MəHƏMMƏd füzuli



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə48/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   ...   44   45   46   47   48   49   50   51   ...   64

252 
 
  
FƏTİ-BƏNG DƏR XƏYALATƏŞ
1
 
 
Mənəm ol tiztəb', pakzəmir  
Ki, lətif etdi tiynətim təqdir.  
Məndədir şəfdi-qübbeyi-xəzra,  
Əxtərim şahdanədən peyda.  
Şeyxlər eylər ehtiram mənə,  
Başları üzrədir məqara mənə.  
Cövhərim qədr ilən mükərrəmdir.  
Külli-tərkibə cüz'i-ə'zəmdir.  
Fələki-əncümün mühəndisiyəm,  
Cümlə elm əblinin müdərrisiyəm.  
Nola gəlsə mənə siğarü kübar,  
Almağa dərsi-məxzənül-əsrar.  
Səbzeyi-busitani-idrakam,  
Zövqbəxşi-zəmiri-qəmnakam.  
Xızr vaqif olub həqiqətimə,  
Girdi ol rütbə ilə kisvətimə.  
Mənə eldən dəgər təpançəvü zur, 
Elə məndən yetər nişatü sürur.  
Künci-hər mədrəsə məqamımdır,  
Firqeyi-əhli-elm ramımdır.  
Şövkət əhlinə olmazam həmdəm,  
Çəkməzəm şiddəti-məşəqqətü qəm.  
Dövlətin çün məşəqqəti çoxdur.  
Dövlətim var ki, dövlətim yoxdur.  
Qanda bir müflisü qələndər var,  
Mənəm ol müflisü qələndərə yar.  
Məndə yox Mey kimi məhəbbəti-şur, 
Dadlı sevməkdə olmuşam məşhur.  
Meydən imanda gəlmişəm əfzun,  
"İnnəməl-mö'minunə həlviyyun"
2
  
Füqəra firqəsinə mən başəm,  
Müttəsil əhli-fəqrə yoldaşəm. 
  
                                                            
1
 Bəngin öz təsəvvürünə görə sifəti 
2
 Möminlərin hamısı şirinlik şey sevəndir 
 


253 
 
Səndən olğac əsiri-dərd mizac,  
Sihhət üçün mənə olur möhtac.  
Qanda olsam müqərrəbü məhrəm,  
Onda olmaz nişani-qüssəvü qəra.  
Mənəm ayinədari-feyzi-əzəl,  
Surətim jəngü siyrətim seyğəl.  
Versəm ayineyi-zəmirə cila,  
Görünür onda cümleyi-əşya.  
Səbzxət dübərəm, hicabım yox,  
Mənə aşiq yügüş, müqəyyəd çox.  
Munca fasiqlər içrə bibakəm,  
Tə'n edər xəlq, leyk mən pakəm.  
Mənə ariflərin iradəti var,  
Arif oldur ki, saxlaya əsrar.  
Ey bəsa binəvayi-müflisi-dun  
Ki, xəyal ilə eylərəm Qanın.  
Degiləm Badə kim, görüb atəş,  
Əksilə nəsnə məndənü çıxa qəş.  
Çəkmişəm şiddəti-hərarəti-nar,  
Çıxmışam xalisü tamam əyar.  
Aləmi bir xəyaldır dedilər,  
E'timadı məhaldır dedilər,  
Qütbi-aləm bu gün mənəm məşhur  
Ki, qılır min xəyal məndə zühur.  
Dərki-zatım saqınma asandır,  
Sirri-karimdə əql heyrandır.  
Bilməzəm qanda görmüşəm məktub,  
Öz sifatımda bir hekayəti-xub: 
 
 
DƏR SİFATİ-MÜRİDÜ HALATƏŞ
1
 
 
Bəsrədə bir müridi-rövşəndil  
Bəngə olmuşdu ruzü şəb mayil.  
Onu salmışdı nəş'eyi-Əsrar  
Hər zaman bir xəyala leylü nəhar. 
                                                            
1
 Müridin sifətləri və əhvalı haqqında 
 


254 
 
Bildi pir ol müridin əf' alın,  
Zövqi-Bəng ilə xoş keçən halın,  
Qıldı məmnu' sohbətindən onu,  
Etdi məhrum həzrətindən onu.  
Bir gün ol namuradi-xəstəcigər  
Saldı əcz ilə pir saru güzər.  
Dedi: - Ey hər kəmala rahbərim,  
Ustadım, müəllimi-hünərim!  
Nə səbəbdən günahkar olubam,  
Nə günah eylədim ki, xar olubam?  
Pİri-saleh müridə verdi cəvab  
Ki: - Mənə bu işində qılma itab.  
Derlər Əsrar ilə olubsan yar,  
Zövqi-Bəng ilə vaqifi-Əsrar.  
Saluban qəsri-asimana kəmənd,  
Çox qılırsan təxəyyülati-bülənd.  
Göydədir müttəsil sənin seyrin,  
Sənə dərki qaçan yetər qeyrin?  
Kamilüs-seyr olduğun bildim,  
Tərki-dərsü təəllümün qıldım.  
Bu dəlil ilə Bəng kamil imiş,  
Xəlqə ondan murad hasil imiş. 
 
ŞODƏNİ-MEY BƏCƏNG AMADƏ
1
 
 
Eyləgəc Bəng sözlərini təmam,  
Qıldı Mə'cun risalətə iqdam.  
Leyk ta görməyə cəfayi-qədəh,  
Oxudu min kərə duayi-qədəh.  
Badeyi-ruhbəxşü canpərvər,  
Qalmış idi mükəddərü müztər,  
İntizar içrə kim, qaçan Buzə  
Dönə bir dəxi ol cigərsuzə;  
Qıla Bəngin hekayətin təqrir, 
 
  
                                                            
1
Meyin döyüşə hazır olması 


255 
 
Görələr bir ona göra tədbir.  
Dedilər: - Bəngə döndü Buzeyi-dun,  
Leyk gəldi risalətə Mə'cun.  
Şükr qıldı ki: - Nikbətim getdi,  
Dövlətimdir ki, onu dur etdi.  
Meyə Mə'cun verib xəbər varın,  
Sərbəsər zahir etdi əsrarın.  
Badənin hiddəti füzun oldu,  
Qəhrdən rəngi laləgun oldu.  
Yığdı yanına Badə əshabın,  
Cəm' qıldı məsaf əsbabın.  
Dedi Mə'cunə: - İxtiyarın var,  
Xah get, xah bunda eylə qərar.  
Bildi Mə'cun ki, Bəng olur məğlub,  
Özünü qıldı Badəyə mənsub.  
Bəngdən keçdi, Badəxar oldu,  
Sahibi-izzü e'tibar oldu. 
 
 
BƏNG HƏM DƏR MÜQABİL 
İSTADƏ
1
 
 
Bəng bəm oldu haldan agah,  
Yığdı məqdur olduğunca sipah;  
Hər biri bir tərəfdə çəkdi səfi,  
Oldu rənginbüsat hər tərəfi. 
 
ƏZMİ-MEYDAN  
NÜMUDƏNİ-ƏSRAR
2
 
 
Əvvəl Əsrar girdi meydana,  
Səhni-meydanda gəldi cövlana,  
Başını açdıvü götürdü kötək, 
 
                                                            
1
 Bəngin da qarşı durması 
2
 Bəngin meydana girməsi 
  
 


256 
 
Girdi meydana pəhlivanlartək,  
Urdu qayətdə pəhlivanlığa laf,  
İstədi pəhlivan kim, edə məsaf. 
 
 
GÖFTƏNİ-SÜLH 
NÜQLİ-XİDMƏTKAR
1
 
 
Nüql gördü ki, ol iki bibak  
Qılmaq istər bir-birini həlak.  
Bildi kim, onlar ilə olsa cidal,  
Ayağ altında ol olur pamal.  
Bəng başına cizginib hər dəm  
Yalvarıb düşdü Mey əyağına həm  
Ki, məgər dəf ola təriqeyi-cəng,  
Nə Mey etdi sözün qəbul, nə Bəng. 
 
 
MƏN'ŞAN KƏRDƏNİ-MƏVİZ 
ƏZ CƏNG
2
 
 
Var idi bir müdəbbir, adı Məviz,  
Vaqe' ol əsrdə bir əhli-təmiz.  
Həm şərabın atası, qardaşı,  
Həm səfərlərdə Bəng yoldaşı.  
Şamdən qıldı sülh üçün ilqar,  
Qıldı onlara və'zlər təkrar.  
Olmadı və'zü pənd faidəmənd,  
Əhli-cəhlə nə sud və'zlə pənd? 
 
  
                                                            
1
 Xidmətçi Nogulu sülh təklifi 
2
 Mövüzün onları davadan çəkindirməsi 
 


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə