MəHƏMMƏd füzuli



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə26/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   ...   22   23   24   25   26   27   28   29   ...   64

137 
 
Ümidvar idim əvvəl ki, bir nişat görüm,  
Binayi-möhnətimi indi üstüvar etdin! 
 
Cəfa əlilə qılıb çak pərdeyi-səbrim,  
Nihan olan qəmimi xəlqə aşikar etdin! 
 
Vəfada verməgə can vermədin mənə möhlət,  
Məni bu əhd vəfasında şərmsar etdin! 
 
Bir özgəni mənə yar eyləməklə sən guya  
Mənimlə yar olanı özgə ilə yar etdin! 
 
Məgər bilindi, Füzuli, sənə fələk halı  
Ki, varını bu cəhanın yox e'tibar etdin! 
 
 
TƏMAMİYİ-SÜXƏN 
 
Ol növ görənlər iztirabın,  
Təzyinü ciladən ictinabın.  
Eylərlər idi güman ki, ol zar  
Bir özgə bəlayədir giriftar.  
Qılmışdır ol afitabı müztər  
Hicrü-pədərü fəraqi-madər.  
Dərlərdi: "Haqındır, ey səmənbu!  
Tutmuşdun atan-anan ilə xu,  
Hala ki, bulardan ayrılırsən,  
Qürbət sitəm olduğun bilirsən!  
Əfğaninə hiç mən' yoxdur,  
Sən kimi yanan fəraqa çoxdur.  
Əmma, bu imiş çü xəlqə adət,  
Sən həm cəzə eyləmə ziyadət.  
Qız daim ata evində qalmaz,  
Peyvəstə anaya mehr salmaz.  
Lazım meyi-qəflət eyləyib nuş,  
Eylərsən atan-anan fəramuş. 
" Leyli bu sözə qılırdı iqrar, 
  


138 
 
Deməzdi bir özgə möhnətim var.  
Görməzdi onu özünə layiq  
Kim, tə'nə edə ona xəlayiq.  
Qız hər necə olsa yarə talib,  
Əlbəttə, gərək həyası qalib.  
Bir əhli-həya, min əhli-ibram,  
Üsyan ilə olmaz iş sərəncam.  
El tə'nəsi ilə xahü naxah,  
Təklifə düşüb bəzəndi ol mah.  
Ol ziynətü ziybə ziybü ziynət  
Bir şəkl ilə verdi ziybi-surət  
Kim, onu görəndə derdi gərdun:  
İnsaf... kəmali-səbri-Məcnun!  
Pirayəsiz ol məh idi afət,  
Pirayədən artırıb lətafət,  
Bir həddə irişdi afitabi  
Kim, oldu niqab hüsni tabi.  
Çün tutdu ərusi-xəlvəti-şam,  
Təmkin ilə xəlvətində aram,  
Zülmat ziyayə oldu qalib,  
Yandırdı məşailin kəvakib,  
Əncüm gühəri olub şəbəfruz,  
Qıldı şəbi-tari qeyrəti-ruz.  
Gülçöhrə sənəmlər oldular cəm',  
Hər bir sənəmin əlində bir şəm',  
Rəsmi-tərəb etdilər mürəttəb,  
Beş yüz büti-gülrüxü şəkərləb.  
Yüz qönçə dəhənli mahparə  
Gül suyu səpərdi rəhgüzarə.  
Yüz gülrüx əlində məcməri-ud  
Eylərdi həvayı ənbəralud.  
Yüz mahliqa olub qinasaz,  
Qoşmuşdu sədayi-sazə avaz.  
Yüz nərgisi-məst gəzdirib cam,  
Əhbabə verərdi cami-gülfam.  
Yüz gül başı üzrə yüz təbəq zər  
Olmuşdu nisar üçün müqərrər. 
 
  


139 
 
Bir təxti-rəvan içində Leyli,  
Nə şövkətə, nə şükuhə meyli,  
Hər ləhzə fəğanü ah edərdi,  
Sərgəştəvü müztərib gedərdi.  
Əndişeyi-zövqü eyşdən pak,  
Seylabdə san gedərdi xaşak.  
Çün yetdi hərəmsərayə ol mah,  
Dağıldı olan rəfiqü həmrah.  
Gül xəivəti oldu səhni-gülzar,  
Dur oldu büsatdan xəsü xar.  
Bəxt İbni Səfamı etdi agah  
Kim, oldu sənə müsəlləm ol mah.  
Ol talibi-gövbəri-yeganə  
Gövhər həvəsilə girdi kanə,  
Nə gördü? Niqab içində bir nur,  
Gözdən rüxi-dilfüruzi məstur.  
Gərm oldu məhəbbətin məzaqı,  
Təprəndi vüsalə iştiyaqı.  
Əl urdu ki, aça ol niqabı,  
Rəf eyləyə ortadan hicabı,  
Leyli dedi: "Ey hərifi-qabil,  
Sənsən sərü sərvəri-qəbail!  
Övsafın eşitmişəm ziyadə,  
Kamilsən ədəbdəvü həyadə.  
Mə'lum edibəm ki, Qaf ta Qaf,  
İnsafına el veribdir insaf.  
Mən kim, degiləm qəni, fəqirəm,  
Mehman deməyim, sənə əsirəm!  
Zülm eyləmək etmə mən əsirə,  
İzhari-tərəhhüm et fəqirə!  
Gör canü tənimdə iztirabım,  
Sor hali-dilim, eşit cəvabım!  
Mən məktəbə getdigim zamanlar,  
Hifzi-səbəq etdigim zamanlar;  
Bir şəxs mənə göründü nagah,  
Oldum pəri olduğundan agah.  
Cinnilər içində ol pərizad 
 
  


140 
 
Ülfət mənim ilə qıldı bünyad.  
Hər ləhzə durar mənə bərabər,  
Der kim: "Bəniadəm etmə həmsər!  
Yoxsa qılaram dəmində fani,  
Bir zərb ilə həm səni, həm ani!"  
Çox məkr qılındı, oldu tədbir,  
Boynumdan alınmadı bu zəncir.  
Dəf olmadı bu bəliyyə hərgiz,  
Həm ata, həm ana oldu aciz.  
Çün bulmadı kimsə çareyi-kar,  
Məndən ata-ana oldu bizar.  
Şeydalığım oldu aləmə faş,  
Nifrət qılır oldu yarü yoldaş.  
Sən həm ki, bizim diyara yetdin,  
Əlbəttə, bu qissəni eşitdin.  
Hala ki, səninlə düşdü bazar,  
Oldun düri-əqdimə xiridar.  
Qarşımda həm ol pəri durubdur,  
Qeyrət qılıcına əl urubdur.  
Tərk et ki, bu vəsl bimi-candır,  
Həm özünə, həm mənə ziyandır!  
Bir neçə zaman təhəmmül eylə,  
Dərmanın elə, təvəkkül eylə!  
Ola ki, müyəssər ola məqsud,  
Səndən açıla bu babİ-məsdud.  
Qət' ola zəbani-tə'ni-düşmən,  
Həm sən yetəsən murada, həm mən.'' 
Ol sadəzəmir ona inandı,  
Cinni xəbərin səhih sandı.  
Vəhm etdi ki, olsa yara vasil,  
Nöqsan ola canü caha hasil.  
Cananə yolunda ömrü cahı  
Ol naqisin oldu səddi-rahı.  
Bir rəsmi-qədimdir cahanda:  
Sud istəyən, istəmək ziyan da.  
Canan diləyən cəfaya dözmək,  
Gənc istəyən əjdəhaya dözmək. 
  


141 
 
Eşq əhli məhəbbət etsə izhar,  
Əvvəl onu imtahan edər yar.  
Gər görsə onun cəfaya səbrin,  
Kəsrini edər təmam cəbrin.  
Gör görməsə cövrə ehtimalın,  
Salmaz ona sayeyi-vüsalın.  
Çün İbni Səlama bimi-nöqsan  
Ol vəsldə ruzi etdi hicran,  
Meyl etmədi mütləq ol nigarə,  
Hərgiz ona qılmadı nəzarə.  
Tədbiri-əlaca durdu qaim,  
Dərdinə dəva sorardı daim,  
Hər qanda görərdi əhli-təsxir,  
Divanəsinə dilərdi zəncir. 
  


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə