MəHƏMMƏd füzuli



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə29/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   ...   25   26   27   28   29   30   31   32   ...   64

152 
 
Sındırdı bəla pər ilə balım.  
Bir vəhşi ilə gər etmişəm xu,  
Müstövcibi-sərzəniş degil bu.  
Vəhşilər imiş səninlə həmdəm,  
Həmrəng olubam səninlə mən həm.  
Ey aşiqi-müstəməndü məhcur,  
Tutğıl məni-müstəməndi mə'zur!  
Səbr et neçə gün, ola ki, gərdun  
Bu günləri eyləyə digərgun.  
Ancaq özünü nizar sanma,  
Sərgəşteyi-ruzigar sanma!  
Bu şe'ri gər oxusan dəmadəm,  
Mə'lumun olur mənim qəmim həm: 
 
BU MÜRƏBBE' LEYLİ DİLİNDƏNDİR 
 
Giriban oldu rusvalıq əlilə çak, damən həm,  
Mənə rüsvahğımda dustlar tə'n etdi, düşmən həm.  
Rəhi-eşq içrə can qıldım giriftari-bela, tən həm,  
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm? 
 
Əgər tutsam qəmim eldən nihan, səbrü qərarım yox,  
Və gər şərhi-qəmi-pünhanım etsəm, qəmgüsanm yox,  
Əsiri-bəndi-zindanəm, əlimdə ixtiyanın yox,  
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm? 
 
Olubdur əşki-xunab ilə gülgun çöbreyi-zərdim,  
Yanıbdır atəşi-hicranə cani-dərdpərvərdim,  
Cəfayi-çərxi-kəcrəftar əlindən var min dərdim,  
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm? 
 
Gəhi şövqi-vüsalü gəh bəlayi-hicr ilə zarəm, 
Özüm həm bilməzəm dərdim nədir, mən necə bimarəm? 
Qəmi-eşq içrə bir dərmanı yox dərdə giriftarəm, 
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm? 
 
  


153 
 
Cüda səndən bəlavü dərdi-hicran ilə tutdum xu,  
Qılır hər dəm mənə bidad dord ayru, bəla ayru.  
Bəlavü dərdə düşdüm, ruzigarım böylə, halım bu,  
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm? 
 
Təbibi-eşqə çün izhar qıldım dərdi-pünhanı,  
Məni-bimarə mütləq olmadı bir səhhət imkanı,  
Əzəldən var min dərdim ki, yoxdur hiç dərmanı,  
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm? 
 
Füzuli, hər zaman bir tə'n ilə bağrım qılırsan qan.  
Əcəb, bilməzmisən kim, eşqdən keçmək değil asan?  
Bilirsən, düşmüşəm bir dərdə kim, yoxdur ona dərman,  
Bu yetməzmi ki, bir dərd artırırsan dərdimə sən həm? 
 
 
TƏMAMİYİ-SÜXƏN 
 
Yazıldı çü naməyə qəmi-dil,  
Zeydə dedi: "Ey həkimi-kamil,  
Tə'vizin ilə xoş oldu halım,  
Zayil oluban qəmü məlalım.  
Xəttin mənə nüsxeyi-səfadır,  
Tə'vizin əsər qılır, duadır.  
Hər gün gəlü yaz böylə tə'vid,  
Ta səhhətə tutmaq ola ümmid.  
Bir yazılı nüsxə var məndə,  
Billah, belə al onu gedəndə.  
Gərçi bilirəm onu ki, xətdir,  
Bilməm ki, səhih, ya qələtdir.  
İğlaqinə ver kəmali-izah,  
Gər var isə səhvi, eylə islah".  
Təqrib ilə verdi Zeydə məktub,  
Böylə gərək əhli-əqlə üslub.  
Məcnunə çü namə oldu vasil,  
Dür gördü əqiqinə müqabil.  
Məfhumdan etdi kəsbi-məqsud,  
Leyli tərəfindən oldu xoşnud. 
 
  


154 
 
BU, MƏCNUNU ATASI  
SƏHRADA BULDUĞUDUR 
və 
NƏSİHƏTLƏ İSLAHINDAN  
ACİZ OLDUĞUDUR 
 
Təhrir qılanda əhli-inşa  
Böylə bu misalə çəkdi tuğra  
Kim, qüsseyi-dəhr mübtəlası,  
Məcnuni-şikəstənin atası  
Qalmışdı məlamət içrə dün-gün,  
Nə günü gün idi, nə dünü dün.  
Getmiş idi əldən ixtiyarı,  
Gündüz səbri, gecə qəran.  
Qılmazdı tərəddüdündə təqsir,  
Bulmazdı bu dərdə hiç tədbir.  
Bir gün onu etdilər xəbərdar,  
"Key piri-şikəsteyi-diləfgar!  
Dün Leyli atası, ol siyəhdil,  
Ol mün'imi-süflə, piri-cahil  
Sərxeyli yanında dad edərdi,  
Məcnımi-həzini yad edərdi  
"Kim, bu dəli hökmə olmayıb ram,  
Xəlqə bizi eylər oldu bədnam.  
Peyvəstə bizə yetər bəlası,  
Növfəl qəzəbindən et qiyası.  
Hər necə ki, təndə canı vardır,  
Namusumuza zıyanı vardır.  
Çün məhz şər oldu zati-əf i,  
Vacib gorünür müdam dəfi.  
Namus bizim degil, sənindir,  
Dəf eyləyə gör ki, düşmənindir."  
Çün kim zərərində gördülər nəf,  
Əzm eylədilər ki, edələr dəf.  
Yadın degil, eylə oğlunu yad!  
Qıl çarə ki, düşmən olmaya şad."  
Ol pir düşüb min iztirabə, 
 
  


155 
 
Naçar özünü verib əzabə, 
Səhralara tutdu seyltək ru, 
Cəhd ilə yügürdü gəzdi hör su. 
Manzü-mənzil sirişki qanın, 
Rəhbər qılıb istədi nişanın. 
Çün gecəyə gündüz oldu təğyir, 
Oldu gecə zülməti cahangir. 
Rəf' oldu əlameyi-mənazü, 
Ol pirə tərəddüd oldu müşkil. 
Sərgəştə gəzərkən eyləyib ah, 
Bir şö'lə ona göründü nagah. 
Ol pirin olub dəlili-rahı, 
Ruz etdi ol od şəbi-siyahı. 
Sandı odu yandıran ərəbdir, 
Xeylü həşəm ol oda səbəbdir. 
Pervanə kimi üz urdu narə
Çün yetdi vü eylədi nəzarə, 
Gördü ki, bu şö'lə bir nəfəsdir, 
Nə şö'leyi-cirmi-xarü xəsdir. 
Məcnunundur bu ahi-sərkəş, 
Çəkmiş, urmuş cahana atəş. 
Qət'i-nəzər eyləmiş cahandan. 
Keçmiş sərü çeşmü cismü candan. 
Nə mülk, nə mal cüstcusu. 
Nə ata, nə ana arizusu. 
Getmiş yelə bərgi-e'tibarı, 
Ol qalmışü marg intizarı. 
Ol pir çü gördü oğlu halın, 
Tökdü rüxi-zərdə əşki-alın. 
Yanında oturdu zarü qəmnak, 
Əl urdu ki, çöhrəsin edə pak. 
Ol şiftə açdı çeşmi-püməm, 
"Kimsən - dedi, - ey mənimlə həmdəm? 
Gər elçi isən, yetir pəyamın, 
Ver müjdəsin ol məhi-təmamın! 
V'ər yolçu isən, oturma qafıl, 
Əzm eylə, gözət bir özgə mənzil!" 
 
  


156 
 
Ol pir təzərrö' etdi ağaz:  
"K'ey nəqdi-həyata kisəpərdaz!  
Mən dürcəmü sən düri-şəbəfruz,  
Yə'ni atanam məni-siyəhruz!  
Ey hasili-məzrəi-vücudim!  
V'ey ömr xəsarətində sudim!  
Ey cövhəri-canımın həvası!  
V'ey dideyi-bəxtimin ziyası!  
Derdim olasan mənim pənahım,  
Fəxrim, şərəfim, ümidgahım.  
Məndən bu sərir olanda xali,  
Sən olasan əhli-mülkə vali.  
Xəlq edə səni görəndə yadım,  
Baqi sənin ilə ola adım.  
Gər tifliliyində məstü bibak  
Səhraya düşüb, yaxan qılıb çak,  
Oldun rəhi-eşq içində məşhur,  
Mə'zur idin ol zamanda, mə'zur!  
Hər vəqtdədir bir əmr qalib,  
Hər əhddədir bir iş münasib.  
Növrəslərə eşq bir hünərdir,  
Sərhəddi-kəmala rahbərdir.  
Hala ki, məqami-əql buldun,  
Təhsili-kəmala qabil oldun,  
Səndən nə rəva bu macəralar,  
Sərmayeyi-eyb olan sədalar?  
Gər qafil idin, ol indi aqil,  
Səhraləra düşmə, gəzmə qafil!  
Vəhşilər ilə nədir bu birlik,  
İnsan ilə xoş degilmi dirlik?  
Vəhşi ilə vəhşi, teyr ilə teyr,  
Həmcins ilə xoşdur eyləmək seyr.  
Rəhm et məni-zarü namuradə,  
Qoyma bu məşəqqətü bəladə.  
Kafurvəş oldu mişki-nabım,  
Bu sübhdə sənsən afitabıra!  
Olmaq əlifim qərineyi-dal. 
  


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə