22
sidik əmələgəlmə prosesi yumaqcıq filtrasiyası, kanalcıq reabsorbsi-
yası və sekresiyasından ibarətdir, ona görə onu filtrasion – reabsorb-
sion – sekresion teoriya da adlandırırlar. Bu nəzəriyyəyə görə, sidi-
yin əmələ gəlməsi yumaqcıq filtrasiyasından başlayır. Əmələ gələn
ultrafiltrat (ilk sidik) böyrək kanalcıqlarına keçərək, onun bir hissəsi
reabsorbsiyaya məruz qalır. Ultrafiltratın tərkibi zülalsız qan
plazmasının tərkibinə uyğundur. Proksimal kanalcıqlarda suyun çox
miqdarının (60-80%) reabsorbsiyasından başqa qlukoza və zülal tam
sorulur, natriumun 70 – 80%, kaliumun 90 – 95%, sidik cövhərinin
60%, çoxlu miqdarda xlor, fosfat ionları, aminturşular və b. mad-
dələr reabsorbsiya olunur. Kreatinin reabsorbsiya olunmur. Prok-
simal kanalcıqdan keçən ultrafiltrat izoosmolyarlığını saxlayır, yəni
onun osmolyarlığı plazmadakına bərabər olur. Buna səbəb su ilə ya-
naşı başqa osmotik aktiv maddələrin proporsional miqdarda reab-
sorbsiya olunmasıdır.
Distal kanalcıqlarda da suyun və natriumun reabsorbsiyası davam
edir, amma bu zaman geri sorulan suyun və natriumun miqdarı bə-
dən tələbatına uyğun gəlir. Bədənin, dehidratasiyası zamanı (məsə-
lən, isti iqlim şəraitində, çox tərləyəndə) kanalcıqdakı su çox sorulur,
natrium isə reabsorbsiya olunmur, nəticədə sidiyin miqdarı azalır,
amma tərkibindəki osmotik aktiv maddələrin konsentrasiyası artmış
olur. Orqanizmin hiperhidratasiyası zamanı distal kanalcıqlarda nat-
rium çox reabsorbsiya olunur, amma suyun reabsorbsiyası azalır və
bu səbəbdən də aşağı nisbi sıxlıqlı çoxlu miqdarda sidik ifraz olur.
Beləliklə, proksimal kanalcıqlarda suyun məcburu (obliqat), distal
kanalcıqlarda fakultətiv (seçici) reabsorbsiyası baş verir.
Son illər sidiyin əmələ gəlməsində kanalcıq sekresiyasının da
iştirak etdiyi sübuta yetirilmişdir. Belə ki, yumaqcıq filtratında olma-
yan bəzi maddələr son sidikdə tapılır və bu da həmin maddələrin
ancaq sekresiya yolu ilə sidiyə keçməsini göstərir. Sübut olunmuş-
dur ki, bəzi yad maddələr (penisillin, kontrast maddələr və s.),
kanalcıq epitelisində əmələ gələn ammonyak və hidrogen, kalium
ionları kanalcıqda sekresiya olunurlar. Bu proseslərdə iştirak edən
23
aldosteron və ADH təsir mexanizmi, antinatriuretik və antidiuretik
reflekslərin baş vermə mexanizmlərinin aydınlaşdırılması sidik
yaranma prosesinin mahiyyətini xeyli işıqlandırmışdır. Aşağıda sidik
əmələgəlmə proseslərinin mexanizminin müasir məlumatları, yu-
maqcıq filtrasiyası, bəzi üzvi və qeyri-üzvi maddələrin kanalcıqda
transportu, həmçinin sidiyin osmotik durulaşdırılması və qatılaş-
dırılması haqda məlumatlar üzərində dayanacağıq.
YUMAQCIQ FİLTRASİYASI
Yumaqcıq filtrasiyasının sürəti yumaqcıq filtrinin (yumaqcıq kapil-
lyarlarının divarının) keçiriciliyindən, effektiv filtrasion təzyiqdən (P
f
)
asılıdır. Yumaqcıq filtrinin keçiriciliyi əsas zarda olan keçəcəklərin
ölçülərindən, podosit ayaqcıqları arasında olan mikroyarıqların ( slit
pores) ölçülərindən asılıdır. Yumaqcıq kapillyarlarının divarının
endotelial lövhəsi iri zülal molekulların və başqa maddə hissəciklə-
rinin keçməsinə mane olmur, çünki endoteli hüceyrələri arasındakı
məsafənin (endoteli dəlikləri) ölçüləri zülal molekullarının ölçü-
lərindən böyükdür.
Effektiv filtrasiya təzyiqi (P
f
) yumaqcıq kapillyarlarında qanın
hidrostatik təzyiqi (P
h
) ilə qanın onkotik təzyiqi (P
0
) və yumaqcıq
kapsuladaxili təzyiq (P
k
) cəminin fərqinə bərabərdir: P
f =
P
h
- (
P
0
+ P
k
)
Qanın hidrostatik təzyiqi gətirici yumaqcıq arteriolasında və yu-
maqcıq kapillyarında 60 – 90 mm c.süt., onkotik təzyiq – 25 - 30
mm c.süt., kapsuladaxili təzyiq – 10 – 20 mm c.süt. olur. Hidrostatik
və onkotik təzyiqin artması və əksinə onkotik təzyiqin azalması yu-
maqcıq filtrasiyasını artırır. Hidrostatik təzyiqin azalması, kapsula-
daxili təzyiqin artması yumaqcıq filtrasiyasının azalmasına və hətta
tam dayanmasına səbəb olur. Belə səbəblər şok, kollaps, sidik yolla-
rının obturasiyası və s. ola bilər.
Fizioloji şəraitdə effektiv filtrasion təzyiq 25-30 mm c.süt. bərabər
olur. Məsələn : Əgər P
h
= 70 mm c.süt., P
0
=25 mm c.süt., P
k
=
15 mm c.
süt. olarsa, onda P
f
= 70 – (25+15)= 30 mm c.süt. olacaqdır.
24
Filtrasiyanı təmin etmək üçün P
h
göstəricisi (P
0
+ P
k
) cəmindən
böyük olmalıdır, əks halda sidik əmələ gəlməsi prosesi dayanacaqdır.
Böyrəklərin damar sistemi və böyrək qan dövranının tənzimi elə
qurulmuşdur ki, arterial təzyiqin əhəmiyyətli azalması və ya artması
(80-dən 180 mm c.süt.-na qədər) hidrostatik təzyiq yumaqcığın
gətirici arteriolasında və yumaqcıq kapillyarlarında sabit saxlandığı
üçün effektiv filtrasiya təzyiqi yumaqcıq filtrasiyasının normal
səviyyədə qalmasına səbəb olur. Yumaqcıq kapillyarında yüksək
təzyiq əsasən gətirici və çıxarıcı yumaqcıq arteriolaların diametrlə-
rindəki fərqə əsaslanır (gətirici arteriola çıxarıcı arteriolaya nisbətdə
1/3 qədər genişdir). Yumaqcıq kapillyarlarında arterial təzyiq onların
tonusunun dəyişməsi ilə tənzimlənir. Gətirici arteriyanın divarındakı
əzələlərin tonusunun artması nəticəsində onun mənfəzi daralır, qanın
yumaqcıq kapillyarlarına gəlməsi azalır, hidrostatik təzyiq aşağı enir,
yumaqcıq filtrasiyası azalır və əksinə.
İnsanda böyrək qan dövranının və yumaqcıqlarda hidrostatik təzyi-
qin səviyyəsinin tənzim olunması yumaqcığın çıxarıcı arteriyasının to-
nusu və mənfəzindən asılıdır. Qeyd olunan məsələ simpatik damar-
daraldıcı sinir impulslarının, qanda reninin, angiotenzinin, adrenalinin,
noradrenalinin səviyyəsinin artmasının təsiri ilə həyata keçirilir. Gün
ərzində yaşlı insanda 180 l-ə qədər ultrafiltrat əmələ gəlir, bunun da
178,5 – 179 l kanalcıqlarda reabsorbsiya olur və ancaq 1 –1,5 l son si-
dik kimi bədəndən xaric olur.
KANALCIQ TRANSPORTU (REABSORBSİYA VƏ SEKRESİYA)
Kanalcıq reabsorbsiyası molekulların və ya ionların kanalcıq
mayesindən kanalcıq hüceyrələri vasitəsi ilə kanalcıqyanı hüceyrəa-
rası mayeyə keçməsidir. Kanalcıq sekresiyası zamanı isə bu maddə-
lər kanalcıqətrafı hüceyrəarası sahədən kanalcıq hüceyrələri tərəfin-
dən kanalcıq daxilinə nəql edilir.
Bəzi maddələrin reabsorbsiyası tam aydınlaşdırılmamış qalır.
Amma sübut olunmuşdur ki, bir çox maddələr aktiv reabsorbsiya
Dostları ilə paylaş: |