Məhərrəmin yeni şeirləri



Yüklə 3,87 Mb.
səhifə35/44
tarix18.06.2018
ölçüsü3,87 Mb.
#49515
1   ...   31   32   33   34   35   36   37   38   ...   44

KİMİ


Yükləyiblər şələni,

Gedirsən ulaq kimi.

Aşmamısan bələni,

Sancıldın dalaq kimi.


Sərt küləktək əsibsən,

Nəfəsləri kəsibsən.

Söylə kimdən küsübsən,

Qalıbsan çolaq kimi.


Fırıldaqdı təməlin,

Bəlli olub əməlin.

Varmı yenə deməlin,

Bitibsən alaq kimi.


Tanı dayı, əmini,

Batırarsan gəmini.

Söylə yada kinini,

Özünü dolaq kimi.


Qısalıbdı yolların,

Tükənibdi dolların.

Haldan düşüb qolların,

Çırpınma balıq kimi.


Üzünə çöküb həsrət,

Sızlama xəlvət-xəlvət.

Məhərrəməm, yox qismət,

İt gəzən yalaq kimi.



QİYMƏT
Eşitmişəm qanan olub,

Qanmaz verib yenə qiymət.

Bəlkə haqqı danan olub,

Cəhl edib, çənə qiymət.


Öznü bilmiş sayan var,

Əmməllərni yayan var.

Xatirimə dəyən var,

Qiymətsizdən sənə qiymət.
Düz söyləməz yaxşı işi,

Sandım deyil bütöv kişi.

Azdırır düzdə yerişi,

Kimlər qoyur, kimə qiymət.


Mənə qiymət elim verib,

Ustad, müəllim, alim verib.

Məhərrəməm, aləm verib,

Lazım deyil, mənə qiymət.




DEYƏNİN

Gözü doymur pul yığmaqdan,

Özgəyə bəsdir deyənin.

Kim inciməz bu axmaqdan,

İşlərin nəsdir deyənin.
Sümürsə də, yenə acdır,

Gözləri tərsə qıyqacdır.

Təkcə sağola möhtacdır,

Cibləri kəsdir deyənin.


Məhərrəmi tutubdu hirs,

Beyin olub dumanla,sis.

Yaxşılara deyərmi pis,

Zil səsi pəsdir deyənin.



GÖRƏK

Bir könülü tikmirsənsə,

Yüz könülü yıxma görək.

Əkmirsənsə, biçmirsənsə,

Şərikinə çıxma görək.
Etimad varsa Allaha,

Batmaynan ağır günaha.

İnam ilə bax sabaha,

İki yana baxma görək.


Yetəninə yetməginən,

Tutduğunu ütməginən,

Haqsızlığa getməginən,

Başa qaxınc qaxma görək.


Bax dünyanın gərdişinə,

Zövq al mərdin mərd işinə.

Oxşayıb ilan dişinə,

Saman altdan axma görək


Beynindən sis-dumanı sil,

Qəlbindən şər, yamanı sil.

Yaxşı işi danışsın dil,

Tez özündən çıxma görək.


Sanma özünü ağıllı,

Şeir, dastanlı, nağıllı.

Daxilin kinli, paxıllı,

Yandırıban, yaxma görək.

Məhərrəm kükrəyən seldi,

İnci-mərcan satan dildi.

Məni sevən obam, eldi,

Şimşək döysən, çaxma görək.



QOHUM
Dərdinizi necə çəkim,

Xam xəyala düşən qohum.

Kəfənini özüm tikim,

Boş-boşuna şişən qohum.


Ar , namusu itiribsən,

Yarı yaşı ötürübsən.

Öz dövrini bitiribsən,,

Yuxuyla əlləşən qohum.


Anlamırsan nəsihəti,

Qarışdırırsan qələti.

Yaşadırsan cəhaləti,

Küllükdə küllənən qohum.


Xatırla and içməyini,

Mənalı yol seçməyini.

Düşün bir gün köçməyini,

Boynuma təllənən qohum.


Məhərrəmi tanıyırsan,

Onda niyə yanıyırsan.

Həmi keysən, həmi zırsan,

Mənimlə dilləşən qohum.




BAX
Hər yetənə qulp qoyursan,

Dil başına bəladı bax..

Deyilənə inanırsan,

Sözün qəlbi taladı bax..


Nəsihəti qəbul eylə,

Qovulanı azca teylə,

Danışmaynan haray-heylə,

Çor dediyin bəladı bax..


Çalış haqqa diz çökəsən,

Qıyma gözləri tökəsən.

Özcə dərdini çəkəsən,

Bir gün yerin qaladı bax...


Dərk eyləynən dediyini,

Qusdurarlar yediyini.

Məhərrəməm, işlət beyni,

Qabaq dərin çaladı bax..



SİNƏMİZƏ DÖYMÜŞÜK
Çox özünü öyərək,

Sinəmizə döymüşük.

Mizanları əyərək,

Xətt çəkəni söymüşük.


Düdükçüyə hay dedik,

Vuranlara döy dedik.

Torpaqlara pay dedik

Özümüzü öymüşük.


Dərin qazıb quyunu,

Qurda verib qoyunu,

Özümüzün suyunu,

Sıxanda çox səymişik.


Deyilməmiş düzüm var,

Gedilməmiş izim var.

Məhərrəməm, sözüm var,

Haqqa baş əyməmişik.



BİLMİRDİN BU OLACAQ
Qeyrətsizi öyəndə ,

Bilmirdin bu olacaq.

Qeyrətlini söyəndə,

Bilmirdin bu olacaq?!


Yıxılana güləndə,

Bölünməzi böləndə.

Üzü haqdan dönəndə,

Bilmirdin bu olacaq?!


Boş haraylar salanda,

Zurna, düdük çalanda,

Çaphaçapda, talanda,

Bilmirdin bu olacaq?!


Yurdu yada satanda,

Hər yetənə atanda,

Nifrətlərə batanda,

Bilmirdin bu olacaq?!


Qara yellər əsəndə,

Ümidləri kəsəndə,

Acıq edib küsəndə,

Bilmirdin bu olacaq?!
Tapıb dərdi-azarı,

Lağa qoyub yazarı,

Səngər bilən bazarı,

Bilmirdin bu olacaq?!


Dur deyirdik,durmurdun,

Vur deyirdik,vurmurdun,

Qur deyirdik,qurmurdun,

Bilmirdin bu olacaq?!


Düzü yalan biləndə,

Yurdu talan biləndə,

Məhərrəməm, güləndə,

Bilmirdin bu olacaq?!



DİVANİLƏR


AĞILLA
Bir kimsəyə böhtan demə, görməyincə gözünlə,

Yüz ölç, bir biç,düşün-daşın, barışgınan ağılla.

Təlx eyləmə ovqatları, qan qaraltma sözünlə,

Cəhl vurub, əng eyləmə, dünya görmüş ahılla.


Aldatmasın nəfsin səni, canı oda qalama,

Özünə peş qılmadığnı özgəsinə calama.

Ağsaqqalı, ağbirçəyi ələ salıb dolama,

Tənbəl ilə yola çıxma, şərik olma cığalla.


Düşmən gəzmə uzaq yerdə, düşmən sənə tamahdı,

Mələk yazan əməllərin tanrıya da agahdı.

Şər danışıb, böhdan yaxmaq quranda da günahdı,

Gözü tox ol, alnı açıq, yaşa istək amalla.


Arxasıza havadar ol, tərifləmə başsızı,

Adam sayma qeyrətsizi, namussuzu,arsızı.

Tanrı özü yeksan edər allahsızı, qansızı,

Yaşa, yarat, tarixdə qal, öyüngünən kamalla.


Ay Məhərrəm, saza köklən, kef-əhvalın saz olsun,

Bülbülə dön, cəh-cəh elə, arzuların yaz olsun.

An içində anlar yaşa, gözəllərdə naz olsun,

Qoy qananlar zəngin olsun şeir, dastan, nağılla.





Yüklə 3,87 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə