MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə51/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   47   48   49   50   51   52   53   54   ...   106

_____________Milli Kitabxana______________

Get, a nazəndə müğənni, apar öz tarını da,

Gedib artıq şüurum, şur ilə şahnazım yox.

Nəfəsim dəysə saza bir quru çöptək alışar,

Sinəmin dağları üstündə dinən sazını yox.

Ey bizimlə həmişə nazü niyaz bəhsi çəkən,

Qailəm taleyin hər verdiyinə, nazım yox.

Yenə qəmlər neyinə odlu nəfəs ver, könlüm,

Ağ olursan üzümə, qafiyəpərdazım yox.

Bu da eşqin qələmi, diqqətimə xət çəkdi,

Lövhələr çəkməyə şövqüm, qələmim, yazım yox.

Hamıdan mən ki, seçildim uca yoxsulluqla,

Məni inkar eləyər təb, desəm almazım yox.

Dəydi izzət ayağım eylə hərəm qəsrinə ki,

Hörmət, izzət ümidiylə göyə murazım yox.

Könlümün aynası hərdən tutular ahımdan,

Şahidim sənsən, a ceyran, olar-olmazım yox.

O kitabın ki, mənəm əvvli, həm də axırı,

Qaralıb, şum-şum olub, xam çölüm, yazım yox.

Şəhriyaram, qonaram quş kimi köhlən belinə,

Bil ki, ovxarlı qılıncam, demə sərbazım yox.

Fitnə qılsa sənin eşqin, cilovu döndərsəm,

Qoca şair düşər atdan, təbi-şahbazım yox.

VURĞUNLUQ

Mən ki, rindəm, dolu peymanələrin vurğunuyam,

Yenə məstəm, gözü məstanələrin vurğunuyam.

Aşiqin şöhrəti və izzəti rüsvaylıqdır,

Mənəm aqil ki, bu divanələrin vurğunuyam.



_____________Milli Kitabxana______________

Ay üzün haləsini çəkdi bu rindanə könül,

Qəlbi sevda dolu rindanələrin vurğunuyam.

Bu sərv qamətinə məclisimiz səcdə qılır,

Sən kimi sevgili cananələrin vurğunuyam.

Çırağı hüsnün imiş əhd-vəfa qəsrimizin,

Oda yanmış dəli pərvanələrin vurğunuyam.

Saçmın uclarıtək hərcayidir məst ürəyim,

Yurdu anmam daha, viranələrin vurğunuyam.

Hansı Şirin gözəlin böylə şirindir dodağı,

Mən də Fərhad kimi mərdanələrin vurğunuyam.

Kaş ki, şahmar saçın bir dolana boynumuza,

Vəslin əfsanədir, əfsanələrin vurğunuyam.

Bənzəyir kəc fələyə, daşlara vur minam,

Sanma göy rəng ilə kaşanələrin vurğunuyam.

Şəklini gördü qədəhdə gecə meyxanə piri,

Gözəl əfsun ilə piranələrin vurğunuyam.

Dodağın şəhdini çəkmiş sözü bu Şəhriyarın,

Noğul olmuş belə dürdanələrin vurğunuyam.

ŞÖVQ BAZARI

Onu yad eyləməzdim vəfadar olmasaydı,

Oda yanmış ürəyi mənə yar olmasaydı.

Aramızdan əzəllər bir qətrə su keçməzdi,

Necə xoşbəxt olardıq kəcrəftar olmasaydı.

Ona vəfasızlığı öyrədə bilməzdilər,

Dost bildiyim düşmənin gözü dar olmasaydı.



_____________Milli Kitabxana______________

Bir vüsal ümidiylə ürək yandı, sızladı,

Eşidərdi naləmi, bəxtimkar olmasaydı.

O zamanlar qoca qəm tanımazdı qapımı,

Şadlıq qədri bilməzdim o qəmxar olmasaydı.

Bir səhər köçdü getdi, yarından keçdi getdi,

Dərd çəkmirəm, deyərdim saçım qar olmasaydı.

Qəlbim onun yatağı, oyaq gözüm keşikçi,

Dərdim neydi, ürəyim tarımar olmasaydı.

Eşqin əsarətini bilməz hicran çəkməyən,

Yox olmazdıq, bu dünya yoxdan var olmasaydı.

Şövqün öz bazarı var, eşqin mətahı dolu,

Dünya buza dönərdi bu bazar olmasaydı.

Belə göz bağlamazdı qoca Şəhriyar sözü,

Əgər Səba sazında ah-zar olmasaydı.

GÖZ YAŞI ARXI

Xəbər yox mehribanımdan, ömür namehriban keçdi,

Könül keçməz o dilbərdən, zaman keçdi, yaman keçdi.

Qanadlanmaq xəyalıyla dolandım bağda, gülşəndə,

Yoxuymuş vaxtın insafı, bahar keçdi, xəzan keçdi.

Ömür qoydum, can incitdim boranlı, qarlı yollarda,

Dilimdən min bir ah qopdu, ürəyimdən fəğan keçdi.

Keç, ey qafil, gəl od vurma güzaran tapdığın mülkə,

Bu mülkə od vuran kəslər olu tüstü-duman, keçdi.

Şahənşah olma, ey dostum, tamah zindanına divtək,

Nağıldır Rüstəmi-Zal ki, o yeddi asiman keçdi.



_____________Milli Kitabxana______________

Qorunsun, xalq üçün qalsın həyatın bəhrəsi-barı,

Bu sevdayla xəyalımdan müzəyyən bir cahan keçdi.

O gözlər ki, xumar baxdı, gözümdən qanlı yaş tökdü,

Qıraqdan köksümə baxsan görərsən yandı can, keçdi.

Küsənmiş nərgizəm, boynum bükülmüşdür yol üstündə,

Baxıb rişxənd ilə güldü, yanımdan ərğəvan keçdi.

Neçin qarğayə tapşırdı məhəbbət bu gülüstanı,

Didərgin şeyda bülbüllər gül üstən bağrıqan keçdi.

Amansız, qansız ovçuydu, güzərgahlarda tor qurdu,

Dağılmış aşiyan qoydu, əlində ox-kaman keçdi.

Cihazım, qumrovum yoxdur, ömür səssiz keçir, yarəb,

Oyanmır röyadan bəxtim, düzüldü karvan, keçdi.

Vəfasız dünya şövqüylə varından keçdi ihamım,

Sənin mülkündə memardı, yaratdı xaniman, keçdi.

Gözüm yaşından arx açdım, saralmaz söz gülüstanı,

Nə fayda Şəhriyar ağlar, baxıb sərvi-rəvan keçdi.

ƏTƏKDƏN TUTAN TİKAN

Gəlməz ay üzlümüz, ah, ev mənə zindan oldu,

Evdə hər kim var idi qəlbi pərişan oldu.

Boyamış meydanı Söhrab yarasından qan axıb,

Gecikib nuşdarı, yer ilə yeksan oldu.

Ətəyindən yapışıb yoxsa tikanlar gülümün,

Təbimin şaqraq ötən bülbülü nalan oldu.

Mən kimi yolçusu var zövqü səfa Kəbəsinin,

Kim kəsib yolları, Allah, ürəyim qan oldu?!



_____________Milli Kitabxana______________

Girə salmışdı bizi türfə qəzəl qafiyəsi,

Andım ahu gözünü, müşkülüm asan oldu.

Məni qəm süfrəsi doydurdu, ilahi, bu gecə,

Önümə şəfqət ilə pay çəkən hicran oldu.

Ömrü son mənzilinə çatdıracaq intizan,

Üz çevirdim fələyə, möhləti bir an oldu.

Kipriyi tikmə tikən iynə kimi dümdüz idi,

Neylədim, kipriyi ox, qaşları kaman oldu.

O xumar gözləri kiprik oxuna ram olmur,

Qara pəncəylə saçı ov tutan aslan oldu.

Eşqimin sehrinə bax ki, məni qoymur qocalım,

Onun hər xatirəsi cismimə bir can oldu.

Təbimin şahsuvarı qəlb ovuna çıxmazdı,

Şəhriyara ahular məskəni meydan oldu.

İNSAN MƏQAMI

Dərunimi işıqlat, ey görünməz ruhani,

Ey qəlbimin, gözümün əbədi çıraqbanı!

Ucalığın ucası papağıdır dərvişin,

Taki sultan taxtına baş əydirmə dünyanı.

Meyxanə qapısında neçə ki, dayanmışam,

Qapıçı götürmərəm meyxanəyə sultanı.

Eşqimin qanadını fələk damına gərdim,

Məlakə həsəd ilə duysun ulu sevdanı.

Yalnız müdriklər ağlı dirilik şərbətiylə

Sağaldar hər cahili, ayıldar hər nadam.



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə