MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə28/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   24   25   26   27   28   29   30   31   ...   106

_____________Milli Kitabxana______________

Deyirəm bəs yenə haman adamam,

Yenə sabiq kimi idarəm var,

Tələsik istirəm duram, baxıram,

Bel-buxun, qol-qıçım daha qalxmır,

Daha qüdrət yoxum, durum ayağa.

Qocalıq heç hələ yadımda deyil,

Deyirəm bəs yenə naxoşlamışam.

İstirəm səsləyim yenə xanımı

Ki, davan var gətir, yenə naxoşam.

Amma ev sanki bir qəbristandır,

Hop tutub qızların cığan-vığanı.

Nə küsüblər ki, heç danışmırlar,

Heç xanımdan da səs-səda yoxdur.

Elə bil bir də silkəlillə məni,

Huşum azmış yolun tanıb qayıdır.

Özümü axtarıb, yenə tapıram,

Oxunur ancaq alnımın yazısı.

Burda birdən çökür qaranlıqlar,

Sanki dam-daş uçur mənim başıma.

Qalmışam dam-divarlar altında,

Bir qaranlıq qəbirdəyəm ki, daha

Heç tərəfdən işıqlığım yoxdur.

İçərim sanki öz səsimlə deyir:

- Sən ölübkən, qəbirdə xortdamısan!

Nə xanım? Arvadın on ildi ölüb!

Arvadın öldü, qızların köçdü,

Qocalıq gəldi, qələni aldı.

Səni kor quş kimi basıb qəfəsə,

Nə qoyubsan, əmi, nə axtarısan?

Bir kəsin qalmayıb. Hamı getdi,

Qoca da sən kimi qərib olmaz.

Qocalar içrə də yetim sənsən,

Sən imişsən ölən, xanım dirilib.




_____________Milli Kitabxana______________

Yaramın közməsi qopub acışır,

Hər zadın ziddi də özüylə gələr.

Qərə gün ağ günü salır yadıma,

Sinəmin sazları sızıldırlar.

Dibdə qəlbimdə zar-zar ağlıyaraq,

Farsi bir qitə var, düşür yadıma.

Azəri Bəydili belə yazmış,

O yazıq da mənim halımda imiş:

"Pirəm o adəti-teflan darəm,

Ba mən in şuxi təbərzani.

Vəqti əz xəndə məra qolrizi,

Vəqti əz gerye qolab əfşani.

Əgərəm xəndə nə əz bixərədi,

Və gərəm geryə, nə əz nadani.

Əvvələm xəndə ze bidərdi bovəd,

Vaxərəm gerye ze bidərmani".

1

ALLAH BOYAĞI

İslam oyatdı xalqı, başın qovzayan qaçır,

Şeytan bacarmadı ki, yatanlar oyanmasın.

Hər rəngi at, fəqət boyan Allah boyağına,

Hər aldadan boyaqlara qəlbin boyanmasın.

Xəlqin gözün oyardı şahın mirqəzəbləri,

Qoy bir oyulsun öz gözü, ta göz oyanmasın.

Təbliğ o payədə gərək olsun ki, müddei

Bir nöqtəsində zəfinə barmaq qoyanmasın.

Qocayam, amma uşaqların adətindəyəm.

Mənimlə təbiət belə zarafat eləyir.

Elə vaxt olur ki, gülməyimlə gül tökülür,

Bəzən də ağlamağımla gülab tökürəm.

Əgər gülürəmsə ağılsızıqdan deyil,

Əgər ağlayıramsa da nadanlıqdan deyil.

Əvvəl gülməyim dərdsizlikdəndir,

Sonrakı ağlamağım dərmansızlıqdandır.




_____________Milli Kitabxana______________

Əlfazi möhkəm etməli, mənanı çox lətif,

Sözlər gərək soğandısa, hər kəs soyanmasın.

Amma gecə namaz da qılırsan, yavaşca qıl,

Qoy zəhmətilə huşlanan olsa, oyanmasın.

Ağzında dadlı sözlərüvü sən də, Şəhriyar,

Eylə bişir ki, xəlq dadından doyanmasın.

XAN NƏNƏ

Xan nənə, hayanda qaldın?

Belə başıva dolannam.

Necə mən səni itirdim!

Da sənin tayın tapılmaz.

Sən ölən gün əmmə gəldi,

Məni götdü ayrı kəndə.

Mən uşaq, nə anlayaydım?

Başımı qatıb uşaqlar,

Neçə gün mən orda qaldım.

Qayıdıb gələndə baxdım,

Yerüvü yığışdırıblar.

Nə özün və nə yerin var,

"Hanı Xan nənəm?" soruşdum.

Dedilər ki: Xan nənəmi

Aparıblar Kərbəlayə.

Ki şəfasın ordan alsın.

Səfəri uzun səfərdir.

Bir-iki il çəkər gəlincə.

Necə ağladım yanıqlı,

Neçə gün elə çığırdun

Ki səsim, sinəm tutuldu.

O, mən olmasam yanında,

Özü heç yerə gedəmməz.




_____________Milli Kitabxana______________

Bu səfər nofubdu, mənsiz

Özü tək qoyub gedibdi.

Hamıdan acıq edərkən,

Hamıya acqlı baxdım.

Sora başladım ki: mən də

Gedirəm onun dalnıca.

Dedilər, səninki tezdir,

İmamın məzarı üstə -

Uşağı aparmaq olmaz,

Sən oxu, Quranı tez çıx,

Sən onu çıxınca, bəlkə

Gələ Xan nənə səfərdən.

Tələsik rəvanlamaqda

Oxuyub Quranı çıxdım.

Ki, yazım sənə: Gəl indi,

Daha çıxmışam Quranı.

Mənə sovqat al gələndə.

Amma hər kağız yazanda

Ağamın gözü dolardı.

Sən də ki, gəlib çıxmadın,

Neçə il bu intizarla

Günü, həftəni sanardım.

Ta yavaş-yavaş göz açdım,

Anladım ki, sən ölübsən!

Bilə-bilmiyə hənuz da

Ürəyimdə bir itik var.

Gözüm axtarar həmişə,

Nə yamandı bu itiklər.

Xan nənə, canım, nolaydı,

Səni bir də mən tapaydım,

O ayaqlar üstə bir də

Döşənib bir ağlıyaydım.

Qolu həlqə salmış iptək

O ayağı bağlıyaydım.



_____________Milli Kitabxana______________

Ki, daha gedəmmiyəydin.

Gecələr yatanda, sən də

Məni qoynuva alardın.

Necə bağrıva basardın,

Qolun üstə gah salardın.

Acı dünyanı atarkən

İkimiz şirin yatardıq.

Yuxuda lülü atarkən

Səni mən bələşdirərdim.

Gecəli su qızdırardın,

Özüvü təmizləyərdin.

Genə də məni öpərdin,

Heç mənə acıqlamazdın.

Savaşan mənə kim olsun,

Sən mənə havar durardın.

Məni sən, anam döyəndə

Qapıb aradan çıxardın.

Elə istilik, o istək

Daha kimsədə olurmu?

Ürəyim deyir ki: Yox-yox.

O dərin, səfalı istək

Mənim o əzizliyim tək

Sənilə gedib, tükəndi.

Xan nənə, özün deyərdin

Ki, sənə behiştdə Allah

Verəcək nə istəyirsən.

Bu sözün yadında qalsın,

Mənə qövlünü veribsən.

Elə bir günüm olursa,

Bilisən nə istərəm mən?

Sözümə dürüst qulaq ver:

Sən ilən uşaqlıq əhdin.

Xan nənə, aman, nolaydı,

Bir uşaqlığı tapaydım.



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə