MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə33/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   29   30   31   32   33   34   35   36   ...   106

_____________Milli Kitabxana______________

"Rəhab" ilə "Nəva"dən pəncə qoy "Rast pəncgah" üstə,

"Mərkəb xan" edir məhdur, qoy İsrafil çala suri.

"Qarabağım" çıxıb əldən "Segahım" qoy "Yetim" olsun,

İgidlər yurdusa, bir gün guruldar təbli-şeypuri.

"Humayun" dəstgah olsan sazında, Şəhriyar, yad et

Ki, millət şairi Safi bizə yazmış bu dəsturi.

İMAN İLƏ GETDİ

Yığdı xeyrü bərəkət süfrəsin, ehsan ilə getdi,

Əmn-amanlıq da yükün bağladı, aman ilə getdi.

Bəy-xan olmasa, - deyərdik, - olacaq kəndimiz abad,

O xarab kət də vəlakin elə bəy-xan ilə getdi.

Silu dair olalı hər nə dəyirman yığışıldı.

Amma xalis-təmiz unlar da dəyirman ilə getdi.

Müstəbid sultanı saldıq ki, ola xəlqimiz azad,

Sonra baxdıq ki, azadlıq da o sultan ilə getdi.

Bir "bəli, qurban!" olub indi bizə min "bəli, qurban",

Amma "xələt verən" o bir "bəli qurban" ilə getdi.

Düz müsəlmanə deyirdik: qulağı tüklüdü bədbəxt,

İndi bax, gör ki, o düzlük də müsəlman ilə getdi.

Vermə, - Sabir dedi, - o dolma-fisincanı axunda,

Ağzımızdan da dad ol dolma-fisincan ilə getdi.

Dedi - insanımız azdır, hamı insan gərək olsun,

Amma insanlığımız da o az insan ilə getdi.

Bu qədər dəftərü əsnad ilə bir haqqa çatan yox,

Haqq verənlər pitigi Mirzə Qələmdan ilə getdi.

Bizdə bir din qala bilmişdi miras, bir də bu İran,

Din gedəndə dedi: "Tək getmərəm!" İran ilə getdi.

Yorğanı oğru qapanda dedi Molla Nəsrəddin:

- Neyləsin, çıplaq idi, oğru da yorğan ilə getdi.

İstədik qanla yuyaq ölkəmizin ləkksin, amma

Ölkəmiz xalis özü ləkkə olub qan ilə getdi.

Hava insanı boğur baş-başa "qaz-karbonik" olmuş,

Yel də əsmir, elə bil, yel də səliman ilə getdi.



_____________Milli Kitabxana______________

Su Kərəcdən xlor ilə gəli bu paslı dəmirdə,

Görəsən "Şah suyu" tək çeşmə nə ünvanilə getdi?

Türki olmuş qadağan, divanımızdan da xəbər yox,

Şəhriyarın dili də "vay!" deyə divan ilə getdi.

HƏKİMƏ CAN

Sən vətəndən sarı qəlbin döyünürsə, maralım,

Vətənin də maralından sarı qəlbi döyünür.

Yətəni bağruva bassan söyünərsən yenə sən,

Ki vətən də balasın bağrına bassa söyünür.

Mənim eşqim ucalıb, qürbət olub dünya mənə,

Dost duyanmır döyünür, düşmən duyanmır, öyünür.

Təbriz, Abanmah, 136.



_____________Milli Kitabxana______________

Tərcümə

şeirləri


_____________Milli Kitabxana______________


_____________Milli Kitabxana______________

QƏZƏLLƏR

GECƏ XUMARI

Yuxuma dun gecə bir laləüzar gəlmiş idi,

Gənc ikən sevdiyim o incə nigar gəlmiş idi.

Ey könül gülşəni, tufanlı zamanın keçmiş,

Yasəmənli çəmənə tazə bahar gəlmiş idi.

Meh əsib rəqsə gətirmişdi çəmən susənini,

Gül gülür, bülbül o gün gülşənə yar gəlmiş idi.

Eşidirdim fələyin mən əbədi nəğməsini,

Mehri-çöhrəmdə mənim xəndə nisar gəlmiş idi.

Fərhadın tişəsi əfsanə deyib Şirindən,

Xosrovun qarşısına orda şikar geəmiş idi.

Sərvi-nazım mənə bir an da yaxın düşmədi heç

Qol-budaq atmış idi, üstünə bar gəlmiş idi.

İstədim bir də tutum mən, ətəyindən yapışım,

Yolum üstə mənim o sevgili yar gəlmiş idi,

Çox çağırdım mən uzaqdan, səməri olmadı heç,

Qaçdı ahu kimi yar, yer ona dar gəlmiş idi.

Göz açıb gördüm o gənclik səhərindən yox əsər,

Qocalıq gündüzü axşam kimi tar gəlmiş idi.

Məstliyin dadlığı çöhrəmdə görünmürdü daha,

Ağrı sarmış başımı, dərdli xumar gəlmiş idi.



_____________Milli Kitabxana______________

Ah! Əfsunkar ömür, həsrətə bənzər kimidir,

Kimsə bilməz ki, neçün aləmə xar gəlmiş idi.

Şəhriyar yazdı bu şux incə pərişan qəzəli,

Çünki yar zülfü tək aləm ona tar gəlmiş idi.

ƏHDİNİ QIRAN SƏNƏM

Ay üzlü qırdı cəfa ilə əhdi-söhbətimi,

Qərəzlə çırpdı daşa şişeyi-məhəbbətimi.

Görüb o qönçə dodaqlı çətin həyat sürürəm,

Bəyənmədi belə ağır keçən məişətimi.

Könüldə kimsəyə kin bəsləməzdim, ah, konlüm,

Edibsə ayinə tək aydın hər küdurətimi.

Zəlalətin yoluna qoymayın düşüm məni siz,

Təmiz ürəkli hanı, eyləsin dəlalətimi.

Nə istəsə ürəyin, razılıq verər bu könül,

Ya istə izzətimi sən mənim, ya zillətimi.

O sərvi-nazi-nəhalın ola həmişə uca

Ki, sayəsində onun tapdım istirahətimi.

Ona məlamət əgər eyləsəm bu aləmdə,

Rəvadı cümlə-cahanın çəkim məlamətini.

Nə əmri olsa itaətdi borcum hər yerdə,

Gərək qəbul edə ancaq o da itaətimi.

Niyaz ilə baş əyib dərgəhi-xudavəndə,

Onunla mən görürəm cümlə rənci-möhnətimi.

Gileyli olmamışam mən kərəmlə feyzindən,

Yetər, verib mənə təbi-səfayi-niyyətimi.



_____________Milli Kitabxana______________

Çəkilməsəm yox əcəb bir kənara üzlətdən,

Yetib səadətə könlüm, atıb o üzlətini.

Həqir külbəm olub aşiyah vəfaya mənim,

Salıbdı üstümə kölgə humayi-himmətini.

Səzadı dövləti azadlığın həmişə ona

Ki, Şəhriyar sanır azadələr rəiyyətini.

CƏNNƏT QUŞU

Mənimlə bir gecə, aydan gözəl yarım, səhər etdin,

Günəştək aşiyanımdan səhər vaxtı səfər etdin.

Gəlir ətrin şəbistani-vəfadan indi də hər an,

Gecə şamtək ətir saçdın, mənim ilə səhər etdin.

Səfa verdin bu dərvişə, olum kuyində mən qurban,

Böyük sultan idin dərvişə, canan, xoş nəzər etdin.

İki quş tək qucaqlaşdıq, məhəbbətlə, fəqət əfsus,

Humayım, sən səhər uçdun, məni bibalü pər etdin.

Uçub göylərdə sən seyr eyləyirkən bir kiçik quşdun,

Neçin torpaqdakı zindan yuvama sən güzar etdin?

Mənə munis baxışlarla baxıb bir başqa tədbir tök,

Mənim bünyadımı baxmaqla son zirü zəbər etdin.

Gözün yadilə vəhşi laləyə mən munis olmuşdum,

Qəzalım dağlara saldm, işimi qəm-kədər etdin.

Səmavi gözlərinlə ilk görüşdə bir dəfə baxdın,

Mənə eşqin cahanında nə vardırsa xəbər etdin.

Anamçın ağlaram hər an onu mən yada saldıqca,

Ata yurdundan, ay canan, bu tifil dərbədər etdin.



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə