MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə43/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   39   40   41   42   43   44   45   46   ...   106

_____________Milli Kitabxana______________

Yenə də qarə qaşın qəsdimə dursun, dözərəm,

Baxışınla günümü qarə elə gəl, gözəlim.

Şəhriyarın gözü dolsun yenə qoy yaşlar ilə,

Bu şəhərdə sənə mən bağlamışam bel, gözəlim.

ŞƏHRİYAR VƏ KƏNDLİ

Hicrində sənin bil ki, könüldə qubarım var,

İndi görəsən, qəmlə dolu ruzigarım var.

Baxdıqca yola, düşdü tovundan bu gözlərim,

Vallah bu bəxtdən yenə də intizarım var.

Göz yaşları tökdüm, tükənib getdi ixtiyar,

Ömrü sənə verməkdə fəqət ixtiyarım var.

Gəl arzumu bir anda xəzan eyləmə, ey gül,

Bil ki, bu bahar yaşda mənim öz baharım var.

Şərimlə xəyalın yol açar sübhə mənimçün,

Öpmək üçün o saçlarını arzularım var.

Məstlikdə keçən vəslə necə vəsl deyim mən,

Əfsus yuxuda vəslini gördüm, nigarım var.

Gülüzlülərin torpağıdır lalə bitirmiş,

Sinəmdə yanan lalə kimi yadigarım var.

Çəkdikcə sığal saçlarına hey səhər yeli,

Tellərdə kamandan ucalan arzularım var.

Hicran gecəsindən nə danışdım şama, bildi,

Sənsiz gecədən sübhə gedən bir güzarım var.

Versə bu könül dünyama qüvvət, saçın verər,

Bil ki, saçının şəfqətinə etibarım var.

Hərçənd solub getdi mənim ömrümün yazı,

Gülüzlülərin eşqi kimi növbaharım var.

Hərçənd özümə Şəhriyaram, söyləyirəm mən,

Bir kəndli kimi qəmlə keçən ruzigarım var.

DOSTUN SİFARİŞİ

Gəldi bahar, əlində çiçək gətirdi gəldi,

Naxış vurdu onlara rəng-rəng, gətirdi gəldi.

Bənövşənin, lalənin şeh yandı tellərində,




_____________Milli Kitabxana______________

Güllərə zər naxışlı çələng gətirdi gəldi.

Gül gəlini güllərin ətirləndi, bəzəndi,

Nəğməsini quşların külək gətirdi gəldi.

Sərvlərin başında qumrular hey uçdular,

Quştar təranə dolu ürək gətirdi gəldi.

Səhər yeli dolandı bağçaları, bağları,

O, dərdli ürəklərə kömək gətirdi gəldi.

Çəmən-çəmən göy otlar boy atdı, dalğalandı,

Qönçələr də könüldə istək gətirdi gəldi.

Fərəhdən vəcdə gəlmiş bu çöllərə, düzlərə,

İnandım ki, şadlığı fələk gətirdi gəldi.

Dindirdi yaz yelləri körpəcə sünbülləri,

Sünbüllərə qızıldan köynək gətirdi gəldi.

Meh əsdikcə ürək də sevindi bu təmasdan,

Əfsus ki, yardan xəbər, o, ləng gətirdi gəldi.

Sinəm alışdı, yandı, taleyimə daş ağlar,

Nə gəldisə bəxtimə, fələk gətirdi gəldi.

Küləklər də Mahmudun məzarının tozundan

Ayazdan da bircə tel, örnək gətirdi gəldi.

Şahım, əfsuslar olsun o verdiyin fərmanın

Torpağıma mənim də şimşək gətirdi gəldi.

Tale qoymadı gülsün yazıq göyərçinləri,

Şahinləri ustünə sel tək gətirdi gəldi.

Şəhriyarın qəlbinin aynasına haqq özü

Ay üzlüm, bir sənin tək mələk gətirdi gəldi.



XƏBƏRSİZ KARVAN

Gəldi karvan, nə deyim, könlümə həmdərd yoxdur,

Demərəm mən yenə də odlu məhəbbət yoxdur.

Soraq etdim, dedilər gəlmədi Yusif, əfsus,

Bu nə yoldur, qayıdıb gəlməyə fürsət yoxdur.

Bəxtimin ay üzünü görməsə karvan qalsın,

Getmək olmaz bu gecə, göydə ay əlbət yoxdur.

Mənə bir namə də yazmaz, bil, eşit, ey tanrım,

Deyə də bilməyirəm onda cəsarət yoxdur.



_____________Milli Kitabxana______________

Oda düşmüş ürəyin biz harayından uzağıq,

Gah gülür tale üzə, gah da ki, şəfqət yoxdur.

Aynasında ürəyin mehr, vəfa yox, tanrım,

Bəlkə bu şan-şan olan sinədə qüvvət yoxdur.

Mənim o zülmətə düşmüş ayımı görsən əgər,

Fələyin nuruna üz tutmağa hacət yoxdur.

Bəxtimin şəminə gül taxtımı bəxş etmişdim,

İndi gül taxtı qalır, şahlığa rüsxət yoxdur.

Taxtı o sultanımın indi əyilmiş üfüqə,

Xeyməsində günəşin bil ki, kəramət yoxdur.

İstəyirdim ki, gedəm dostlarımın ardınca,

Bir xəbər gəldi ki, bu yolda zəlalət yoxdur.

Şəhriyar, kim qoşularsa bu ümid karvanına,

Bəxti dönmüşlərə heç yerdə inayət yoxdur.

TUTİYA

Söylədin, baş götürüb cövrü cəfadan gedərəm,

Səni tərk etsə bu könlüm evi, nalan gedərəm.

Söylədin, cövrü cəfadan usana bilməyirəm,

Mən bəlanı edərəm dərdimə dərman, gedərəm.

Əhdini, ilqarım and yeri bildim, bilirəm,

Bu cəfakeş canı verrəm yenə qurban, gedərəm.

Müşki-ənbərdi, inan, saçlarmın ətri mənə,

Günahı yoxdu, saçın eyləsə fərman, gedərəm.

Həddi yoxdur işığa həsrət olan sevgimizin,

Secərəm meyxananı, rindliyə nalan gedərəm.

Şir kimi can ataram, can ataram arzuma mən,

Əjdaha ağzına da düşsə əgər can, gedərəm.

Sadiqəm sevgimizin Kəbəsi olmuş ürəyə,

Gedərəın quş kimi o Kəbəyə, olan gedərəm.

Hara getsəm orada hiss edərəm sən varsan.

Dönərəm mən küləyə, yolları asən gedərəm.

Son odunla yaşadarsan suyumu, torpağımı,

Harda olsan, olaram sinəsi şan-san, gedərəm.

Oduna, tüstünə həsrət eləmə mən yazığı.




_____________Milli Kitabxana______________

Qürbətin tilsimi sınmazsa, nigaran gedərəm.

Doğma yerlərdə bu eşq ilə dolanmaq dilərəm,

Sevgimin zirvəsini alsa da tufan, gedərəm.

Məni endirsə küləklər, yenə də yüksələrəm,

Həmsəfər olmasa da mənlə o karvan, gedərəm.

De bu həsrət qəfəsində nə qədər can qoruyum,

Eşq tanrım təki versin mənə imkan, gedərəm.

Ey Xızır, təşnə olan qəlbimə yol göstər sən,

O həyat çeşməsinə bil ki, nigəhban gedərəm.

Şəhriyaram, güc alıb, qüvvət alıb eşqimdən,

Mən huma tək uçaram, sinəsi suzan gedərəm.



DOST

Dərdə əlac eylə, dost, qoyma arzum kül olsun,

Yarəb, özün yol aç sən, yastığım yüngül olsun.

Zülfün olarmı, yarım, bu qürbətin əlacı,

Bu qubarı ürəkdən yumaz çay, ya sel olsun.

Məhəbbət görməliykən həsrət düşübdü bəxtə,

İstəməzdim mən bu fal gül açsın, hasil olsun.

Hər sevirəm deyənlər çıxmır, çıxmaz sınaqdan,

Eşqimdən dönmərəm mən, istər ay, ya il olsun.

Eşidin Şəhriyardan ötməyi, ey çiçəklər,

Nəğməmə səs verən də deyin ki, bülbül olsun.

BÜLBÜLÜN NALƏSİ

Dostlarım, ağzımızı gör nə deyib bağladılar,

Bu gözü, ağzı olar fənd eləyib bağladılar.

O qəfəs küncü mənə and içirəm, rahət idi,

Bu gərilmiş qanadı sanki, əyib bağladılar.

Çəmənə yol eləsə, bağlamaq olmaz ayağı,

Quşların nəğməsinə qəm bələyib bağladılar.

İnana bilməyirəm, bülbülün ah-naləsini

Yasəmən güllərinə düymələyib bağladılar.

İndi Çin ətrini hardan tapasan, sən alasan,




Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə