Mehdi SƏLİmzadə QƏDİr xəLİlov



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə17/30
tarix20.02.2018
ölçüsü2,95 Kb.
#27257
1   ...   13   14   15   16   17   18   19   20   ...   30

 
66
mək hüququnu əldə etmişdir. Konqres tərəfindən qaldırılan mə-
sələlərə vaxtaşırı Avropa Şurası Nazirlər Komitəsinin iclasların-
da baxılır, bununla yanaşı, son zamanlar Konqreslə Avropa Şu-
rasının Parlament Assambleyası arasında əlaqələrin gücləndiril-
məsi də müşahidə olunmaqdadır. 
 2010-cu 
il 
yanvarın 1-nə olan vəziyyətə dair Avropa 
Yerli və Regional Hakimiyyətlər Konqresi Avropa Şurasının 
üzvü olan 47 dövlətdən olan 200.000-dən çox yerli və regional 
hakimiyyət orqanlarını  təmsil edən 318 üzvdən və 318 müa-
vindən ibarətdir: Avstriya (6), Azərbaycan (6), Albaniya (4), 
Andorra (2), Ermənistan (4), Belçika (7), Bolqarıstan (6), 
Bosniya və Herseqovina (5), Böyük Britaniya (18), Macarıstan 
(7), Almaniya (18), Yunanıstan (7), Gürcüstan (5), Danimarka 
(5), İrlandiya (4), İslandiya (3), İspaniya (12), İtaliya (18), Kipr 
(3), Latviya (3), Litva (4), Lixtenşteyn  (2),  Lüksemburq        
(3), Makedoniya (3), Malta (3), Moldova (5), Monako 
Knyazlığı (2), Niderland (7), Norveç (5), Polşa                  
(12), Portuqaliya  (7), Rusiya (18), Rumıniya (10), San-Marino 
(2), Serbiya  (7), Monteneqro (3), Slovakiya (5), Sloveniya    
(3), Türkiyə  (12), Ukrayna (12), Finlandiya (5), Fransa (18), 
Xorvatiya (5), Çexiya (7), İsveçrə (6), İsveç (6) və Estoniya (3). 
 Nümayəndə heyətlərinin üzvləri və onların müavinləri 
yerli və regional seçkili hakimiyyət orqanı üzvünün səlahiyyət 
sahibləri sırasından seçilir. 
 Milli 
nümayəndə heyətinin tərkibi aşağıdakıları  təmin 
etmək iqtidarında olmalıdır: 
 a) 
nümayəndələrin dövlətin ərazisi üzrə tarazlaşdırılmış 
coğrafi bölünməsi; 


 
67
 
b) yerli və regional hakimiyyət orqanlarının  ədalətli 
təmsilçiliyi; 
 
c) yerli və regional hakimiyyət orqanlarında təmsil olu-
nan müxtəlif siyasi qüvvələrin ədalətli təmsilçiliyi; 
 
ç) yerli və regional hakimiyyət orqanlarında təmsil olu-
nan qadınların və kişilərin ədalətli təmsilçiliyi. 
 Nümayəndə heyətlərinin üzvləri və onların müavinləri 
Konqresin iki növbəti sessiyası dövründə onun işində  iştirak 
edirlər. Onlar hər bir üzv olan dövlətdə  qəbul olunmuş  rəsmi 
prosedurlar  əsasında seçilir. Hər bir hökumət belə prosedur 
haqqında məlumatı Avropa Şurasının baş katibinə təqdim edir. 
Bu prosedur Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi 
tərəfindən onun Daxili reqlamentində təsbit edilmiş prinsiplərə 
uyğun olaraq təsdiq olunur. Konqres üzvləri onun tərkibində 
fəaliyyət göstərən siyasi qrupların (sosialistlər, Avropa xalq 
partiyası, liberal-demokratlar və bitərəf olanlar) birinə daxil ol-
maq hüququna malikdirlər. 
 
Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin 
nizamnamə orqanları bunlardır: Plenar sessiya, Daimi komis-
siya, Büro, Yerli hakimiyyətlər palatası, Regionlar Palatası, ni-
zamnamə komissiyaları. 
 
Plenar sessiya Konqresin ildə bir dəfə çağırılan ali orqa-
nıdır. Orada ən əsas sənədlər olan məruzələr, hesabatlar, tövsi-
yələr, qətnamələr dinlənilir və qəbul edilir. Zərurət yarandıqda, 
tövsiyələr və rəylər Parlament Assambleyasına (və ya Nazirlər 
Komitəsinə  təqdim edilir) və ya Komitə  tərəfindən mümkün 
tədbirlərin görülməsini nəzərdə tutmayan qətnamələr, digər qə-
bul olunmuş sənədlər həmin orqanlara məlumat üçün göndərilir. 
Yerli hakimiyyətlər palatasının və Regionlar palatasının iclasla-


 
68
rı Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin sessi-
yalarından əvvəl və ya sonra keçirilir. Palatanın hər birində olan 
yerlərin sayı Konqresin özündə olan yerlərin sayına bərabərdir. 
Hər bir palata onun palata sədrindən və yeddi üzvündən ibarət 
olan Büro təyin edir. Üzv olan dövlətin heç biri hər hansı pala-
tanın bürosunda bir nəfərdən çox nümayəndəyə malik ola bil-
məz. Sessiya Daimi komissiyanı seçir və onun tərkibinə hər nü-
mayəndə heyətindən iki nümayəndə daxil edilir. Hər iki palata-
nın büroları Konqresin Bürosunu təşkil edir və bu Büro Daimi 
komissiyanın və Konqresin sessiyaları arasında olan dövr ərzin-
də Konqresin işinin fasiləsizliyini təmin edir. Büro, həmçinin 
Konqresin Plenar sessiyasına hazırlıq işlərinin təşkilinə, hər iki 
palatanın işinin  əlaqələndirilməsinə, nizamnamə komissiyala-
rının işinin  əlaqələndirilməsinə, büdcənin hazırlanmasına 
Konqres və  hər iki palata arasında büdcə  vəsaitlərinin bölüş-
dürülməsinə görə  məsuliyyət daşıyır. Sessiya, eyni zamanda 
Konqresin Bürosuna rəhbərlik edən Konqresin prezidentini se-
çir. Prezident növbə ilə  hər palatanın üzvləri sırasından seçilir 
və öz vəzifəsində iki müntəzəm sessiya ərzində qalır. 
Avropa Yerli və Regional Hakimiyyətlər Konqresində 
dörd nizamnamə komissiyası fəaliyyət göstərir və ayrı-ayrı mə-
sələlərin işlənib hazırlanması üzrə müvəqqəti işçi qruplar for-
malaşdırılır. 
Konqresin gündəlik işi icraçı direktorun başçılıq etdiyi 
katiblik tərəfindən aparılır. Beş il müddətinə təyin edilən icraçı 
direktor Konqresə və onun orqanlarına tabedir və Avropa Şurası 
baş katibinin rəhbərliyi altında fəaliyyət göstərir. 


 
69
 
Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin 
fəaliyyəti praktiki baxımdan dörd nizamnamə komissiyası ətra-
fında qurulur: 
1.
  İnstitusional Komissiya – Avropa Yerli və Regional Ha-
kimiyyətlər Konqresinin və onun institutlarının islahatı; 
2.
  Davamlı İnkişaf Komissiyası – regional inkişaf, məkan 
və şəhər planlaşdırılması, ətraf mühitin qorunması; 
3.
  Sosial həmrəylik üzrə Komissiya – sosial məsələlər, 
əhalinin məşğulluğu, vətəndaşlıq, cəmiyyətlə  əlaqələr, 
səhiyyə. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə