MəHƏMMƏd füzuli



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə47/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   ...   43   44   45   46   47   48   49   50   ...   64

247 
 
Getməzəm ol yanaya, and içdim.  
Mən sənin bir kəminə çakərinəm,  
Eşigində qulami-kəmtərinəm.  
Çoxdurur Badənin fəsadü şəri,  
Səndədir fəqrü məskənət əsəri.  
Buzə çün Bəngə oldu xidmətkar,  
Bəng feyzilə vaqifi-əsrar,  
Ol gecə Bəngü sairi-əshab  
Qıldılar rahətü sürur ilə xab.  
Sübhdəm kim, sipehri-camxüram  
Saçdı Bəng üstünə meyi-gülfam,  
Dürdsa təhnişin olub əxtər,  
Saf meykimi çıxdı şö'leyi-tər.  
Bəng fikrət dənizinə daldi,  
Ortaya tərhi-məşverət saldı  
Ki: "Nədir çareyi-şərarəti-Mey,  
Necə təskin tapar hərarəti-Mey?" 
 
DƏR NƏSİHƏT NUMUDƏNI-ƏFYÜN
1
 
 
Dedi Əfyun ki: - Olmağıl qəmnak,  
Mənəm ol zəhr dəfinə tiryak.  
Qılayın gecələr yuxunu haram,  
Yeməyəm nəsnə, tutmayam aram,  
Edəyim zaye etdigi əməgin,  
Ağrıdıb həmnişinlərin yürəgin. 
 
BƏRŞ HƏM MÜTTƏBE ŞÜDƏ ƏKNUN
2
 
 
Bərşə çün düşdü söz, dedi: - Ey Bəng!  
Onun ilə nə hasil eylər cəng?  
Nə rəva cəng öylə sərkeş ilə,  
Ələfı-xüşk netsin atəş ilə? 
 
 
                                                            
1
Əfyunun nəsihət etməsi 
2
 Bərşin də ona tabe olması. 
 


248 
 
Necə kim, mülkə ol verir rövnəq,  
Kimsə meyl eyləməz sənə mütləq.  
Sınmadan bu nizai tərk edəlim,  
Bütün ikən bu mülkdən gedəlim. 
  
 
PƏNDİ-MƏ'CUN BƏ GUŞİ-ƏSRARƏŞ
1
 
 
Dedi Mə'cun ona ki: - Ey Əsrar.  
Nə həzimət, nə cəng eylə şüar.  
Layiq oldur onunla sülh edəsən,  
Gər tələb qılsa, yanına gedəsən.  
Eylə dəf inə məkr ilən tədbir,  
Safdildir, yeri, mizacinə gir.  
Qafil etmə özün müdaradan,  
Hiylə yeyrək degilmi qövğadan? 
 
 
BƏNG TƏDBİR KƏRDƏN İZHARƏŞ
2
 
 
Qılmadı Bəng hiç qövlü pəsənd,  
Gəlmədi hiç söz ona xürsənd,  
Dedi: - Mən həm rəsul göndərərəm,  
Sözlərinə cəvab döndərərəm.  
Qılsa taət, riayətim görsün,  
Qılmaz olsa, siyasətim görsün. 
 
 
ZİKRİ-MƏ'CUNÜ DƏR RİSALƏTİ-U
3
 
 
Ey Müfərrih, sənədir indi ümid,  
Olasan fəth qapusinə kilid.  
Səndədir hüni-xülqü lütfi-əda,  
Çox görübsən məcalisi-hükəma. 
 
 
                                                            
1
 Mə'cunun Bəngə (Əsrara) nəsihəti. 
2
 Bəngin öz tədbirini söyləməsi 
3
 Mə'cunun elçiliyiə göndərilməsi 
 


249 
 
Səndə irfan cəvahiri çoxdur,  
Səndəki rütbə kimsədə yoxdur.  
Qərəzim olmağa sən eylə şitab,  
Sən mənə qövmsən, nə bu əhsab.  
Var, məndən Meyə nəsihət qıl!  
Gər qəbul etməsə, fəzihət qıl! 
 
 
DƏR SİFATİ-MEYÜ  
ŞƏRARƏTİ-U
1
 
 
Söylə: Ey bihəyayi-bihudəgərd,  
Müfsidi hər səlah olan namərd!  
Həmdəmin hər kim olsa leylü nəhar,  
Gah divanədir, gəhi bimar.  
Bu cahanda budur sənə tə'sir,  
Ol cahanda dəxi zəqumü səir. 
Sənsən ol rəhnümayi-əhli-əzab  
Ki, ayağın yetən yer oldu xərab.  
Məkrilən alın et evini yıxar, 
Bu fəsadın saqınma, başə çıxar.  
Ey bəsa əhli-təxtü sahibi-tac  
Ki, qılıbsan bir ətməyə möhtac.  
Ey bəsa huşiməndi-fərzanə  
Ki, qılıbsan səfihü divanə.  
Baisi-fitnəvü şərarətsən,  
Nəcisül-eynü bitəharətsən.  
"İnnəməl-xəmrü" ayesini oxu  
Ki, sənindir kinayətində çoxu.  
Qanda gəbr olsa, həmnişinindir,  
Bu səbəbdən ki, dini dinindir.  
Ulular səndən etməyə ikrah,  
Olur, əlbəttə, asiyi-dərgah.  
Kiçilər səndən etməsə pərhiz  
Çıxar, əlbəttə... 
                                                            
1
 Meyin sifətləri və onun (törətdiyi) şər haqqında 
  
 


250 
 
 
 
Çün xəmirən zinaya rağibdir,  
Axta qılmaq səni münasibdir.  
Sənsən olmuş müqəyyəd öz-özünə,  
Cüzvi işdən çıxarsan el üzünə.  
Kimə oldunsa məhrəmü yoldaş,  
Gizli sirrini qıldın ellərə faş.  
Əsərin düşsə hər yerə çoxü az, 
Qılmaz əhli-şəriət onda namaz.  
Çakərin oldu çəng, zar oldu,  
Damənin tutdu dürd, xar oldu.  
Tutdu bir ev himayətində hübab,  
Eylədin al ilə evini xərab.  
Şeyx Sən'ana bir dəm oldun yar,  
Tərki-din etdi, bağladı zünnar.  
Həmzə tədbirin ilə qıldı əməl,  
Naqeyi-Salehə yetirdi xələl.  
Səndə yoxdur təriqeyi-cədü əb,  
Sən ədəbsizsən, onlar əhli-ədəb.  
Səndə yoxdur təbiəti-fərzənd,  
Son münafiqsən, ol səadətmənd.  
Sirkə səndən dönəndə tapdı qəbul,  
Məclisi-ehli-şər'ə rahi-vüsul.  
Bisəbəb hərzə-hərzə qılma qəzəb,  
Şişəni çalma daşa, saxla ədəb.  
Bəs ki, əhli-xətasənü mürtəd,  
Qanda üz qoydun isə oldun rədd.  
Bəsi evlər xərabdır səndən,  
Çox bağırlar kəbabdır səndən,  
Açaram sirrini, tər olmaz isən,  
Dürd nisbət mükəddər olmaz isən. 
 
  


251 
 
SİFƏTİ-MEY Kİ,  
HƏST NAMƏŞRU
1
 
 
Misr mülkündə var idi bir pir,  
Hərgiz ixlası tapmamış təğyir,  
Alimü arifü əfifüz-zeyl,  
Qılmamış xübs ilə xəyanətə meyl.  
Axiri-ömr olanda rikkəti-şeyb,  
Saldı tərkibinə mərəzdən eyb.  
Oldu tədbirə illəti möhtac,  
Dedilər Badədir bu dərdə əlac.  
Eylədi meyli-mey zərurət ilə,  
İçdi bir cür'ə mey küdurət ilə.  
Zövqi-mey saldı çün dimağına şur,  
Arizu qıldı mütribü tənbur.  
Müğbəçə mütribi çəkib avaz,  
Eylədi qarşısında cilvəvü naz.  
Pir şövq ilə mayil oldu ona,  
Qüvvəti-nəfs hasil oldu ona,  
Dedi; - Ey sərvqədd, siməndam!  
Nola versən məni-şikəstəyə kam?  
Məni vəsl ilə şadiman etsən,  
Pir ikən yenlədən cəvan etsən.  
Dedi: - Məndən murad hasildir,  
Leyk din ixtilafi müşkildir.  
Dinin ər dinimə münasib olur,  
Sənə məndən murad hasil olur.  
Pir ta razı ola xatiri-yar,  
Tərkidin etdi, bağladı zünnar.  
Oldu zaye cəmti-taatı,  
Gör ona netdi mey mülaqatı!  
Ey Meyi-ziştxu, budur əməlin,  
Dinü dünyaya çoxdurur xələlin. 
  
 
  
                                                            
1
 Haram olan Meyin sifəti 
 


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə