Mehdi SƏLİmzadə QƏDİr xəLİlov



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə7/30
tarix20.02.2018
ölçüsü2,95 Kb.
#27257
1   2   3   4   5   6   7   8   9   10   ...   30

 
26
komissiyalarına malikdir, buna görə də onlar ştatın və ya qraf-
lığın ümumi siyasətinin yeridicisi kimi çıxış edirlər (məsələn, 
məktəb dairələri). Məktəb dairələri məktəblərin idarə edilməsi 
və onların maliyyələşdirilməsi üçün yaradılır. Bundan başqa, 
məktəb dairələri məktəblərin siyasi partiyaların təsiri altından 
çıxarılması  məqsədilə yaradılır. Xüsusi dairələr həmçinin  ən 
müxtəlif funksiyaların yerinə yetirilməsi üçün yaradıla bilər: 
yanğından mühafizə, mənzil tikintisi, su təchizatı, nəqliyyat 
xidmətləri və s. Belə dairələr, adətən yerli özünüidarəetmə 
orqanlarının müəyyən səbəblərə görə,  əhalini bu və ya digər 
xidmətlərlə  təmin etmək iqtidarında olmaması  şəraitində  təsis 
edilir. 
 Böyük 
Britaniyada 
ərazi qraflıqlara, qraflıqlar isə  həm 
şəhər, həm də kənd yaşayış məntəqələrini əhatə edən dairələrə 
bölünür. İngiltərədə aşağı ərazi bölmələri prixodlardır, Uels və 
Şotlandiyada isə icmalardır. Bütün ərazi-inzibati vahidlərdə, 
xırda prixodlardan başqa, seçkili yerli idarəetmə orqanları olan 
şuralar mövcuddur. Xırda prixodlarda yerli idarəetmə orqanları-
nın funksiyaları həmin prixodun dövri olaraq çağırılan seçicilər 
yığıncaqları tərəfindən həyata keçirilir. 
 
Almaniya Federativ Respublikasında inzibati-ərazi böl-
güsü torpaqların konstitusiyaları ilə müəyyən edilir. Torpaqların 
konstitusiyalarına uyğun olaraq ərazilər dairələrə, dairələr ra-
yonlara, sonuncular isə icmalara bölünür. Rayonlar və icmalar 
öz seçkili yerli idarəetmə orqanları olan müvafiq şuralara ma-
likdirlər. Əhalisinin sayı az olan icmalarda seçkili şuralarla, ya-
naşı yerli idarəetmə  məsələlərinin həlli məqsədilə dövri olaraq 
seçicilərin yığıncaqları çağırılır. Dairələrdə seçkili yerli 
idarəetmə orqanları mövcud deyildir. 


 
27
 Yaponiyada 
ərazi bölgüsü prefekturaları  əks etdirir və 
burada prefekturalar yarım milyondan on iki milyonadək əhali-
nin sayına görə  fərqlənir. Prefekturalara şəhərlər (50 mindən 
çox əhalisi olan məntəqələr), kəndlər və qəsəbələr daxildir. Ya-
rım milyondan çox əhaliyə malik olan iri şəhərlər xüsusi statusa 
malikdir. Prefekturalarda, şəhərlərdə, kəndlərdə və qəsəbələrdə 
yerli idarəetmə orqanları qismində əhali tərəfindən seçilən mü-
vafiq yığıncaqlar çıxış edir. 
 
 
2.2. Yerli özünüidarəetmə orqanlarının 
formalaşdırma qaydası 
 
Йerli özünüidarəetmə orqanlarına seçkili bələdiyyə  şu-
raları  və ya komissiyaları, onlar tərəfindən formalaşan icra or-
qanları daxildir. Bələdiyyə şuralarının və icra orqanlarının for-
malaşdırılmasının ümumi qaydası xüsusi seçki yerli özünüidar-
əetmə orqanlarına seçkilər haqqında qanunların qəbul edilməsi 
federasiya subyektlərinin səlahiyyətlərinə aiddir. Əksər demok-
ratik dövlətlərdə yerli özünüidarəetmə orqanlarına seçkilər gizli 
səsvermə yolu ilə ümumi, bərabər və birbaşa seçki hüququ əsa-
sında həyata keçirilir. Passiv seçki hüququ (seçilmək hüququ), 
adətən 18-25 yaş  çərçivəsində müəyyən edilir. Eyni zamanda, 
bir sıra senz tələbləri, o cümlədən oturaqlıq senzi, dövlət 
qulluğunda və ya seçkili orqanlarda, yaxud məhkəmələrdə digər 
vəzifələrin tutulmasına yol verilməməsi müəyyən edilir. 
 Latın Amerikasının bir sıra dövlətlərində alkald (mer) və 
ya bələdiyyə müşaviri vəzifəsinə seçilmək üçün bələdiyyələr 
haqqında qanuna uyğun olaraq seçki hüququna malik olmaq, 


 
28
müvafiq bələdiyyədə doğulmaq və ya orada iki ildən az olmaya-
raq yaşamaq, vətəndaşların seçki reyestrinin və ya əcnəbilərin 
seçki reyestrinin tərkibində olmaq, cinayət məhkəməsi tərəfin-
dən məhkum olunmamaq zəruridir. 
 
Böyük Britaniyada bələdiyyə seçkilərində bütün Britani-
ya vətəndaşları, eləcə  də ölkədə yaşayan və 18 yaşına çatmış 
perlər də iştirak edə bilərlər. Deputatlığa namizəd qismində 21 
yaşına çatmış və həmin bələdiyyənin ərazisində yaşayan, orada 
işləyən və ya orada bir ildən az olmayaraq torpağı, müəssisəni, 
evi və ya mənzili icarəyə götürmüş hər bir vətəndaş irəli sürülə 
bilər. Perlər, din xadimləri, hərbiçilər, mülki qulluqçular, fəaliy-
yət qabiliyyətinə maldik olmayan şəxslər seçilə bilməzlər. Bələ-
diyyə seçkilərində əxlaq xarakterli bəzi tələblər də tətbiq edilə 
bilər. Daha bir xüsusiyyət bundan ibarətdir ki, bir sıra xarici 
dövlətlər həmin bələdiyyənin ərazisində daimi yaşayan əcnəbi-
lərə yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə  işti-
rak etmək hüququnu verirlər. 
 Namizədlərin yerli özünüidarəetməninin seçkili orqanla-
rına irəli sürülməsi qaydası seçicilərin bu subyektiv hüquqları-
nın reallaşdırılmasının müxtəlif üsullarını nəzərdə tutur – əksər 
hallarda bələdiyyə  şurasının üzvü vəzifəsinə olan namizədin 
xeyrinə  həmin seçki dairəsinin tam həcmdə seçki hüquqlarına 
malik olan və sayı qanunla müəyyən edilmiş sakinlərin imzala-
rını əks etdirən müraciətin verilməsi yolu ilə. Bələdiyyə orqan-
larına namizədlər müəyyən siyasi partiyanın dəstəyinə arxalan-
maqla partiya siyahıları ilə və ya müstəqil deputatlar kimi irəli 
sürülə bilər. Seçkilər həm birmandatlı, həm də çoxmandatlı 
dairələr üzrə keçirilir. Səsvermə nəticələrinin müəyyən edilməsi 
məqsədilə həm proporsional , həm də majoritar seçki sistemləri 


 
29
istifadə olunur. Majoritar sistemi iki turdan ibarət seçkilərin ke-
çirilməsini də nəzərdə tuta bilər. Bələdiyyə orqşanlarına seçki-
lərdə imperativ mandatın tətbiq edilməsi qadağandır. Bələdiyyə 
orqanlarının deputatları seçicilərin heç bir tapşırığı ilə bağlı de-
yildirlər və onları seçmiş vətəndaşlar qarşısında hesabat vermək 
öhdəliyi daşımırlar. 
 
Bələdiyyə şuraları müəyyən müddətlərə formalaşır. Mə-
sələn, Amerika Birləşmiş  Ştatlarında yerli özünüidarəetmə or-
qanları səviyyədən asılı olaraq 2-4 il müddətinə, Böyük Britani-
yada 4 il müddətinə seçilirlər, lakin bələdiyyələrin tərkibləri 
hissə-hissə yenilənə bilər və ya tam yenidən seçilə bilər. Yerli 
özünüidarəetmə orqanlarının say tərkibi də, bir qayda olaraq, 
fərqlidir. Dövlət paytaxtlarının bələdiyyə  şuralarına, bir qayda 
olaraq, yüzdən çox müşavir seçilir. Seçkili bələdiyyə  şuraları 
hüquqi cəhətdən bələdiyyənin bütün işlərinə rəhbərlik üzrə ope-
rativ fəaliyyəti həyata keçirən bələdiyyə idarəetmə aparatı baş-
çılıq edir. Yerli özünüidarəetmə orqanlarının deputat korpusu-
nun səlahiyyət müddəti fərqlidir. İsveçrənin bəzi kantonlarında 
bu müddət 3-4 il, İsveç, Norveç, Portuqaliya, İspaniya, Böyük 
Britaniya,  Danimarka,  Niderland,  AFR-də  (bəzi torpaqlar) – 
4 il, İrlandiya, Türkiyə, İtaliya, Kiprdə – 5 il, AFR-in bəzi tor-
paqlarında, Avstriyada – 5-6 il, Belçika, Fransa, Lüksemburqda 
– 6 il təşkil edir. 
 Bir 
sıra dövlətlərin qanunvericiliyi ilə yerli özünüidarə-
etmə orqanlarına vəzifələr tutmaq niyyətində olan şəxslərə xü-
susi tələblər nəzərdə tutulur: hərbi xidmətə yararlılığı, yerli özü-
nüidarəetmə orqanının ərazisi daxilində məcburi yaşaması və ya 
iş yerinin olması, yerli vergilərin ödənilməsi və s. Latın Ameri-
kası dövlətlərində yerli qanunvericiliyə uyğun olaraq istənilən 


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə