MəHƏMMƏd füzuli



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə34/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   ...   30   31   32   33   34   35   36   37   ...   64

178 
 
 
 
İdrakına yüz min afərinlər!  
Kimsə çü sənə vəfada yetməz,  
Canın sənə kimsə versə itməz.  
Mə'şuqə ikən olub vəfadar, 
Aşiqligini həm etdin izhar.  
Aşiq der imiş mənə xəlayiq,  
Görmən buna həm özümü layiq.  
Mən naqisəm, ey harifi-qabü,  
Sənsən rəhi-eşq içində kamil.  
Təhsin ki, yeganeyi-zəmansan,  
Can vermək olur sənə ki, cansan.  
Hər şuxdə gər olaydı bu tövr,  
Sən olmaz idin yeganeyi-dövr.  
Ger qeyrə bu hal olaydı məqdur,  
Sən olmaz idin cahanda məşhur.  
Yad eyləməgindən olmuşam şad,  
Sən şad olasan həmişə, mən yad.  
Ha böylə məni-həzini şad et!  
Gah-gah tərəhhüm eylə, yad et!  
Ey sərvi-səmənbəri-güləndam,  
Taraci-mətai-səbrü aram!  
Ey xosrovi-kişvəri-məlahət,  
Məhtabi-şəbi-nişatü rahət!  
Çün bəndəyə rəhmət eylər oldun,  
İzhari-məhəbbət eylər oldun,  
Minbə'd təriqi-mehr tutğıl,  
Əvvəlki təriqini unutğıl!  
Qoyma çıxa həsrət ilə canım,  
Həddən ötə naləvü fəğanım!  
Meyli-məni-zarü biqərar et, 
Gahi bu yanaya bir güzar et.  
Həmdərdim isən, mənimlə yar ol
Həmdərdligin yox isə, var ol!  
Sən - öylə müqimi-məsnədi-naz,  
Mən - böylə bəlavü dərdə dəmsaz.  
Sən - məhfili-eyş kamikarı,  
Mən - guşeyi-dərd dilfigarı. 
 


179 
 
Eşq içrə, gözüm, rəvamıdır bu?  
Rahü rəvişi-vəfamıdır bu?  
Gər doğru isə vəfada lafın,  
Məndən nə üçündür inhirafın?  
Gəl, rəf edəlim qəmi-fəraqı,  
Yandıralım oda iştiyaqı,  
Olsun dünü gün mənimlə seyrin,  
Çün mən səninəm, sən olma qeyrin!  
Vər İbni Səlam mane olsa,  
Səddi-rəhi-vəsl vaqe olsa,  
Bildir, qılayın siyah bəxtin,  
Bir ah ilə tarümar təxtin".  
Çün razi-dilin tükətdi ol yar,  
Zeyd eylədi əzmi-kuyi-dildar.  
Pərvanə sözün deyib çirağə,  
Bülbül xəbərin yetirdi bağə.


180 
 
BU, İBNİ SƏLAMIN 
KEYFİYYƏTİ-VƏFATIDIR 
və 
LEYLİNİN OL BƏLADAN 
NİCATIDIR 
 
Saqi, fələkin gör inqilabın!  
Göstər qədəh içrə mey hübabın!  
Mey ayineyi-cahannümadır,  
Xaki zər edən bu kimiyadır.  
Bu faidə bəs degilmi ondan  
Kim, fariğ edər qəmi-cahandan?  
Bir xabü xəyal imiş bu aləm,  
Bu xabü xəyala olma xürrəm!  
Əhvali-zemanə münqəlibdir,  
Ondan xirəd əhli müctənibdir.  
Qəm matərain eyləyəndə bünyad,  
Neyyah bu növ çəkdi fəryad  
Kim, İbni Səlamı etdi gərdun  
Amaci-xədəngi-ahi-Məcnun.  
Ol səddi götürməgə aradan,  
Əşk oldu rəvan iki yanadan.  
Ol növrəsi-natəvan, dəmadəm  
Şövq ilə çəkərdi möhnətü qəm.  
Həsrət ələmi yaman ələmdir,  
Qəm bödriqeyi-rəhi-ədəmdir.  
Dərdü qəmi-həsrəti-nihani  
Sərvi-qədin etdi xizərani.  
Üz urdu pozulmağa tilismi,  
Bir qayətə yetdi zə'fi cismi  
Kim, peykəri nəqşi-bəstər oldu.  
Rə'na qədi bəstər istər oldu.  
Gün-gündən olub xərab halı,  
Qalmadı sağalmaq ehtimalı.  
Dərdinə dəva bulunmaz oldu,  
Rəncinə şəfa bulunmaz oldu. 
  


181 
 
Əndişeyi-ömrü oldu batil,  
Catı verdivü Həqqə oldu vasil.  
Kimdir ki, gəlib cahana getməz?  
Kim kamil olur, o zavala yetməz?  
Budur rəhü rəsmi ruzigarın  
Kim, ola xəzanı hər bəharın.  
Leylini gətirməgə fəğanə,  
Ol vaqeə oldu bir bəhanə.  
Matəm tutub etdi ol giriftar,  
Dırnağı ilə üzünü əfgar.  
Çak etdi fərağət ilə camə,  
Faş etdi fəğanı xasü amə.  
Yandırdı evin, qopardı təxtin,  
Taraci-fənaya verdi rəxtin.  
Geysuyi-müənbər etdi bərbad,  
Əflaka yetirdi ahü fəryad.  
Gərdun kimi rəxti niylə urdu,  
Atəş kimi başa kül sovurdu.  
Derlər, bu idi ərəbdə adət  
Kim, ər əgər ölsə, qalsa övrət,  
Bir il, iki il tutardı matəm,  
Fəryadü fəğan edib dəmadəm.  
Xoş gəldi bu adət ol nigarə,  
Fəryadü fəğana buldu çarə.  
Matəmkədə eylədi məqamın,  
Matəmdə keçirdi sübhü şamın.  
Bir neçə gün onda ağlayıb zar,  
Həm ata evinə döndü naçar.  
Əmma dünü gün fəğan edərdi,  
Xunabi-cigər rəvan edərdi.  
Fəryadə gələndə gahü bigah,  
Öz könlündə deyərdi ol mah  
Kim: "İbni Səlama rəhməti-Həq,  
Eşqim ravişinə verdi rövnəq.  
Rəf eylədi pərdeyi-müdara,  
Pünhan qəmim etdi aşikara". 
  


182 
 
Ol vaqeəden olub xəbərdar,  
Tutdu rəhi-dəşt Zeydi-qəmxar,  
Gördü ki, şikəstəhal Məcnun  
Durmuş dədü dam içində məhzun,  
Çün verdi səlara, qıldı e'lam  
Kim, İbni Səlama netdi əyyam.  
Verdi bu qəziyyədən bəşarət  
Kim: "Qıldı müarizin xəsarət. 
Dəhr İbni Səlamı qıldı pamal, 
Leyİi öz evinə döndü xoşhal. 
Məcnun çəkib ah, qıldı nalə, 
Əfgan edib ağladi bu halə. 
Heyrətlərə düşdü Zeydi-qafil; 
Bu halət ona göründü müşkil 
Kim, fövti-rəqib eşitsə aşiq, 
Gülmək gərək, ağlamaq nə layiq?! 
Təhqiqi-bəyani-hal qıldı, 
Ol vaqeəden sual qıldı. 
Məcnun dedi: "Ey vəfalı yarım! 
Yoxdurmu bu yolda nəngü arım? 
Cananəyə can verib yetibdir, 
Can verməyən arada itibdir. 
Ol dostum idi, degildi düşmən, 
Həm ol ona aşiq idi, həm mən. 
Ol canını verdi vasil oldu, 
Öz mərtəbəsində kamil oldu,  
Nəqsim mənim irmədi kəmalə,  
Eyb eyləmə ağlasam bu halə". 
 
 
QƏZƏL 
 
Aşiq oldur kim, qılır canın fəda cananinə,  
Meyli-canan etməsin hər kim ki, qıymaz caninə. 
 
Canmı cananə verməkdir kəmalı aşiqin,  
Verməyən can, e'tiraf etmək gərək nöqsaninə. 
 
  


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə