MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə47/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   43   44   45   46   47   48   49   50   ...   106

_____________Milli Kitabxana______________

Məzarının başında ağlar zar-zar, musiqi.

Həsrətinə dözməyib ayağına baş qoyar,

Torpağından hər dəfə etsə güzar musiqi.

İnanmıram sənin tək bu sənət göylərində

Ya parlayan bir ülkər, ya ay doğar, musiqi.

Sənin səsin yazılmış səhifəni göz üstə

İftixarla qoyaraq təskin tapar musiqi.

Min-min şükürlər olsun, ancaq sənin sayəndə

Olmadıq bu həyatda biz şərmsar, musiqi.

Könül, uzatma sözü mehmandı bu məclisdə,

Bu Şəhriyari qəzəl, o şəhriyar musiqi.



HƏYATIN ƏFSANƏSİ

Aşiqlər eşqdə udmaz, bunu aşiq olandan sor,

Fələyə əl aparmaqçün de kimdə vardır imkan, sor.

Cavanda iddia varsa, qocalarda peşimanlıq,

Gecənin məstini ancaq səhər xumar qalandan sor.

Qərarı yoxdu dövranın, necə gör biqərardrr o,

Bunu dostlar sinəsində olan dağdan, nişandan sor.

Soyuq daşlar kimi indi yatın siz də, ayıq gözlər,

Gecənin qanlı röyasın gecə bidar olandan sor.

Gözün, qəlbin qəmin bilməz inan mərdümgiriz insan,

Gözüm yaşımla qəlb ahım yağışdan sor, borandan sor.

Bu bəxtin dilbəri heç kəslə tənha qalmayıb əsla,

Nağıldır bu gəlin dilbər, bunu sorsan cahandan sor.

Günəş baş qaldırar hər sübh üfüqdə odlu köhlənlə,

Bu nurun ordusun sorsan fəqət sən o səvardan sor.

Fələk əymiş belim daim, pıçıldar astadan, xəlvət,

Cavansan, bəxtini ancaq zamandan, ruzigardan sor.

Rəqabət bağçasında bir fidan əksən bəhər verməz,

Məhəbbət bağına yol sal, bu işi bağıbandan sor.

Zaman viran edir hətta sarayi-təxti-Cəmşidi,

Bunu tarixdən öyrən sən, bizə miras qalandan sor.

O kərpiclər Cəmin camı, ya da İskəndər aynası,

Ya da Dara kimi şahdan, bizə qalmış nişandan sor.



_____________Milli Kitabxana______________

Yenə də Xacənin şerin bu axşam yada saldım mən,

Keçib öz ordusuyla Zindəruddan yol salandan sor.

Ölüm hökmün fələk vermiş, bizə hər bir yaranmıştək,

Xəzanın lalə, nəsrinin bahar vaxtı tufandan sor.

Azadlığa məsəl olmuş qafın ardındakı vadi,

Əgər simurğu sən sorsan fəqət get o məkandan sor.

Camalın müddəilərdən həmişə gizlədib canan,

Soraq al xəlvət əhlindən, bu razı razdardan sor.

Fəqirin bəxtinə düşməz gedib Şiraza yetsin o,

Gəl onda Təbrizə, halım soruşsan, Şəhriyardan sor.

YATMIŞ BƏXT VƏ OYAQ DÖVLƏT

Yar gəlibdir evimə, olmamışam evdə nədən,

Ev uçuldu başıma sanki, eşitdim bunu mən.

Məni xoşbəxt edəcəkdi gəlişiylə bilirəm,

Qayıdıbdır qapıdan, danlayacaq hər eşidən.

Bəxt yatıb, dövlət oyaq, öz qədəmiylə gəlib o,

Bir ömür mən yolunu gözlədiyim incə bədən.

İstəyirmiş ürəyimdən qəmimi bəlkə silə,

Mən silərdim ayağın tozunu görsəydim həmən.

Bu gəlişlə o ucaldıb başımı ulduzadək,

Bil qoyardım başımı təzim edib torpağa mən.

Sən də ey sübh yeli, şəmi-şəbüstana de ki,

Hicrana yandı canım, tüstüsüdür dağdakı çən.

Canımı hərraca qoydum, de, xiridan hanı?

Sənlə sevdada ziyan eylədim ey gül, bəs sən?

Ahunu şeri ilə ram elədim, Şəhriyarım,

Onu ram eyləməyim müşkül olubdur deyəsən.

USTADIN TƏLİMİ

Qocalarda qaydadır, ötənləri yad eylər,

Ötənləri yad etmək ürəkləri şad eylər.

Cavanlarla oturmaq məhəbbətdən nişandır,

Sən bəlkə unutmusan, mənim qəlbim yad eylər.



_____________Milli Kitabxana______________

Bu möhnətli könlümün bir küncün məskən etsə,

İnanıram yenə də o Behcətabad eylər.

Qəlbimin gözlərində eşqin köhnə pərdəsin

Yenidən bərpa etsə, bilirəm, Behzad eylər.

Bisütunda nəqşələr şirin-şirin dil açsa,

Deyər, nə etsə yenə bu dağda Fərhad eylər.

Bu koksümün altında qəribə bir aləm var,

Mən susub dayansam da, o daim fəryad eylər.

Ürəkdə həkk olanı ordan silmək mahaldı,

Məhəbbəti əbədi könüldə ustad eylər!

Başım ərşə ucaldı Rumlu Xacə şerilə,

Eşqimin hekayəsin "fe" ilə Fərhad eylər.

Xoşbaxtdır o ürək ki, bu tikanlı səhrada

Sərv kimi ətəyin tikandan azad eylər.

Torpağına, suyuna bu dünyanın bənd olma,

Ömrünün xərməninə od vurub bərbad eylər.

Məni də arif kimi bəxtim yaman aldatdı,

Nəğməmin sodasına o, dadü bidad eylər.

Başun kötük üstündə, ölüm aşın gözlərəm,

Görüm fərmanı icra nə zaman cəllad eylər.

Fələk qəhvəyi suda əks etməz, bu bəllidir,

Qələmdən şikayəti çün İbni-İbad eylər.

Hərakarlığın səfasın bilirsən ki, Şəhriyar,

Dostlardan Şeyx Bəhayi, bir də Mirdamad eylər.

RUHUN NALƏSİ

Yamanca xəstə eylədi srxıb bu dar qəfəs məni,

Qocaltdı, saldı qüvvədən əzab, məni, qərəz məni.

Ayaqlarımda kündə var, canımda pərvaz eşqi var,

Çəkir öz arxasınca bax, o karivan, carəs məni.

Hücum edibdi üstümə, qoyub sinəmə pəncəsin,

Boğur bu qurda bənzəyən həyat məni, nəfəs məni.

Gətirdi ülvi göydən o bir parça qəndin istəyi

Bu tuti təbim, eylədi o milçəyə əvəz məni.

Mən sərv idim, budaqlarım gülə salardı kölgəsin,




_____________Milli Kitabxana______________

Nədəndi möhtac eylədi kola, tikana bəs məni.

Deyil münasib eşq üçün suyu, havası bu yerin,

Axırda yandırar yəqin bu odlu ah, həvəs məni.

Qəmimdən özgə bir kəsi bu yad məkanda görmədim,

Kimə deyim bəs dərdimi, tanımayır bir kəs məni.

Çıxmaz bu yerdən Şəhriyar, səsin, fəğanın bir yana,

Gərək kəmənd edib telin ayım, çəkə o tez məni.



YUSİF EHSAN EVİNDƏ

Qəlbinin əmri ilə yanıma canan gəldi,

Ömr edib qəlb döyünəndə təzədən can gəldi.

Süfrəyə lalə gətir, gül gətir, ey könlüm, o ay

Gül kimi üzdə təbəssüm mənə mehman gəldi.

O qoca Yaquba dünya yenidən cənnət olub,

Çünki Yusifdi onu eyləyən heyran, gəldi.

Heyranam ol kəsə ki, aldı o peymanə ələ,

Canü dildən edərək əhdinə peyman gəldi.

Boynuna qol dolayıb, zülfünü mən aldım ələ,

Sanki çovkanla topu vurmağa imkan gəldi.

Bir qəzəl yazdını o dilbər yara mən bəndə kimi,

Sultanımdan cavabımda mənə fərman gəldi.

Üzünün şöləsi düşdü ürəyin səhnəsinə,

Gündüz ay doğdu, işıqlandı bu zindan, gəldi.

Başıma hər nə gəlib zülfi-pərişanı edib,

Yenə də saçlarım etdi pərişan, gəldi.

Özü bilmir

ki, nələr

çəkdim onun hicrində,

Məni divanə edən, etməyə divan, gəldi.

Tanrının lütfüdü insanlara bu şeir demək,

Şəhriyar, bu ki, bu nemət sənə hardan gəldi.

SAZ VƏ YANĞI

Çalgınan, qəlbimə od salsın o sazın bu gecə,

Dinləyim ağlayaraq sazın, avazın bu gecə.

Çaldığın sazda ötən mən yazığın naləsidir,

Həm mənim var gileyim, həm də o sazın bu gecə.



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə