MəHƏMMƏd füzuli



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə40/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   ...   36   37   38   39   40   41   42   43   ...   64

210 
 
BU, LEYLİNİN ANASINA  
VƏSİYYƏT ETDİGİDİR 
və  
DUST YADI İLƏ DÜNYADAN 
GETDİGİDİR 
 
Mə'budinə ərz qıldı razın,  
Bildirdi könüldəki niyazın:  
"K'ey hakimi-ərseyi-qiyamət!  
Sultani-səriri-istidamət!  
Nomidilik atəşinə yandım,  
Billah, bu vücuddan usandım!  
Çün dust yanında naqəbulam,  
Billah, bu həyatdan məlulam!  
Mən şəm'i-şəbi-fəraqi-yarəm,  
Suzanü siyah ruzigarəm.  
Yandırdı məni cəfayi-aləm,  
Dinlənməzəm, ölməyincə bir dəm.  
Dərdim ki, vücudum ola baqi,  
Şayəd düşə vəsl ittifaqi...  
Pərtöv bürcündə afitabım,  
Bildim ki, vücud imiş hicabım.  
Ya Rəb, məni et fənaya mülhəq  
Kim, rahi-fəna imiş rəhi-Həq."  
Pak idi, duası etdi tə'sir,  
Filhal mizacı oldu təğyir.  
Tə' siri-həvayi-namünasib  
Tərkibinə qıldı zə'f qalib.  
Gəldikcə ziyadə oldu dərdi,  
Təblərzə fərağətin gedərdi.  
Məhv oldu təb içrə ol pərivəş, 
Bir şəm' kimi ki, görə atəş.  
Əksildi ərəqdə hüsni-tabı,  
Bir gül kimi kim, gedər gülabı...  
Zə'fi-təni ol məqamə yetdi  
Kim, bəstər içində cismi itdi. 
  
 
 
 
 
 
 
 
 
 
 


211 
 
 
 
 
 
Bəstərdə tələb qılan nişanın,  
Görməzdi vücudi-natəvanın.  
Rəf oldu nişaneyi-səlamət,  
Mövtinə göründü min əlamət.  
Əzm eylədi olmağa müsafir,  
Rehlət əsəri çü oldu zahir,  
Rəf etdi hicab ehtirazın,  
Faş etdi anayə gizli razın:  
"K'ey dərdi-dilim dəvası ana!  
Şəm'i-əməlim ziyası ana!  
Qəm gizləmək ilə canə yetdim,  
Ta mümkün idi, təhəramül etdim.  
Hala ki, müqərrər oldu getmək,  
Fərz oldu bu sirri zahir etmək. 
Olsun sənə, ey zəifə, rövşən  
Kim, tiği-həva həlakıyam mən.  
Cismimdə yox özgə dərd tabı,  
İlla qəmi-eşq iztirabı.  
Mən aşiqi-zarü binəvayam,  
Bir mahliqaya mübtəlayam.  
Sevdası ilə yox oldu varım,  
Keçdi həvəsilə ruzigarım.  
Çox arizu eylədim cəmalın,  
Bir dəm görə bilmədim vüsalın.  
Hala gedirəm könüldə süzi,  
Əldən nə gəlir, bu idi ruzi.  
Ancaq degiləm məni-pərişan  
Ol yar qəmində zarü giryan.  
Ol həm məni-zarə mübtəladır,  
Sərgəşteyi-vadiyi-bəladır.  
Məndəndir onun cünuni əfzun,  
Qeys ikən olubdur adı Məcnun.  
Daim keçirər qəmimdə əyyam,  
Bir gün ona hasil olmayıb kam.  
Rüsvayi-zəmanə oldu məndən,  
Afaqə fəsanə oldu məndən. 
 
  
 


212 
 
 
 
  
 
 
Bihudə degil fəğanü ahı,  
Yaqmazmı məni onun günahı!?  
Mən kim, gedirəm bu xakidandan,  
Dərdim bu ki, şərmsarəm ondan,  
Ey munisi-ruzigarım ana,  
Qəmxanmü qəmküsarın ana!  
Mən dari-bəqaya əzm edəndə,  
Dünyaya vida edib gedəndə,  
Mənsiz çəkib ahlar, fəğanlar  
Səhraləra düşdügün zamanlar  
Düşsə yolun ol olan diyara,  
Ərzi-qəmim eylə ol figara.  
Zinhar ona olanda vasil,  
Xoş kimsədir, ondan olma qafil!  
Damanını tut, rizasın istə,  
Mən mücrim üçün duasın istə.  
Ərz eylə ki: "Ey vəfalı dildar!  
Can verdi yolunda Leyliyi-zar.  
Eşqində yerinə yetdi lafı,  
Də'vasının olmadı xilafı".  
Söylə məni-zarü mübtəladan:  
"K'ey eşqdə laf edən vəfadan!  
Xəlvətgəhi-ünsə məhrəm oldum,  
Azadəvü şadü xürrəm oldum.  
Sən həm gələ gör, təəllül etmə!  
Mən müntəzirəm, təğafül etmə!  
Gər sadiq isən bu yolda, sən həm  
Səbr eyləmə, eylə tərki-aləm.  
Gəl kami-dil ilə olalım yar,  
Bir yerdə ki, yoxdur onda əğyar...  
Daim olalım bir evdə həmraz  
Kim, çıxmaya dışra ondan avaz.  
Xoş mənzili-əmnə bulmuşam rah,  
Bitə'neyi-dustü cövri-bədxah.  
Məndən səni eyləmək xəbərdar,  
Bismillah, əgər iradətin var!" 


213 
 
Çün qıldı vəsiyyətini axir,  
Əzmi-səfər etdi ol müsafir.  
Yad eylədi yari mehribanın,  
Vəsl arzusu ilə verdi canın.  
Kimdir ki, cabanda fani olmaz?  
Dövri-fələkin amani olmaz!  
Dünya yedi başlı əjdəhadır,  
Əndişeyi-ülfəti xətadır.  
Hər lütfünədir dəfinə min qəhr,  
Hər şəhdinədir qərinə min zəbr.  
Dövran üzərindədir zəmanə,  
Əlbəttə, galən gedər cəhanə.  
Ərbabi-zəmanəyə verib pənd,  
Bu şe'ri nə xoş demiş xirədmənd: 
 
 
QƏZƏL 
 
Bu aləm kira, könül, qeydin çəkərsən, möhnətü qəmdir,  
Fəna sərmənzilin seyr eylə kim, bir xoşca aləmdir. 
 
Anıb tənhalığı qəbr içrə nifrət qılma ölməkdən,  
Təriqi-üns tut kim, hər ovuc topraq bir adəmdir. 
 
Degil möhkəm cahan mülkündə hər bünyad kim, qılsan,  
Bəqa mülkündə tut mənzil kim, ol bünyad möhkəmdir. 
 
Əcəl alayişi-xövfü xətərdən qurtarar nəfsi,  
Bu cövhər kimiyayi-nəfsə bir iksiri-ə'zəmdir. 
 
Kəmali-eşqi-insan mövt iləndir rahi-hikmətdə,  
Bəli, mücra qılan hökmün misalın nəqşi-xatəmdir. 
 
Bahar əyyamı girsən laləzara, xak əczasın 
Mühəqqər görmə kim, hər zərrə bir cam ilə bir Cəmdir. 
 
Əsiri-nəfsdir əhli-cahan, bilməz fəna qədrin,  
Füzuli, tərk təcridi sənə ancaq müsəlləmdir! 
 
  
 


214 
 
 
 
TƏMAMİYİ-SÜXƏN 
 
Leyli güli-gülşəni-lətafət  
Çün gördü xəzan yelilə afət,  
Pamali-xəzan olub baharı,  
Əncama yetişdi ruzigarı,  
Biçarə anası açdı başın,  
Başından aşırdı qanlı yaşın.  
Kafurini tökdü zə'fərana,  
Suzi-dil i!ə gəlib fəğana,  
Çox ağladı, etdi ahu nalə,  
Ağlar, kim olursa böylə halə.  
Əlqissə, tutub təriqi-matəm,  
Ol vaqeəyə yığıldı aləm.  
Tə'zim ilə tutdular əzasın.  
Qəbrin düzüb urdular binasın.  
Tən oldu müqimi-ərseyi-xak,  
Ruh oldu qərini-övci-əflak.  
Şövq əhlinə qürb hasil oldu, 
Dəryasına qətrə vasil oldu. 
 
 
 
 


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə