MəHƏRRƏM ƏKBƏrov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/59
tarix15.04.2018
ölçüsü2,8 Kb.
#38639
1   ...   34   35   36   37   38   39   40   41   ...   59

 
 
127
(imitasiya  olunan)  digər  ucuz  mallar 
kimi  yeni  mal 
strategiyalarını reallaşdırmağa imkan verir. 
nternetdə  qiymət  strategiyaları  praktiki  olaraq  bir  çox 
hallarda  ənənəvi  qiymət  startegiyalarını  təkrar  edir.  Onlardan 
daha xarakterik olanları aşağıdakılardır: 
 
bazara  nüfuzetmənin  qiymətyaranması
,  yəni  bazar 
payını əldə etmək üçün daha ucuz qiymətin müəyyən olunması; 
 
«qaymağın  götürülməsi»  metodu  ilə  qiymətyaranma

yəni  yeni  malların  daha  yüksək  qiymətlə  istifadəçilərin  daha 
novator  (yenilikçı)  hissəsinin  cəlb  edilməsi  məqsədilə 
satılması; 
 
qiymət lideri strategiyası
, yəni bir kateqoriyadan olan 
mala ən aşağı qiymətin müəyyən olunması; 
 
malın  yeridilişinin  qiymətyaranması
.  Bu  strategiya 
birinci  alışın  həvəsləndirilməsinə,  endirimli  qiymətlə  satış 
zamanı  təkrar  alışların  və  yaxud  alışların  həvəsləndirilməsinə 
istiqamətləndirilib; 
 
seqmentləşdirilmiş  qiymətyaranma
.  Bu  strategiya 
mövcud  seqment,  yer  və  yaxud  mal  üçün  qiymətin  müəyyən 
olunmasını  nəzərdə  tutur  (məsələn,  proqram  təminatı  istehsal-
çıları  bu  strategiyanı  öz  məhsullarını  təhsil  müəssisələrinə 
satan zaman tətbiq edirlər); 
 
müqaviləli  qiymətyaranma
.  Bir  çox  ölkələrdə  təkcə 
bazarlarda  deyil,  mağazalarda  da  sövdələşə  bilirlər.  nternet-
auksionlar alıcılara gözəl sövdələşmə imkanı verir; 
 
dinamik qiymətyaranma
. XML və digər texnologiyalar 
web-səhifələrinə  dinamik  olaraq  xidmət  göstərilməsini  müm-
kün edir. Marketoloqlar yeni mallar  yarandıqca, onları təkmil-
ləşdirilməklə  və  yaxud  qiymətlər  dəyişdikcə  öz  mallarının 
məlumat bazasını tez yeniləşdirə bilirlər; 
 
mallar  dəstlərinə    qiymətin  təyin  olunması  və  abunə 
qiymətləri
.  Dəstlərə  qiymətyaranma  –  bir  yerdə  qablaşdırılmış 
müxtəlif mallara vahid qiymətin qoyulmasıdır. Tərkib hissələri 
dəstdən  ayrı  da  satıla  bilər.  Məsələn,  Microsoft  bu  strate-


 
 
128
giyadan  özünün  Word,  Excel,  PowerPoint,  Outlook  proq-
ramlarını  həm  ayrılıqda,  həm  də  Microsoft  Office  dəstində 
satırlar. 
Yeridilmə  strategiyasına 
gəldikdə  isə  nternet-marketinq 
alətlərinə uyğun olaraq aşağıdakıları ayırmaq olar: 
 
nternet-reklam
 və onun müxtəlif formaları – banner 
reklamı; elektron poçt göndərişləri, o cümlədən spam;  nternet-
sayt  reklam  kimi;  icazəvermə  marketinqi  (permissiom 
marketing); yüklənmə marketinqi; 
 
satışın  həvəsləndirilməsi
  –  elektron  kuponlar; 
malların nümunələri; konkurslar və lotereyalar; 
 
cəmiyyətlə  əlaqələ
–  məzmunun  nəşr  olunması 
(brouchureware); cəmiyyətlərin qurulması; Şəbəkədə tədbirlər; 
  şə
xsi  satışlar  və  birbaşa  marketinq
  –  virtual 
marketing  (informasiyanın  «ağızdan-ağıza»  yayılmasının 
nternet-variantı); 
 
nternet-K V  – 
geniş  veriliş  və  dar  veriliş,  dar  isti-
qamətli veriliş (pointcast). 


 
 
129
 
XVIII.
  SAYTPROMOUT NQ ANLAYIŞI                                    
VƏ ONUN STRUKTURU 
 
1.
  Saytpromoutinq anlayışı 
2.
  nternet-reklam 
3.
  Partnyor proqramları və web-halqa 
 
1. Kommersiya  nternet-layihə üçün saytın sadəcə olaraq 
Şə
bəkədə yerləşdirilməsi bəs eləmir: sayta, kataloqlara, axtarış 
sistemlərinə  və  bir-birinə  yaxın  olan  mövzulara  istinadlar 
edilməli,  reklam  aksiyaları  həyata  keçirilməli,  məqsədli  audi-
toriya  cəlb  olunmalı  və  istehlakçı  birlikləri  yaradılmalı,  yəni 
saytpromoutinqlə 
məşğul olmaq lazımdır. 
Saytpromoutinq  —  saytların  tanınılmasının  artırılma-
sına  yönəldilən  nternet-kommersiya  metodları  toplusundan 
ibarətdir və özündə aşağıdakıları cəmləşdirir: 
–  nternet-reklam  və  alıcıların  cəlb  olunmasının  digər 
formaları; 
– müştərilərin saytda saxlanılması, onlar tərəfindən sayt-
da təklif olunan malların və xidmətlərin alışı, yaxud digər hərə-
kətlərin  yerinə  yetirilməsi  (qeydiyyatdan  keçmə,  yeniliklərə 
abunə yazılışı və s.) metodları; 
–  saytın  və  (və  yaxud)  şəbəkə  birliyinin  (community) 
metodu. 
Elektron kommersiya sahəsindəki mütəxəssislər saytpro-
moutinqin  bütün  mövcud  olan  alətlərindən  bacarıqla  istifadə 
etməlidirlər.  Onlardan  kompleks  qaydada  istifadə  olunması 
rəqabət mübarizəsində əhəmiyyətli dərəcədə üstünlük verir. 
Reklamın  klassik  anlayışından  belə  bir  nəticəyə  gəlmək 
olar ki, partnyor (tərəf-müqabillər) proqramlarının yaradılması, 
daimi auditoriyanın formalaşdırılması, şəbəkə birliklərinin qu-
rulması və s. buna bənzər işlər saytpromoutinqin hissələrindən 
biridir.  
 


 
 
130
2. Potensial alıcıların əhəmiyyətli hissəsi mallar haqqında 
informasiyanı  nternetdən alır. Onların payı daima artmaqdadır. 
nternetə daxil olanların əsas hissəsi – gəlirləri orta səviyyədən 
yuxarı olan, nisbətən cavan adamlardırlar, yəni reklamverənlər 
üçün daha maraqlı olan əhali kateqoriyalarıdırlar. 
Reklam  — malın, xidmətin və  yaxud müəssisənin şəxs-
ləndirilməmiş təqdimatı olmaqla, adətən ödənilir, kütləvi müş-
təriyə  ünvanlanır  və  inandırma  xarakterinə  malik  olur.    Rek-
lamın bu ənənəvi anlayışı  nternet-reklamın meydana çıxması, 
onun  targetinq  texnologiyaları,  maraqların  və  istehlakçıların 
üstünlüklərinin  izlənilməsi,  şəxsləndirilmiş  interaktiv  reklam 
və s. ilə çox ciddi dəyişikliklərə məruz qalır.  
nternet-reklam    —  nternet  şəbəkəsində  reklamdır. 
nternet-reklam,  bir  qayda  olaraq,  ikipilləli  xarakter  daşıyır. 
Birinci pillə — reklamverənlərin nəşrlərdə yerləşdirilmiş xarici 
reklamdır. Bu reklamın mümkün olan növlərindən: bannerləri, 
mətn  bloklarını
,  bayrikləri,  minisaytları  göstərmək  olar.  Bu 
reklam adətən reklamverənin birbaşa saytına istinad edir (ikinci 
pillə). 
Web-nəşriyyat — reklam meydançasının sahibi olmaqla, 
sayt və yaxud digər elektron nəşri kimi ola bilər. 
Ə
nənəvi  reklamdan  fərqli  olaraq  nternet-reklamı  aşa-
ğ
ıdakı keyfiyyətlər fərqləndirir: 
–  reklam  tədbirlərinin  dərindən  və  operativ  təhlilinin 
avtomatlaşdırılması imkanları; 
–  reklam  tədbirlərinin  operativ  qaydada  və  qənaətlə  də-
yişilməsi  və  dəqiqləşdirilməsi.  Şirkətin  reklamda  vermək 
istədiyi  informasiya  çox  tez-tez  dəyişir.  Yeni-yeni  mallar  və 
xidmətlər  meydana  çıxır,  qiymətlər  dəyişir  və  s.  Televiziya 
üçün  yeni  reklam  roliklərinin  çəkilməsi,  yeni  bukletlərin  çap 
olunması – bütün bunlar reklamverəndən böyük vaxt və maddi 
məsrəflər  tələb  edir.  nternet-reklam    məlumatların  məzmunu-
nu  həddindən  artıq  operativ  və  minimal  əlavə  xərclərlə  də-
yişməyə imkan verir; 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə