Mehdi SƏLİmzadə QƏDİr xəLİlov



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə16/30
tarix20.02.2018
ölçüsü2,95 Kb.
#27257
1   ...   12   13   14   15   16   17   18   19   ...   30

 
62
miyyətlər göndərir. Konqresin cari işinə tərkibinə Avropa Şura-
sının üzvü olan bütün dövlətlərin nümayəndələri daxil olan Dai-
mi Komitə rəhbərlik edir. Konqresin plenar iclasları hər il Stras-
burqda Avropa Sarayında keçirilir. Daha çevik və  səmərəli 
fəaliyyətin təmin edilməsi məqsədilə konkret məsələlərin öy-
rənilməsi üzrə Konqres tərəfindən müvafiq işçi qruplar yaradıla 
bilər. 
 Avropa 
Şurası vəzifəsinin ümumilikdə demokratik prin-
siplərin dəstəklənməsindən ibarət olduğu halda, Yerli və Regio-
nal Hakimiyyətlər Konqresi onun bir təzahürü olan yerli özünü-
idarəetmə hüququ ilə məşğul olur. Onun əsas məqsədi Avropa-
nın birləşmə prosesində, habelə Avropa Şurasının işində yerli 
və regional hakimiyyətlərinin iştirakının təmin edilməsindən 
ibarətdir. Konqresin prioritetlərinə, həmçinin demokratiyanın 
yerli və regional səviyyələrdə inkişafına köməklik göstərilməsi, 
regionlararası  əməkdaşlığın gücləndirilməsi, yerlərdə  səmərəli 
inzibati strukturların formalaşdırılmasında yeni demokratik 
dövlətlərə yardım göstərilməsi aid edilir. 
 Yuxarıda qeyd olunduğu kimi, Avropa Yerli və Regio-
nal Hakimiyyətlər Konqresi Avropa Şurasının üç əsas qurumla-
rından biridir. Konqres 1994-cü ildə Avropa Şurasının Nazirlər 
Komitəsi tərəfindən təsis edilmişdir. 
 
Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin 
başlıca sənədləri Nizamnamə Qətnaməsi, Nizamnamə və Daxili 
reqlament sayılır. Həmin sənədlərdə bu qurumun statusu, məq-
sədləri, vəzifələri, funksiyaları və fəaliyyət istiqamətləri müəy-
yən edilir. 
 
Öz statusuna görə Konqres Avropa Şurasının üzvü olan 
dövlətlərin yerli və regional orqanlarının mövqeyini təmsil və 


 
63
əks etdirən Şuranın məşvərət orqanıdır. Parlament Assambleya-
sı və Nazirlər Komitəsi Konqres ilə onun tərəfindən təmsil olu-
nan yerli və regional hakimiyyətlərin səlahiyyətlərinə  və  əsas 
maraqlarına toxuna bilən məsələlər üzrə məsləhətləşmələr apa-
rırlar. 
 
Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi aşa-
ğıdakıları özünün məqsədləri kimi bəyan etmişdir: 
 
a) yerli və regional hakimiyyət orqanlarının Avropa  
Birliyi idealının həyata keçirilməsində, habelə onların Avropa 
Şurasında təmsilçiliyində  və onun işinə  cəlb olunmasında 
iştirakının təmin edilməsi; 
 b) 
Avropa 
Şurasının Nazirlər Komitəsinə yerli və re-
gional özünüidarəetmənin inkişafına yönəlmiş təkliflərin təqdim 
edilməsi; 
 
c) yerli və regional hakimiyyət orqanları arasında əmək-
daşlığın inkişaf etdirilməsi; 
 
ç) öz səlahiyyətləri daxilində, Avropa Şurasının xarici 
əlaqələr üzrə ümumi siyasəti çərçivəsində beynəlxalq təşkilat-
larla əlaqələrin dəstəklənməsi
 
d) bir tərəfdən yerli və regional hakimiyyət orqanlarının 
milli demokratik birləşmələri, digər tərəfdən isə Avropa Şurası-
nın üzvü olan dövlətlərin yerli və regional hakimiyyət orqanla-
rını təmsil edən Avropa təşkilatları ilə sıx əməkdaşlıqda fəaliy-
yətin göstərilməsi. 
 Avropa 
Şurasına Mərkəzi və Şərqi Avropadan olan yeni 
üzvlərin qəbul olunması ilə əlaqədar Avropa Yerli və Regional 
Hakimiyyətlər Konqresinin məqsəd və  vəzifələri sırasında ye-
niləri ortaya çıxmışdır: 


 
64
- Mərkəzi və Şərqi Avropanın yerli və regional hakimiy-
yətlər orqanlarının Avropa birliyi idealına nail olunmasında işti-
rakının təmin edilməsi; 
- yeni üzvlərə yerli və regional özünüidarəetmə struktur-
larının yaradılmasında köməklik göstərilməsi
- üzv olan dövlətlərdə və namizəd olan dövlətlərdə yerli 
və regional demokratiya vəziyyətinin öyrənilməsi; 
- vətəndaşlara yerli və regional demokratiyanın inkişafı 
proseslərində səmərəli iştirak etməyə imkan verən təşəbbüslərin 
təşviq edilməsi; 
- ümumavropa siyasətinin formalaşdırılması zamanı yer-
li və reginal hakimiyyətlərin maraqlarının təmin edilməsi; 
- immiqrant qruplarının və digərlərlə müqayisədə daha 
pis vəziyyətdə olan digər qrupların cəmiyyətdə adaptasiyasına 
yardım göstərilməsi; 
- sülhə, dözümlülüyə  və davamlı inkişafa nail olmaq 
məqsədilə regionlararası  və transsərhəd  əməkdaşlığın bərqərar 
olunması; 
- yerli və regional hakimiyyət orqanlarına keçirilən seç-
kilərin müşahidə olunması. 
 
Konqres Avropa gündəliyində olan məsələlərin geniş 
dairəsi ilə məşğul olur və onları yerli və regional hakimiyyət or-
qanlarının mövqeyindən çıxış edərək nəzərdən keçirir. Bu gün 
xüsusi diqqət Avropa Şurasının üzvü olan dövlətlərdə yerli və 
regional demokratiya sahəsində olan vəziyyətə, milli azlıqlar 
üçün ərazi muxtariyyətinə, Aralıq dənizi regionunda miqrasiya 
problemlərinə  şəhərlərdə sosial həmrəyliyə, yerli orqanların 
maliyyə  təminatına, Yerli Özünüidarə haqqında Avropa Xarti-


 
65
yasının müddəalarının həyata keçirilməsi üzərində  nəzarətə  və 
sair vacib məsələlərə yetirilir. 
 
Konqres bir sıra uzunmüddətli proqramlar həyata ke-
çirir: 
 
 ENTO - yerli və regional hakimiyyət orqanları üçün 
kadrların hazırlanması və tədrisi üzrə mərkəzlərin Avropa şəbə-
kəsi – Mərkəzi və Şərqi Avropa dövlətləri üçün ekspert yardı-
mını və tədrisi təşkil edir, müxtəlif dövlətlərin kadrların hazır-
lanması  və  tədrisi mərkəzləri arasında  əməkdaşlığa köməklik 
göstərir; 
 – 
mərkəzi və Şərqi Avropa dövlətlərində yerli və regio-
nal demokratiyanın dəstəklənməsi üzrə Xüsusi Proqram – yerli 
özünüidarəetmə haqqında qanunvericiliyin işlənib hazırlanma-
sında yardım göstərir; 
 
yerli demokratiya agentlikləri – bu proqram keçmiş Yu-
qoslaviyanın ərazisində insan hüquqları və demokratiyaya hör-
mətlə yanaşılması, vətəndaş  cəmiyyətinin və formalaşdırılması 
və əhalinin müxtəlif qrupları arasında etibar tədbirlərinin görül-
məsi üçün nəzərdə tutulur. 
 
Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi Av-
ropa Şurasında öz siyasi rolunun artırılmasına nail olmaq üçün 
çalışır və bu sahədə müəyyən nəticələr əldə etmişdir. Lakin, bu 
səylər Avropa Şurasının üzvü olan bir sıra dövlətlər tərəfindən 
ehtiyatlı münasibətin göstərilməsinə səbəb olur. Buna baxmaya-
raq, Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi yerli və 
regional demokratiya inkişafının monitorinqinin və Yerli Özü-
nüidarə haqqında Avropa Xartiyasının prinsiplərinin dövlətlər 
tərəfindən tətbiqinə müşahidənin nəticələri üzrə Avropa Şurası-
nın Nazirlər Komitəsinə  və üzv olan dövlətlərə tövsiyələr ver-


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə