28
Kanalcıq epitelisində əmələ gələn və hüceyrə membranın şotkalı
haşiyəsi nahiyəsində karboanhidraza fermenti təsirindən karbonat
turşusu hidrolizə məruz qalır, suya və karbon qazına çevrilir. Karbon
qazı hüceyrəyə diffuziya edir və yenə karboanhidraza fermenti tərə-
findən hidratasiya olunur, hidrogen və bikarbonat ionlarına parça-
lanır. Əmələ gəlmiş hidrogen ionları kanalcıq daxilinə sekresiya
olunur, bikarbonat ionu isə natrium ionu ilə birgə hüceyrəarası, ka-
nalcıqyanı sahəyə keçir.
Böyrəklər tərəfindən uçmayan turşuların ekskresiyası, kanalcıq
epitelisi tərəfindən sekresiya olunmuş hidrogen ionları reabsorbsiya
olunmayan anionlarla, o cümlədən, HPO
4
¯
və NH
3
+
ilə birləşir. Böy-
rək kanalcıqlarında qlutationdan qlutaminaza təsirindən ammonyak
əmələ gəlir və kanalcıq sidiyinə diffuziya olur, orada da hidrogen
ionları ilə birləşir. Kanalcıq hüceyrələri ammonyakı reabsorbsiya
etmir, ona görə o sidiklə
-
xaric olunur. Kanalcıq daxilində sidiyə
sekresiya olunmuş hidrogen kationu bikarbonat anionu ilə qarşılıqlı
əlaqəyə girir: (Na
+
+ NCO
3
¯
) + H
+
→ (H
2
CO
3
+ Na
+
). Əmələ gəlmiş
karbonat turşusu karbon qazı və suya parçalanır. Karbon qazı
kanalcıq epitelisinə diffuziya edərək karbonat turşusunun resintezi
üçün istifadə olunur. Beləliklə, bikarbonat anionu reabsorbsiya
olunmur, reabsorbsiya olunan karbon qazıdır, ondan da hüceyrədə
yenidən bikarbonat radikalı əmələ gəlir.
Hidrogen ionundan və ammonyakdan başqa üzvi maddələr
(fenolrot paraaminbenzoy turşusu, diodrast, penisillin, salisilatlar və
b.) kanalcıq sekresiyası yolu ilə böyrəklərdən ekskresiya olunur.
Bəzi maddələrin kanalcıq sekresiyası aktiv baş verir, yəni daşıyıcıla-
rın köməyi ilə müvəqqəti əlaqə vasitəsilə hüceyrədən kanalcıq mən-
fəzinə daşınır. Amma bəzi maddələrin sekresiyası (məsələn, ammon-
yak, salisilatlar və b.) passiv olaraq fiziki hadisələr əsasında sek-
resiya olunurlar.
Qlükozanın nəqli. Böyrək filtrindən keçən qlükozanın tam
miqdarı kanalcıqların proksimal seqmentində reabsorbsiya olunur və
sağlam şəxsin gündəlik sidiyində ancaq 130 mq-a qədər qlükoza
29
tapıla bilər. Qlükozanın reabsorbsiyası aktiv – fermentlərin iştirakı,
enerjinin sərfi, oksigenin istifadə olunması ilə baş verir, çünki bu
proses yüksək konsentrasion qradiyentin əksinə gedir. Bu prosesi
sxematik belə təsəvvür etmək olar.
Kanalcıq epitelisinin şotkalı haşiyəsinin zirvəsinin membranında
qlükoza molekulu onu hüceyrə daxilinə daşıyan hipotetik daşıyıcı ilə
birləşir və hüceyrə daxilində ondan ayrılır. Hüceyrə daxilində qlüko-
zanın yığılması nəticəsində onun konsentrasiyası hüceyrəxarici,
kanalcıqarası mayedəki konsentrasiyadan yüksək olduğu üçün qlü-
koza hüceyrənin əsas zarından kanalcıqarası sahəyə passiv nəql
olunur. Kanalcıq epitelisində qlükoza əvvəlcədən fosforlaşır, qlü-
koza – 6 fosfat əmələ gəlir.
Qlükozanın tam reabsorbsiyası daşıyıcıların miqdarından və onla-
rın hüceyrə membranından hərəkət sürətindən asılıdır. Yumaqcıqdan
keçən bütün qlükoza molekulları proksimal kanalcıqdan reabsorb-
siya olunur. Qan plazmasında qlükozanın səviyyəsinin yüksəlməsi
zamanı yumaqcıq filtratında da onun konsentrasiyası artır və kanal-
cıqlarda bütün qlükoza molekulları reabsorbsiya oluna bilmir, qlü-
kozuriya baş verir. Qlükozanın kanalcıqlardan maksimal reabsorb-
siya miqdarı normada kişilər üçün 375±79,7 mq/dəq, qadınlarda -
303 ±55,3 mq/dəq təşkil edir (Y.V. Natoçin, 1983). Qlükozanın
sidikdə peyda olması onun qandakı səviyyəsinin yüksəlib müəyyən
həddə çatdığı zaman baş verir, bu da qlükozanın minimal qapısı
adlanır və normada 9,4-10 mmol/l-ə bərabərdir.
Aminturşuların nəqli. Aminturşular kanalcıqların proksimal his-
səsində tam (99%) aktiv, daşıyıcının köməyi ilə reabsorbsiya olunur-
lar. Amin turşularının 4-dən 7-yə qədər mexinizm əsasında transport-
tunun baş verməsi haqda fikir yürüdülür. Bu mexanizmlərin bəzisi
qələvi aminturşuların (sistin, lizin, arginin, ornitin), başqaları turş
(qlütamin və asparagin), üçüncüsü – neytral (valin, leysin və b.)
aminturşuların nəqlini təmin edir. Bəzi aminturşuların reabsorbsiya-
sının azalması onların sidiklə artıq miqdarda ekskresiyasına (amina-
siduriya) səbəb olur. Bu bir çox patoloji hallarda – sistinuriya,
30
Fankoni sindromu və s. zamanı müşahidə olunur. Buna səbəb ana-
dangəlmə və ya qazanılma olaraq kanalcıq epitelisində fermentlərin
aktivliyinin azlıgı olur ki, bu da bəzi amin turşularının kataboliz-
minin pozulmasına səbəb olur.
Zülalın nəqli. Normada yumaqcıqlarda filtrasiya olunan zülalın
(17 – 20 q/gün) hamısı proksimal kanalcıqlarda reabsorbsiya olunur
və gündəlik sidiklə cüzi miqdarda – 10 mq-dan 80 mq qədər zülal
ifraz olunur. Zülalların kanalcıq transportu aktiv prosesdir və bu işdə
proteolitik fermentlər iştirak edirlər. Zülalın reabsorbsiyası proksi-
mal kanalcıqlarda pinositoz nəticəsində baş verir. Bu zaman zülal
hüceyrə xovunda əmələ gələn mikroskopik batıqlığa daxil olur.
Batıqlıq mikroskopik qovuğa (qovuq - pinos) çevrilir. Qovuq hərəkət
edərək hüceyrə lizosimi ilə birləşir. Lizosimdə olan proteolitik
fermentlərin təsirindən zülal amin turşularına parçalanır. Zülal hü-
ceyrənin əsas zarından keçərək hüceyrəarası mayeyə keçir. Zülalın
yumaqcıqdan artıq miqdarda filtrasiyası zamanı, kanalcıq epitelisinin
reabsorbsiya qabiliyyətinin aşağı düşməsi nəticəsində zülal tam reab-
sorbsiya olmur və sidikdə peyda olur (proteinuriya).
Sidik turşusunun nəqli. Böyrək kanalcıqlarında sidik turşusu
nəinki reabsorbsiya olunur, həmçinin sekresiya olunur. Hesab olunur
ki, kanalcıqlarda yumaqcıq filtrasiyası ilə ora daxil olmuş sidik
turşusunun 90%-i reabsorbsiya olunur və ancaq 10% sidik ilə ifraz
olunur. Amma O. Şyuka (1975) və Y. B. Natoçinə (1972, 1983) görə
yumaqcıqlardan filtrasiya olunmuş sidik turşusu kanalcıqlardan tam
reabsorbsiya olunur. Sidik ilə isə xaric olan 10%-ə qədər sidik
turşusu distal kanalcıqlarda sekresiya olur. XBÇ zamanı böyrəklər
tərəfindən sidik turşusunun ifrazının pozulması onun qan
plazmasında səviyyəsinin artmasına səbəb olur.
Sidik cövhərinin nəqli. Proksimal kanalcıqlarda sidik cövhərinin
diffuziya vasitəsi ilə hissəvi reabsorbsiyası baş verir, amma onun ak-
tiv transportunun mümkünlüyü də inkar edilmir. Diurezin 2 ml/dəq-ə
qədər artması sidik cövhərinin klirensinin sürətlənməsinə səbəb olur,
amma diurezin bundan çox artması sidik cövhərinin klirensini cüzi
Dostları ilə paylaş: |