Mehdi SƏLİmzadə QƏDİr xəLİlov



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə27/30
tarix20.02.2018
ölçüsü2,95 Kb.
#27257
1   ...   22   23   24   25   26   27   28   29   30

 
106
             Maddə 6 
 
Bənd 1 
 Bu 
bənddə yeri hakimiyyət orqanının və onun icra 
aparatının formalaşdırma qaydası deyil, inzibati xidmətlərin 
təşkil olunma qaydası müəyyən edilir. Mərkəzi və regional qa-
nunvericilik aktlarının, onların təşkili prinsiplərinin təsbit edə 
bilməsinə baxmayaraq, yerli hakimiyyət orqanları öz inzibati 
strukturlarından, yerli şərait və inzibati səmərəlilik nəzərə alın-
maqla, hərəkət etməyi tələb etmək hüququna malikdirlər. Mər-
kəzi və regional qanunvericilik aktlarının məsələn, müəyyən in-
zibati vəzifələrin yaradılmasına dair məhdud xüsusi tələblərin 
irəli sürülməsinə yol verilir, lakin onlar sərt təşkilati strukturun 
nəzərdə tutulması üçün geniş olmamalıdır. 
 
 
Bənd 2 
 
Müvafiq inzibati strukturlardan başqa, öz fəaliyyətinin 
səmərəliliyinin təmin edilməsi məqsədilə yerli hakimiyyət or-
qanları, ixtisası onların funksiyalarına uyğun olan heyəti işə qə-
bul etmək hüququna malikdirlər. Bu, əlbəttə, əhəmiyyətli dərə-
cədə yerli hakimiyyətlər tərəfindən əlverişli əmək şəraitinin tə-
min edilməsi qabiliyyətindən asılıdr. 
 
 
Maddə 7 
 Bu 
maddədə belə bir təminatlar nəzərdə tutulur ki, üçün-
cü tərəfin hərəkətləri seçilmiş nümayəndələrə öz vəzifələrini ye-
rinə yetirməyə maneələr törətməsin və maddi xarakterli mülahi-
zələr müəyyən kateqoriyalı şəxslərə seçkili vəzifələrə öz nami-
zədliklərini irəli sürməyə mane olmasın. Maddi xarakterli mü-
lahizələr vəzifələrin yerinə yetirilməsi ilə bağlı maliyyə xərclə-


 
107
rinin kompensasiyasını və zərurət olduqda, əmək haqqının itiril-
məsinə görə kompensasiyanı, habelə, xüsusilə daimi vəzifələrə 
seçilmiş bələdiyyə şurası üzvlərinə münasibətdə, müavinətlərin 
ödənilməsini və müvafiq sosial ödəmələri nəzərdə tutur. Bu 
maddə  əsasında daimi seçkili vəzifələri tutmuş  şəxslərin səla-
hiyyət müddəti bitdikdən sonra gündəlik əmək həyatına normal 
qayıtması imkanının mütləq nəzərdə tutulması zəruridir. 
 
 
Bənd 3 
 Bu 
bənddə  nəzərdə tutulur ki, seçkili vəzifələr tutmaq 
qadağası öz əsaslarında ayrı-ayrı xüsusi qərarlara deyil, ob-
yektiv hüquqi meyarlara malik olmalıdır. Adətən, bu o demək-
dir ki, belə qadağanın şərtləri qanunla müəyyən edilməlidir. La-
kin, kifayət qədər təminat nəzərdə tutan qeyri-rəsmi hüquqi 
prinsiplərin mövcud olması halları qeydə alınmışdır. 
 
 
Maddə 8 
 Bu 
maddədə söhbət yerli hakimiyyət orqanlarının fəaliy-
yətinə digər səviyyələrin dövlət orqanlarının nəzarətindən gedir. 
Maddə fiziki şəxslərin yerli hakimiyyət orqanları haqqında şika-
yətlə məhkəməyə müraciət etmək hüququna, habelə qanunların 
pozulması halları haqqında şikayətlərə baxan vəzifəli şəxsin və 
ya rəsmi istintaq orqanının təyinatı və fəaliyyətinə aid deyildir. 
Onun müddəaları ilk növbədə  nəzarətin  əsasını  təşkil edən və 
adətən bir sıra dövlətlərdə ənənəvi olaraq fəaliyyət göstərən hər 
sahə üzərində tam nəzarətlə  əlaqələndirilən fəlsəfə prisiplərinə 
aid edilir. Bu müəyyən hərəkət etməyə ilkin icazə almaq və ya 
belə hərəkət etməyə razılıq almaq, yerli hakimiyyətin, maliyyə 
nəzarətinin qərarlarını ləğv etmək və sair tələblərlə bağlıdır. 


 
108
 
Bənd 1 
 1-ci 
bənddə  nəzarət üçün kifayət qədər qanunvericilik 
bazasının yaradılması  nəzərdə tutulur və bununla ayrı-ayrı  qə-
bul edilmiş xüsusi qərarlar əsasında nəzarət istisna edilir. 
 
 
Bənd 2 
 
İnzibati nəzarət yerli hakimiyyət orqanlarının fəaliyyəti 
ilə deyil, onların hərəkətlərinin qanuniliyi məsələsi ilə məhdud-
laşmalıdır. Bir xüsusi olan, lakin yeganə olmayan istisna səla-
hiyyətlərin həvalə edilməsi hallarına aiddir, yəni səlahiyyətləri 
həvalə etmiş dövlət orqanı onların yerinə yetirilməsinə müəy-
yən nəzarəti həyata keçirmək arzusundadır. Lakin, bu məsələ 
yerli hakimiyyətləri, 4-cü maddənin 5-ci bəndində  nəzərdə tu-
tulduğu kimi, müəyyən hərəkətlər sərbəstliyindən məhrum et-
məməlidir. 
 
 
Bənd 3 
 
Bəndin  əsasında “mütənasiblik” prinsipi durur. Həmin 
prinsipə uyğun olaraq nəzarət edən hakimiyyət orqanı öz səla-
hiyyətlərini həyata keçirərkən yerli hakimiyyət orqanına  ən az 
təsir xarakterini daşıyan, lakin arzuolunan nəticəyə nail olan 
üsuldan istifadə etməlidir. 
 
Nəzarət lazımi qaydada həyata keçirilmədikdə məhkəmə 
müdafiəsi vasitələrindən istifadə etmək imkanının 11-ci mad-
dədə  nəzərdə tutulduğunu nəzərə alaraq, müəyyən hallarda 
hərəkətlərin şərtləri və qaydası haqqında dəqiq müddəaların bu 
bəndə daxil edilməsi zəruri hesab edilməmişdir. 
 


 
109
 
Maddə 9 
 Yerli 
hakimiyyət orqanları müəyyən vəzifələrin yerinə 
yetirilməsi üçün maliyyə vəsaitlərindən məhrum edildikdə, bu-
nun üçün həvalə edilən qanuni səlahiyyətlərin mənası yoxdur. 
 
 
Bənd 1 
 Bu 
bənddə müəyyən edilir ki, yerli hakimiyyət orqanları 
birinci növbəli xərcləri müəyyən etmək sərbəstliyindən məhrum 
edilməməlidir. 
 
 
Bənd 2 
 
Burada prinsip ondan ibarətdir ki, yerli hakimiyyət or-
qanlarının maliyyə vəsaitləri və vəzifələri arasında kifayət qədər 
qarşılıqlı nisbəti zəruridir. 
 
 
Bənd 3 
 Göstərilən xidmətlər və onlara görə yerli vergi ödə-
yicisinin və ya istifadəçinin ödədiyi xərcləri arasında siyasi 
seçimin həyata keçirilməsi yerli seçkili nümayəndələrin ən baş-
lıca vəzifəsidir. Ümumqəbul edilmiş faktdır ki, yerli hakimiy-
yətlərin vergilər tutmaq səlahiyyətlərinin hədləri mərkəzi və ya 
regional qanunlarla müəyyən edilir; lakin onlar yerli maliyyə 
sisteminin səmərəli fəaliyyət göstərməsinə mane olmamalıdır. 
 
Bənd 4 
 Müəyyən vergilər və yerli hakimiyyət orqanlarının 
maliyyə mənbələri öz xarakterinə və və praktiki səbəblərinə gö-
rə inflyasiyanın və digər iqtisadi amillərin təsirinə reaksiya ver-
mirlər. Yerli hakimiyyətlərin belə vergilərdən və  mənbələrdən 


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə