MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə49/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   45   46   47   48   49   50   51   52   ...   106

_____________Milli Kitabxana______________

Silinib getdi inan, bağü baharım sən ilə.

Ya gül olsun, ya tikan, birdi mənimçün sənsiz,

Yoxa çıxmışdı tamam gül ilə xarım sən ilə.

Köhnə dostlarla, tanışlarla əlaqə hələ var,

İstəyirsən qırıla köhnə qərarım sən ilə?

Nə bilirsən bu qoca başda məhəbbət yoxdur,

Gəl özün gör ki, yenə aşiqi-zarəm sən ilə.

Köhnə əhd, köhnə vəfa cümlə qalıb canımda,

Dəyişilməz yenə də köhnə qərarım sən ilə.

Nə varımdır hamısı zövqü səfadır, onu bil,

Sən vəfa eylə, qala darü nədarım sən ilə.

Yükümü bağlamışam, vardı yükün, ver aparım,

Gedirəm, təki qala yari-diyarım sən ilə.

Diri idim, mənə bu həbsdə şam olmadın, heyf,

Ulduz ol, bəlkə işıqlandı məzarım sən ilə.

Şəhriyar, kimdi sənin əhdini yaddan çıxaran,

Dağıl ey şəhr, əgər olmasa yarım sən ilə!



NAKAM NALƏ

Get-get, ey türküm, daha məndən məhəbbət gözləmə,

Salımsan gözdən məni, gözlətmə, ülfət gözləmə.

And nədir, peyman nədir, yadlara meyl etmək nədir,

Bir könül ki, qırmısan, ondan sədaqət gözləmə.

Bir belə zülm eyləməz kafər də, qorxar tanrıdan,

Bir qiyamətdir bu dərd, qeyri qiyamət gözləmə.

Qəlbimi qarət qılıb, dürdanələr verdim sənə,

Göz dikib talan olan evdən də qarət gözləmə.

Nazbalışlar üstünə baş qoydun, ey məstanə yar,

Daşlar üstə baş qoyanlardan xəyanət gözləmə.

Ah ilə yandırmışam öz qurduğum kaşanəni,

Gözlərimdən bir daha hüsnünə heyrət gözləmə.

Həm atamdan, həm anamdan ayrı salmışdır fələk,

Yar da getmişdirsə, baxtımdan şəfaət gözləmə.

Göz yaşımdır daşqaşın, haqsız qan eylər göz-qaşın.

Dünyada bundan savay şahanə ziynət gözləmə.



_____________Milli Kitabxana______________

Ruzigarını döndü məndən, sən də döndün, ey təbib,

Mən şəfa möhtacıyam, ah çəkmə, şəfqət gözləmə.

Sübhümü kipriklə acdım, açmadın dərvazəmi,

Ey könül, əğyar olan yardan səadət gözləmə.

Yar gedən yollarda toz qaldırma bunca, Şəhriyar,

Qismətin qəmdir sənin, bir ayrı nemət gözləmə.

BABİL CADUSU

Nə vaxt ki, cilvələndin sən, çəməndə sərvsən, gülsən,

Nə vaxt ki, nəğmələr saçdın, bahar şeydası bülbülsən.

Sənin yaqut dodağından uçan türkü bir əfsunmuş,

Şirinləhcə, şirincəhcəh, şirinavaz, şirindilsən.

Qaşın Rüstəm kamanıymış, saçın bir Zal kəməndiymiş,

Kamanınla, kəməndinlə can aldın, əhli-Babilsən.

Tökülmüş yasəmən tellər, dodağın qönçəsin örtmüş,

Gülüş qonmuş dodağınla qızılgülsən, qərənfilsən.

Məgər ki, şəhri-Babildə camalın cadugər olmuş,

Nə Babil sən olan yerdə, əcəb əfsuna qabilsən!

Təxəyyüldən saray qurdum, ona hüsnün çıraq oldu,

Xəyal pərvanəsi, uçma, yetişsən vəslinə - külsən!

Düşüb sübhün nəsimitək bu xalqın meyli ardınca,

Doluxsunmuş baxan gözlər, uzaq bir səmtə mayilsən.

Əlac olmuş əzəl gündən səbr, təmkin sevən qəlbə,

Üzün görsən yanar səbrin, könül, gör sən nə qafilsən?!

Çəməndən qalxar avazın, susar quşlar, həsəd eylər,

Dönər pərvanəyə bülbül, qaranlıq içrə qəndilsən.



_____________Milli Kitabxana______________

Sözüm gülqənd, sinəklər də pay almşdır bu nemətdən,

Şəkərdən qaçma, ey tuti, nolar şerim şəkər bilsən.

Neçin divanəsən, könlüm, ilan saçlar xəyalıyla,

Dolanmaz boynuna bir dəm, qəmə, hicrana qayilsən.

Nə tapdın, Şəhriyar, göylə, ay-ulduzla bu söhbətdən,

Görərsən ki, lüt-üryansan, əgər qəflətdən ayılsan.

XOŞLƏHCƏ TUTİ

Gözəllikdən mətahım yox bazarıma gələsən,

Qorxursanmı gözüm dəyə, nəzərimə gələsən.

Ahu gözlüm, kəməndinə özüm saldım özümü,

Şikarınkən aldanasan, ah-zarıma gələsən.

Lalə, nəsrin bitirmişdir yenə təbim gülşəni,

Nə zamandan həsrətdəyəm gülzarıma gələsən.

Qalxanımdır sülh-səfa, qılıncımdır məhəbbət,

Öldürəsən, yol salasan məzarıma, gələsən.

Ovçuluğun şərti bumu: hamı düşsün toruna,

Pünhan yerdə tor qurasan güzrıma, gələsən.

Təzə şeir nüsxəsiylə gəldim, dərman dilədim,

Təbəssümlə sən verəsən azarıma, gələsən.

Eşqin ilə gündüzümü döndərmişəm gecəyə,

İstəmirəm yanan vaxtı qızmarıma gələsən.

Göz yaşımla şerin şəkər qamışını bitirdim,

Şux tutimsən, rəhm edəsən öz yarına, gələsən.

Doluxsunmuş yaz buludum, yolun gözlər Şəhriyar,

Qoşulasan dağdan əsən ruzgarıma, gələsən.



_____________Milli Kitabxana______________

DODAQ

O gecə ki, mən sorurdum qənd o yarın dodağıdan,

Göz yaşımı qəndlə içdim şux nigarın dodağından.

Dodağıma yetib indi dodağından ayrı canım,

Bir xoş xəbər eşidəydim xəbərdarın dodağından.

Sözün ki, can qiyməti var, qafil olma, dəli könül,

Söz almırsan, can alırsan bir qəmxarın dodağından.

Nə vaxtdandır öpməmişəm o qızılgül yarpağını,

Gül eşqiylə çox öpmüşəm tikanların dodağından.

Düsdüm hicran soyuğuna, ürəyimdə dərd ocağı,

Qara saçın tez ağardı vaxtsız qarın dodağından.

Həsrətinə can vermərəm, ümid varsa vüsalına,

Ölüm hökmü yoxdur hələ sitəmkarın dodağından.

Xəlvət gecə ikilikdə qəzəl dedik, gülqənd yedik,

Sanki şəbnəm səpilirdi ilk baharın dodağından.

Mən qocalmış bir ağacam, kəsilməmiş fəqət barım,

İçmişəm öz bar suyumu o novbarın dodağından.

Ayrılanda saçlarının ucu dəydi dodağıma,

Daddım hicran zəhərini cüt şahmarın dodağından.

İxtiyarım yoxdur mənim onsuz köçəm bu dünyadan,

Adı düşməz mənim təki ixtiyarın dodağından.

Qəzəl xoşdur hər oxuyan ondan dodaq şehdi içə,

Daha xoşdur eşidəsən gülüzarın dodağından.

Külək oğru an kimi bal qaçırmış ondan yəqin,

Çox eşitdim tərifini xoş rüzgarın dodağından.

Nə olsun ki, Çin müşküylo qara saçlar sığallanır,

O dodağın ətri getməz Şəhriyarın dodağından.



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə