MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə39/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   35   36   37   38   39   40   41   42   ...   106

_____________Milli Kitabxana______________

GÜLÜN ARXASI, ÜZÜ OLMAZ

Hüsnünü tay tutmaram, bir daha gülzarə mən,

Ətrini udmuş mehəm, dönmüşəm əttarə mən.

Eşqimizin dastanı gəzmədə dildən-dilə,

Susdura bilməm eli, qalmışam avarə mən.

İsmətin aydan arı, könlümə şəfqət saçar,

Vəslin ilə dərdimə, kaş ki, qılım çarə mən.

Arxa nədir, üz nədir, hər yanı güldür gülün,

Qalmadı pünhan sözüm, söylədim aşkarə mən.

Başıma qar yağdırıb həsrətin, ey nazənin,

Eyləmişəm səbr ilə qəlbimi yüz parə mən.

Gör necə aydır üzün, nur umar ondan günəş,

Canımı qurban dedim böylə səhirkarə mən.

Söylədi səbr eyləyim, qalmamış ömrüm daha,

Gəncliyimi qıymışam əhd ilə ilqara mən.

Ey qaşı mehrabımız, səcdəyə gəldik sənə,

Oldum o vaxtdan bəri bəxti, günü qarə mən,

Gün keçir, ey Şəhriyar, bir belə qəflət nədir,

Qalxdı günəş zirvəyə, qoy yetişim yarə mən.

MƏHƏBBƏTİN MƏLALI

Məhəbbətin qəmiylə səni qovsam özümdən,

Uzaq getmə, fəğanım edər səni peşiman.

Ahımtək küdurətin yolun tutma, göz yaşım,

Şəfaət peyki kimi qovar səni nigaran.

Göz yaşı gövhərimsən, sən səfa dürdanəsi,

Düşərsən ətəyimə kiprik çatdığın zaman.

Ey mənim uca sərvim, yetmirsən fəryadıma,

Mən ki, ayırmamışam səni ulu tanrıdan.

Sən ruhum, sən canımsan, qırılmaz can telləri,

Nə vardı bədən olsan, verərdim qarşında can.

Eşq matəmsəramı niyə odlara yaxdın,

Törətdiyin yanğından çəkinmədin bircə an.



_____________Milli Kitabxana______________

Başıma ara-sıra nəvaziş əlini çək,

Saza döndüm, səninçün dilə gəldim bir zaman

Məhəbbət diyarını tərk etmədin, ey ürək,

Bu uğursuz məhəbbət eylədi bağrımı qan.

Ətirli qönçəm idin, dayan, güldürüm səni,

Bahara qürrələnmə, pusquda durmuş xəzan.

Bir gecə zindanıma tələs, sübhə acıq

ver,

Şəmi yandırıb-yaxım, qarşında tapşrım can.



Dəyiş təbəssümünü canıyla Şəhriyarın,

Sevinclə bunu verib, onu alardım, inan!



SEVİNC YAŞI

Gec gəlmisən, əlim ətəyindən qopan deyil,

Can müjdə vermişəm, çəkəm ağuşa can kimi.

Bəlkə yuyam sənin gül üzündən qubarım,

Qəh-qəh çəkib, hey ağlayaram asiman kimi.

Dağ çəkdi sinəmə necə də ayrılıq dağın,

Ayrılmışıq bu zülmlə arıyla şan kimi.

Sizdə, gülüm, məgər neçədir nırxı busənin,

Gövhər sayır gözüm bir ömür ərməğan kimi.

Hicrində hər gecə başıma doydüyüm bu əl,

İndi sürahi boynunu qucmuş cavan kimi.

Ey qəm, yolun uğurlu, fəqət haqq-say qalır,

Boşdur yerin ürəkdə, yaxın mehriban kimi.

Sən ayrılıb gedəndə, fəğan etdi Şəhriyar,

Təsirli bir fəğan yox imiş bu fəğan kimi.

SƏFƏR AZUQƏSİ

Gecələr oyaq qalar, ulduz sayar gözlərim,

Dan ulduzu çırtladı, harda qalmış səhərim?

Hanı sübhün qoşunu, al günəşin yolunda

Vuruşmaq istəyirəm, hanı məni kəsərim?



_____________Milli Kitabxana______________

Günəş üçün açmasa qapısını asiman,

Pərdəsini yırtaram ulduzlarla qəmərin.

Fələyin atlısıyam, öz qızıl nizəm ilə

Gecənin zülmətini doğramaqdır nəzərim.

Sübhün rikabındayam, axtarıram günəşi,

Ulduzlara uçuşum, ulduzlara səfərim.

Bu atəşdən, bu oddan keçib qurtarsam əgər,

Külək kimi torpağa, suya düşər izlərim.

Bu diyardan, bu yerdən qaçıb qurtara bilsəm,

Bu diyara, bu yerə bir də düşməz güzərim.

Qanadımı gərmişəm eşqin aşiyanına,

Atılan o daşlardan sınmasa balü pərim.

Məni zirvəyə çəkir məndən qaçan maralım,

Dağların möhnətindən qırılmasa kəmərim.

Şirin sözün sevincə çəkir səni, Şəhriyar,

Fəqət qərq etmək istər yenə acı kədərim.

HƏYAT ZİNDANI

Nə qədər ki, mən sağam, bilməzsən kimliyimi,

O zaman goləcəksən, yükümü bağlamışam.

Həyat adı daşıyan ölüm astanasında,

Necə deyim, həyatı qovaraq haqlamışam.

Göz yaşımın gülabı göstərir ki, gül kimi

Bir gün gülmüşəm əgər, bir ömür ağlamışam.

İki iyirmi yaşadım, iki yüzə bərabər,

Bəxtim kamımca deyil, sinəmi dağlamışam.

Səbir imtahanında, münsif münsifsə əgər,

Qiymətimi beş yazar, nəfsimi oxlamışam.

Xəfiyyəyə söylə ki, vərəqdən pozsun adımı,

Atdığım hər addımı mən özüm yoxlamışam.

Gövhərşünas arama bu şəhərdə, Şəhriyar,

Saxsılar arasında mən sədəf saxlamışam.



_____________Milli Kitabxana______________

SƏNƏTKARIN AYI

Könlümü yormuş, ey gül, bir baxışa qənaət,

Bir ömür ki, qənaət eyləmək olmaz əlbət.

İllərdir halə kimi başına dolanıram,

Bir baxışla başından açılımmı nəhayət.

Ayla ülfət bağladım, çün sənə bənzəri var,

Səndən ayrılsam əgər, ayı bürüyər heyrət.

İşığına gəlirəm yazıq pərvanə kimi,

Atəşinə yanıram, könüllər yaxan afət.

Nə əlim çatır sənə, nə də ki, ünüm yetir,

Səsim sənə çatınca, üzər məni bu möhnət.

Gül tikana sığınar, sinəmə baş qoy, gülüm,

Məni yandırıb-yaxır bu ayrılıq, bu həsrət.

Sənin ay camalının arzusuyla dolandım,

Bircə dəfə etmədin aşiqinə mərhəmət.

Ömür boyu bir eşqin alovunda yanmışam,

Ulu tanrım, nə verdi mənə barsız məhəbbət?!

Bəxtiyar deyilmiyəm, bir ömür sevdim səni,

Varmıdır bundan artıq, bundan ulu səadət.

YANAN PƏRVANƏ

Pərvanə kimi mən bu gec’ odlara yandım,

Ey ş’m, sənin çevrənə şövq ilə dolandım.

Baş əydi ürəkdən mənə göylərdəki ay da,

Onda ki, səni mən günəşin yavrusu sandım.

Gülşəndə bitən susəni gördüm, səni gördüm,

Sünbülləri gördükdə sənin zülfünü andım.

Gəl, sil gəlişinlə ürəyimdən bu qubarı,

Yarım, sənə dönməzdi, dəyişməzdi bu andım.

Tarınm, yuxuda gördüm onu, ah, bu nə röya,

Dünya mənə cənnət olalı, cənnəti dandım.

Gördüm ki, sevincdən dəxi bülbül də susarmış,

Lalə dodağın qaçdı, gülüş sirrini qandım.



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə