MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə29/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   25   26   27   28   29   30   31   32   ...   106

_____________Milli Kitabxana______________

Bir də mən sənə çataydım,

Sənilən qucaqlaşaydım.

Sənilən bir ağlaşaydım.

Yenidən uşaq olurkən

Qucağında bir yataydım.

Elə bir behişt olursa,

Daha mən öz Allahımdan

Başqa bir şey istəməzdim.

BACIM OĞLU BƏHRUZUN

BAYATILARI

Əcəl kəsdi yanıvı,

Ax;r aldı canıvı.

Qırxıvı tutan gecə

Oxudum elanıvı.

Başıva dolanmadım,

Başımı yolanmadım.

Xanbamın qəm günündə

Şərik də olanmadım.

Bu xəbər xoşa gəlməz,

Bu yatan huşa gəlməz,

Zəhməti başa gəlsə,

Nisgili başa gəlməz.

Göz açdı bir zamanda

Ki hamı əlamanda,

Nə çəkdi qurd əlindən

Bu qaranlıq dumanda.

Eşidib bilənmədim,

Yasıva gələnmədim.

Sənlə mən, yazıq balam,

Bir deyib gulənmədim.



_____________Milli Kitabxana______________

O şirin dil aşması,

Dad-duzlu danışması,

Nə qoşaymış, quşumun

Qonmasilə uşması.

Sel gələr divar yıxa,

Qəm gələr ürək sıxa.

Ev yıxan cavan dağı

Olur ki, yaddan çıxa?

Yas gərək qara geyə,

Yaslılar xinov yeyə.

Bacılar başın yola,

Qardaş vay! - deyə-deyə.

Yas gəli, qəm yedirdi,

Saz kimi söz dedirdi.

Qabağca biz gedirdik,

Niyə Bəhruz gedirdi?

Yaz gələr əbir versin,

Qış gələr qəbir versin,

Cavana qəbir verən

Qocaya səbir versin.

Qurtarıb məhərrəmin,

Quyladı axır qəmin.

Qoydu biz qalanlara,

Dünyanın cəhənnəmin.

Bikəsə kəs verən yox,

Səsinə səs verən yox,

Fərmanlar hamı "Atəş!"

Bir "Atəşbəs" verən yox.

Ürək ki xoş olmasın,

Dünyada kaş olmasın.



_____________Milli Kitabxana______________

Ana can, oğul yeri

Boşdusa, boş olmasın.

Səadət səidlərə,

Lənət də yezidlərə.

Bəhruz da şəhid oldu

Qoşuldu şəhidlərə.

Pozular bu nizamlar,

Gələcəklər imamlar.

Şəhidlər duracaqlar,

Alınar intiqamlar.

DOKTOR CAVİD DƏ GETDİ

Dünya əvəz dəyişdi,

Heyva verən nar alı.

Amma mənim qəlbimdə

Geniş yerin dar alı.

Doktor Cavid də getdi,

Yaralıyam, yaralı,

Qoca - əcəl malıdır

Köhnəni simsar alı.

San çəyirtkə gəlsə,

Sel qabağın sar alı.

Amma əcəl qabağın

Nə bel, nə beldar alı.

Yay can ala bilməsə,

Qış gəli çarçar alı.

Yoxdan ki bir zad çıxmaz,

Behişti də var alı.

Sən varı iysar elə,

Darlığı iysar alı.

Şəhid ol yar yolunda,

Şəhid olan yar alı.

Allah yolundan çıxan

Nuru satar, nar alı.



_____________Milli Kitabxana______________

İman olsa, Allahın

Dilindən ilqar alı.

Mən nə orda, nə burda,

Heç bilmirəm haralı.

Bülbül cəh-cəh alanda,

Qarğa da qar-qar alı.

Qarabəxt dağa çıxsa,

Dağın başın qar alı.

UŞAQLAR

Uşaqlar dil açanda,

Ağaclar gül açanda,

Gözün bir işıqlansın,

Sazın bir aşıqlansın.

Bir oğlan, bir qız gördün,

Bir ay, bir ulduz gördün.

Eşqin bir yada gəlsin,

Ağzın bir dada gəlsin.

Deyirdim itən yaxşı,

Cövüz kimi bitən yaxşı

Dünyanı dolanmışam,

Hər yerdən vətən yaxşı.

MƏCNUN

Məcnun ilə mən məktəbi-eşq içrə oxurduq,

Mən Müshəfi xətm etdim, o, "Vəlleyli"də qaldı.

Bir gün də eşitdik ki, düşüb çöllərə Məcnun,

Vəlleyl olub virdi, cavankən də qocaldı.

Bir gün də xəbər gəldi ki, velleylisi ilə

Can verdi, cahan içrə yaman vəlvələ saldı.



_____________Milli Kitabxana______________

OYUN OLDUQ

İtimiz qurd olalı, biz də qayıtdıq qoyun olduq,

İt ilə qol-boyun olduq.

İt əlindən qayıdıb, qurda da bir zad boyun olduq,

İt ilə qol-boyun olduq.

Qurdumuz dişlərini hey qara daşlarda itiltdi,

Qoyunun da işi bitdi.

Son, soxuldu sürüyə, bir sürünü sökdü-dağıtdı,

Əkilib, it gedib itdi.

Biz də baxdıq it ilə qurd arasında oyun olduq.

İt ilə qol-boyun olduq.

ÇABALIR ÜRƏK SİNƏMDƏ

Aynaya baxanda gördüm saqqalıma dən düşübdü,

Mən ki çox qocalmamışam, bilmirəm nədən düşübdü.

Hünər olsa ruh cavandır, hələ-hələ düşgün olmaz,

Ondakı gördün düşübsən, bu nəfir bədən düşübdü.

Oraya ki, sən gedirsən, quyular açıbdı ağzın,

Şeytanın toru yamandır, hər gəlib-gedən düşübdü.

Nə qədər başın səlamət, əl-ayaq da başsız olmaz,

Ayağa dəmir düşəndə, başıva çədən düşübdü.

Quyudan ki, xəlqə qazdın, çıxa bilməsən səlamət,

Adam incidən bəlayə adamincidən düşübdü.

Çabalır ürək sinəmdə başı kəsilmiş toyuqtək,

Pilləni çıxanda gördüm sinə nəfədən düşübdü.

Sərçədən, siçandan artıq toru biz quranda düşməz,

Amma şir torun quranda fil, ya kərgədan düşübdü.

Şəhriyar Ədəndən ayrı, mirvari yetim qalanda

Yəməni-Cənubidən də baxasan Ədən düşübdü.

QARABASDI HEKAYƏSİ

Dünən gecə cinlər qoşun çəkdilər,

Mən qorxudan cınqırığım çıxmadı.

Yorğan üstdən mənə sınx çəkdilər,




_____________Milli Kitabxana______________

Mən də sırtıx, heç sırığım çıxmadı.

Birdən durub cırıqların çıxartdım,

Kimdi desin mən cırığım çıxmadı.



AĞIZ YEMİŞİ

Bir gün ağız qalı boş,

Bir gün dolu dad olu,

Gün var ki, heç zad olmaz,

Gün var ki, hər zad olu.

Bəxtin dura, baxarsan,

Yadlar qohum-qardaşdı,

Amma bəxtin yatanda,

Qohum-qardaş yad olu.

Çalış adm gələndə

Rəhmət oxunsun sənə,

Dünyada səndən qalan

Axırda bir ad olu.

Gördün işin əyildi,

Durma, əkil, gözdən it,

Dostun görər darıxar,

Düşmən görər şad olu.

YAR QASİDİ

Sən yarımın qasidisən,

Əylən, sənə çay demişəm.

Xəyalım göndəribdi

Bəski mən ax-vay demişəm.

Ax! Gecələr yatmamışam,

Mən sənə lay-lay demişəm.

Sən yatalı, mən gözümə

Ulduzları say demişəm.

Hər kəs sənə "ulduz" deyə,

Özüm sənə "ay" demişəm.

Səndən sora həyata mən




Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə