MəHƏMMƏd füzuli



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə49/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   ...   45   46   47   48   49   50   51   52   ...   64

257 
 
ŞÜDƏNİ-NÜQL 
DƏR MÜQABİLİ-BƏNG
1
 
 
Nüql çıxdı onunla qılmağa cəng,  
Qıldı bir həmlədə şəhid onu Bəng. 
 
DƏR MƏSAF AMƏDƏN  
MƏVİZİ -TƏMİZ
2
 
 
Etdi əzmi-məsafi-Bəng Məviz,  
Ol dəxi olmadı hərifi-sitiz. 
 
ƏZ PEYƏŞ  
HƏM KƏBABİ-ATƏŞİ-TİZ
3
 
 
Ərseyi-rəzmi gərm qıldı Kəbab,  
Zərbinə ol dəxi gətirmədi tab. 
 
KƏRDƏNİ-BADƏ CƏNGRA  
MƏQDƏM
4
 
Gördü Badə ki, ləşkəri bir-bir,  
Oldu ol nabəkar əlində əsir.  
Vermədi qeyrə cəng üçün rüxsət,  
Özünü çəkdi ortaya qeyrət.  
Çün sipahilik içrə mahir idi,  
Ona tədbiri-cəng zahir idi.  
Bir neçə itrətini qoydu kəmin,  
Özü yalqız məsafa girdi həmin; 
  
 
  
 
 
 
  
                                                            
1
 Noğulu Bəngə qarşı çıxması 
2
 Movüzün döyüşə girməsi 
3
 Ardınca iti odlu kababın gəlməsi 
4
 Badenin müharibəyə başlaması. 
 


258 
 
Girdi meydana, eylədi cövlan,  
Üzə çəkdi hübabdan qalxan.  
Bəng ilə çün müqabil oldu Şərab,  
Ləhzeyi qıldılar süalü cəvab. 
 
 
KƏRDƏNİ-BƏHS BƏNGÜ MEY 
BAHƏM
1
 
 
Mey edir
2
 
- Mən nəbireyi-takəm! 
Bəng edir: 
- Sən pəlidü mən pakəm! 
Mey edir: 
- Mən nədimi-sultanəm! 
Bəng edir: 
- Mən bir əhli-irfanəm! 
Mey edir: 
- Hakimi-həvasəmü huş! 
Bəng edir: 
- Sufiyəm mən əzrəqpuş! 
Mey edir: 
- Mən şəfəq kimi aləm! 
Bəng edir: 
- Mən sipehr timsaləm! 
Mey edir: 
- Xoş mənimlədir aləm! 
Bəng edir: 
- Qütbi-aləməm mən həm! 
Mey edir: 
- Qəmli xəlqə qəmxarəm! 
Bəng edir: 
- Səncə mən dəxi varəm! 
Mey edir: 
- Mən çiraği-əncümənəm! 
 
                                                            
1
 Mey ilə bəngin mübahisəsi
.
 
2
 Edir, aydır - "deyir" mə'nasındadır. 
 


259 
 
Bəng edir: 
- Rəşgi-səbzeyi-çəmənəm! 
Mey edir: 
- Eşq piri-rahimdir. 
Bəng edir: 
- Ol mənim pənahimdir! 
Mey edir: 
- Növrəsi-cahansuzəm! 
Bəng edir: 
- Piri-danişamuzəm! 
Mey edir: 
- Eylərəm səni fani! 
Bəng edir: 
- Dinmə, həddini tani! 
Bəhs ilə olmadı çü qət'i-niza, 
Fitnə sülhü səlaha qıldı vida. 
İbtida oldu çünki cəngü cədəl, 
Bir neçə həmlə oldu rəddü bədəl
Hiddəti-Bəng Meydən idi füzun, 
Bəng qüvvət tapıb, Mey oldu zəbun. 
Gördü çün dövlətində bimi-xələl, 
İstədi üzri-səyyiati-əməl. 
Nəzr edib eylədi Xudayı güvah  
Kim, bu növbət bu düşmən olsa təbah,  
Kimi tutdiysə eyləyə azad,  
Etməyə kimsənin fəsadım yad.  
Tapdı sail icabəti məs'ul,  
Saf idi qəlbi, nəzri oldu qəbul.  
Çıxdı nagəh kəmindən ol ləşkər,  
Oldu Bəngin sipahi-zirü zəbər.  
Buzəvü Bərşü Bəng əsir oldu.  
Kimi xürdü, kimi xəmir oldu,  
Badənin xatirinə yetdi səfa,  
Nəzr qılmışdı, nəzrə qıldı vəfa,  
Qıldı azad o dörd sərhəngi:  
Saqiyü Bərşü Buzəvü Bəngi.  
Hər birin qıldı bir işə mə'mur. 
 
  


260 
 
Aləmi etdi ədl ilə mə'mur.  
Aqibət Bəng edib ihanətə ar,  
Badənin xidmətindən etdi fərar.  
İmdi gəzdikdə qorxa-qorxa gəzər,  
Badə hər qanda görsə onu əzər.  
Özünü mütləq aşikar etməz,  
Mey olan yerlərə güzar etməz. 
 
 
TƏLƏBİ-MƏĞFİRƏT  
Zİ RƏBBİ-QƏFUR
1
 
 
Tövbə, ey K'irdigar-üzrpəzir  
Sözlərimdən kim, etmişəm təqrir.  
Nitq verdin ki, vəsfi-zatın edəm;  
Şərhi-keyfiyyəti-sifatın edəm;  
Nə ki, övsafı-Mey qılıb əmda,  
Bəng vəsfində olayım guya.  
Allah-Allah, bu mehz üsyandır,  
Qayəti-küfrü eyni-küfrandır.  
Çün Füzulidürür mənim ləqəbim,  
Əcəb olmaz gər olmasa ədəbim.  
Var ümidim ki, üzrüm ola qəbul,  
Olmaya böylə cürm ilə məs'ul. 
 
                                                            
1
Bağışlayan Allahdan əfv istəmək. 
 


261 
 
 


262 
 
             


263 
 
Qəvvasi-bəvahiri-rəvayət,  
Səyyahi-bəvadiyi-hekayət  
Dəryayi-rəvayəti üzəndə,  
Səhrayi-hekayəti gəzəndə  
Düzmüş bu nizam ilən göhərlər, 
Vermiş bu əda ilən xəbərlər  
Kim, var idi bir xücəstəsima,  
İdrakı tamam, təb'i qərra.  
Əşya təkəllümündən arif, 
Hər əlsinədən olurdu vaqif.  
Bir gün ki, şəhi-sipehri-rabe'  
Tiğini Həməldə qıldı lame',  
Təsxiri-Həməl qılan zamanda,  
Xuni-Həməl axıdan zamanda, 
Hər səbzəgəhə güzər edəndə,  
Bir tövr ilə dövr edib zəmanə,  
Bir özgə fəza yetib cəhanə,  
Əbvabi-xəyal olundu meftuh,  
Əmvati-nəbatə yetdi çün ruh.  
Çün məşvü nüma bulub çəmənlər,  
Çak etdi nəbat pirəhənlər,  
Mey neş'ə ilə əyağ çəkdi,  
Lalə cigərinə dağ çəkdi.  
Nərgis ki, göz açdı bağə girdi,  
Bir baxmaq ilən özün itirdi.  
Kəcgərdən olub bənövşəyi-zar,  
Bir nəş'əyi-meylə oldu xummar.  
Qönçə yaxasını eylədi çak,  
Bülbül baxuban olub fərəhnak.  
Bağ İçrə açıldı qırmızı gül,  
Başladı əninü nale bülbül.  
Əlqissə, fəzalanıb çəmənlər,  
Xoş, tazə geyindi yasəmənlər. 
 
  
 
  


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə