MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə36/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   32   33   34   35   36   37   38   39   ...   106

_____________Milli Kitabxana______________

Həbibim, ol bu ağır yarəmə mənim məlhəm,

Gəl, ey təbib, ağır dərdə yaxşı dərman ol.

Şəkərli süfrənə oldum sənin qonaq, gözəlim,

Ciyər qanı içənə indi sən də mehman ol.

Sevinc havası çalırdın həmişə nəşə ilə,

Fəğanə gəl daha, ey ney, qəmimlə nalan ol.

Kəfən niqabmı çəkdim üzə, ay üzlüm, gəl,

Kədər buludları ötmüş, buludda pünhan ol.

Bütün qəzəllərim həsr oldu hüsni-dilbərin,

Qəzalrm, indi mənə sən də gəl qəzəlxan ol.

Mələk də qibtə edir insan olmağa, mələyim,

Uyub məhəbbətə düş eşqə, sən də insan ol.

Vüsal müjdəsini vermiş aşiqin əbədi,

Deyən kim oldu çəkil get, əsiri-hicran ol?

Gəzib dolansam əgər yüz budaq, mənə səs ver,

Qıran zaman qəfəsi, üç göyə, pərişan ol.

Gəl eşq rəmzini bu Şəhriyardan öyrən,

Gülüm, bu bülbülü sev, bu çəməndə dastan ol.

YANIQLI SAZ

Ələ al şövq ilə çal qəlbi yaxan saz bu gecə,

Göz yaşım axsın, olum saz ilə dəmsaz bu gecə.

Qəlbimin dərdini sazın sənin izhar eləyir,

Sanma ki, vardır əlindən gileyim az bu gecə.

Qəfəsində sinəmin quş kimi nalandı könül,

Bülbülü sazma gördükdə həmavaz bu gecə.



_____________Milli Kitabxana______________

Sazın hər pərdəsi min raz eləyibdir pünhan,

Qorxuram qalmaya heç pərdədə bir raz bu gecə.

Yandı, ey şux, sənin şam üzünün atəşinə,

Oldu pərvanə könül, eylədi pərvaz bu gecə.

Nazənin, gülşəninə gəldim, edim razü niyaz,

Məni məftun elədi, sevdiciyim, naz bu gecə.

Şövqi-vəsli-çəmənində sənin, ey mayeyi-naz,

Təbimin bülbülüdür qafiyəpərdaz bu gecə.

Tökdü ulduz kimi göz yaşları, gəldi yanına,

Şəhriyar vəstin üçün, dilbəri-tənnaz, bu gecə.

SƏHƏR PİYALƏSİ

Saldı dirlik suyuna, Xızr səfa verdi mənə,

Mən fənadan lüt idim, gör nə bəqa verdi mənə.

Su idi, atəş, əzəl zənn eləyirdim yanıram,

Çırpdı torpaqlara o, badi-fəna verdi mənə.

Əbədi hüsnü-camala məni ayinə edib,

Pası ayinədən almaqla cila verdi mənə.

Gözümü bağladı ki, görməyim eyb ilə xəta,

Könlümü güzgü edib, qeybnüma verdi mənə.

Gəldi eşq sıtması, yandırdı həsəd atəşi qəlb,

Sevginin nazına əhsən ki, şəfa verdi mənə.

Bir səhər ay gözəlim əldə günəş tək qədəhi,

Gəldi təqdim elədi, zövqü səfa verdi mənə.

Vəst üçün verdi qərar badə sonunda mənə yar,

Sağərin xətti o dəm sirri-qəza verdi mənə.



_____________Milli Kitabxana______________

Yarımı görməyim oldu mənə merac gecəsi,

Uçmağa quş qanadı - bali-Hüma verdi mənə.

Meyimi, sazımı, bu qüdsi-nəvamı bir eşit,

Gör ki, eşqin nə qədər şuri-nəva verdi mənə.

Şəhriyar, mən yenə himmət elimi üzmədim heç,

Şükr edib, söyləmərəm yar cəfa verdi mənə.

TACBƏXŞİN KAMANI

Eşitmişəm ki, verirsən hər eşq şahına tac,

O taci-eşqinə, dostum, mən olmuşam möhtac.

Sənin adındı əgər Tacbəxş, mən də bu gün

Söz hökmdarıyam, olmuş günəş mənimçin tac.

Kamanı köklə, kədər ləşkəri hücum eləyir,

Xəyalı, qəsdi budur, ömrümü edə tarac.

Düşübsən eşqə əgər, tut məhəbbətin yolunu,

Qumarda olsun hərifin sənin gərək Leylac.

Sənin sazınla doyub könlüm ərş zövqündən,

Vüsal günün mənə xoşdur, düşünmürəm merac.

Gəlir ziyafətinə tutilər şəkərçin hamı,

Heyifdi qəndimizi milçək eyləsin tarac.

Şeir dilimlə mənim mədh olan tapılmayıb heç,

Veribdi sazına təbim fəqət həmişə xərac.

Kamanının teli imanımı apardı mənim,

Edibdi din evimi sənətin tamam hərrac.

Sanır səni hamı bir tacidari-hüsnü-hünər,

Rəvadı taxtın ola bir gümüş sinə, nədir ac?



_____________Milli Kitabxana______________

Gözəl deyib bu sözü Xacə: meydən ayrılsam,

Gələnə lalə zamanı edin mənə bir əlac.

Kamala çatdı sənin sənətinlə musiqimiz,

Necə ki, şerə verib Şəhriyar təbi-rəvac.

HƏZİN NALƏLƏR

Baxanda könlümü çəkdi apardı yar məndən,

Apardı göz yaşı hicrində ixtiyar məndən.

Behişt, hər nə ki var, sizlərin qiyamətdə,

Mənimki olsun o yar, düşməsin kənar məndən.

Könül, deyildi səninlə qərarımız böylə,

Dönəndə xəncərə sən, getdi iqtidar məndən.

Saçından oldu qara ruzigarım, ey dilbər,

Daha nə istəyir artıq bu ruzigar məndən.

Təranələr yaranar hər zaman bu aləmdə,

Ucalsa, göylərə çıxsa bu ahü zar məndən.

Piyalənuş həriflər salanda yadə məni,

Bitər məzarımın üstündə laləzar məndən.

Düşürmü yadına aydın gecə görüşdüyümüz

Ki, oldu göz yaşı gövhər kimi nisar məndən.

Sən əhd bağladın, ulduzlar oldu şahidimiz,

Sitarələr utanır indi, ey nigar, məndən.

Özümlə olsa, o xalə, könül, uduzmaz idim,

Hərif aparmış idi əvvəl ixtiyar məndən.

Mənimlə yarın işi bitdi, Şəhriyar, artıq

Qalan bu incə qəzəl təkcə yadigar məndən.



_____________Milli Kitabxana______________

TARIM MƏNİM

Sızlayır əhvalıma sübhə qədər tarım mənim,

Təkcə tarımdır qara günlərdə dildarım mənim.

Çox vəfalı dostlarım vardır, yaman gün gəlcəyin,

Tardan özgə qalmayır yari-vəfadarım mənim.

Yer tutub qəmxanədə, qıldım fəramuş aləmi,

Mən tarın qəmxarı oldum, tar qəmxarım mənim.

Gözlərimə hər təbəssüm sancılır neştər kimi,

Kipriyi xəncərdi, ah, ol bivəfa yarım mənim.

Asiman aldı kənarımdan ay üzlü yarımı,

Yaş tökər ulduz kimi bu çeşmi-xunbarım mənim.

Ey bu qəmli könlümün tabü-qərarı, söylə bir,

Əhdi-peymanın nə oldu, noldu ilqarım mənim?

Şəhriyaram, gərçi mən söz mülkünün sultanıyam,

Göz yaşımdan basqa yoxdu dürri-şəhvarım mənim.

DÖYÜŞ

Nədən bu halımı, ey şux, zar edib getdin?

Bu intizarı əcəb intizar edib getdin.

Təbəssüm ilə gəlib sonradan acıqlandın,

Məni bu dərdə neçin sən düçar edib getdin?

İnan, yaman dolanır ruzigarı yaxşıların,

Bu ruzigara məni etibar edib getdin?

Vüsal fikri bir an keçməmişdi qəlbimdən,

Məni kəməndə salıb, sən fərar edib getdin.



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə