Mehdi SƏLİmzadə QƏDİr xəLİlov



Yüklə 2,95 Kb.
Pdf görüntüsü
səhifə10/30
tarix20.02.2018
ölçüsü2,95 Kb.
#27257
1   ...   6   7   8   9   10   11   12   13   ...   30

 
38
 
Bələdiyyələr haqqında qüvvədə olan qanunlarla, adətən 
bələdiyyə tərəfindən xərclənməli olan və bununla əlaqədar yerli 
büdcənin xərclər hissəsinə daxil edilməli olan mütləq xərclərin 
siyahısı  nəzərdə tutulur. Bu siyahıya təhsil xərcləri, icra haki-
miyyəti nümayəndələrinin (merin, yerli hökumətin və s.) əmək 
haqqı, yolların istismarı xərcləri, yanğınsöndürən, polis, tibbi və 
digər xidmətlərin saxlanması xərcləri və ssudalar üzrə ödəmələr 
daxildir.  İllik və perspektiv büdcənin tərtibi zamanı ilkin ori-
yentir qismində  həm dövlətin və hm də konkret bələdiyyənin 
cari siyasəti və iqtisadi vəziyyəti çıxış edir. Burada qiymətlərin 
mümkün qədər artması  və  əmək haqqının artımı, habelə 
əhalinin sayının çoxalması və azalması nəzərə alınmalıdır. İstə-
nilən digər gözlənilməz xərclər, bir qayda olaraq, təsadüfi xərc-
lər maddəsində öz əksini tapır. Lakin, büdcə, həmçinin digər 
əhəmiyyətli məqsədə malikdir. İllik büdcə  bələdiyyə üçün hər 
maddə üzrə  xərcləri müəyyən edən  əsas təlimatdır. Vəsaitlərin 
xərclənməsi zamanı icra hakimiyyəti büdcə ilə müəyyən edilmiş 
məbləğlərə ciddi riayət etməli və büdcənin hər bir maddəsi üzrə 
təsdiq edilmiş xərclərin həddini aşmamalıdır. İllik büdcədə gəlir 
və xərc hissələrinin müxtəlif maddələrinin nisbəti düşünülməli, 
mümkün və gözlənilən gəlirlər və  xərclər (məsələn, vergilərin 
artırılması, işsizliyin artması və s.) nəzərə alınmalıdır. Bir ildən 
sonra illik büdcə hesabatçılıq və digər bələdiyyələrin büdcəsi ilə 
müqayisə üçün istifadə olunur ki, bu da yeni illik büdcə 
layihəsinin təkmilləşdirilməsi üçün zəmin yaradır. 
 Uzunmüddətli büdcə, bir qayda olaraq, bələdiyyə cəmiy-
yətinin sonrakı  fəaliyyətinin müxtəlif istiqamətlərinin inkişafı 
üçün pul vəsaitlərinin ehtiyatlarının yaradılması məqsədini daşı-
yır. Bu, büdcə  fəaliyyətin yeni növlərinin həyata keçirilməsi 


 
39
üçün maliyyə  vəsaitlərinin mümkün qədər qənaət olunmasının 
nəzərdə tutulmasına imkan verir. Uzunmüddətli büdcə perspek-
tiv planlaşdırma, bələdiyyənin prioritet fəaliyyət sahələrinin 
müəyyənləşdirilməsi sənədi kimi çıxış edir və bələdiyyənin cari 
maliyyə-iqtisadi vəziyyətinin müəyyənləşdirilməsinə imkan 
yaradır. Uzunmüddətli büdcə müvafiq göstəricilərə, o cümlədən 
əhalinin kəmiyyətcə artımına, ev tikintisinin artmasına, qiymət-
lər indeksinin dəyişilməsinə  və faiz dərəcəsinin artmasına, he-
yətin saxlanılması  xərclərinin dəyişilməsinə, müxtəlif istismar 
xərclərinə, vergilər və xərclər smetasına, bələdiyyə təmsilçi or-
qanları deputatlarının seçki proqramlarına uyğun olaraq yeni 
fəaliyyət növlərinin artmasına əsaslanır. 
 
Bələdiyyə  təsisatları üçün, bir qayda olaraq, gəlirlər 
mənbəyinin iki növü mövcuddur. Birincisi – yerli mənbələr: 
vergilər, təzminatlar və rüsumlar, bələdiyyə müəssisələri üzə-
rində cərimə sanksiyaları və gəlirləri. İkincisi – mərkəzi mənbə-
lər: mərkəzi hökumət və ya onun strukturları (nazirlikləri) tərə-
findən bələdiyyə fondlarından ayrılan subsidiyalar: həm bələ-
diyyənin dəstəklənməsi üçün ayrılan ümumi subsidiyalar, həm 
də təhsil, sosial rifah, ev tikintisi kimi məqsədli təyinata malik 
olan xüsusi subsidiyalar. 
 
Bələdiyyə hakimiyyətləri daşınmaz  əmlaka, kapitaldan 
olan gəlirlərə, tikintiyə, turizm fəaliyyətinə, reklam fəaliyyətinə, 
it sahiblərinə və s. öz vergilərini müəyyən etmək hüququna ma-
likdirlər.  Əksər yerli vergilər bələdiyyələr haqqında qanunla 
müəyyən edilir. Bu qanunların müddəaları  bələdiyyələrə qa-
nunla nəzərdə tutulmayan vergiləri müəyyənləşdirməyi qadağan 
edirlər. Sadalanmış vergilərdən ən əhəmiyyətlisi daşınmaz əm-
laka olan vergidir və onun ödəyiciləri qismində daşınmaz əmla-
kın istifadəçiləri olan həm fiziki , həm də hüquqi şəxslər çıxış 
edir. 
 
Bələdiyyələrin gəlirləri üçün böyük əhəmiyyət yerli gə-
lir mənbələri, o cümlədən bələdiyyələr tərəfindən göstərilmiş 
xidmətlərə görə təzminatlar kəsb edir. Buna su və kanalizasiya 


 
40
haqları, bazar rüsumları, maşınların dayanacağı və yol sənədlə-
rinin verilməsi haqları və s. daxildir. Yerli bələdiyyə gəlirlərinə 
həmçinin idman tikililərinin istifadəsinə görə rüsumlar, muzey-
lərin istifadə ödənişləri, göstərilmiş xidmətlərə görə haqlar aid 
edilir. 
 
İcra hakimiyyəti (mer və onun hökuməti) gəlirlərin əldə 
edilməsinə, habelə büdcə vəsaitlərinin xərclənməsinə görə mə-
suliyyət daşıyır. Büdcə ilinin sonunda mer illik büdcənin icrası 
haqqında təmsilçi orqana hesabat təqdim etməlidir. Həm maliy-
yə-iqtisadi siyasətin həyata keçirilməsi, həm də hesabatın hazır-
lanması zamanı merə adətən mərkəzi idarəetmə orqanları, xüsu-
silə də maliyyə idarələri köməklik göstərirlər. 
 Bir 
sıra xarici dövlətlərin yerli özünüidarəetmə orqanla-
rında aydın şəkildə müəyyən edilmiş səlahiyyətlərə malik olan 
vəzifəli şəxslərin xüsusi kateqoriyaları seçilir və ya təyin edilir. 
 
Məsələn, Amerika qraflıqlarında səlahiyyətləri müvafiq 
ştatın qanunvericiliyi ilə müəyyən edilən və yerli özünüidarəet-
mənin strukturuna daxil olan böyük sayda seçkili vəzifəli şəxs-
lər, o cümlədən xəzinədar, müfəttiş, qiymətləndirici, qeydçi, 
klerk, prokuror, şerif və s. mövcuddur. Xəzinədar vergilərin yı-
ğılmasını, qraflığın vəsaitlərinin saxlanılmasını, müxtəlif yerli 
ehtiyaclar üçün vəsaitlərin ayrılmasını, bu vəsaitlərin xərclən-
məsinə nəzarəti təşkil edir. Qraflığın müfəttişi və ya mühəndisi 
yolların, körpülərin layihələndirilməsinə, sərhədlərin müəyyən-
ləşdirilməsinə, torpaq quruluşuna və s. məsuliyyət daşıyır. Qiy-
mətləndirici vergiqoymaya məruz qalan mülkiyyətin bütün növ-
lərinin aşkarlanması  və qiymətləndirilməsi ilə  məşğul olur. 
Qeydçi əmlakın alqı-satqısı, parçalanması, girova qoyulması və 
sair hərəkətlərin, habelə vəsiyyətnamələrin, nikah, boşanma və 
s. haqqında şəhadətnamələrin qeydiyyatını həyata keçirir. Klerk 
qraflığın sənədlərinin lazımi qaydada saxlanılması və rəsmiləş-
dirilməsinə, seçicilərin qeydiyyatının təşkilinə, səsvermənin ke-
çirilməsinə v səslərin hesablanmasına cavabdehdir. Şerif qraflı-
ğın polisinə  rəhbərlik edir, qraflığın həbsxanasını idarə edir, 


Yüklə 2,95 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə