MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə48/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   44   45   46   47   48   49   50   51   ...   106

_____________Milli Kitabxana______________

Ürəyim quş kimi köksümdə yenə nalə edər,

Saz ilə eylə bəyan razi-niyazın bu gecə.

Sazının pərdələrində nə qədər sirr yatır,

Açasan sirlərin bəlkə bir azın bu gecə.

Bu yanan canıma, ey şux, gül üzün şam kimidir,

Aşiqin yandı, şama açmadı ağzın bu gecə.

Çəkərəm nazım ta ki, yetişəm məqsədimə,

Çəkmərəm əl, nə qədər olsa da nazın bu gecə.

Vəslinin şövqü edibdir mənim, ey nazlı nigar,

Təbimin bülbülünü qafiyəsazın bu gecə.

Şəhriyardır bu gələn, gözdən axan yaşına bax,

Ver bu eşq sayilinin sən də murazın bu gecə.

YOLUNU AZMIŞ ŞAHİD

Yol azıbsan nədi, ay üzlü nigarım, gəldin,

Yox, yola gəldim, inan səbrü qərarım, gəldin.

O qara gözlər ilə bir nəzər et ağ saçıma,

Soracaqsan hanı bəs, fəsli-baharım, gəldin.

Həsrətim bir quyudur, düşmüşəm indi quyuya,

Təzə aytək doğaraq son, havadarım, gəldin.

Mən hələ ölməmişəm bil, quyuda var nəfəsim,

İstəsən ayinə tut, ayinədarım, gəldin.

O sitəm astanasından bu dağın başınadək

Öpərəm gəldiyin o yolları, yarım, gəldin.

Sənə şahlar sarayı layiq ikən, ey gözəlim,

Yox bu yoxsul komada dam-divarım, gəldin.

Sinəmə sığmır ürək, istəyirəm şir kimi mən,

Qoparım nərə ki, ey ahu-şikarım, gəldin.

Səni gördükdə günəş hüsnünə heyran oldu,

Salama gəldi səni, qəddi-çinarım, gəldin.

Dinimə səndən əgər gəlsə zərər, qorxum yox,

Üzr də istəmirəm, dar-nədarım, gəldin.

Şəhriyar, təbrik edim qoy bu təzə eşqini mən,

Şükr elə, söylə yarım, dövlətü varım, gəldin.



_____________Milli Kitabxana______________

ZAMANIN SAQİSİ

Hicrinin gəldi qəmi könlümü bir gün sorağa,

Lalənin qəlbini dərdim boyadı qarə dağa.

Gözümün yaşı axıb hər yana ki, oldu rəvan,

Unudub qəmli qəmin, qəlbimi gəldi sorağa.

Ümidim tazə gül açmaqda idi qönçə kimi,

Xəzan oldu hamısı, doldu sinəmdə bu bağa.

Zamanın gərdişi saqim olaraq, əldə qədəh

Qanla dolmuş qədəhi başladı o paylamağa.

O gözəl üz ki, gözümdə çırağa bənzər idi,

Qeyb olub döndü gözümdə yenə sönmüş çırağa.

Zülfünün ətri ki, əvvəl mən ilə munis idi,

Sonradan qan qoxuyub, saldı özündən uzağa.

Sənlə xoş günlərim olmuşdu, unutmam onu mən,

Tapşıra bilmərəm o günlərimi mən fərağa.

Şəhriyar, indi gülün soldu, düşüb torpağa o,

Bir də dağ çəkdi bu dağ lalədəki köhnə dağa.

ŞÖHRƏTİN ZİYANI

Əcəldən istəmədim mən aman, cahanda qalım,

Mən eşqə verdim ömür ki, dedim qoy onda qalım.

Çün ölmək ilə çıxar can bədəndə zindandan,

Mən eşqə verdim ömür ki, yenə də canda qalım.

Bu ölmək ilə dirilmək əcəb hekayətdir,

Qələt deyilsə əgər, daima cahanda qalım.

Naz ilə tərk elədim tuba aşiyanı nahaq,

Rəvamı torpaq olum, bir kiçik məkanda qalım.

Mən eşq çeşməsinin içmişəm həyat suyunu,

Qalım həmişə babarda, nə ki xəzanda qalım.

Həyat çeşməsinə pərdə saldı Zülqərnəyn,

Qocaldı Xızr əgər, mən gərək cavan da qalım.

Çün illər ilə süründüm bu tənha guşədə mən,

Dedim ki, kimsəsizəm, bəlkə binişan da qalım.

Şəbüstana salaraq mehrimi, məhəbbətimi,




_____________Milli Kitabxana______________

Nəzər dəyər deyirəm bəlkə də, nihanda qalım.

Tökülsə başıma daş-törpağı dedim zamanın

Buna da razıyam imkansa laməkanda qalım.

Çalışmadım çəkilim şöhrətimlə xəlvətə mən,

O üzdə dostluq edəndən də mən amanda qalım.

Günəş doğunca sənin, Şəhriyar, şamın yansın,

Səhər o quşlar ötən nəğmədə, fəğanda qalım.



DOST GÖRMƏDİM

Ozüm kimi qarabəxt tanımıram cahanda,

Qara baxtın əlindən gün görmədim bir an da.

Dostuma söyləməkçün qəlbimdə çox sözüm var,

Əsil ürək dostunu gəzib tapım hayanda?

İndi ümid gözüylə baxmağa bir kəsim yox,

Ümid gözü kor olar, ona tənə vuranda.

Sığındımsa hər kəsə, məni saldı qəfəsə,

Vohşi quştək qalmaram dən səpilən məkanda.

Dostum, əlim çatmayır mənim vəfa əhlinə,

Salamımı yetir sən o kəslərə, çatanda.

Biryarpağam, nəsibim şimşəklərin qəzəbi,

Heç özüm də bilmirəm niyə yarandım onda.

Səhər yeli, yavaş əs, mənə inayət eylə,

Yarpaqtək titrəyirəm sən əsdiyin zamanda.

Külə dönüb sovruldum, göz yaşımın odundan

Qara torpaq od tutub, şölə çəkib yananda.

Günah insan üzünü əgər qara edirsə,

Qara üzlü kəslərə Şəhriyaram cahanda.

SOYUQ DƏMİR VƏ İSTİ AH

Heç bilirsənmi nə iş tutdun sən,

Nə bəla çəkmişəm hələ səndən?!

Mən vəfa eylədim, cəfa gördüm,

Sən görübsən fəqət vəfa məndən.



_____________Milli Kitabxana______________

Nə əzab olsa mən dönən deyiləm,

Zülmünü gəl azaltma bəndənən.

Soyumaq bilməyən bir atəşsən,

Yumuşalmaz soyuq olan ahən.

Torpaq olsam külək sovursun qoy,

Ayağın altına düşüm hərdən.

Nəfsin ilə vuruşmağın xoşdur,

Sən də ol öz-özüylə cəngə girən.

Mən iradətlə gördüm hər işimi,

Sən dönük çıxdın eşqdə de, nədən?

Yara vursan da məlhəmim sənsən,

Dərdə düşsəm elə sən o dərman edən.

Məni az sanc, sən ey şirin bulağım,

Naz elə, naza olmusan məskən.

Ürəyim odlanır, yanır, kül olur,

Ürəyin buz kimi soyuqdu nədən?!

Ey qızılgül, payız döyər qapını,

Bil, xəzəltək solub saraldım mən.

Qorxuram ki, o qurduğun tələyə

Gün gələ onda sən özün düşəsən.

Şəhriyar sənlə cəng edə bilməz,

Sən pələng məğlub etmisən, əhsən!

KÖHNƏ DOST

Bilirəm, tutmayacaq bir də qumarım sən ilə,

Oyuna girmək üçün yoxdu dinarım sən ilə.

Kim azad olsa, o təşviş eləməz tövbə üçün,

Mən ki, dərviş babayam, indi nə karım sən ilə.

Məst olan vaxtda mənim camıma mey tökməmisən,

Dərdi-sər olmaya ta sübh xumarım sən ilə.

Götürə bilməyirəm çiynimə düşmüş yükünü,

Üstəlik istəmirəm olsun azarım sən ilə.

Yanmadın sən otağımda mənim, ey nurlu şamım,

Qalmışam xatirələr, bir də nigarım, sən ilə.

Nə gül oldum, nə də bülbül bu könül bağında,




Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə