MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə50/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   46   47   48   49   50   51   52   53   ...   106

_____________Milli Kitabxana______________

DƏNİZ AYI

Pərişanam, sevdiyimin Rəştə getmək həvəsi var,

Şümşadımın diyar-diyar güzar etmək həvəsi var.

Dərya kimi gülmək istər, açsın alnım qırışım,

Axır Bəndərpəhləviyə gedib yetmək həvəsi var.

Mavi dərya, bəyaz bədən, əlində tas, göy də ayaz,

Çimə-çimə gah görünmək, gah da itmək həvəsi var.

Qara saçın kəməndiylə dara çəkib şəhərlini,

Naz və cilvə səməndiylə çöldən ötmək həvəsi var.

Göy tanımaz dəryadakı yırğalanan ay qayığı,

Ayparamın göy dənizdə sərqi etmək həvəsi var.

Səkkiz bağlı behişt qızı, yeddi dərya gözüm yaşı,

O səkkizlə bu yeddinin eybin örtmək həvəsi var.

Ey Şəhriyar, təzə ili şimiylə, güllə qarşıla,

Ay üzlümün bəlkə dönüb dada yetmək həvəsi var.

BALACA ƏSGƏR

Səndən ötrü mən istərəm lap şah ətəyindən tutam,

Bir çətinə, dara düşsən, Allah ətəyindən tutam.

Səni bu cür böyüdənin dolanam başma gərək,

Gah-gah əllərindən öpəm, gah-gah ətəyindən tutam.

Arzum budur amm oxu düşməninə dəysin sənin,

Hədəfinə yetsin deyə mən ah ətəyindən tutam.

Papağında "Şiri-xurşid" şəkilli bir düymə də var,

İşin düşsə mən hazıram padşah ətəyindən tutam.



_____________Milli Kitabxana______________

Sənə xətər toxunmasın bu qorxulu, qanlı yolda,

Gəlmişəm sübhə yalvaram, sabah ətəyindən tutam.

Qıymaram qara yellərə başındakı bir tükü də,

Pənah ola tale sənə, pənah ətəyindən tutam.

Ulu Tanrı, dərgahından bu cavana bir qapı aç,

Şəhriyaram, əhd eylərəm dərgah ətəyindən tutam.

HUŞUM GEDİR

Yol üstəsən, sənin ilə fikrim, ağlım, huşum gedir,

Gözəl Nuşin, dərdin qalır, mənim eyşi-nuşim gedir.

Xəyal sənə bənd olalı gözlərimə zülmət çökür,

Qonub o zərif çiyninə mavi könül quşum gedir.

Karvanbaşı, qocalmışam, karvanını aramla çək,

Çəkirəm dünya dərdini, çiynimdən qurğuşun gedir.

O xumar gözdən ayrıldın, ayrılıq sərxoşu könül,

Car olur həsrət gözümdən, bu leysan yağışım gedir.

O gənclik karvanındadır, mən qocalıq karvanında,

Ürəyimdə bahar eşqi, saçlarımda qışım gedir.

Ağlım deyir dönə-dönə: əl çək ondan, ey ağılsız,

Qulağıma girmir bu söz, dəng oluram, başım gedir.

Beynim elə qarışıqdır, şeir deyə bilməm daha,

Çaylaq daşı qalır mənə, dürdanəm, daşqaşım gedir.

O bir sənət pərisidir – təbim nazm çəkən pəri,

Açılıbdır sir pərdəsi, həmdəmim, sirdasım gedir.

Bu yamanlıq nədir belə, niyə qoyub gedir məni,

Göylərə ucalır ahım, fələyə qarğışım gedir.



_____________Milli Kitabxana______________

Mənim ömür sarayımdan sən çıxdığm gündən bəri,

Sanki İskəndərim gedir, sanki Dariyuşum gedir.

Xatirən yar oldu mən, özün əğyar olma ban,

Ömürdən nə qalıb daha, dost-aşnam, tay-tuşum gedir.

Daha sızlatma qəlbini, zülm eyləmə Şəhriyara,

Yonulmuşdur məzar daşım, günüm keçir, yaşım gedir.

PAYIZ

Qopdu yenə tufanları payızın,

Yol üstədir karvanları payızın.

Məlakələr dərmiş gülü, çiçəyi,

Daşqaş tökür ormanları payızın.

Nazlı bahar boşanmışdır ərindən,

Yollar kəsir dumanları payızın.

Külək qovub qara bulud gətirir,

Selə dönür leysanları payızın.

Yer islanır aşiq gözü yaşından,

Yaman olur hicranları payızın.

CƏMŞİDİN PİYALƏSİ

Aldığım hər bir nəfəs hər dəm onunla canlanır,

Yoxluğu varlıq olan aləm onunla canlanır.

Şadlığıyla öldürüb, qəmlə diriltdi könlümü,

Dünya qəm dünyasıdır ki, qəm onunla canlanır.

Kəbəsi aşiqlərin saf qəlbidir ay üzlümün,

Qəm də Kəbə daşıdır, Kəbəm onunla canlanır.



_____________Milli Kitabxana______________

Gözlərim şəmi sozaldı, qətrədən buldum həyat,

Zəmzəmə bənzər gözüm ki, nəm onunla canlnımr.

Canımız dünyaya bir damlayla bağlanmış müdam,

Bir qızılgüldür, bəli, şəbnəm onunla canlanır.

Bu qədim çesmə başında bir qədəh nuş eylə sən,

Güc onunla canlanır, ərdəm onunla canlanır.

Baxma torpaqdan yaratmış Tanrı insan oğlunu,

Eylə bir naz sərvidir, İrəm onunla canlanır.

Eşqdir ilham ilə dövr etdirən dünyamızı,

Tanrısı qəlbim olan ölkəm onunla canlanır.

Bu sairlər təbinin sehrini bilmək istəsən,

Hər sözüm, hər söhbətim, kəlməm onunla canlanır.

Rumi ney vermiş sözə, şeyx Nizami qəmli çəng,

Ruhudur şərqin əzəldən, Cəm onunla canlanır.

Bir şahənşah admı dünyaya car etmiş bu cam,

Eylə ad ki, ən qədim dirhəm onunla canlanır.

Başə çıxmışdır müdam əhli-kərəmlər badəsi,

Ziynət, izzət, mərifət, görkəm onunla canlanır.

Tanrı çəkmiş bu camalın, bu cəlalın nəqşəsin,

Hər ocağın istisi, hər şəm onnnla canlanır.

Öz ölümsüz dünyanı dərk et ölümdən sonra sən,

Şəhriyar, şəkk eyləmə, kölgəm onunla canlanır.

DOST, YOXSA CAN DÜŞMƏNİ

Ürəyim türfə gözəllər ilə seyranı sevir,

Bu nə candır, canıma düşmən olan canı sevir.

Sirrə bax ki, ürəyim eşq oduna yandıqca

Şad olur, xeyrini bilmir, elə ziyanı sevir



_____________Milli Kitabxana______________

Yar mənə düşmən olub, dadıma yet, ey Tanrı,

Nə könüldür mənə verdin, o da düşmanı sevir.

Könlümün güzgüsünü sildimi eşqin gəlini,

Aşiqin qəlbi açıqdır qəmə, mehmanı sevir.

Qocalarla həmişə ixtilata meylim var,

Ürəyim gəncdir ancaq, gözü ceyranı sevir.

Kamana döndü belim ahım oxun atmaqdan,

Neyləyim, sevdiciyim ox ilə kamanı sevir.

Ey gözüm, kor olacaqsan bu oyaq qalmaq ilə,

Bəxt oyanmır yuxusundan, o da röyanı sevir.

Qəlbimin sazı könül sirrini faş eyləməsin,

Qocalar eşq oduna yanmağı pünhanı sevir.

Hansı bağban əlidir dünyanı gülşən eləyən,

Etibar qalmaz o bağbana ki, xəzanı sevir.

Tələsir yanmış ürək – hövsələsiz quşcuğazım,

Qalmamış səbri daha, fəryadı, fəğanı sevir.

Şəhriyar canlar alan sərvi-rəvan heyranı,

Sərv ayağına tökür yaş ki, o, leysanı sevir.

TABLOÇƏKƏN

Daha gülşən tərəfə şövq ilə pərvazım yox,

Qanadım olsa belə uçmağa heç arzum yox.

Qoy çəmən quşları min bir yuvadan səslənsin,

Yuvası yanmışa dəymə, səsim, avazım yox.

Nə bu sazdan, nə bu sözdən könül aram olmuş,

Həvəsim qalmamış heç bir şeyə, dəmsazım yox.



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə