MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə57/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   53   54   55   56   57   58   59   60   ...   106

_____________Milli Kitabxana______________

Budaqlarsa dəcəl uşağa bənzər,

İrəli keçməkçin bir-birin əzər.

Gözəl pəri kimi damın dalından

Bəyaz əndamıyla ay ki, boylanır,

Deyərsən ki, Babil sehrkarıdır,

Bir anda quyudan göyə tullanır.

Halədən tor salıb dilbər üzünə,

Tutub çevrəsini mavi dalğalar.

Gecənin yoluna odur nur saçan,

Gecə ilə ayın bir dastanı var.

Hüsnünün tərifi yetişməz başa,

Bütün dünya edər aya tamaşa.

Utancaq qız kimi addımlayaraq,

Səhnəni hüsnüylə işıqlandırır.

Zöhrə rübabını basıb bağrına,

Musiqi səsini dalğalandırır.

Nahidin, Pərvinin qızır dabanı,

Məclisə rəqs ilə gəlir yaraşıq.

Qəfldən elə bir ildırım çaxır,

Aləmi bit anda çulğayır işıq.

O qara hayillər qırılır, qopur,

Dağın arxasına tökülür bütün.

Ayın güzgüsündə, demək, təbiət

Saçını pərişan görmüşdür bu gün;

Hüsnünü aləmə göstərsin deyə,

Saçını toplayıb, atır geriyə.

Dəryada dalğaya bənzəyir mehtab,

Yayılır hər yana naqus səsitək.

Sanki sirr gizlədən bu qoca dünya

İstəmiş sirləri açıb göstərmək,

Böyük əzəmətlə çəkilir pərdə,

Ruhları sarsıdır bu toy, bu büsat.

Salon səhnə ilə birləşmiş artıq,

Salon heç səhnədən qalarmı, heyhat?

İkisi qovuşub günəş camıtək,

Verir əbədiyyət hüsnünə bəzək.

Dünyanın gözünü çulğamış yuxu,




_____________Milli Kitabxana______________

Duyur meşə, dəniz, dağlar da qorxu.

Təbiət rəngarəng bir filmə bənzər,

Sular daş guzgüdür, salınsa nəzər.

Suda qırılmışdır ayın aynası,

Dağılmış hər yana şüşə parçası.

Geyinib yamyaşıl ipəkdən paltar,

Özünə vermişdir bəzək ağaclar.

Rəqs edir vəcd ilə yarpaqlar, budur!

Onların tük qədər nöqsanı yoxdur.

Əsdirir zülfünü rəqqasə nəsim,

Verir zəncir kimi rəqsinə tənzim.

Şəhər bir ala at rəngini almış,

Heyrətə qərq olub, sükuta dalmış.

Susaraq baş-başa vermiş daxmalar,

Sanki ney səsiylə bir sürü yatar.

Şəhərin üstündə ildırm çaxar,

Deyərsən, ləl dolu bir çaydır axar.

Bir təpə üstündə otursan əgər,

Şəhər gövhər dolu dəniz görünər.

Sayələr əlinə qələmi almış,

Xəyal pərdəsinə naxışlar satmış.

MEŞƏDƏ AY İŞIĞI

Meşənin qaranlıq zolaqlarında

Məşəllər alışıb yandı bir anda.

Ağaclar başını qaldırdı dərhal,

Könüldə həyəcan, iztirab, məlal.

Budur, ay sanki bir futbol topudur,

Şərqin qapısına vurulub qalmış.

Hərlənib quyuya düşməsin deyə,

Üzünə halədən bir tor da salmış.

Bəlkə də bir gümüs qayıqdır, üzüb,

Şərqin sahilində atmışdır ləngər.

Köynəyi nurdandır mələklər kimi,

Ətəyi mehtabdır, yerlə sürünər.



_____________Milli Kitabxana______________

Ay işığı quşu çaldıqca qanad,

Gümüş tozu səpər meşəliklərə.

Qalib qoşun kimi nur seli axar,

Üfuqlər qərq olar nurda bir kərə.

Ay-ulduz ordusu ellərdə nizə

Qaranlıq üstünə hücuma keçər.

Pərilər yurduna çevrilər meşə,

Hər yanda əfsanə, əfsun söylənər.

Yağar üfüqlərdən işıq aləmə,

Qaranlıq tüstü tək çəkilər geri.

Əlbəyaxa olar nurla qaranlıq,

Elə bil döyüşiir div ilə pəri.

Mehtab qətrələri firiştə kimi

Bənd edər onları bir şaxa hər an.

Meşəni oxşayan gecə nəsimi.

Budaq xışıltısı, meh əsər, mehtab

Könüldə doğurar nəşə, qorxu, şəkk.

Gümüşü kosunu ay iştğının

Alıb bir tərəfə şığıyar külək.

Sanarsan meşənin dərinliyində

Titrəyə-titrəyə məşəl sürünər.

Küləyin döydüyü suya bircə bax,

Zirehli qoşundan bir sel görünər.

Əks edər hovuzda sərvin sayəsi,

Pərilər şahının firuzə taxtı.

Gümüş əndamıyla ay pəri kimi,

O suda çimər ki, açılsın baxtı.

Ulduzlar dövrədə halqa vuraraq,

Şahın ətrafında kənizlər kimi,

Əsəndə bir yandan yabançı külək,

Titrədər ləpəli dənizlər kimi.

Elə sarınmış ki, şüvlər, budaqlar,

Meşə bir örtülü güllüyə oxşar.

Yarpaqlar hərəsi yaşıl bir hübab,

Asılır altında çıraqtək mehtab.

Meşə bəzək vurub güldən, çiçəkdən,

Dönmüş bir yatağa əlvan ipəkdən.




_____________Milli Kitabxana______________

Bura tənhalığın seyrəngahıdır,

Xəyalın, sevdanın cövlangahıdır.

Görünür hər yandan bir dilbər pəri,

Hərə bir Məcnuna çıxır müştəri.

Hər yarpaq düşüncə ürküb qaçırlar,

Kölgədə eşqdən söhbət açırlar.

Hələ beşikdədir şerin gözəli,

Gözü yuxuludur, sözü məzəli.

Nənnisi asılmış güllü budaqdan,

Mehin laylasıyla yüyrənir hər an.

Xəyal bacasından boylanır könül,

Camal aləmini hey anır könül.

Bu pərdə dalnda yüz sirrə yol var,

Orda ruhanilər xəlvət qurarlar.

Bu təmiz havada səhər çağıtək,

Dünya səhər kimi almış başqa rəng.

Aləmə yayılmş eşqin ləzzəti,

Bəşər ondan almış hüsni-xilqəti.

Bir qız gülüşü tək incədir külək,

Təbiət məhcubdur, pakdır Məryəmtk.

Meşənin gecəsi cənnət sübhüdür,

Orada hurilər yerə nur süzür.

Bir arxdan su axır, bir arxdan gümüş,

Onlardan atəmə zümzümə düşmüş.

Su axır, sanırsan, nəğmə ötür saz,

Hüsn edir eşq ilə hey razü niyaz.

Ağaclar altından kükrəyir arxlar,

Sanki toy tutulub, musiqi çağlar.

Budur, tavus gəzir yaşıllıq bağda,

Sanki şux bir gəlin süzür otaqda.

Mehtab su arxında cilvələnərkən,

Bir civə bulağı axır, deyərsən.

Söyüd bulaq içrə ud kimi yanır,

Kölgə tüstüləyir, nur alovlanır.

O ulduz ki, titrək suda dayanmış,

Qızıl qətrəsidir, civəyə dammış.

Gecə yoldan ötən sərxoşlar kimi

Sel axır, nərəsi basmış aləmi.



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə