MəHƏMMƏDHÜseyn şƏHRİyar seçİLMİŞ ƏSƏRLƏRİ



Yüklə 2,39 Mb.
Pdf görüntüsü
səhifə42/106
tarix15.03.2018
ölçüsü2,39 Mb.
#32089
1   ...   38   39   40   41   42   43   44   45   ...   106

  

Milli Kitabxana  

 

 



Onun ay çöhrəsin daim tutardı halətək tellər, 

O tellər burdadır, burda tutulmuşdur Qəmər, burda. 

 

Səhər lazım deyil əsla, günəş, durma yatağından! 



Bu axşam ki, Qəmər burda, Qəmər burda, Qəmər burda! 

 

ARAZIN QAYIQLARI 

 

Nəğməkar bülbül idim, düşdüm uzaq bağımdan, 



Güllərimdən aralı qəlbimə ox vurdu tikan. 

 

Çox təəssüf, tikana səhv eləyib gül demişəm, 



Olmuşam indi, nə etmək, əməlimdən peşman. 

 

Kəkliyi şahin əgər tutsa, bu bir adətdir, 



Məni quzğunlara yem etdi bu nakəs dövran. 

 

Gül göyərtməz günəşin nuru şoranlıqlarda, 



Tərbiyəylə nə cürə əhl olacaq bir nadan? 

 

Eşqə hörmət eləyin, səcdə edin meykədəyə, 



Gələ bilməz bura məhrəm kimi hər bir insan. 

 

Bu suyunda Kərəcin zövqü-səfa görməmişəm! 



Kaş minəydim qayığa öz Arazımda bir an. 

 

Dostların xatirəsi çıxmayacaq qəlbimdən, 



Unudarmı çəməni, bülbülü həbs etsə zaman? 

 

Şəhriyara, demə sən qəmlə ki, qəmxar hanı? 



Göz yaşın tək belə bir yar veribdir hicran. 

 

İNDİ NİYƏ? 

 

Gəlmisən, canım sənə qurban ola, indi niyə? 



Düşmüşəm əldən daha, ey bivəfa, indi niyə? 

 

Nuşdarusən, fəqət Söhrab ölüb, gec gəlmisən! 



Eyləməz təsir ona heç bir dəva, indi niyə? 

180 


 

 

 




_____________Milli Kitabxana______________

Mümkün olsa mərhəmət qıl, ömürlərdə yox vəfa!

Söyləmə mehmanına zövqü-səfa indi niyə?

Gənc idim, ləzzət alırdım, nazəninim, zülmdən,

Eyləyirsən söylə bəs cövrü cəfa indi niyə?

Bir şirin-söhbət üçün əydim önündə qəddimi!

Zəhrtək verdin cavab Fərhadına indi niyə?

Ey qara hicran, elindən bircə dəm göz yummadım!

Bəxtimi sən tutmusan bu laylaya indi niyə?

Asiman qıldı pərişan, halımı zar eylədi!

Qaldırıbdır qəhr ilə min bir bəla indi niyə?

Sən ki, gül hicrində, təbim, lal kimi xamuş idin,

Salmısan bülbül kimi şurü nəva indi niyə?

Sən Həbibsiz, Şəhriyarım, getməz idin heç yana,

Son səfərdir, tək çıxıbsan sən yola indi niyə?

EY VƏFASIZ

Ey vəfasız, səni mən ta özümə yar elədim,

Gül kimi ömrümü saldım ayağa, xar elədim.

Əhdü peyman bizim, zövqü səfa özgələrin,

İnanıb andına əvvəl səni dildar elədim.

Kafir olsaydı əgər rəhmə gələrdi, gözəlim,

O qədər ki, sənə mən dərdimi izhar elədim.

Qeyr ilə həmdəm olub qəmlə məni yad elədin,

Səndən ötrü haımnı könlümə əğyar elədim.

Qoymusan nazbalışa başını, hardan biləsən

Ki, daş üstündə nə cür cismimi bimar elədim.



_____________Milli Kitabxana______________

Ata dağiylə yanan körpə kimi dərdindən,

Ətəyində anamın odlu fəğanlar elədim.

Sırğanın dürrünə bənzər bu axan göz yaşımız,

Bu səbəbdən onu mən min dəfə təkrar elədim.

Dinləməz bir də fələk kimsə şikayət etsə,

Çünki fəryadım ilə artıq onu kar elədim.

Göz dikib mən qapma hər gecə ta sübhə kimi,

Aləmi öz başıma həsrət ilə dar elədim.

Şəhriyara, məni zülm ilə o, pamal etdi,

Ta öpüb yollarını, eşqimə sərdar elədim.

ƏFSANƏ ŞAİRİ

Gəl bu hicran dərdini Nima, çəkək bir yerdə biz,

Həmfikir, həmdərd olaq, məskən salarsaq harda biz.

Qaf dağından son yol aç, mən bu kahadan, birləşək,

Eylə gülsün bəxtimiz, ayrılmayaq heç yerdə biz.

Eylədi gözdən bizi bu ərşə qalxan tüstülər,

Bir iştq tapsaq, yəqin ki, düşmərik bil, dərmə biz.

Bu çırağın nuruna nurlandı tək eyvanımız,

Qəsrlərdə şam kimi yandıqca qaldıq darda biz.

Od salıbdır sinəyə bir də pərişan şanələr,

Gəl pərişanlıq alaq bu şanələrdən burda biz.

Mən də səntək almışam əfsanələrdən ilhamı,

Düşməyək kaş ki uzaq ilhamdan, olsaq harda biz.

Verdilər eşqin camından qətrə-qətrə bizlərə,

Gəl quraq məclis bu rindlərlə xeyirdə-şərdə biz.

Bil ki, mərdlikdən deyil, döndərsək üz meyxanədən,

Çünki örnək olmuşuq, örnək olaq hər mərdə biz.

Gəl ki, bu meyxanəyə çökmüş sükutu sındıraq,

Heç rəvamı olmayaq sadiq belə tədbirdə biz.

Gizlidə gülmək gərək divanənin fəryadına,




_____________Milli Kitabxana______________

Bil ki, bu hikmətlərə olmaz çəkərsək pərdə biz.

Dünyanın boynundakı muncuq da gildəndir, fəqət,

Ondakı mənanı çox müşküldü tapsaq zərdə biz.

Hər gözəl bil, tərif ilə yüksələ bilməz yəqin,

Özgə bir məna gəzək hər ləldə, hər gövhərdə biz.

Biz ki, bülbül olmadıq, bağ-bağçalarda gəzmədik,

Bəlkə viranlıq gəzək bayquş kimi hər yerdə biz.

Neyləyək, pərvanə tək yanmaqda aciz olumuşuq,

Şam olaq, matəm tutaq pərvanəyə gəl bir də biz.

Bu çəkilməz dərdlərə yadlar uzaqdan güldülər,

Dərdmənd olduq fəqət, hər dərdliyə, hər fərdə biz.

Körpətək vardır gülən, hər kəlməni hədyan sanan,

Gəl ki, bu nadanların dərsin verək şerdə biz.



SƏNİN AYRILIQ GECƏN

Sən bahardan da gözəlsən, gözümdə bil, gözəlim,

Səni görməzsə açılmaz bu çəmən, çöl, gözəlim!

Qoyma hicrində ürək şan-şan ola, yalvarıram,

Gəl vüsalınla üzümdən bu qəmi sil, gözəlim!

Gözlərimdə qaralır dünya o qaşın kimi, bil,

Mənə şəkk eyləmə sən, şəkk eləmə gəl, gözəlim.

Tel-tel ağlar kamanım seyrə çıxa sərvi-rəvan,

Bəlkə çaylardı axar, yoxsa coşar sel, gözəlim.

Qızarar çöhrəni görcək necə də gör lalə,

Bənövşə, lalə kimi yox həyalı gül, gözəlim.

Hər baxanda utanar gözlərim əsmər üzünə,

Qara zülfün işığında gəzim el-el, gözəlim.

Kaş ki tərk eyləməsin ömrümü o qarə telin,

O qara tel çiləyər ömrümə nur, bil, gözəlim.

Mən nə çəkdimsə, o dan ulduzu şahiddi buna,

Yatmaram sübhə kimi, baxəbər ol, ol, gözəlim.

Gözlərimdən silinib surətin əsla getməz,

Sevgi ağlarsa, ovutmaz onu heç dil, gözəlim.

Bu rəvan təbimi gendən-genə duydun, bildin,

Onu hicrinə edərsən niyə bəs kül, gözəlim?



Yüklə 2,39 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   106




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə