MəHƏMMƏd füzuli



Yüklə 3,63 Mb.
Pdf görüntüsü
səhifə31/64
tarix28.06.2018
ölçüsü3,63 Mb.
#52279
1   ...   27   28   29   30   31   32   33   34   ...   64

162 
 
"Məcnun!" dedi, verdi aqibət can.  
Dünyaya ümid tutmaq olmaz,  
Hərgiz ölümü unutmaq olmaz!  
Xoş xaneyi-eyşdir bu aləm,  
Dərda ki, degil əsası möhkəm. 
  


163 
 
BU, MƏCNUNUN ATASI VƏFATINDAN  
XƏBƏRDAR OLDUĞUDUR 
və  
MƏZARINA YOL BULDUĞUDUR 
 
Saqi, meyi-laləfam yoxmu?  
Dözmən bu xumara, cam yoxmu?  
Öldürdü məni qəmi-nihani,  
Yoxdurmu şərabi-ərğəvani?  
Qəm dəf inə, durma, eylə tədbir!  
Əldən gələni gəl etmə təqsir!  
Dünya ki, nigari-dilrübadır,  
Zinhar, inanma, bivəfadır.  
Sən gərçi olubsan ona məftun,  
Oldur tələbində səndən əfzun.  
Sənsən ona cəhl ilə tələbkar,  
Oldur sənə elm ilə həvadar  
Hər necə ki, ona mihmansan,  
Eyşü tərəbilə kamiransan.  
Ondan səfər ixtiyar edəndə,  
Qürbi-Həqə üz tutub gedəndə,  
Göz sürməsi eyləyib qübarın,  
Ta məhşər olur nigahdarın.  
Yolunda özün verər fənaya,  
Saxlar, səni tapşırar bəqaya.  
Həm kim ki, bu nüktədəndir agah,  
Dövrani-fələkdən etmez ikrah.  
Həm dirlikdə əzabı olmaz,  
Həm mövtdən ictinabı olmaz.  
Bir gün axıdıb sirişki-gülgün,  
Nəcd üzrə oturmuş idi Məcnun.  
Min tə'n ilə bir cofaçı səyyad  
Ol zara yetişdi, qıldı fəryad:  
"K'ey ardan el içində ari!  
V'ey naqis olan əyari-kari!  
Yox səndə nişani-namü namus,  
Əfsus ki, arsızsan, əfsus! 
 
  


164 
 
İnsaf degil sitəmdə israf,  
İnsafsız olduğuna insaf!  
Dirlikdə atanı etmədin şad,  
Ban qıl onu öləndə bir yad!  
Can verdi məhəbbətində ol pir,  
Yad eyləmədin, nədir bu təqsir?  
Yoxdurmu cibillətində azərm?  
Allahdan eyləməzmisən şərm?"  
Məcnuna buraxdı ol səda suz,  
Artırdı fəğanın ol siyəhruz.  
Baran kimi daşa urdu başın,  
Mey kimi əyağa tökdü yaşın.  
Qəbrin sorub istədi nişanə,  
Oldu gözü yaşıtək rəvanə.  
Çün gördü atasının məzarın,  
Şəm' eylədi ona cismi-zarın,  
Tari-tənə dərdi tab verdi,  
Dil atəşü didə ab verdi.  
Lövh eylədi köksünü məzarə,  
Dırnaq ilə qıldı parə-parə.  
Bağrına basıb məzari-pakın,  
Gül yarpağı etdi lövhi-xakın.  
Əfğan ilə tazə qıldı matəm,  
Əfganı içində dərdi hər dəm:  
"K'ey baniyi-bünyeyi-vücudim!  
Üsyanı ziyan, rizası sudim!  
İrşadını bilmədim qənimət,  
Yüz vay ki, fövt olundu fürsət.  
Yüz heyf ki, tutmadım təriqin,  
Bir neçə gün olmadım rəfiqin.  
Feyzin mənə olmadı müyəssər,  
Sən xeyr dedin, mən eylədim şər.  
Cövr ilə sənə cöfalar etdim,  
Yanlış vardım, xətalar etdim.  
Ey dövlətim, olma dur məndən!  
V'ey şəm', götürmə nur məndən!  
Olsam qəmi-aləmə giriftar, 
 


165 
 
Ancaq sən idin ənisü qəmxar.  
Həmrazım idin şikayətimdə,  
Dəmsazım idin hekayətimdə.  
Noldu qəmimə gətirmədin tab?  
Qorxutdu məgər səni bu girdab?  
Noldu səbəb, eylədin əzimət?  
Məndənmi idi sənə həzimət?  
Ey mənşei-cövhəri-həyatım,  
Xoşnudluğundadır nicatım!  
Bildim işimi, günahkarəm,  
Gəldim sənə, xarü şərmsarəm.  
Dünyada səni mən eylədim zar,  
Üqbada məni sən eyləmə xar!  
Yaxdın məni atəşi-cəfaya!  
Saldın qəmü möhnətü bəlaya!  
Sən məyü-fəraqü rahət etdin,  
Bir küncü tutub fərağət etdin!  
Kim eylədi həll müşkilatın?  
Kim verdi bu qüssədən nicatın?"  
Şəb ta səhər ol əsiri-hicran  
Matəm tutub etdi ahü əfgan.  
Çün mişkə töküldü gərdi-kafur,  
Zülmata buraxdı pərtövün nur,  
Ehya qılıban mərasimi-vəcd,  
Tutdu rəhi-gurxaneyi-Nəcd. 
 
 
TƏMAMİYİ-SÜXƏN 
 
Ərbabi-kəmala ol əyandır  
Kim, hüsn ilə eşq tovəmandır,  
Hüsn ayineyi-cahannümadır,  
Keyfiyyəti-eşq ona ciladır.  
Hüsn olmasa, eşq zahir olmaz,  
Eşq olmasa, hüsn mahir olmaz.  
Hüsn olmasa, eşqdən nə hasil?  
Mə'şuq edər əhli-eşqi kamil. 
  


166 
 
Olmaz isə eşq, hüsn olur xar,  
Eşq ilədir əhli-husna bazar.  
Мəcnun idi sam'i-məclisafruz,  
Leyli ona atəşi-cigarsuz.  
Məcnun idi cami-rahətəfza,  
Leyli ona badeyi-müsaffa.  
Leylidən idi kamali-Məcnun,  
Hüsn ila olurdu eşqi əfzun.  
Macnundan idi cəmali-Leyli,  
Eşq idi edən camala meyli.  
Bir gün Macnuni-dilşikəstə  
Səhrada gəzirdi zaru xəstə,  
Bir səhfədə gördü iki реуkər,  
Leyli Мəcnun ilə müsavvar.  
Məhv eylədi nəqşi-dilsitanın,  
Qoydu özünün həmin nişanın.  
Sordular ona həqiqəti-hal:  
"Kim, nişə bir oldu iki timsal?"  
Dedi: "Bizə birdürür həqiqət,  
Birlikdə yaraşmaz iki surət.  
Olmaq gərək ahli-danış agah  
Kim, biz ikilikdəniz munəzzəh".  
Sail dedi: "Bu degilmidir ar  
Kim, yar ola yox, san olasan var?  
Sən netə qalırsan, ol olur həkk?  
Barı onu qoy, sənə qələm çək!"  
Dedi: "Rəhi-eşqdə nə layiq  
Məşuqə ola niqabi-aşiq?  
Üşşaq tənü həbib candır,  
Tən zahirü təndə can nihandır.  
Mə'şuqə nə bak, olursa məstur,  
Aşiq gerək el içində məşhur  
Kim, aləmə aşiq axıdan yaş  
Mə'şuq kim olduğun qılır faş". 
  


167 
 
BU, MƏCNUNUN  
ŞƏMMEYİ-KEYFİYYƏTİ-HALIDIR 
VƏ 
 BƏ'Zİ SİFATİ-KƏMALIDIR 
 
Məcnun idi mulki-dərd şahı,  
Xeyli-dədü dam onun sipahı.  
Ahunun alırdı mişki-bacın,  
Rubah səmurunun xəracin.  
Bir sarvar idi kərimü adil,  
Cumlə dedü damə adlı şamil.  
Xuni-cigərindən ol vəfadar  
Xunxarları qılırdı xunxar. 
Xunabi-cigar töküb dəmadəm,  
Qılmazdi siba' rizqini kəm.  
Dövründə dərəndələr olub ram,  
Tutmuşdu bir-birilə aram.  
Gur olmuş idi pələngə həmraz,  
Gürg olmuş idi gəvəznə dəmsaz.  
Şir olmuş idi ənisi-nəxcir,  
Nəxcir əmərdi şirdan şir.  
Yaninda tutardi mur xana,  
Goz yaşindan yigardi dana.  
Gahi olub əşk seyli qaim,  
Seylaba gedordi min bəhaim.  
Gah odunu tando tab edərdi,  
Min canavari kabab edərdi.  
Bel olmuş idi alinda dırnaq,  
Yerdən sovurardi başa topraq.  
Muyinda qtibar olub fərahəm,  
Əşк ilə çəkib zaman-zaman nəm,  
Abubara sabzazari oldu,  
Gulzari-сünun bahari oldu.  
Gor tutsa idi gəvəzn ilə xu,  
Axardi gözündən ol qədər su  
K'ol sudan olurdu tazəvü tar, 
 
 


Yüklə 3,63 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə