MəHƏMMƏd füzuli


BU, LEYLİNİN NAQƏYƏ ƏRZİ-RAZIDIR



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə36/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   ...   32   33   34   35   36   37   38   39   ...   64

188 
 
  
BU, LEYLİNİN NAQƏYƏ ƏRZİ-RAZIDIR 
və 
ZƏBANİ-HAL İLƏ İZHARİ-NİYAZIDIR 
 
Çün naqədə gördü nəş'əyi-hal,  
Qıldı ona həm bəyani-əhval:  
"K'ey qaliyəmuyü ənbərinbuy,  
Gülçöhrəvü xar-xar, xoşxuy!  
Ey başı açıq, ayağı yalın,  
Bulmuş neçə gəz hərəm vüsalın.  
Sövdazədə nişədir dimağın?  
Köksündə nədir bu əski dağın?  
Kimdən sənə yetdi zülmü bidad,  
Hər ləhzə nədir fəğanü fəryad?  
Üşşaq təriqidir təriqin,  
Gər aşiq isən, mənəm rəfiqin.  
Nalan qəmi-eşqi-yardansan,  
Sən dəxi bizim qatardansan.  
Mən kimi yox əidə ixtiyarın,  
Bir özgə əlindədir məharın.  
Çün düşdü səninlə ittifaqım,  
Rəhm eylə mənə, gör iştiyaqım.  
Lütf eylə, binayi-kari-xeyr et,  
Məcnunum olan diyara seyr et!  
Bu şiftəyi yetir ol ayə,  
Bu dərdi yetişdir ol dəvayə".  
Nagah, gedərdi, oldu bihuş,  
Mütləq Özün eylədi fəramuş.  
Bihuşluğunda düşdü ol nur,  
Həmrahı olan güruhdən dur.  
Ol növ idi zülməti-şəbi-tar  
Kim, olmadı sariban xəbərdar.  
Çün gəldi özünə ol pərivəş,  
Oldu bu qəziyyədən müşəvvəş.  
Göz açdı, özünü gördü itmiş,  
Həmrahı buraxmış onu, getmiş.  
Dərd üzrə müzaəf oldu dərdi, 
  


189 
 
Təprətdi həyuni-rəhnəvərdi.  
Çox cəhd ilə eylədi təkapu,  
Çox yol arayıb yügürdü hər su.  
Nə rah, nə rahibər bulundu,  
Nə qafilədən əsər bulundu.  
Tənha yürür oldu ol səmənbər,  
Zülmətdə misali-mahi-ənvər.  
Çün seydi-fələkdə Leyliyi-mah  
Şəb qafiləyi itirdi, nagah  
Leyli sifətində gün çıxıb fərd,  
Cəmmazəyə çəkdi məhmili-zərd. 
Düşdü güzər ol səmənüzarə,  
Məcnuni-həzin olan diyarə.  
Hər yan nigəran gəzərdi ol mah,  
Bir şəxsi-həzin göründü nagah,  
Sormağa əlameyi-mənazil,  
Ol şəxsi-həzinə oldu mayil. 
Lütf ilə təkəmmül etdi ağaz:  
"Kimsən?" - deyibən yetirdi avaz.  
Baş qaldırıb ol əsiri-məhzun,  
Döndərdi cəvab ona ki: "Məcnun!"  
Leyli dedi: "Ey özünə məğrur,  
Haşa deyə əjdəha sözün mur!  
Haşa deyə zağ, bülbüləm mən,  
Ya laf ura xar kim, güləm mən!"  
Məcnun dedi: - "Ey düri-yeganə,  
Məcnuna bilirmisən nişanə?  
Ol şiftənin nədir nişanı,  
Gördükdə nədən bilirsən anı?"  
Leyli dedi: "Ol pəriliqadır,  
Rüxsarlə qəddi dilrübadır.  
Sən şiftəsən, əsiri-matəm,  
Rüxsarı şikəstə, qaməti xəm.  
Sən xarsan, ol əzizi-aləm,  
Sən bisərü pasan, ol müəzzəm."  
Məcnun dedi: "Əhü-eşq olur xar,  
Hüsn əhlinədir səfa səzavar." 
 
  


190 
 
Leyli dedi: "Ey bəhanəpərdaz!  
Qeydi-dili-zarimə füsunsaz!  
Peykər, tutalım töküldü qəmdən,  
Ya qamətin oldu xəm sitəmdən.  
Məcnunu deyərlər əhli-idrak,  
Əş'an lətiffi ləhcəsi pak.  
Səndə qanı ol ədayi-dilsuz,  
Əş'arü hekayəti-difəfruz?"  
Məcnun dedi: "Əhli-hal olur lal,  
Bəsdir nəmi-əşk şahidi-hal.  
Tərtibi-ibarətü fəsahət  
Eşq əhlinədir dəlili-rahət.  
Rahətdən olan mənim kimi dur,  
Gər samit ola degilmi mə'zur?"  
Leyli dedi: "Çün sənə şəkim var,  
Məcnun isən, eylə halın izhar,  
Leyliyi sevirsən, eylə bünyad  
Bir şe'r, keçən zamanın et yad!" 
  


191 
 
BU, MƏCNUNUN LEYLİYƏ  
İZHARİ-HALİ-ZAR ETDİGİDİR 
 
Məcnuni-həzin eşitdi sövgənd,  
Gördü onu şe'rə arizumənd,  
Təfsili-qəminə verdi icmal,  
Qıldı ona ərzi-surəti-hal:  
"K'ey səbzeyi-dərdimə verən ab!  
Sərrişteyi-razdan açan tab!  
Sorma necə keçdi ruzigarın,  
Eşq içrə nə oldu hali-zarın?  
Düdar qəminmi söyləyim, ah,  
Ya pəndi-mühibbü tə'ni-bədxah?  
Çəkdim neçə gün cəfayi-məktəb,  
Hər ruz məşəqqət ilə ta şəb.  
Axır ki, çox oldu tə'ni-əğyar,  
Ayrıldı məni-şikəstədən yar.  
Faş oldu çü aləmə fəsanəm,  
Tədbirimə düşdü atəm, anəm.  
Gəh dəğdəğeyi-təbib gördüm,  
Gəh sə'y ilə Kə'bəyə yügürdüm.  
Açılmadı hiç babdən bab,  
Tədbirimə aciz oldu əhbab.  
Gah Növfələ eylədim təzərrö',  
Feyzində bulunmadı təvəqqö'.  
Geh İbni Səlama yar olub yar,  
Verdi dili-mübtəlaya azar.  
Gəh Zeyd pəyamına inandım,  
Hər və'd ki, verdi doğru sandım.  
Ümmid ilə ömrüm oldu zaye,  
Halım betər etdi zə'fi-tale.  
Əlqissə, vücudum oldu bərbad,  
Bir ləhzə fələkdən olmadıra şad".  
Könlünə qılıb fəraq tə'sir,  
Bir türfə qəzəl həm etdi təqrir: 
 
  


192 
 
QƏZƏL 
 
Ah kim, bir dəm fələk rə'yimcə dövran etm’di,  
Vəsl dərmanilə dəf i-dərdi-hicran etmədi. 
 
Yardan min dərdi-dil çəkdim, bu həm bir dərd kim,  
Biluin dərdi-dilim, bir dərdə dərman etmədi. 
 
Vadiyi-qürbətdə can verdim, məni ol şahi-hüsn  
Bir gecə xani-vüsalı üzrə mehman etmədi. 
 
Dustlar, çaki-giribanım görüb eyb eyləmən,  
K'ol kim gördü kim, çaki-giriban etmədi? 
 
Fəqr mülkün tut, gər istərsən kəmali-səltənət  
Kim, mülkün fəthini fəğfurü xaqan etmədi. 
 
Tiği - bidad ilə hər dəra qanımı tökmək nədir?  
Ey fələk, hər kim dəm urdu eşqdən, qan etmədi. 
 
Əhdü peyman etdi yarım kim: "Səne yarəm", vəli,  
Yarlıq vəqti vəfayi-əhdü peyman etmədi. 
 
Əql meydanını zindani-bəla bilməz hənuz,  
Kim ki, bir müddət cünun mülkünü seyran etmədi. 
 
Sirri-eşqin etmədi ancaq Füzuli aşikar, 
Bu mübarək işi hər kim etdi, pünhan etmədi. 
 


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə