193
BU, LEYLİNİN MƏCNUNDAN
XƏBƏRDAR OLDUĞUDUR
və
MƏTAİ-VƏSLİNƏ NƏQDİ-CANLA
XİRİDAR OLDUĞUDUR
Çün büdi kim olduğunu Leyli,
Rüxsarına axdı əşk seyli,
Giryan dedi: "Ey gözüm çırağı!
Vəhşilərə el, mənimlə yağı!
Sən men dedigim həbib imişsən,
Dərdi-dilimə təbib imişsən.
Sənsən dünü gün dilimdə zikrim,
Könlümdə olan xəyalü fikrim.
Gər tanıya bilmədim rəvadır,
Məstəm mənü məst işi xətadır.
Kimsə ki, özündən ola qafil,
Bir özgəyi bilməyə nə qabil?
Ol dəm ki, dimağa yetdi buyin,
Göz gördü şüai-mahi-ruyin,
Can bixəbər oldu, əql şeyda,
Tən qıldı min iztirab peyda,
Dəryayi-təhəyyürə olub qərq,
Əğyardan etmədim səni fərq.
Mə'zur tut, ey sənəm, bu halım,
Tə'n eyləmə, vermə infıalım.
Sənsiz mən idim şikəstəxatir,
Yüz şükr, sənə yetişdim axir.
Gülzari-ümidim oldu sirab,
Ya Rəb, bu xəyaldırmı, ya xab?
Eyşü tərəbim çırağı yandı,
Bəxtim yuxudan məgər oyandı?
Ey dil ki, edərdin ahü nalə,
Daim nigəran olub vüsalə,
Ha, dövləti-vəslü zövqİ-didar!
Billah, dəxi etmə naləvü zar!
Ey didə, töküb sirişki-gülgun
194
Hər dəm der idin ki: "Qanı Məcnun?"
Mənzurun olubdur ol səmənbər,
Qıl məqdəminə nisar gövhər!
Ey can ki, çəkərdin intizarı,
Görmək diləyib həmişə yarı,
Yetdin ona, gəl, çıx indi təndən,
Get yarə, kəs ixtilatı məndən".
Dərdini deyirkən ol pənzad
Suz ilə bu şe'ri etdi bünyad:
BU QƏZƏL LEYLİ DİLİNDƏNDİR
Açmadı könlüm fələk, ta bağrımı qan etmədi,
Qılmadı xürrəm məni, ta zarü giryan etmədi.
Qılmadan bidad üə yüz parə pürxun könlümü,
Bu çəməndə gül kimi bir ləhzə xəndan etmədi.
Şükr kim, verdi fələk kamım, məni nomid edib,
Şiveyi-mehrü məhəbbətdən peşiman etmədi.
Dərd yoxdur kimsədə, yoxsa təbibi-feyzi-eşq
Kimdə gördü dərd kim, ol dərdə dərman etmədi?
Səbr yoxdur mərdümi-aləmdə, vərnə ruzigar
Qansı müşküldür ki, tədric ilə asan etmədi?
Tutdu seylabi-dü çeşmim yerüzün, əmraa xoşa
Kim, binasın səbrimin ol seyl viran etmədi.
Eşq sövdasında sud etdin mətai-vəsldən,
Ey Füzuli, can verən canana nöqsan etmədi.
195
BU, MƏCNUNİ-HEYRANIN
NİHAYƏTİ-HEYRƏTİDİR
və
LEYLİDƏN İSTİĞNÄ İLƏ QƏFLƏTİDİR
Məcnun dedi: "Ey açan mənə raz,
Lütfilə qılan məni sərəftaz,
Kimsən? Mənə zahir eylə adın!
Bu badiyədə nədir muradın?
Can tazələnir fəsahətindən,
Bü ləhceyi-pürməlahətindən.
Xülqi xoşü ləfzi canfəzasan,
Böylə görünür ki, aşinasan.
Billah nə diyardan gəlirsən?
Nə rahigüzardan gəlirsən?
Gər lalə isən, na dağdansan?
V'ər susən isən, nə bağdansan?
Şirin-şirin təkəllümün var,
Hali-dilimə tərəhhümün var.
Biganədən ummazın bu hali,
Bir ülfətdən degil bu xali.
Bihudə degil bu könlüm almaq,
Gəlmək, başım üzrə sayə salmaq.
Əql olsa idi mənimlə həmrah,
Əhvalından olurdum agah.
Qəm könlümü etməsəydi bitab,
Göz pərdəsi olmayaydi ximab,
Qəflət xələlindən ayrılardım,
Əlbəttə, kim olduğun bilərdim.
Çün məndə yox ehtimali-idrak,
Sən söylə özün ki, kimsən, ey pak?"
196
BU QƏZƏL MƏCNUN DİLİNDƏNDİR
Öylə sərməstəm ki, idrak etməzəm dünya nədir,
Mən kiməm, saqi olan kimdir, meyü səhba nədir.
Gərçi canandan dili-şeyda üçün kam istərəm,
Sorsa canan, bilməzəm kami-dili-şeyda nədir.
Vəsldən çün aşiqi müstəğni eyler bir vüsal,
Aşiqa mə'şuqdən hərdəm bu istiğna nədir?
Hikməti-dünyavü mafiha bilən arif degil,
Arif oldur, bilməyə dünyavü mafiha nədir.
Ahü fəryadın, Füzuli, incidibdir aləmi,
Gər bəlayi-eşq ilə xoşnud isən, qovğa nədir?
197
CƏVABİ-LEYLİ
Leyli dedi: "Ey qərineyi-ruh,
Kami-dili-mübtəlayi-məcruh!
Müjdə ki, zəmanə verdi kamın,
Doldu meyi-işrət ilə camın.
Müjdə ki, müyəssər oldu məqsud,
Sövda ilə axır eylədin sud.
Müjda ki, muradın oldu hasil,
Məqsudə səni Həq etdi vasil.
Leyli mənəm, arizuyi-canın,
Kami-dili-zarü natəvanın.
Müştaqi-cəmal idin həmişə,
Möhtaci-vüsal idin həmişə.
Hala ki, müyəssər oldu didar,
Təqsiri-təəllül etmə, zinhar!
Gör dövləti-vəslimi qənimət,
Gəl yanıma, fövt qılma fürsət!
Dil nəzri-vüsali-qamətindir!
V'ər canım isə, əmanətindir.
Çün düşdü məcalın, etmə ehmal,
Gəl nəzrini tut, əmanətin al!
Gər xəstə isən, mənəm təbibin,
V'ər aşiq isən, mənəm həbibin.
Gəl bəzmi-vüsala məhrəm olğıl!
Bir ləhzə mənimlə həmdəm olğıl!
Ver nərgisə lalə ilə rövnəq,
Reyhani-tər ilə zibi-zənbəq.
Firuzəyi et qərini-yaqut,
Qıl tutiyə qəndi-nabdən qut.
Peyvəndi-gül eylə erğəvanı,
Xızra yetir abi-zindəganı.
V'ər aşiqi-mübtəla degilsən,
Məcruhi-qəmü bəla degilsən,
Təqlid ilə göstərib əlamət,
Qılma özünü, məni məlamət!
Bir əqlü fərasət eylə peyda,
198
Ancaq, bizi etmə xəlqə risva!
Ey gül, bu mənə degilmidir nəng
Kim, olmayasan mənimlə həmrəng?
Mən ərz edəm afitabi-rüxsar,
Sən qılmayasan hərarət izhar?
Mən cam tutam, deyim ki, "gəl al!",
Sən durmayasan ayağa filhal!
İzhari-camalın eyləmək gül,
Bülbül görüb eyləmək təğafül?
Çox təcrübə etmişəm olur az:
Mə'şuqinə aşiq eyləmək naz".
Təqrib ilə ol büti-düara
Bir türfə qəzəl həm etdi inşa:
BU QƏZƏL LEYLİ DİLİNDƏNDİR
Ey qılan şeyda məni, məndən bu istiğna nədir?
Nişə sormazsan ki, əhvali-düi-şeyda nədir?
Gər mənə xəlq içrə pərva qılmadın, mə'zursan,
Böylə tənhalıqda qılmazsan mənə pərva, nədir?
Səhldir gər bilməyib halım, tərəhhüm qılmamaq,
Halımı bilmək, tərəhhüm qılmamaq əmda nədir?
Gül təmənnasında derlər bülbülün qövğaların,
Çün gülü gördükdə qılmaz meyl, bu qövğa nədir?
Ol pəri mütləq məni-rüsvayə qılmaz iltifat,
Ey Füzuli, bilməzəm cürmi-məni-rüsva nədir?
Dostları ilə paylaş: |