Mehdi SƏLİmzadə QƏDİr xəLİlov



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə8/30
tarix20.02.2018
ölçüsü2,95 Kb.
#27257
1   ...   4   5   6   7   8   9   10   11   ...   30

 
30
qanunvericilk orqanlarının üzvləri, hökumətin nazirləri, silahlı 
qüvvələrdə və ya polis orqanlarında xidmət edən dövlət qulluq-
çuları, məhkəmə hakimiyyətinin üzvləri, notariuslar, seçki ko-
missiyalarının üzvləri və digər şəxslər alkald və bələdiyyə mü-
şaviri vəzifələrinə seçilə bilməzlər. Qeyd etmək lazımdır ki, bir 
sıra xarici dövlətlərdə qanunvericilikdə seçicilərin səsverməsi 
yolu ilə yerli təmsilçi orqanlarının deputatlarının vaxtından əv-
vəl geri çağırılması qaydası da nəzərdə tutulur. Meksikanın 
bələdiyyə idarəetməsinin özünəməxsus xüsusiyyəti ondan iba-
rətdir ki, birbaşa xalq səsverməsi yolu ilə seçilmiş  bələdiyyə 
sədrləri və müşavirləri növbəti səlahiyyət müddətinə seçilə bil-
məzlər. Adından asılı olmayaraq vəzifəyə  təyin edilmiş yerli 
özünüidarəetmə orqanlarının vəzifəli şəxsləri növbəti səlahiyyə-
ti müddətinə, hətta həmin bələdiyyədə olan digər vəzifəyə seçilə 
bilməzlər. 
 Deputat 
mandatlarının birləşdirilməsi məsələsi də cürbə-
cür tənzimlənir: birdən, bir neçə mandatı birləşdirmək qərarın-
dan (Danimarkada – yerli, regional və parlament səviyyəsində), 
habelə yerli və regional səviyyədə ikili mandat sistmindən 
(Norveç, İsveç, Danimarka, Böyük Britaniya, İrlandiya, Nider-
land, AFR) bir deputat mandatına qədər (Avstriya, Belçika, 
Fransa). Avstriyada istisna kimi ən aşağı səviyyənin mandatının 
ən yuxarı (parlament) səviyyənin mandatı ilə birləşdirilməsinə 
yol verilir. İtaliyada bir səviyyədə mandatların (regional, əyalət 
və  bələdiyyə) , habelə parlament mandatı ilə birləşdirilməsinə 
yol verilmir. Lüksemburqda yerli özünüidarəetmə orqanının üz-
vü, eyni zamanda milli parlamentin və Avroparlamentin üzvü 
ola bilər. 


 
31
 
Bir çox hallarda yerli özünüidarəetmə orqanlarının say 
tərkibi minimal və maksimal hesablamalarla müəyyən edilə bi-
lər, daimi tərkib isə həmin rayonun əhalisinin sayı ilə hesabla-
nır. Məsələn, Peru Respublikasında birbaşa müəyyən edilmişdir 
ki, 500 nəfər sayına malik bələdiyyələrdə alkald və 5 bələdiyyə 
müşaviri, 500-dən 1000-dək – alkald və 8 bələdiyyə müşaviri 
seçilir və s. Yerli təmsilçi orqanlarının say tərkibinin belə tən-
zimlənməsi onların tərkibinin hədsiz artmasından, habelə seçki-
lərə sərf olunan xərclərin artmasından qoruyur. 
 Yerli 
özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə, 
adətən absenteistlərin, yəni səsvermədə  iştirak etməyən  şəxs-
lərin faizi yüksək olur (məsələn, ABŞ-da qeydə alınmış seçici-
lər sayının üçdə bir hissəsi). Mütləq kvorum nəzərdə tutulmuş 
dövlətlərdə bu faiz, şübhəsiz ki, kifayət qədər yüksəkdir.  
Yerli özünüidarəetmə orqanları struktura görə, bir qayda 
olaraq, birpalatalıdır. Bu orqanların ikipalatalı əsasda qurulması 
çox nadir hallarda olur (məsələn, Nyu-Yorkun bələdiyyə  şura-
sı). Bələdiyyə orqanının strukturu, onun say tərkibi kimi, əra-
zinin ölçüsü və əhalinin sayı ilə müəyyən edilir. 
Yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin əsas for-
masını keçirilməsi yerli qanunvericiliklə tənzimlənən sessiyalar 
təşkil edir. Aşağı ərazi bölmələrində bu sessiyalar tez-tez keçiri-
lir (ABŞ-da ayda bir-iki dəfə, Böyük Britaniyada – hər ay). Yu-
xarı orqanların sessiyaları rübdə  və ya yarım ildə bir dəfə ke-
çirilir. Yerli icra orqanlarının (mer, icra şurası  və s.) tələbi ilə 
həmçinin növbədənkənar və ya fəvqəladə sessiyalar keçirilə 
bilər. Adətən, fövqəladə sessiyalar sırf konkret məsələlərin həlli 
məqsədilə çağırılır və həmin sessiyalarda digər məsələlərin həlli 
hüquqi qüvvəyə malik deyildir. 


 
32
Yerli özünüidarəetmə orqanları öz səlahiyyətləri daxilin-
də  qərarlar qəbul edir, rəylər, təkliflər və tövsiyələr verirlər. 
Ümumi prinsip ondan ibarətdir ki, yerli icmalar və onların ira-
dəsini ifadə edən, əhali tərəfindən seçilən yerli özünüidarəetmə 
orqanları onların səlahiyyətlərindən istisna edilməmiş və müəy-
yən olunmuş qaydada hakimiyyətin digər orqanına verilməmiş 
istənilən məsələlər üzrə fəaliyyətinin həyata keçirilməsi zamanı 
qanun çərçivəsində tam sərbəstliyə malikdirlər. Səlahiyyətlərin 
özü yalnız qanun çərçivəsində şübhə altında olar, hakimiyyətin 
digər, mərkəzi və ya regional orqanı tərəfindən məhdudlaşdırıla 
bilər. 
Məsələn,  İspaniyanın 1978-ci il tarixli Konstitusiyası 
«yerli administrasiya» adlı  xüsusi bölməsində hüquqi şəxsin 
hüquqlarına bütövlüklə malik olan bələdiyyələrin muxtariyyəti-
nə təminat verir. Konstitusiyaya görə bələdiyyələrə rəhbərlik və 
onların idarə edilməsi alkaldlardan və müşavirlərdən ibarət olan 
müvafiq bələdiyyə şuraları tərəfindən həyata keçirilir. Müşavir-
lər xüsusi qanuna uyğun olaraq ümumi, bərabər, azad və gizli 
səsvermə yolu ilə  bələdiyyənin sakinləri tərəfindən seçilirlər. 
Alkald (şuranın sədri) müşavirlər tərəfindən və ya birbaşa bə-
lədiyyənin sakinlər tərəfindən seçilir. 
Yerli özünüidarəetmə orqanlarının qərarları  məhkəmə 
qaydasında mübahisə edilə bilər. Bir sıra dövlətlərin (məsələn, 
İtaliyanın) qanunvericiliyi ilə yerli seçkili orqanlar konstitusiya-
ya zidd olan hərəkətlər etdikdə, habelə qüvvədə olan qanunları 
ciddi  şəkildə pozduqda, mərkəzi hakimiyyətin qərarını icra et-
məkdən imtina etdikdə  və digər hallarda onların buraxılması 
imkanı  nəzərdə tutulur. Qanunvericiliklə, həmçinin yerli özü-
nüidarəetmənin icra orqanının buraxılması, habelə qeyri-qanuni 


 
33
əməllər törətmiş onun sədrinin istefaya göndərilməsi imkanı da 
nəzərdə tutulmuşdur. 
Yerli özünüidarəetmə orqanının buraxılması deputatlar 
kütləvi şəkildə istefa verdikdə və ya davamlı çoxluğun olmama-
sı səbəbindən yerli özünüidarəetmə orqanının fəaliyyətinin tam 
səmərəsiz olduqda, habelə milli təhlükəsizlik məsələləri baxı-
mından həyata keçirilə bilər. Məsələn,  İtaliyada belə bir qərar 
Respublika Prezidentinin əsaslandırılmış fərmanı əsasında mər-
kəzi parlamentin xüsusi təşkil edilmiş komissiyasının hesabatı-
nın dinlənilməsindən sonra qəbul edilir. Vilayət şurasının bura-
xılması haqqında fərman ilə ölkə Prezidenti tərəfindən seçki hü-
quqlarının tam həcminə malik olan üç nəfərdən ibarət müvəq-
qəti komissiya yaradılır. Komissiya üç ay müddətində yeni vila-
yət şurasının seçkilərini təyin edir və icra orqanının (cuntanın) 
səlahiyyətlərinə aid edilən adi inzibati fəaliyyətlə  məşğul olur. 
Komissiya heç bir digər orqan tərəfindən ləğv edilə bilməyən və 
sonradan yeni seçilmiş vilayət şurasının təsdiqinə təqdim edilən 
qərarlar qəbul edir. 
 
2.3. Yerli özünüidarəetmə orqanlarının 
səlahiyyətləri 
 
 Yerli 
özünüidarəetmə orqanlarının səlahiyyətlərinin əsas 
həcmi milli qanunvericiliklə müəyyən edilir və hətta bir dövlət 
daxilində fərqlənə bilər. Yerli cəmiyyətlərin səlahiyyətlərinə aid 
olan ümumi qayda ondan ibarətdir ki, bütün bu səlahiyyətlər 
yalnız yerli məsələlərə münasibətdə bütöv və hərtərəfli olmalı-
dır. Faktiki olaraq onlar yalnız yerli məsələləri həll etmək sə-
lahiyyətlərinə malikdirlər. Məsələn, Bavariyanın Konstitusiyası 


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə