MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə55/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   51   52   53   54   55   56   57   58   ...   106

_____________Milli Kitabxana______________

Yanında günahım olsa, hüsnünə bağışla məni,

Pərişan eylə telini, qaş düymə, hayıfdır nazın.

Ey Tanrı, sönük bir şamam, sən təzədən yandır məni,

İstəklilər xatirinə təzələnsin alın yazım.

Təbriz, Şiraz gözəlləri, gəlin təbim çeşməsinə,

Ey Şəhriyar, qoy dil açsın sevinc ilə tavar sazın.

ŞİRİN PÜSTƏ

Mənimlə kəsib aranı nə zamandan o daşürək,

Sən də məni çox incitmə, ey ürəyim, bir döz görək!

Aylar ilə sevgilindən kənar gəzdin, ay üzlü yar,

Olmuşam ay divanəsi, hər sirrimi bilir fələk.

Sən ədavət bəslədikcə, mən də sevgi bəsləyirəm,

Məhəbbətim ədavətlə necə ülfət eyləyəcək?!

Şirin püstəm, üz turşutma, qəm yeməkdən ağzım acı,

Nakamlara şəfqət ilə gülümsəyir incə mələk.

Sənin məstlik piyaləni qırdı düzlük andım mənim,

Qədəhimi daşlara vur, özün yoxla, sınağa çək.

Bilirsənmi müdrik qoca sevənlərə nə söyləmiş:

- Cavanbaxta cavan gözəl, qocaya da qoca gərək.

Mənim kimi can satanın nə sözü, nə söhbəti var,

Can almasan, şirin sözlə nolar versən ürək-dirək.

Çəmənlərin qucağında məclis qurdu bahar yenə,

Gül üzlümdən ayrı düşdüm, saraldım gül xəzəlitək.

Saçlarından xatirələr söylər mənə səhər yeli,

Bu titrəşən otlar kimi gözüm şehli, canım titrək.



_____________Milli Kitabxana______________

Baş qoyaram o dağa ki, qəlbim kimi odlar saçır,

Ahlarımdan göy şimşəkli, göz yaşımdan yer lalərəng.

Bir səmanın ulduzunca gözlərimdən ulduz yağar,

Ay-ulduzlu məclis qurram yollarına göz dikərək.

Unutdursa yar həsrəti bir gün vətən həsrətini,

Xəzəl kimi hansı yana aparacaq məni külək?!

Gör Yusifin hicranından nələr keçib, ancaq yenə

Nalə çəkir asimana nakam sevgi, nakam dilək.

Bu ayrılıq həsrətimi kəfənimə yazsın qələm,

Yalvarsam da, yaradanın əllərimdən çəkmiş ətək.

Yandır bu daş ürəkləri öz şerinlə, ay Şəhriyar,

Məzar daşı səni gözlər, can pəjmürdə, ömür gödək.

AYIN QUCAĞI

Qara bulud arasında on dörd günlük ay tapmışam,

Asiman əzəlki deyil, billurdan saray tapmışam.

Yolum Allah səmtinədir, başqa bir yol tanımıram,

Allah qismətimdən savay hər nə tapsam, zay tapmışam.

Yanılmışam, bir ağ gülün gözündəymiş baxtım mənim,

Kipriyindən ox saçılan bir qasları yay tapmışam.

Ah çəkirdim, könlüm quşu asimanda yalqız idi,

Göy ahımdan ayazıdı, yalqızıma tay tapmışam.

Dərd əlindən göz götürüb, əl üzmüşdüm bu dünyadan,

Baxtın uca yuvasında bir tapılmaz pay tapmışam.



_____________Milli Kitabxana______________

Bir damcıya möhtac idim, qurumuşdu bağça-bağım,

Gulzarımı suvarmağa çeşmə nədir, çay tapmışam.

Şəhriyarın qapısını bir də döyməz dərdin əli,

Kölgəsi çiynimə düşən əfsunlu humay tapmışam.

MƏNDƏN QAÇAN AHU

Gözlarimin qarasıyla yazdım bu zərif qəzəli,

Bəlkə sözüm ram eylədi sənintək ahu gözəli.

Ağartdı gözüm giləsin sübhədək hicran gecəsi,

Bir sabahın ümidiylə dərdə, sitəmə dözəli.

Gəncliyimi puç eylədin, həsrətin qocaltdt məni,

Get, ey cavan, qocalasan qəmxarından əl üzəli.

Gözümün sevinc yaşıyla sərvtək ucaltdım səni,

Boyun özgəsinin oldu, barsızdır eşqin əzəli.

Ay camalın tilsimmi aydan soruşaram gecə,

Neçin mehrin yoxudur mənə, dili, dodağı məzəli?!

Baharımsan, bir bülbüldən soruş mənim əhvalımı,

Göz yaşıma naxış saldı ömür bağımın xəzəli.

Boğanaq da məndən aldı bu şövqü ki, divanətək

Qaçıb yaysın dağa, düzə dərdimi köhnə-təzəli.

Köynəyimin yaxasını əl atıb cırmaq istərəm,

Başına hava gələnin yaxasın yırtar öz əli.

Bükük belli çöhrə fələk saçımı pambıq eylədi,

Zal olsam da, can düşmənim hazırdır əli nizəli.

Şəhriyarm ürəyi də yarılmış bir nara bənzər,

Tökülüb dənə sözləri, qalıb quruca gəzəli.



_____________Milli Kitabxana______________

USTADLA VİDALAŞMA

Tufi dalmış qəmə ki, sevdiyi qənnadı gedir,

Şirinin qəlbi qan olmuş, axı Fərhadı gedir!

Ötüşən vaxt: "o əziz canları yad etmə" - deyir,

Daha bilmir ki, canın payəsi, bünyadı gedir.

Bitirib ömrünü Təbrizdə o ustad Mahyar,

Tutuşub odlara şagirdi ki, ustadı gedir!

Neçə cür rəngə çalan sinədəki lövhəyə bax,

İtirib rəngini, solmuş o da - Behzadı gedir.

Kəsib ol sərvü səmən qarşısını bağbanın,

Bu bağın kölgə salan sevgili şümşadı gedir.

Axı ülfət ilə üns olmuş həyatın səməri,

Gülzar ikən necə viran olub hər zadı gedir!

Hər vüsalın sonu hicrandı, bu bəlli, axı bəs

Bizə bəxş eyləyərək zülm ilə bidadı, gedir!

Dostların zülmü başımdan qoparır tüstümü, ah!

Söyləyin, zülm qalıb, bəs niyə haq dadı gedir?!

Yaxşı, Bağdad ilə ədlin bağı əfsanədisə,

Ürəyim tuşlayaraq bəs niyə Bağdadı gedir?

Asılıb zülfünün hər bir telinə odlu ürək,

Sərvinaz isə görün bir necə də adi gedir.

Novşad bayramı gəlmiş, o öz aşiqlərinə

Daddırıb şərbətini, indi də xoş dadı gedir.

Aşiqin naləsini boğmağa pərgardı zaman,

Neyləmək, eşq keçib hər dəfə fəryadı, gedir.

Şəhriyar, göz yaşın ilə yu onun qəm tozunu,

Gül ki, gülgün üz ilə bir Vətən övladı gedir!



_____________Milli Kitabxana______________

TEHRANI XATIRLARKƏN

Nə xoşdu Tehran ilə nazlı "Laləzar"ı onun,

Gözəllərin beşiyi - sevgili gülzarı onun.

Diyari-eşq özüdür, dostluğun məkanı odur,

Şirin məhəbbət ola kaş ki, payidarı onun.

Xudaya, burda qəribi nə miskin eyləmisən?

Nədən düşübdü uzaq yar ilə diyarı onun?!

Nə xoşdu Şimranın hüsnü, ağacda bülbül oxur,

Gedir fələklərə birbaşə ahü zan onun.

Nə xoşdu "Pəsqələ" yarəb, nə xoşdur orda yuxu,

Şəlalə nəğmə dedikcə yatar civarı onun.

Çiçəkli donda yenə naz edir qədim küçələr,

Sularla nəğmə qoşan arxdı nəğməkarı onun.

Gözəldi "Təcriş" ilə "Körpüüstü" qovğası,

Bu ahugözlülər olmuş əziz şikarı onun.

Varımdı bir salamım əhli-Behcətabadə,

Verəm səba apara, düşsə gər güzan onun.

Nə oldu, hardadır eşqin, cavanlığın gözəli?

İlahi, dostlara çatsın təki nübarı onun.

Gözəldi, razü niyaz ilə keçsə eşq oyunu,

Gözəldi, dağ çəkə gər qəlbə intizarı onun.

Nəyə lazımdı vüsal Ay işıq saçan gecədə?

Gözəldi tar gecədə hicr ilə xumarı onun.

Çataydı dostuma şövq ilə yazdığım bu kağız,

Dəyəydi sevgisinə layiqincə barı onun.



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə