MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə40/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   36   37   38   39   40   41   42   43   ...   106

_____________Milli Kitabxana______________

Hurim, mələyim, gözlərimin nuri də sənsən,

Səndən savayı dünyada hər şeydən usandım.

Qumru oxudu Şəhriyarın nəğməsin əzbər,

Sərvim, başına qumru kimi bir də dolandım.

NAKAMLIQLAR

Həyat oldu, mən oldum, bir də dərdü qəm oldu,

Bircə bu qəmli ürək şairə həmdəm oldu.

Nakamlığa o qədər öyrəşdim bu dünyada,

Həsrət xoş günümdə də qəlbimə məlhəm oldu.

Söylə, necə döndərim bu dönük taleyimi,

Dünya mənə əzəldən bir dönük aləm oldu.

Ayrılıq alovunda bir saza dönmüş könül,

Dinən ürək tellərim gah zil, gah da bəm oldu.

Adımdan, şöhrətimdən nə xeyir aparmışam,

Mənim şeir aləmim bir sonsuz ələm oldu.

Mən yazığa bir kərə zülfü də ram olmadı,

Məni ram edən, fəqət yenə bəxtikəm oldu.

Dünya sirrini duydum çöhrəsindən saqinin,

Duyan ürək sirrimi Hafizlə Xəyyam oldu.

Şəhriyar, vərəqləri yu peşmanlıq yaşıyla,

Qoy pozulsun adın da, sənə min sitəm oldu.

ƏLİM ƏTƏYİNƏ

Nə vəslini görəydim, ey gül, nə hicranını,

Yandı canım cəfayə, gəl öldür qurbanım.

Döz deyirdin, eşqinə illərdir dözürəm mən,

Səbrim yoxdur, a zalım, təzələ peymanını.

Bülbültək nəğməxanəm, sənsə gül kimi parlaq,

Tikanlardan uzaq tut o gültək damarımı,

Vəslini istəmirəm, eşqini alma məndən,

Alışmışam dərdinə, istəməm dərmanını.



_____________Milli Kitabxana______________

Mənim yorğun ümidim güləşir əcəlimlə,

Ölümmü, ya qalımmı, de, buyur fərmanım.

Qəlbimdə keçən gecə hicrinlə danışırdım,

Ağlar gözlə ürəkdən soruşdum sultanını.

Gecələr sayə kimi sürünürəm qəsrinə,

O ümidlə ki, görüm uzaqdan eyvanını.

Gözüm yaşına bənzər ləldən boyunbağın,

Məzlum qanı olmaya, tutar giribanını.

Necə dözsün ürəyim sonsuz dərdü qəminə,

Azalt, ey daş ürəklim, dərdi-firavanını.

Ürəksizlər də sevir şerini, ey Şəhriyar,

Vüsal ərməğanıdır, uca tut divanını!

MƏNƏ HƏMDƏRD OLAN NEY

Danış, ey ney, sənintək qəmliyəm mən,

Əzəldən sirli bir qəm axşamım var.

Ürək yüz yarə almış yar əlindən,

Nə səbrim, nə davam, nə də şamım var.

Ay üzlüm bircə an girdi qapımdan,

Acı tufanlara düşmüş kəmim var.

O getdi, sinədə yandırdı məşəl,

Məni tərk etməyən yüz bir qəmim var.

Özüm öz qəlbimə toy vədə qıldım,

Ürək hardan biləydi mıatəmim var.

Açar güllər səhər, bilməm nədəndir

Gözümdə hər gecə gur şəbnəmim var.

Məgər bətnimdə təbim bəslər İsa?

Ürəkdə bir müqəddəs Məryəmim var.

Necə mən əl üzüm ləlindən, ey gül,

Əlimdə bir dəyərli xatəmim var.

Qırılmaz qollarım varsa cahanda,

Qəmim tək bir basılmaz Rüstəmim var.

Qəmin dəryadır artıq Şəhriyara,

Kimə söylər ürək tək məhrəmim var.



_____________Milli Kitabxana______________

HƏZİN TƏRANƏ

Qəlbim eşqin nəvasına başlayanda hər səhər,

Ulu tanrım, özün söylə, neyləsin bu dərbədər.

Dünən gecə yatmamışam naləsindən ürəyin

Bu gün odlu nəğməsini kaş edəydi müxtəsər.

Yazıq sənin bağbanına, bar gətirməz zəhmətin,

Həyatmı bada vermiş, ömrü getmişdir hədər.

Dünən gecə göz yaşında qərq olmuşdu ürəyim,

Gül yanaqlım, həsrətində nələr çəkmişəm, nələr?!

Köç qəlbimdən, qorxuram ki, göz yaşımın tufanı

Sənin könül otağını edə yerlə bərabər.

Məhəbbətin yollarında ömür qoyan aşiqə

Bir nəzər qıl, yola sal ki, gəlib çatdı son səfər.

Xəyalına söylə qalsın, hicranına alışım,

Öz alovlu eşqinə də, lütf eyləsin bir qədər.

Ey vəfasız, qorxuram ki, ölüb gədəm, dünyada

Məndən sonra əhvalına acımaya bir nəfər.

Gördün yazıq pərvanənin nahaq tökülən qanı

Qoymadı ki, şəm eyləsin zülmətini al səhər.

Şəhriyarın ürək yaxan qəmli təranəsini

Eşq oduna alışanlar əzbər deyəcək, əzbər.

CANANIN CİLVƏSİ

Camalın etə bir şam alışdırdı, sevgilim,

Elə şam ki, əzəldən pərvanən idi sənin.

Ağlımın pərdəsini parçaladı məhəbbət,

Ağlım çıxdı başımdan, divanən idi sənin.

Fələyin kuzəsinin aytək piyaləsi var,

Əlində saxladığı peymanən idi sənin.

Müdrik qoca qoruyur cavanları şərabdan,

Özünün məskənisə meyxanən idi sənin.

Göyün doqquz süfrəsi yenə aşıb-daşırdı,

Göz dikdiyi, gəzdiyi ənbanən idi sənin,

Dünən gecə yatmayıb, sübhü gözümlə açdım,

Quşların cəhcəhində əfsanən idi sənin.



_____________Milli Kitabxana______________

Bubbu quşu o bağda səndən söhbət açırdı,

Vəsf etdiyi o zülfün, o şanən idi sənin.

Gözlərinin xumarı pozdu xumarlığımı,

Xumarlığın nəğməsi təranən idi sənin.

Səndən başqa hamıya biganədir ürəyim,

Fəqət bu vurğun ürək biganən idi sənin.

Sübhə kimi uzandı Şəhriyarın naləsi,

Başqa bir ağların yox, yeganən idi sənin.

DİVAN VƏ DİVANƏ

Yarəb, rəva deyildir, canan düşə ayaqdan,

Dərdi canıma düşsün, getsin yolunda bu can.

Bir ömür ağlamışdım, tanrım, rəvamı indi

Onsuz qalım bu yolda bir də olum peşiman.

Zülm eyləmişsə yarım, mən razıyam cəfayə,

Dözməm əzabına, gəl, eylə o dərdə dərman.

Hicrində qılmışamsa min bir fəğan, rəvadır,

Lakin rəva deyildir, bir dəfə qılsın əfgan.

Əfsunlu gözlərinə bir gün gözüm sataşdı,

Ruhum, canım alışdı, od qalxdı varlığımdan.

Məntək uğursuz eşqə salma o gül camalı,

Məntək məhəbbətində qoy olmasın pərişan.

Əl üzdüm arzulardan, hardandı məndə o bəxt,

Bir gun bu göz yaşımtək damanə düşə canan.

Mən bir gün ağladımmı, özüm-özümə bir gün,

Qılsın fələk nə yerdən səhmansız ömrə səhman.

Ovçu xəyal birdən atsa aya kəməndin,

Mehtab tora düşərsə, nurla dolar bu zindan.

Peşınanlıq eyləyər bil, divanə Şəhriyara,

O gül camalı, vallah, düşsə əlinə divan.

BAYRAM AXŞAMI

Gəldi bayram axşamı ay üzünün nurunda,

Öz novruz süfrəmizi bu il açaq, sevgilim!

Köhnə il köhnə qəmlə köçüb getdi dünyadan,

Yeni ildə qəlblərə fərəh saçaq, sevgilim!



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə