst hərəkətlərin həyata 
keçirilməsini və bu məsələlərin həll edilməsində  təşəbbüsü öz 
əllərinə götürmək hüququ ilə səlahiyyətləndirilməsini tələb edir. 
Lakin,  əsasında belə  hərəkətləri həyata keçirilə bilən ümumi 
normalar qanunvericiliklə müəyyən edilir. Avropa Şurasının üz-
vü olan bəzi dövlətlərdə yerli hakimiyyət orqanları öz hərəkət-
lərini qanunla əsaslandırmaq imkanına malik olmalıdırlar. Belə 
sistemdə yerli hakimiyyət orqanlarına, konkret vəzifələrdən 
başqa, öz mülahizəsi ilə geniş  həcmdə  hərəkət etmək hüququ 
verilməlidir. Belə sistemin mövcud olması imkanı 4-cü maddə-
nin 2-ci bəndində nəzərdə tutulur. 
 
 
Bənd 3 
 Bu 
bənddə dövlət idarəçiliyi funksiyalarının  əks-mər-
kəzləşdirilməsi haqqında ümumi prinsip ifadə olunur. Bu prin-
sip Avropa Şurası kontekstində bir sıra hallarda, xüsusilə  də 
1977-ci ildə yerli özünüidarəetməyə məsul olan Avropa nazirlə-
rinin Lissabon konfransının Yekun Qeydlərində səsləndirilmiş-
dir. Bu o deməkdir ki, vəzifənin həcmi və ya xarakteri daha bö-
yük  ərazinin miqyasında həyata keçirilməsini tələb etmədikdə 
və ya bu səmərəlilik və ya qənaət baxımından tələb edilmədik-


 
104
də, həmin vəzifə, adətən ən aşağı səviyyədə olan yerli hakimiy-
yət orqanına həvalə edilməlidir. 
 
Lakin bu müddəa funksiyaların müntəzəm  əks-mərkəz-
ləşdirilməsi tələbini öz xarakteri və ölçüsünə görə məhdud vəzi-
fələr həyata keçirən yerli hakimiyyət orqanlarına ötürülməsini 
ifadə etmir. 
 
 
Bənd 4 
 Bu 
bənddə söhbət vəzifələrin qismən üst-üstə düşməsin-
dən gedir. Aydınlıq baxımından və  vəzifələrin “daşıyıb aparıl-
masına” yol verməmək məqsədilə səlahiyyətlər əhatəli və müs-
təsna olmalıdır. Lakin, müəyyən sahələrdə hakimiyyətlərin bir-
birini tamamlayan hərəkətlər zəruridir və vacibdir ki, belə hal-
larda mərkəzi və regional hakimiyyət orqanlarının müdaxiləsi 
qanunun aydın müddəalarına uyğun olaraq baş vermiş olsun. 
 
 
Bənd 5 
Yerli hakimiyyət orqanlarının inzibati strukturları və on-
ların yerli şəraitdən xəbərdar olmaları onlara müəyyən funksi-
yaları həyata keçirmək imkanını verə bilər və onlara görə məsu-
liyyət son nəticədə yerli hakimiyyət orqanlarının üzərinə qoyula 
bilər. Lakin zəruridir ki, belə ötürülmə yerli hakimiyyət orqan-
larının sərbəstliyini çox pozmasın ki, bu da onlar tərəfindən hə-
min ötürülmüş səlahiyyətləri, yerli şəraiti nəzərə almaqla, yeri-
nə yetirə bilsin. Buna baxmayaraq etiraf edilir ki, müəyyən 
funksiyaların, məsələn, şəxsiyyət vəsiqələri verilməsinin həyata 
keçirilməsində bunun üçün vahid qaydalar yerli hakimiyyətlərə 
öz mülahizəsi ilə hərəkət etməyə imkan vermir. 
 


 
105
 
Bənd 6 
 1-5-ci 
bəndlərdə yerli hakimiyyət orqanlarının səlahiy-
yətlərinə daxil olan məsələlərin həll edildiyi bir zamanda, 6-cı 
bənd həm belə hakimiyyətlərin səlahiyyətlərinə daxil olan mə-
sələlərə, həm də onların səlahiyyətlərinə daxil olmayan, lakin 
maraqlarına toxunan məsələlərə aiddir. Xartiyada nəzərdə tutu-
lur ki, məsləhətləşmə qaydaları və müddətləri yerli hakimiyyət 
orqanlarına öz nüfuzunu nümayiş etdirmək imkanını verir, hal-
buki xüsusi hallar məsləhətləşmə zərurətini ləğv edə bilər. Belə 
məsləhətləşmələr birbaşa maraqlı hakimiyyət orqanı  və ya or-
qanları ilə  və ya birbaşa deyil, bir neçə hakimiyyət orqanı 
məsləhətləşmədə maraqlı olduqda, öz assosiasiyaları vasitəsilə 
keçirilməlidir. 
 
 
Maddə 5 
 Aydındır ki, rayon sərhədlərinin dəyişdirilməsi haqqında 
təkliflər yerli hakimiyyət orqanı və xidmət göstərdiyi əhali üçün 
mühüm  əhəmiyyət kəsb edir. Əksər dövlətlərdə yerli icmalar 
belə  təkliflərə veto qoymaq hüququna malik olduğunu güman 
etməyin reallıqdan kənar olduğuna baxmayaraq, həm birbaşa
həm də dolayı ilkin məsləhətləşmələrin keçirilməsi olduqca va-
cibdir. Ola bilsin ki, referendumlar belə məsləhətləşmələrin ke-
çirilməsinin müvafiq vasitəsidir, lakin bir sıra dövlətlərdə onlar 
qanunvericiliklə  nəzərdə tutulmamışdır. Referendumun keçiril-
məsi qanunla məcburi olmadıqda, məsləhətləşmələr digər for-
mada keçirilə bilər.  
 
 
 


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə