MəHƏMMƏd füzuli


BU, ZEYD VƏFADARIN MƏCNUNA



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə27/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   ...   23   24   25   26   27   28   29   30   ...   64

142 
 
BU, ZEYD VƏFADARIN MƏCNUNA  
XƏBƏR GƏTİRDİGİDİR 
və 
İBNİ SƏLAM İLƏ LEYLİNİN PEYVƏNDİ  
MÜJDƏSİNİ YETİRDİGİDİR 
 
Sahibxəbəri-fəsanəpərdaz  
Bu tərz ilə qıldı qissə ağaz  
Kim, var idi bir nədimi-nadir,  
Zeyd adlı, vəfayi-əhdə qadir.  
Məşhur idi fəzlivü kəmalı,  
Mə'ruf idi hüsnüvü cəmalı.  
Olmuşdu əsir bir nigarə,  
Büt ziybli Zeynəb adlı yarə.  
Çəkmişdi məhəbbətin cəfasın,  
Görmüşdü məlamətin bəlasın.  
Ol aşiqi-müstəməndi-məhzum  
Eylərdi həmişə meyli-Məcnun,  
Söylərdi ona kəmali-eşqin,  
Ustadına göstərərdi məşqin.  
Leyli ərə getdigindən ol zar  
Təhqiq ilə oldu çün xəbərdar,  
Məcnuna özün yetirdi filhal,  
Rəngi-rüxi-zərdi əşkdən al.  
Dolmuş gözü, peykəri pozulmuş,  
Nitqində təkəllümü tutulmuş.  
Məcnun dedi: "Ey vəfalı yarım!  
Qəm mərhələsində qəmgüsanın!  
Adətcə görünməz ixtilatın,  
Hər günküyə bənzəməz nişatın.  
Noldu sənə, söylə, zar olubsan?  
Bitaqətü biqərar olubsan?!  
Əqrəbdə idi bu gün məgər mah,  
K'etdin
1
 bu yana əziməti-rah?  
Qandan bu küdurət oldu hasis? 
 
 
                                                            
1
 
Ki etdin 


143 
 
  
 
Noldu səbəbi-məlaləti-dil?"  
Zeyd ol xəsi-xüşkə urdu atəş,  
Suz ilə dedi ki: "Ey bəlakəş!  
Dün əxtəri-bəxtin oldu tirə,  
Dövran sitəm etdi sən fəqirə.  
Yar İbni Səlamə ruzi oldu,  
Ruzi sənə dərdü suzi oldu.  
Yar özgəyə oldu şəm'i-məhfil,  
Qaldı sənə tabi-atəşi-dü. 
Əğyar ilə oldu yar Leyli,  
Var, indi sən ondan ol təsəlli.  
Zaye sənin ol fəğanü ahın,  
Suzi-şəbü ahi-sübhgahın".  
Məcnun ki, xəbərdən oldu agah,  
Gərduna yetirdi şö'leyi-ab.  
Vəhşilər içində ol giriftar  
Bir dərd ilə qıldı naləvü zar  
K'əfganə
1
 gətirdi marü muri,  
Ağlatdı vühuşi, həm tüyuri.  
Xamə kimi yaş töküb dəmadəm,  
Namə kimi qamətin qılıb xəm,  
Yazdı alıban əlinə xamə,  
Dildarma bir itabnamə. 
 
                                                            
1
 
Ki əfganə 


144 
 
BU, MƏCNUNDAN LEYLİYƏ  
BİR NAMEYİ-İTABAMİZDİR 
və  
PEYĞAMİ-ŞİKAYƏTƏNGİZDİR 
 
"Dibaçeyi-namə nami-Mə'bud,  
Qəyyumü qədimü həyyü mövcud.  
Ol perdəkəşi-hicabi-əsrar  
Kim, aləmi yoxdan eylədi var.  
Gün güzgüsün eyləyən mücəlla,  
Dün türrəsin eyləyən mütərra,  
Çün bir neçə həmd toxmun əkdi,  
Dərdi-dilini bəyanə çəkdi  
Kim, bu mütəhəmmili-bəladən,  
Sərgəştəvü zarü mübtəladən  
Bir namə ki, məhz dərdü qəmdir,  
İzhari-şikayətü sitəmdir,  
Ol dilbərə kim, vəfası yoxdur,  
Bu aşiqinə cəfası çoxdur.  
Ey əhdə vəfası olmayan yar,  
Əğyarimə gül olan, mənə xar!  
Noldu sənə nəqzi-əhd qıldın?  
Sındırmağa əhdi cəhd qıldın,  
Tənhalığıma gətirmədin tab  
Kim, eylədin arizuyi-həmxab?  
Tar oldumu olduğun nişimən  
Kim, eylədin onda şəm' rövşən?  
İncitdimi dərdi-dil məzacın  
Kim, oldu təbibə ehtiyacın?  
Pəjmürdəmi oldu sərvi-dücu  
Kim, cəhdlə vermək İstədin su?  
Bədxahını etdi qəsdi-gülzar  
Kim, böylə uruldu rəxneyi-xar?  
Nə bim ilə hifzi-gövhər etdin  
Kim, bəsteyi-əqdi-şövhər etdin?  
Mövcib nə idi məni unutdun,  
Tərkim qılıb özgə yar tutdun?! 
  


145 
 
Hər ləhzə olub güvahi halım,  
Xaki-dərinə sirişki-alım  
Mütləq güzər eyləməzmi oldu,  
Məndən xəbər eyləməzmi oldu?  
Aya nə idi bu bivəfalıq,  
Biganələr ilə aşinalıq?  
Çəkdin yeni yarını kənarə,  
Rüxsətmidir indi əski yarə?  
Məndən idi möhnətü məlalın,  
Xoş oldu ola onunla halın?  
Mən əhdü vəfaya aldanırdım,  
Əhdində vəfa ola, sanırdım.  
Bilməzdim ola zəif rayın,  
Nöqsanı ola təmam Ayın.  
Göftarın ola mənimlə daim,  
Könlün ola özgə ilə qaim.  
Zahirdə mənimlə olasan yar,  
Batində tutasan özgə dildar.  
Səndən mən olam cahanda bədnam,  
Bir namü nişanı yox ala kam.  
Mə'zursan, ey nigar, mə'zur!  
Bu dövr ilədir zəmanə məşhur.  
Gül qönçəliyində xar iləndir,  
Açılsa bir özgə yar iləndir. 
 Əslində tikan çəkər əzabın,  
Fəslində həkim alır gülabın.  
Ey arizuyi-dili-figanın,  
Qəhri çoxü mehri az nigarım!  
Ey adı olan vəfada məzkur,  
Cismimdəki can, gözümdəki nur!  
Sevdayi-dimağımın əlacı,  
Bazari-cünunumun ravacı!  
Sən mehrcəmalü məhcəbinsən,  
Qayətdə lətifü nazəninsən.  
Mən xarmizacü xak xuyəm,  
Bəs tündzəban, tirəruyəm.  
Sən hali-dil ilə eyləyib ar, 
 
  


146 
 
Dersən ki: "Sənə nə nisbətim var?"  
Mən həm sənə söylədim müvafiq  
Kim, mən sənə, sən mənə nə layiq?  
Mən xud olubam xəyala qane,  
Sən layiqin istəsən, nə mane?  
Əmma mənü səndən özgə çoxdur  
Kim, sözləri bizdən özgə yoxdur.  
Gördükdə mən eyləyən vəfayı,  
Bildikdə sən eyləyən cəfayı,  
Aya kimə bivəfa deyərlər?  
Kimin işini xəta deyərlər?  
Yaxşımıdır eyləmək yaman ad  
Kim, qılmaya kimsə xeyr ilə yad?  
Son gərçi tutub xilafi-adət,  
Bir özgəyə bağladın iradət,  
Çoxdur sənə mən kimi cigərxun,  
Hər kimə ki, baxdın, oldu məcnun.  
Mən kim, kəsəyin derəm səlamı,  
Səndən çakəyin bu intiqamı,  
Tutmaq dilərəm sənin kimi yar,  
Əmma əcəb, ər
1
 sənin kimi var?!  
Peyvəndini qeyr ilə eşitdim,  
Billah ki, bəsi təəccüb etdim.  
Ey çeşmeyi-abi-zindəgani!  
Sən canım içindəsən nihani!  
Bir ləhzə gözümdən olmadın dur,  
Vəslin necə oldu qeyrə məqdur?  
Gər İbni Səlama nuri-Leyli  
Bir vəch ilə eyləmiş təcəlli,  
Leylidən olan xəyalı görmüş,  
Öz vahiməsilə eyş sürmüş,  
Leyli deməsin, mənə qərindir  
Kim, ona xəyalı həmnişindir.  
Məcnundan edərmi ol cüdalıq  
Kim, qeyr ilə edə aşinalıq? 
  
                                                            
1
 
Əgər 


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə