Mehdi SƏLİmzadə QƏDİr xəLİlov



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə5/30
tarix20.02.2018
ölçüsü2,95 Kb.
#27257
1   2   3   4   5   6   7   8   9   ...   30

 
18
qanunlar qəbul edir, yerli orqanlar isə onların yerli xüsusiyyət-
lər nəzərə alınmaqla və müvafiq dəyişikliklər etməklə öz ərazi-
lərində qüvvəyə salırlar) və məhkəmə nəzarəti vasitəsilə həyata 
keçirilir. 
 Yerli 
özünüidarəetmənin anqlosakson modelini nəzər-
dən keçirərək onun klassik formada çox nadir hallarda rast gə-
lindiyi nəzərə alınmalıdır. 
 Yerlərdə hakimiyyət təşkilinin kontinental modeli anqlo-
sakson modelindən nəzərəçarpacaq dərəcədə fərqlənir. Bu mo-
del yalnız kontinental Avropa dövlətlərində (Fransa, İtaliya, İs-
paniya, Belçika) deyil, həmçinin Latın Amerikasının, Yaxın 
Şərqin, fransız dilli Afrika dövlətlərində də yayılmışdır. 
 Bu 
modeli 
fərqləndirən əlamətlər aşağıdakılardır: 
 
a) yerli özünüidarəetmənin və yerlərdə dövlət idarəçili-
yinin, seçkiliyin və təyinatlılığın kombinə edilməsi
 
b) yerli özünüidarəetmə sisteminin müəyyən iyerarxiya-
sı, aşağı pillələrin yuxarı pillələrə tabeliyi; 
 
c) yerli səviyyədə yerli özünüidarəetmə orqanlarına döv-
lət nəzarətini həyata keçirmək səlahiyyətinə malik olan mərkəzi 
hakimiyyətin xüsusi nümayəndəsinin mövcud olması. 
 
Kontinental modelinin banisi olan Fransa üçün yerli 
özünüidarəetmənin mərkəzləşdirilməsinin yüksək dərəcəsi tarix 
boyu  ənənəvi olmuşdur. Fransada kifayət qədər uzun müddət 
ərzində yerlərdə hakimiyyətin çoxsəviyyəli təşkilinin sistemi 
mövcud olmuşdur və burada aşağı pillələrin fəaliyyəti əhəmiy-
yətli dərəcədə yuxarı idarəetmə orqanlarından asılı olmuşdur 
(ilk olaraq inzibati və maliyyə  mənasında). Hazırda Fransada 
yerli özünüidarəetmənin əsas pilləsi kiçik şəhərlərin və kənd ya-
şayış  məntəqələrinin sakinləri tərəfindən yaradılan bələdiyyə 


 
19
qurumları olan kommunalardır. Hər kommuna öz təmsilçi orqa-
nı olan şura və  şuranın deputatları  sırasından seçilən, eyni za-
manda, dövlət qulluqçusu və yerli özünüidarəetmənin başçısı 
qismində  çıxış edən mer var. Daimi əsasda fəaliyyət göstərən 
mer və  bələdiyyə  şurasının deputatları  bələdiyyə  təşkil edirlər. 
Onun fəaliyyəti bələdiyyə  şurasının nəzarəti və respublika ko-
missarının inzibati nəzarəti altında həyata keçirilir. Sonuncu 
kommuna tərəfindən qəbul edilən qərarların qanuniliyinə nəza-
rət edir və  zərurət olduqda, onların ləğv edilməsi məqsədilə 
məhkəməyə müraciət edir. 
 
Misal kimi gətirilmiş yerlərdə hakimiyyət təşkilinin 
fransız variantı yerli özünüidarəetmənin kontinental modeli 
üçün tipikdir. 
 Yerli 
özünüidarəetmənin anqlosakson və kontinental 
modellərini müqayisə edərək nəzərə almaq lazımdır ki, demok-
ratik inkişaf etmiş dövlətlərdə bu iki model arasında fərqlər 
prinsipial xarakter daşımır. Onların müasir forması, bir çox hal-
larda yerli özünüidarəetmənin həyata keçirilmiş islahatının nəti-
cəsi olaraq, vaxtilə olduqca fərqli olan bələdiyyə sistemlərinin 
müəyyən yaxınlaşmasından danışmağa imkan verir. 
 
Nəzərdən keçirilmiş modellərlə yanaşı, onların xüsusiy-
yətlərini bu və ya digər dərəcədə yığmış və öz xüsusi əlamətlə-
rinə malik olan yerlərdə hakimiyyət təşkilinin digər variantları 
mövcuddur. Bu modellər qarışıq adlandırılır. Belə modellərə 
Almaniyada, Avstriyada, Yaponiyada, bir sıra postsosialist və 
inkişaf edən dövlətlərdə olan yerli özünüidarəetməni aid etmək 
olar. 
 Qarışıq modelinin özünəməxsus əlaməti kimi kifayət qə-
dər daha aşağı ərazi səviyyəsində muxtar yerli özünüidarəetmə-


 
20
nin daha yüksək səviyyədə dövlət idarəçiliyi ilə kombinə edil-
məsini hesab etmək olar. 
 Yerlərdə hakimiyyət təşkilinin sovet modeli hələ bu ya-
xınlarda “dünya sosializm sistemi” dövlətlərində, habelə bir sıra 
sosialistyönlü inkişaf edən dövlətlərdə geniş yayılmışdır. Hazır-
da adı çəkilən model bu və ya digər formada hələ də sosialist is-
tiqamətini saxlamış bəzi dövlətlərdə (Çin, Kuba), habelə keçmiş 
Sovet  İttifaqının bəzi dövlətlərində, o cümlədən Belarus Res-
publikasında mövcuddur. 
 Bu 
modelin 
əsas əlamətləri aşağıdakılardır: 
 - 
aşağıdan yuxarı təmsilçilik orqanlarının təkhakimiyyət-
liliyi; 
 - 
təmsilçilik və icra orqanları sisteminin mərkəzləşdiril-
məsi; 
 
- onun pillələrinin iyerarxik həm-tabeliyi. 
 
Ən aşağı pillə olan kənddən, qəsəbədən başlayaraq istə-
nilən  şura müvafiq ərazidə dövlət hakimiyyəti orqanı sayılır 
(hətta formal olaraq yerli özünüidarəetmə orqanı sayıldıqda). 
Faktiki yerli özünüidarəetmə əsasları əhalinin təmsilçilik orqan-
larının üzvlərini (deputatlarını) seçmək hüquqi ilə məhdudlaşır. 
Sovet modelində real hakimiyyət, bir qayda olaraq, müxtəlif sə-
viyyəli partiya nomenklaturunun əlində cəmləşir. 
 Yerlərdə hakimiyyət təşkilinin adı  çəkilmiş modellərin 
siyahısı tam deyildir: ən tipik və tez-tez rast gəlinən modellər 
nəzərdən keçirilib. Həmçinin olduqca spesifik variantlar da 
mövcuddur. Köçəri tayfası kimi özünəməxsus inzibati-ərazi va-
hidlərində tayfa başçıları  təkbaşına və  ağsaqqallar  şurasının, 
başçılar şurasının tərkibində idarəetmə funksiyalarını həyata ke-
çirməyə davam edirlər. Başçıların inzibati səlahiyyətlərinin hər 


 
21
yerdə ləğv edilməsinə baxmayaraq, Afrika və Okeaniya dövlət-
lərinin oturaq əhalisi arasında yerli əhəmiyyətli məsələlərin həl-
linə onların təsiri kifayət qədər güclü olmaqdadır. Bir sıra döv-
lətlərdə başçılar yerli özünüidarəetmə orqanlarının, xüsusilə də 
aşağı  səviyyədə olan qurumların tərkibinə daxildirlər (Malavi, 
Svazilend, Syerra-Leone, Papua – Yeni Qvineya və s.). 
 Özünü 
idarə edən unikal birlik kimi İsraildə  fəaliyyət 
göstərən kibbutsu göstərmək olar. Kibbuts – üzvlüyün könüllü-
lüyü, əmlaka və istehsalat vasitələrinə birgə sahiblik, əməkdə və 
istehlakda nisbi bərabərlik prinsipləri əsasında qurulmuş, əsasən 
kənd təsərrüfatı yönümlü əmək kommunasıdır. Kibbutsda haki-
miyyətin ən yüksək orqanı onun üzvlərinin yığıncağıdır və hə-
min yığıncaqda kommuna həyatının  ən vacib məsələləri həll 
olunur, qanunvericilik normalar qəbul edilir, büdcə  təsdiq olu-
nur. Yığıncaq özəl və kollektiv xarakterli mübahisələrdə münsif 
qismində  çıxış edir. Kibbutsun yetkinlik yaşına çatmış  hər bir 
üzvü ümumi yığıncaqda səs vermək hüququna malikdir və qə-
rarların qəbul edilməsi prosesinə  təsir göstərə bilər. Gündəlik 
problemlərin həlli məqsədilə ümumi yığıncağın qərarı ilə ayrıca 
sosial-iqtisadi məsələlər (əməyin təşkili, təhsil, səhiyyə  və s.) 
üzrə katiblik və müxtəlif komissiyalar seçilir. 
 Yerlərdə hakimiyyət təşkilinin və idarə edilməsinin 
müxtəlif modellərini nəzərdən keçirərək, yerli özünüidarəetmə 
orqanları sistemlərinin qurulmasının böyük sayda variantlarını 
qeyd etmək lazımdır. Yerli özünüidarəetmənin təşkili formaları-
nın müxtəlifliyi bir dövlət miqyasında da müşahidə oluna bilər. 
Amerika Birləşmiş Ştatlarında belə fərqlər hətta bir ştat daxilin-
də mövcuddur. 


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə