66
mək hüququnu əldə etmişdir. Konqres tərəfindən qaldırılan mə-
sələlərə vaxtaşırı Avropa Şurası Nazirlər Komitəsinin iclasların-
da baxılır, bununla yanaşı, son zamanlar Konqreslə Avropa Şu-
rasının Parlament Assambleyası arasında əlaqələrin gücləndiril-
məsi də müşahidə olunmaqdadır.
2010-cu
il
yanvarın 1-nə olan vəziyyətə dair Avropa
Yerli və Regional Hakimiyyətlər Konqresi Avropa Şurasının
üzvü olan 47 dövlətdən olan 200.000-dən çox yerli və regional
hakimiyyət orqanlarını təmsil edən 318 üzvdən və 318 müa-
vindən ibarətdir: Avstriya (6), Azərbaycan (6), Albaniya (4),
Andorra (2), Ermənistan (4), Belçika (7), Bolqarıstan (6),
Bosniya və Herseqovina (5), Böyük Britaniya (18), Macarıstan
(7), Almaniya (18), Yunanıstan (7), Gürcüstan (5), Danimarka
(5), İrlandiya (4), İslandiya (3), İspaniya (12), İtaliya (18), Kipr
(3), Latviya (3), Litva (4), Lixtenşteyn (2), Lüksemburq
(3), Makedoniya (3), Malta (3), Moldova (5), Monako
Knyazlığı (2), Niderland (7), Norveç (5), Polşa
(12), Portuqaliya (7), Rusiya (18), Rumıniya (10), San-Marino
(2), Serbiya (7), Monteneqro (3), Slovakiya (5), Sloveniya
(3), Türkiyə (12), Ukrayna (12), Finlandiya (5), Fransa (18),
Xorvatiya (5), Çexiya (7), İsveçrə (6), İsveç (6) və Estoniya (3).
Nümayəndə heyətlərinin üzvləri və onların müavinləri
yerli və regional seçkili hakimiyyət orqanı üzvünün səlahiyyət
sahibləri sırasından seçilir.
Milli
nümayəndə heyətinin tərkibi aşağıdakıları təmin
etmək iqtidarında olmalıdır:
a)
nümayəndələrin dövlətin ərazisi üzrə tarazlaşdırılmış
coğrafi bölünməsi;
67
b) yerli və regional hakimiyyət orqanlarının ədalətli
təmsilçiliyi;
c) yerli və regional hakimiyyət orqanlarında təmsil olu-
nan müxtəlif siyasi qüvvələrin ədalətli təmsilçiliyi;
ç) yerli və regional hakimiyyət orqanlarında təmsil olu-
nan qadınların və kişilərin ədalətli təmsilçiliyi.
Nümayəndə heyətlərinin üzvləri və onların müavinləri
Konqresin iki növbəti sessiyası dövründə onun işində iştirak
edirlər. Onlar hər bir üzv olan dövlətdə qəbul olunmuş rəsmi
prosedurlar əsasında seçilir. Hər bir hökumət belə prosedur
haqqında məlumatı Avropa Şurasının baş katibinə təqdim edir.
Bu prosedur Avropa Yerli və Regional Hakimiyyətlər Konqresi
tərəfindən onun Daxili reqlamentində təsbit edilmiş prinsiplərə
uyğun olaraq təsdiq olunur. Konqres üzvləri onun tərkibində
fəaliyyət göstərən siyasi qrupların (sosialistlər, Avropa xalq
partiyası, liberal-demokratlar və bitərəf olanlar) birinə daxil ol-
maq hüququna malikdirlər.
Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin
nizamnamə orqanları bunlardır: Plenar sessiya, Daimi komis-
siya, Büro, Yerli hakimiyyətlər palatası, Regionlar Palatası, ni-
zamnamə komissiyaları.
Plenar sessiya Konqresin ildə bir dəfə çağırılan ali orqa-
nıdır. Orada ən əsas sənədlər olan məruzələr, hesabatlar, tövsi-
yələr, qətnamələr dinlənilir və qəbul edilir. Zərurət yarandıqda,
tövsiyələr və rəylər Parlament Assambleyasına (və ya Nazirlər
Komitəsinə təqdim edilir) və ya Komitə tərəfindən mümkün
tədbirlərin görülməsini nəzərdə tutmayan qətnamələr, digər qə-
bul olunmuş sənədlər həmin orqanlara məlumat üçün göndərilir.
Yerli hakimiyyətlər palatasının və Regionlar palatasının iclasla-
68
rı Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin sessi-
yalarından əvvəl və ya sonra keçirilir. Palatanın hər birində olan
yerlərin sayı Konqresin özündə olan yerlərin sayına bərabərdir.
Hər bir palata onun palata sədrindən və yeddi üzvündən ibarət
olan Büro təyin edir. Üzv olan dövlətin heç biri hər hansı pala-
tanın bürosunda bir nəfərdən çox nümayəndəyə malik ola bil-
məz. Sessiya Daimi komissiyanı seçir və onun tərkibinə hər nü-
mayəndə heyətindən iki nümayəndə daxil edilir. Hər iki palata-
nın büroları Konqresin Bürosunu təşkil edir və bu Büro Daimi
komissiyanın və Konqresin sessiyaları arasında olan dövr ərzin-
də Konqresin işinin fasiləsizliyini təmin edir. Büro, həmçinin
Konqresin Plenar sessiyasına hazırlıq işlərinin təşkilinə, hər iki
palatanın işinin əlaqələndirilməsinə, nizamnamə komissiyala-
rının işinin əlaqələndirilməsinə, büdcənin hazırlanmasına
Konqres və hər iki palata arasında büdcə vəsaitlərinin bölüş-
dürülməsinə görə məsuliyyət daşıyır. Sessiya, eyni zamanda
Konqresin Bürosuna rəhbərlik edən Konqresin prezidentini se-
çir. Prezident növbə ilə hər palatanın üzvləri sırasından seçilir
və öz vəzifəsində iki müntəzəm sessiya ərzində qalır.
Avropa Yerli və Regional Hakimiyyətlər Konqresində
dörd nizamnamə komissiyası fəaliyyət göstərir və ayrı-ayrı mə-
sələlərin işlənib hazırlanması üzrə müvəqqəti işçi qruplar for-
malaşdırılır.
Konqresin gündəlik işi icraçı direktorun başçılıq etdiyi
katiblik tərəfindən aparılır. Beş il müddətinə təyin edilən icraçı
direktor Konqresə və onun orqanlarına tabedir və Avropa Şurası
baş katibinin rəhbərliyi altında fəaliyyət göstərir.
69
Avropa Yerli və Regional Hakimiyyətlər Konqresinin
fəaliyyəti praktiki baxımdan dörd nizamnamə komissiyası ətra-
fında qurulur:
1.
İnstitusional Komissiya – Avropa Yerli və Regional Ha-
kimiyyətlər Konqresinin və onun institutlarının islahatı;
2.
Davamlı İnkişaf Komissiyası – regional inkişaf, məkan
və şəhər planlaşdırılması, ətraf mühitin qorunması;
3.
Sosial həmrəylik üzrə Komissiya – sosial məsələlər,
əhalinin məşğulluğu, vətəndaşlıq, cəmiyyətlə əlaqələr,
səhiyyə.
Dostları ilə paylaş: |