MəHƏRRƏM ƏKBƏrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/59
tarix15.04.2018
ölçüsü2,8 Kb.
#38639
1   ...   33   34   35   36   37   38   39   40   ...   59

 
 
124
digər şadlıqların təşkil olunması və s.) birləşmiş agentlər, həm 
satıcını, həm də alıcını təmsil edən və  nternetdə lazımi infor-
masiyanın, malların və  yaxud xidmətlərin axtarılıb tapılmasını 
təmin eləyən axtarış agentləri. 
nternet  şəbəkəsində  kommunikasiyalar  interaktivliyi  ilə 
xarakterizə  olunur.  Elektron  bazar  şəraitində  təkcə  satıcılar 
deyil, həm də alıcılar da kommunikasiyanın təşəbbüskarı kimi 
çıxış  edə  bilirlər.  Malların  yeridilişi  kompleksi  elektron  ba-
zarda  yeni  cəhətlər  və  xüsusiyyətlər  qazanır.  Yeridilişin  yeni 
növləri  yaranmış  və  inkişaf  etməkdədir.  Buraya  interaktiv  cə-
miyyətlərin (chats, discussion groups, communities), viral mar-
keting  (informasiyanın  «ağızdan-ağıza»  yayılmasının  Internet-
variantı) yaradılmasını aid etmək olar.  
nternetin  daha  bir  vacib  xüsusiyyətlərindən  biri  mar-
ketinq elementlərinin inteqrasiya olunmasıdır. Klassik 4«P»-ni 
nternet-layihədə  ayırmaq  çox  çətindir.  Məsələn,  dizayn  və 
naviqasiya  marketinq  kompleksinin  bütün  dörd  elementinə  də 
aiddir.  
Marketinq  kompleksinin  elementlərinin  inteqrasiyası  ilə 
yanaşı  elektron  bazar  konvergensiya  prosesi,  yəni  əvvəllər 
müxtəlif bazarlara məxsus olan malları və xidmətləri bir bazara 
gətirən  proses  ilə  xarakterizə  olunur.    Konvergensiyanın  dörd 
ə
sas formasını ayırmaq olar: 
 
məhsulların  konvergensiyası.  Əgər  mal  eyni  zaman-
da  həm  fiziki,  həm  də  rəqəmli  şəkildə  mövcuddursa,  kon-
vergensiya  onlardan  birinin  aradan  götürülməsinə  səbəb  ola 
bilər;  məsələn,  elektron  kitabxana  kataloqlarının  tətbiqi  ənə-
nəvi kağız kataloqlarının tətbiqini dayandıra bilər; 
 
proseslərin  konvergensiyası.  Burada  söhbət  ondan 
gedir  ki,  eyni  bir  proses,  əvvəllər  müxtəlif  proseslərlə  yerinə 
yetirilən  müxtəlif  funksiyaların  rellaşdırılmasında  istifadə 
oluna bilər.  
 
infrastrukturun  konvergensiyası.  Bu  konvergensiya 
ona  gətirib  çıxardı  ki,  telefon  şirkətləri,  kabel  sistemlərinin, 


 
 
125
sputnik  antennalarının  operatorları  rəqiblər  kimi  çıxış  etməyə 
başladılar,  halbuki  onlardan  hər  biri  əvvəllər  öz  sektorunda 
inhisarçı üstünlüklərindən istifadə edirdilər.  
 
bazar  məkanının  konvergensiyası.  Qloballaşma  pro-
sesləri ayrı-ayrı regional və milli bazarların konvergensiyasına 
gətirib çıxarır, coğrafi əlamətinə görə inhisarçılıq aradan çıxır. 
nternetin  on-layn  xidmətləri  potensial  alıcılara  əsas 
üstünlüklər verir. 
Rahatlıq
.  stehlakçılar  malları  gecə-gündüz  tutduqları 
yerdən  asılı  olmayaraq  sifariş  edə  bilirlər.Onlara  vaxt  sərf 
etmək, yollarda tıxaclarda ilişib qalmaq, maşın saxlamaq üçün 
yer  axtarmaq,  mağazada  lazımi  malları  axtarıb  tapmaq  üçün 
sonsuz keçidlərdə gəzmək lazım gəlməyəcəkdir.  
nformasiyanın dolğunluğu
. Alıcılar evdən və yaxud ofis-
dən  çıxmadan  şirkətlər,  məhsullar  və  rəqiblər  haqqında  külli 
miqdarda müqayisəli məlumat ala bilirlər.  
Minimum həyəcan
. On-layn xidmətlərindən istifadə edər-
kən alıcılar üz-üzə gəlməkdən, inandırılmağa məruz qalmaqdan 
və emosional amillərdən tamamilə azaddırlar.  
Bazar  şəraitinə  uyğunlaşma
.  Şirkət  məhsulu  tez  bir  za-
manda  öz  çeşidinə  daxil  etmək  imkanına,  qiyməti,  malın 
təsvirini dəyişmək imkanına malik olur. 
Xərclərin azaldılması
. Kompyuter şəbəkəsi vasitəsilə ma-
ğ
azanın yaradılmasına xərc çəkməmək, icarə pulunu, sığorta və 
digər  xidmətləri  ödəməmək  imkanı  yaranır.  Çap  olunub 
ünvanlara  göndərilən  dair  kataloqlar  əvəzinə  elektron  kata-
loqlar yaratmaq olar ki, bu da daha ucuz başa gəlir. 
Qarşılıqlı  münasibətlərin  qurulması
.  Satıcılar  öz  alıcı-
larının cavablarını təhlil  edə bilir, onlardan əlavə məlumat ala 
bilir,  həmçinin  kompyuter  vasitəsilə  faydalı  məsləhətləri,  özü-
nün  kompyuter  proqramlarını,  reklam  materiallarını  pulsuz 
olaraq ötürə bilirlər. 
Auditoriyanın əhatə olunması
. Şirkətin saytına daxil olan 
adamların  sayını  müəyyən  etmək,  onların  neçəsinin  hansı 


 
 
126
qovşaqda  dayandığını  müəyyənləşdirmək  mümkündür.  Bu  cür 
informasiya  marketoloqlara  öz  təkliflərini  yaxşılaşdırmaq  və 
reklam kampaniyalarını düzgün qurmağa imkan verir. 
nternet-marketinqin  ayrı,  müstəqil  alətlərindən  biri 
bençmarkinqdir  (benchmarking)
.  Müasir  marketinq  onu  digə
firmaların  iş  üsullarının  və  strategiyasının  sistematik  olaraq 
təhlili  və  axtarışına  yönəldilmiş  fəaliyyət,  bu  təcrübənin 
öyrənilməsi  və  ondan  öz  fəaliyyətində  istifadə  olunması  kimi 
izah edir. 
Brendinq (ticarət markasının yaradılması)

Brendinqin alətləri kimi aşağıdakılar ola bilər

 
mövcud  ticarət  markasında  nternet  şəbəkəsindən 
istifadə  olunması.  Əgər  müəssisənin  özünün  ticarət  markası 
vardırsa  və  o,  istehlakçıların  inamını  qazanmışdırsa,  ondan 
elektron  kommersiya  şəraitində  istifadə  etmək  məqsədəuyğun 
olardı. 
Lakin  bu  qərarın  öz  qüsurları  da  vardır.  Məsələ  ondan 
ibarətdir ki, yeni kanal özündə müəyyən risklə bağlıdır və buna 
görə  də  müəssisə  yeni  şəraitdə  özünün  ticarət  markası  ilə  risk 
edə  bilməz.  Əgər  yeniləşdirmə  uğurlu  olarsa,  bu,  ticarət 
markasının  yenidən mövqeləşdirilməsinə  gətirib  çıxra bilər ki, 
bu da çox zaman strategiyaya uyğun gəlmir; 
 
birgə  ticarət  markasından  istifadə  olunması.  ki  və 
daha  çox  şirkətlərin  birgə  markalarından  istifadə  olunması 
sinergetik effekt deyilən effektə gətirib çıxara bilər; 
 
nternet  şəbəkəsi  üçün  yeni  ticarət  markasının 
yaradılması.  
Ə
mtəə  (mal)  strategiyası
.  nternet  əmtəə  (mal)  strategi-
yalarının  həyata  keçirilməsində  prinsipial  yeniliklərin  tətbiq 
olunmasına,  məsələn,  nternetdə  ticarət  agenti,  axtarış  ser-
verləri və s. imkan verir. 
nternet  texnologiyaları  –  yeni  mal  xətləri;  mövcud  mal 
xətlərinin  genişləndirilməsi;  mövcud  malların  təkmilləşdiril-
məsi  və  onların  yenidən  mövqeləşdirilməsi;  təqlid  oluna  bilə


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə