Mehdi SƏLİmzadə QƏDİr xəLİlov



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə9/30
tarix20.02.2018
ölçüsü2,95 Kb.
#27257
1   ...   5   6   7   8   9   10   11   12   ...   30

 
34
yerli əhəmiyyəti olan və icmanın səlahiyyətinə daxil olan məsə-
lələrə  aşağıdakıları aid edir: icmanın  əmlakının və  bələdiyyə 
müəssisələrinin idarə edilməsi, yerli ictimai nəqliyyat, yerli yol 
tikintisi, əhalinin su, qaz, işıq, qida təchizatı, yerli planlaşdırma, 
ev tikintisi və onun istismarına nəzarət edilməsi, yerli polis, 
yanğından mühafizə, mədəniyyətin inkişafı  və  mədəniyyət 
müəssisələrinin dəstəklənməsi, səhiyyə, ailə  məsləhətləri və 
analığın müdafiəsi, məktəb gigiyenası  və  gənclərə qayğının 
göstərilməsi, ictimai hovuzlar, ölülərin dəfn edilməsi, yerli abi-
dələrin və tikililərin qorunması. 
 Yerli 
özünüidarəetmənin Amerika strukturu ştatın qa-
nunvericilik orqanı  tərəfindən qəbul edilən xüsusi xartiya ilə 
müəyyən edilir. Adətən, Xartiya bələdiyyələrin sərhədlərini, on-
ların funksiyalarını, təşkilati strukturunu, maliyyələşdirmə üsul-
larını, yerli şəhər özünüidarəetmə orqanlarının vəzifəli şəxsləri-
nin təyinat və seçki sistemini müəyyən edir. Şəhər xartiyaları 
vətəndaşların əhalinin ən əhəmiyyətli həyat problemləri, o cüm-
lədən vergitutma, xartiyanın özünə  dəyişikliklər edilməsi və s. 
üzrə referendumlar keçirmək hüququnu təsbit edir. Referendu-
mun keçirilməsi haqqında qərar bələdiyyə şurasına müraciət et-
mək yolu ilə sayı qanunla tələb edilən vətəndaşların təşəbbüsü 
ilə irəli sürülə bilər. Bir qayda olaraq, yerli özünüidarəetmə or-
qanları siyasi xarakter daşıyan və ümumilikdə dövlətin maraqla-
rına toxunan qərarlar qəbul edə və ya tədbirlər görə bilməzlər. 
Lakin, təcrübədə  məhz belə  qərarların qəbul edilməsi faktını 
göstərmək olar. Məsələn, Yaponiyanın bir sıra bələdiyyələri öz 
ərazilərinin nüvəsiz zona elan edilməsi haqqında qərarlar qəbul 
etmişlər və öz bələdiyyələrin ərazilərində Amerika hərbi bazala-
rının yerləşdirilməsinin əleyhinə çıxmışlar. 


 
35
 Yerli 
özünüidarəetmə orqanlarının səlahiyyətləri ilk 
növbədə kommunal təsərrüfatın idarə edilməsinə və inkişafına, 
ətraf mühitin mühafizəsinə, yaşayış  məntəqələrinin yerləşdiril-
məsinin və tikintisinin planlaşdırılmasına, şəhərsalmaya ümumi 
nəzarətə, yerli nəqliyyat sisteminin inkişafına və onun hərəkəti-
nin tənzimlənməsi qaydasının müəyyənləşdirilməsinə, yerli yol 
tikintisinə, kanalizasiyaya, su və qaz təchizatına, enerji təchiza-
tına, küçələrin təmizlənməsinə, hovuzların çirklənməsinə  və s. 
məsələlərə şamil olunur. 
 Yerli 
özünüidarəetmə orqanları sosial sahədə, xüsusilə 
də aztəminatlı qruplara sosial yardımın göstərilməsi sahəsində 
də xeyli səlahiyyətlərə malikdirlər. Onlara bələdiyyə  gəlirləri 
hesabına ahıllar üçün evlərin, yataqxanaların tikintisi və saxla-
nılması, ucuz evlərin, bələdiyyə  məktəblərinin, xəstəxanaları-
nın, doğum evlərinin tikintisi daxildir. 
 Yerli 
özünüidarəetmə orqanları  bələdiyyə mülkiyyətini 
idarə edir. Onlar yerli təsərrüfat (mağazalar, tamaşa müəssisələ-
ri açmaq hüququna dair icazələrin verilməsi, şəhərlərin tikilmə-
si qaydalarının müəyyən edilməsi və s.) sahəsində fəaliyyət gös-
tərirlər. 
 
İctimai asayişin qorunması, vətəndaşların hüquq və 
azadlıqlarının müdafiəsi sahəsində səlahiyyətlərə ictimai yerlər-
də davranış qaydalarının müəyyən edilməsi, mitinqlərin, yığın-
caqların, yürüşlərin, nümayişlərin, piketlərin və  əhalinin icti-
mai-siyasi fəaliyyətinin digər formalarının həyata keçirilməsinə 
icazələrin verilməsi və ya qadağanın qoyulması, sanitar nəzarə-
tin həyata keçirilməsi üzrə  təlimatların dərc edilməsi,  əhaliyə 
tibbi xidmətlərin göstərilməsi və s. daxildir. 


 
36
 Bir 
sıra dövlətlərdə (ABŞ, Kanada, Fransa və s.) patrul 
və mühafizə xidmətlərinin və polis fəaliyyətinin digər növləri-
nin həyata keçirilməsi həvalə edilmiş polis qüvvələri yerli özü-
nüidarəetmə orqanlarının səlahiyyətlərinə aiddir. 
 Yerli 
özünüidarəetmə orqanlarının vacib səlahiyyətləri 
büdcə-maliyyə sahəsində mövcuddur. Yerli Özünüidarə haqqın-
da Avropa Xartiyasına uyğun olaraq yerli cəmiyyətlər dövlətin 
iqtisadi siyasəti çərçivəsində  səlahiyyətlərinin həyata keçiril-
məsi zamanı sərəncamında sərbəst olan və kifayət edən resurs-
lara malikdirlər. 
 
Məsələn, İspaniyanın Konstitusiyası özündə birbaşa belə 
bir müddəa təsbit edir ki, yerli maliyyə vəsaitləri müvafiq yerli 
özünüidarəetmə orqanlarına qanunla həvalə edilmiş funksiyala-
rın yerinə yetirilməsi, habelə dövlətin və regional muxtar birləş-
mələrinin vergi yığımlarında iştirak edilməsi üçün kifayət etmə-
lidir və bunun üçün, əsasən yerli vergilərdən istifadə olunur. 
 
Mərkəzi hökumət və yerli özünüidarəetmə orqanları ara-
sında maliyyə münasibətlərinin müəyyən edilməsi zamanı əksər 
dövlətlərdə yerli özünü idarə edən vahidlərin maliyyə muxtariy-
yəti prinsipi qəbul olunur. Bu o deməkdir ki, bələdiyyələr ma-
liyyə baxımından müstəqildirlər, lakin onlar büdcənin icazə ver-
diyi məbləğdən artıq vəsait xərcləyə bilməzlər. Bələdiyyələr öz 
maliyyə vəsaitlərini idarə etmək iqtidarında olmadıqda, dövlət, 
adətən ona ödəmə qabiliyyətinə təminat verən əlavə subsidiya-
lar ayırır. 
 Meksika 
bələdiyyələrinə məxsus olan əmlakdan, habelə 
vergilərdən və digər vəsaitlərdən əldə edilən ştatın qanunverici-
lik orqanı tərəfindən onlara verilən gəlirlər öz sərbəst sərənca-
mındadır. Onlar mütləq qaydada vergilər, o cümlədən daşınmaz 


 
37
əmlaka dair onun parçalanması, bölünməsi və s. ilə  əlaqədar 
ştatlar tərəfindən müəyyən edilmiş  əlavə  vəsaitlər, daşınmaz 
əmlak qiymətlərinin dəyişilməsində müəyyən edilən vergilər və 
s. alırlar. 
 Meksika 
ştatlarının qanunvericilik orqanları öz növbə-
sində bələdiyyələri gəlirləri haqqında xüsusi qanuna uyğun ola-
raq bələdiyyənin xərclərinin onun sərəncamında olan gəlirlərə 
uyğunluğa xüsusi diqqət yetirməklə, onların illik maliyyə hesa-
batlarını yoxlamaq hüququna malikdirlər. 
 
Bələdiyyələr, öz maliyyə  vəziyyətinin sabitləşdirilməsi 
məqsədilə, adətən özəl investorların vəsaitlərini cəlb etməyə ça-
lışırlar. Tikintiyə və yerli yolların təmirinə, sosial evlərin tikil-
məsinə qoyulan maliyyə  vəsaitləri bələdiyyələr üçün maliyyə 
vəsaitlərinin alınması üçün yüngül mənbədir, çünki bu kapital 
əmanətçilərinə xeyli gəlir gətirir. Bələdiyyələrin maliyyə fəaliy-
yəti üçün ən böyük təhdid öz büdcələrindən sosial ehtiyaclara, 
xüsusilə də işsizlik artan səviyyəsi, evsizlərin, xəstələrin, əlillə-
rin və s. sayının artması ilə əlaqədar xeyli miqdarda vəsaitlərin 
ayrılması zərurətidir. 
 Büdcənin tərtib və təsdiq edilməsi yerli təmsilçi orqanın 
səlahiyyətindədir və beləliklə bu orqan maliyyə sahəsində öz 
səlahiyyətlərini tənzimləyir və maliyyə-iqtisadi siyasəti müəy-
yən edə bilir. Büdcə layihəsi, adətən bələdiyyənin icra orqanı 
gözlənilməz xərclərin ödənilməsini mümkün artımı  nəzərə al-
maqla hazırlayır.  İllik büdcədən başqa, adətən uzunmüddətli 
büdcə  və ona dair kadrların saxlanılması üzrə  xərclər,  əsaslı 
xərclər, ssudalar, subsidiyalar və s. haqqında məlumatı əks etdi-
rən bir neçə əlavə də hazırlanır. 


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə